32
Xromoproteidlərin başqa nümayəndəsindən biri də
mioqlobin zülalıdır. Hemoqlobin kimi onun da aktiv qrupu
hemdir. Hemoqlobindən fərqli olaraq mioqlobin molekulunda
1 ədəd dəmir atomu vardır. Mioqlobinin zülal hissəsi də
hemoqlobindən nisbətən fərqlidir. Belə ki, onun zülal
hissəsinin tərkibində sistin və sistein aminturşularının qalığı
aşkar olunmamışdır.
Nukleoproteidlər-çox vacib mürəkkəb zülal olub, bütün
canlı orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edir.
Nukleoproteidlərin prostetik qrupu nuklein turşularıdır. Onların
vacibliyini nəzərə alıb ayrıca kimyəvi təbiətini, bioloji rolunu
və sair faktorlarını qeyd etmək lazımdır.
1.2. Nuklein turşularının kimyası
Nuklein turşuları canlı orqanizmlər üçün mühüm
əhəmiyyətə malik yüksəkmolekullu birləşmələrdir. Bütün
canlı orqanizmlərdə gedən maddələr mübadiləsi prosesi
nuklein turşuları (RNT və DNT) ilə sıx əlaqədardır. Bunlar
bütün canlı orqanizmdə baş verən prosesləri idarə edirlər.
Orqanizmdə mövcud assimilyasiya və dissimilyasiya prosesi
bilavasitə onların təsiri ilə gedir. Nuklein turşularının varlığı ilk
dəfə 1868-ci ildə Đsveçrə alimi F.Mişer tərəfindən müəyyən
edilmişdir. Nuklein-latınca nüvə deməkdir. Daha sonra Kossel
hüceyrələrdə nuklein turşularının iki növ olduğunu qeyd
etmişdir. XX-əsrin ortalarında nuklein turşularının genetik
informasiyaları nəslə verilməsində rolu olduğu sübuta
yetirilmişdir. 1953-cü ildə amerikan biokimyaçıları-Uotson və
Krik nuklein turşularının makromolekulyar strukturu haqqında
nəzəriyyə irəli sürdülər. Onlar sübut etmişlər ki, nuklein
turşuları genetik informasiyaların mühafizə olunmasında, nəslə
verilməsində iştirak edir və bu informasiyaların həyata
keçirilməsini, zülalların və hüceyrə orqanoidlərinin sintezini
idarə edir.
33
1.2.1.Nuklein turşularının hidrolizi
Nuklein turşuları dezoksiribonuklein (DNT) və ribonuk-
lein turşularından (RNT) ibarətdir. Nuklein turşuları hidroliz
olunduqda purin və pirimidin əsasları, pentozalar (riboza,
dezoksiriboza), həmçinin fosfat turşusu əmələ gəlir.
Purin və pirimidin əsasları. Nuklein turşularının əmələ
gəlməsində azotlu əsaslardan purin və pirimidin iştirak edir. Bu
əsaslar bütün canlıların, o cümlədən insanların həyatında
mühüm rol oynayır. Nuklein turşularının əmələ gəlməsi zamanı
onların düzülmə ardıcıllığı mühüm bioloji funksiyanı yerinə
yetirir. Kimyəvi təbiətinə görə purin əsasları nisbətən sadə üzvi
birləşmələrdir. Purin əsasına adenin (6-aminopurin) və quanin
(2-amino-6-oksipurin) aiddir. Onların quruluşu aşağıdakı
kimidir:
N
1
=
6
CH N =C–NH
2
HC
2
5
C–
7
N HC C–N
8
CH
N
3
–
4
C–
9
NH N –C–NH
Purin Adenin (6-aminopurin)
N= C–OH
H
2
N–C C– N
CH
N– C–NH
Quanin (2-amino-6-oksipurin)
Adenin və quanin həm RNT-nin, həm də DNT-nin
tərkibində olur. Nuklein turşularının əmələ gəlməsində qeyd
olunduğu kimi pirimidin əsasları da iştirak edir, onların
tərkibində pirimidin əsaslarından sitozinə, urasilə və timinə
34
daha çox rast gəlinir. Qeyd olunan pirimidin əsaslarının
quruluşları aşağıdakı kimidir.
N = CH N = C–NH
2
N = C –OH
HC CH HO–C CH HO–C CH
N – CH N – CH N – CH
Pirimidin Sitozin Urasil
(12-oksi-6-amino 2-6dioksipirimidin
pirimidin)
N =C–OH
HO–C C–CH
3
N – CH
Timin (5-metil urasil)
Müəyyən olunmuşdur ki, sitozin hər iki nuklein
turşularının tərkibində olur, ancaq RNT-də timin və 5-
oksimetilsitozinə də təsadüf olunur.
N = C–NH
2
N =C–NH
3
HO –C C–CH
3
HO–C C–CH
2
OH
N – CH N – CH
5-metil sitozin 5-oksimetilsitozin
Pentozalar. Nuklein turşularının tərkibində pentozaların
nümayəndəsi olan riboza və dezoksiriboza olur. Nuklein
turşuları tərkibindəki pentozaların növünə görə iki cür olur:
riboza və dezoksiriboza. Riboza, ribonukleinturşusunun (RNT),