Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə1/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
  1   2   3   4   5   6   7   8   9   ...   142


Ə.Ə.NƏBĐYEV,  E.Ə.MOSLEMZADEH 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QĐDA  MƏHSULLARININ  

BĐOKĐMYASI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI  “ELM”–2008

 

 



 

 



 

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 

təsdiq edilmişdir. 

 

 



Rəy verənlər:  

Kənd təsərrüfat  elmləri doktoru, professor  



           Nazim Məhəmməd oğlu Yusifov 

           Texnika elmləri namizədi, dosent 

           Faiq Yunis oğlu Məmmədov 

 

 



Əhəd Əli oğlu Nəbiyev, Esmaeil Əsgər oğlu Moslemzadeh  

Qida məhsullarının biokimyası.Dərslik, Bakı“Elm”,2008-444s. 

 

 

 



Dərslikdə  qida  sənayesinin  müxtəlif  sahələrində  yüksək 

ixtisaslı  kadrların  hazırlanmasında  biokimya  elminin  rolu  öz  əksini 

tapmışdır.  Kitabda  bitki  və  heyvan  mənşəli  qida  məhsullarının 

keyfiyyətini yaxşılaşdırmaq, onların tərkibini təşkil edən maddələrin 

kimyəvi  təbiəti,  xassələri  və  çevrilmələri  barədə  məlumat 

verilmişdir.  Đnsanların  uzunömürlü  və  sağlam  yaşamaları  üçün 

düzgün  qidalanmanın  mahiyyəti  də  qeyd  edilmişdir.  Bu  məqsədlə 

həzm prosesində karbohidratların (şəkərlərin), yağların (xolesterinin) 

və  qeyrilərinin  insan  orqanizminə  təsiri  bu  kitabda  geniş  şərh 

edilmişdir.  Oxuculara  təqdim  edilən  bu  dərslik  “Qida  məhsullarının 

texnologiyası”  istiqaməti  üzrə  ali  məktəb  proqramına  uyğun  olaraq 

tərtib  olunmuşdur.  Kitabdan  uyğun  ali  məktəblərin  bakalavr  və 

magistr tələbələri, həmçinin aspirantları, elmi işçiləri və digər oxucu 

kütləsi də istifadə edə bilər.  

 

 

 



 

 

“Elm” nəşriyyatı, 2008 




 

 



 

ÖN  SÖZ 

Bu  kitab  ilk  dəfə  1996-cı  ildə  Azərbaycan  Respublikası-

nın Təhsil Nazirliyinin verdiyi qrifə (H-001244206996) əsasən 

dərc olunmuşdur. Kitabın ikinci nəşrində  qida sənayesinin mü-

asir problemlərinə və insan orqanizminə təsiri barədə müəyyən 

əlavələr  olunmuşdur.  Bu  nəşrdə  bitki  və  heyvan  mənşəli  qida 

məhsullarının haqqında məlumat və onların insan orqanizminə 

təsiri,  qidalanmada  əhəmiyyəti  şərh  edilmişdir.  Kitabda  “Qida 

məhsullarının  texnologiyası”  istiqaməti  üzrə  yüksək  ixtisaslı, 

nəzəri və praktik biliyə malik kadrların hazırlanması üçün bio-

kimya  elminin  rolu  qeyd  olunmuşdur.  Kitabın  giriş  hissəsində 

biokimya elmi barədə məlumat və onun qida sənayesi ilə əlaqə-

si,  bu  sahədə  çalışan  görkəmli  alimlərin  elmi-tədqiqat  işlərin-

dən qısa məlumatlar verilmişdir. Qida sənayesində istehsal olu-

nan  məhsulların  biokimyəvi  əsaslarını  dərk  etmədən  yüksək 

keyfiyyətli  məhsul  hazırlamağın  mümkün  olmadığı  kitabda 

qeyd olunmuşdur. Kitab altı fəsildən ibarətdir.  

Birinci fəsildə statik biokimya haqqında və onun qida sə-

nayesi ilə əlaqəsi qeyd göstərilmişdir. Bu fəsildə qida məhsul-

larının tərkibini təşkil edən zülallar, nuklein turşuları, ferment-

lər,  karbohidratlar,  yağlar,  üzvi  turşular,  fenol  maddələri  haq-

qında hərtərəfli məlumat verilmişdir. Bundan başqa onların qi-

dalanmada əhəmiyyəti də kitabda öz əksini tapmışdır. Kitabda 

xolesterinin  qidalanmada  rolu,  insan  orqanizminə  təsiri  də  ge-

niş şərh edilmişdir.  

Đkinci fəsildə maddələr mübadiləsi haqqında məlumat ve-

rilmiş, fotosintez, qıcqırma poseslərinin biokimyası, zülalların, 

yağların,  karbohidratların  və  qeyrilərinin  mübadilədə  rolu  və 

biosintezi də qeyd olunmuşdur. Bu fəsildə mineral maddələrin 

və suyun qidalanmada əhəmiyyəti də göstərilmişdir.  

Üçüncü  fəsildə  qida  məhsullarının  əsas  tərkib  hissələri, 

onların  insan  orqanizminə  təsiri,  həzmin  biokimyası  haqqında  

məlumat verilmişdir.  



 

 



 

Dördüncü fəsildə bitki mənşəli qida məhsulları  haqqında 

ümumi  məlumat  və  onların  qidalanmada  əhəmiyyəti  öz  əksini 

tapmışdır.  

Beşinci fəsildə ayrı-ayrı bitki mənşəli qida məhsullarının 

(üzüm,  meyvə-tərəvəz  məhsulları,  dənli  və  subtropik  bitkilər) 

biokimyası haqqında qısa məlumatlar öz əksini tapmışdır.  

Altıncı  fəsildə  isə  heyvan  mənşəli  qida  məhsulları  və 

onların insan orqanizminə təsiri şərh edilmişdir.  

Yeddinci  fəsildə  ekoloji  və  patoloji  biokimyanın  insan 

orqanizminə təsiri haqqında məlumat verilir. 

Kitabda bitki və heyvan mənşəli qida məhsullarının emalı 

və saxlanması zamanı baş verən biokimyəvi proseslərin mahiy-

yəti  də  təsvir  olunmuşdur.  Đnsanların  uzunömürlü  və  sağlam 

yaşaması  üçün  düzgün  və  rasional  qidalanmanın  elmi  əsasları 

kitabda öz əksini tapmışdır. Məlumdur ki, insanlarda əsasən üç 

formada:  mikrobioloji,  normadan  az  və  ya  çox  qidalandıqda 

müxtəlif  xəstəliklər  əmələ  gəlir.  Bu  xəstəliklərin  qarşısının 

alınmasında  kitabçada  düzgün  qidalanmanın  mahiyyəti  qeyd 

olunmuşdur.  Daha  sonra  qeyd  olunmuşdur  ki,  insanlar  gün 

ərzində 

mütləq 


bitki 

mənşəli 


qida 

məhsulları 

ilə 

qidalanmalıdırlar.  Bu  əsas  onunla  əlaqədardır  ki,  insan 



orqanizminə  lazım  olan  üzvi  və  qeyri-üzvi  maddələr  və  başqa 

komponentlər yalnız bitkilərin tərkibində geniş yayılmışdır. Bu 

barədə də kitabda müəyyən məlumatlar verilmişdir.  

Kitabın tərtibatında bizə  texniki cəhətdən köməklik gös-

tərən  Əhmədova  Mətanət  Đsrail  qızına  öz  minnətdarlığımızı  

bildiririk.                               

Bu  kitab  qida  məhsullarının  biokimyasına  aid  Azərbay-

can  dilində  ilk  kitab  olduğuna  görə  sözsüz  ki,  bəzi  nöqsanlar 

olacaqdır.  Bu  nöqsanların  gələcəkdə  aradan  qaldırılmasında 

bizə  kömək  edən  oxuculara  əvvəlcədən  səmimi  təşəkkürümü 

bildirirəm.  

 

        Müəlliflər 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə