Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə10/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   6   7   8   9   10   11   12   13   ...   142

 

29 


 

 

polifenoloksidazanı,  askorbatoksidazanı,  katalazanı  və  s. 



göstərmək  olar.  Polifenoloksidazanı  və  askorbatoksidazanın 

prostetik  qrupları  misdən,  ancaq  katalazanınkı  isə  dəmirdən 

ibarətdir. Tərkibində dəmir atomları olan ferritin, transferrin və 

hemosiderin  metalloproteidlərin  nümayəndəsi  olub,  bitki  və  

heyvan  mənşəli  qida  məhsullarında  geniş  yayılmışdır. 

Ferritinin  molekul  çəkisi  400  minə  yaxındır.  Onun  tərkibində 

üç  valentli  dəmir  olur,  transferrin  suda  yaxşı  həll  olan 

metalloproteiddir.  Onun  molekul  kütləsi  90  minə  yaxın 

olmaqla,  tərkibində  0,13%  dəmir  olur.  Transferrinin  zülal 

hissəsinə  apotransferrin  də  deyilir.  Transferrinin  əsas 

funksiyası  dəmirin  orqanizm  toxumalarına  daşınmasından 

ibarətdir. 

Transferrindən 

və 


ferritindən 

fərqli 


olaraq 

hemosiderin  molekulunda  dəmir  atomlarından  başqa  bəzi 

nukleotidlər və karbohidratlar da olur. Onun bioloji rolu hələlik 

yaxşı öyrənilməmişdir. Metalloproteidlərin başqa nümayəndəsi 

olan  karboanhidrataza  və  karboksilpeptidazanın  tərkibində 

prostatik qrup kimi sink ionları olur.  

Son zamanlar aktiv qrupları qeyri-metal olan (flüor, brom 

və s.) metalloproteidlər də aşkar edilmişdir.  



Fosfoproteidlər-bunlar  fosfat  turşusu  qalıqları  ilə  sadə 

zülallardan 

təşkil 

olunmuş 


mürəkkəb 

zülallardır. 

Fosfoproteidlər  qida  maddələrinin  tərkibində  olması  çox 

vacibdir. Belə ki, onlar, böyüməkdə olan orqanizmin inkişafına 

yaxşı  təsir  göstərirlər.  Fosfoproteidlərə  misal  olaraq  süd  zülalı 

olan  kazeini,  yumurta  sarısında  tapılmış  vitellin  zülallarını 

göstərmək olar.  

Qidanın  tərkibində  olan  fosfoproteidlər  həm  bəzi 

aminturşularının, həm də mühüm bioloji əhəmiyyəti olan fosfat 

turşusunun  mənbəyidir.  Bu  zülallar  insan  orqanizmində  baş 

verən zülal mübadiləsində iştirak edirlər.  

Qlikoproteidlər-onların  tərkibində  sadə  zülaldan  başqa 

sulukarbonlar  (qlükoza,  mannoza  və  s.)  da  olur.  Belə  zülallar 

bitkilərin  selikli  maddəsində  çox  olur.  Qlikoproteidlərə  misal 



 

30 


 

 

olaraq  noxudun  tərkibində  müəyyən  olunmuş  visilin  zülalını, 



bundan  başqa  peroksidaza  və  qlükooksidaza  fermentlərini 

göstərmək olar.  

Qlükoproteidlərə  mukoproteidlər  də  deyilir.  Qlükopro-

teidlərin  molekullarında  zülallarla  karbohidratlar  arasında 

davamlı  kovalent  rabitələri  mövcuddur.  Bu  vitamin  ən  çox 

həzm  şirəsinin,  ağız  suyunun  tərkibində  çoxluq  təşkil  edir. 

Qlükoproteidlərin 

hidroliz 

məhsulları 

arasında 

sərbəst 

aminturşularından başqa heksozaminlərə də rast gəlinir.  



Lipoproteidlər-mürəkkəb  zülal  olub,  sadə  zülallarla 

lipidlərin  birləşməsindən  təşkil  olunmuşdur.  Lipoproteidlər 

bitkilərin  xloroplastlarında  daha  çox  olur.  Lipoproteidlər 

həlledicilərə  münasibətinə  görə  adi  lipidlərdən  fərqlənir.  Belə 

ki,  onlar  suda  yaxşı  həll  olur,  ancaq  üzvi  həlledicilərdə  isə 

(spirt,  efir,  benzol  və  s.)  həll  olmur.  Lipoproteidlər  heyvan 

mənşəli qida məhsullarından süddə, yumurtanın sarısında daha 

çox olur.  



Xromoproteidlər-mürəkkəb  zülallara  aid  olub,  sadə 

zülalallarla  rəngləyici  maddə  olan  xlorofilin  birləşməsindən 

əmələ  gəlir.  Onların  bəzilərinin  prostetik  qrupunda  dəmir  və 

mis də olur. Xromoproteidlərin ayrı-ayrı nümayəndəsinə misal 

olaraq hemoqlobini, mioqlobini  və s. göstərmək olar.  

Bu  zülalların  bəzilərinin  ktiv  qruplarını  bir-birindən 

kəskin sürətdə fərqlənir. Belə ki, xromoproteidlərin bəzilərinin 

aktiv qruplarını dəmir və mis ionları təşkil edir. belə mürəkkəb 

zülallara  misal  olaraq  hemoqlobini  göstərmək  olar.  Onun 

tərkibində  sadə  zülalla  yanaşı  həm  də  dəmir  olur. 

Hemoqlobinin  aktiv  qrupu  hemdən,  zülal  hissəsi  isə 

qlobulindən  təşkil  olunmuşdur.  Hem–qırmızı  rəngli  piqment 

olub,  qana  spesifik  rəng  verir,  oksigenlə  birləşərək  onu 

toxumalara  daşıyır.  Spesifik  rəng  verməklə  yanaşı  həm  də  

oksigenlə  birləşərək,  onu  toxumalara  daşıyır.  Hemoqlobin 

toxumalarda mübadilə zamanı əmələ gələn karbon qazının 80-

90%-ni  orqanizmdən  xaric  olunmasına  təsir  göstərir. 



 

31 


 

 

Hemoqlobinin  tərkibində  dəmir  birləşmiş  şəkildə  olur.  Onun 



aktiv  qrupu  olan  hemin  quruluşu  pirrolinin  törəmələrindən 

təşkil  olunmuşdur.  Hem  molekulunun  quruluşu  4  pirrol 

qalığından  ibarətdir.  Onlar  bir  biri  ilə  metin  qrupları  (–CH=) 

vasitəsilə  birləşərək  ilk  əvvəl  porfin  molekulunu  əmələ 

gətirirlər.          

                                 

                                     I           CH          II 

HC        CH                                    HN 

                                         N              

HC        CH                CH                        CH 

       NH                             NH               

      Pirrol                     IV                    N   III 

                                                 CH 

                                                  Porfin 

 

Hem  porfinin  törəməsi  olub,  protoporfirinlə  ikivalentli 



dəmir  ionunun  birləşməsindən  əmələ  gəlmişdir.  Protoporfin 

porfinə  nisbətən  daha  mürəkkəb  quruluşa  malikdir.  Kimyəvi 

quruluşuna  görə  protoporfirini  1,3,5,8–tetrametil–2,4–divinil– 

6,7–dipropionat adlandırmaq olar.  

 

                              CH=CH



2

             CH

3

 

                 H



3

C                CH                

                                                               C–CH=CH

                                N                N 



                           CH        Fe

++

          CH 



 

                H

3

C           N               N           CH



                                          CH 

                          CH

2

CH



2

COOH            CH

2

CH

2



COOH 

 

Göründüyü 



kimi, 

hem 


molekulu 

protoporfirinlə 

ikivalentli dəmir ionunun birləşməsindən ibarətdir.  



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə