Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə13/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   9   10   11   12   13   14   15   16   ...   142

 

39 


 

 

DNT  və  RNT  molekullarında  ayrı-ayrı  nukleotidlər 



fosfodiefir  rabitələri  vasitəsilə  birləşir.  Onların  tərkibindəki 

fosfodiefir  qrupları  pentozanın  3-cü  karbonun  hidroksil  qrupu 

ilə,  o  biri  pentozanın  5-ci  karbonun  yanındakı  hidroksil  qrupu 

hesabına  rabitə  yaradır.  Beləliklə,  göstərilən  qayda  üzrə 

mononukleotidlərin bir-biri ilə birləşməsindən nuklein turşuları 

alınır. 


 

1.2.2.Dezoksiribonuklein turşusunun quruluşu 

 

Dezoksiribonuklein  turşusu  əsasən  canlı  hüceyrələrin 



nüvəsində,  zülallarla  birləşmiş  şəkildə  olur.  DNT-nin 

quruluşunu öyrənərkən Çarqaff müəyyən qanunauyğunluqların 

olmasını  sübut  etmişdir.  Beləliklə,  DNT-nin  ikincili  quruluşu 

müəyyən 


olunmuşdur. 

DNT-nin 


molekulunda 

olan 


qanunauyğunluqlar  alimin  şərəfinə  olaraq  Çarqaff  qaydası 

adlanır. 

1. 

Purin 


nukleotidləri, 

miqdarca 

pirimidin 

nukleotidlərinə bərabərdir:  

1

=

+



+

T

S

Q

A

 

2. 



Adeninin  miqdarı  təxminən  timinə  bərabərdir: 

A=T və ya A/T=1 

3. 

Quaninin  miqdarı  sitozinə  bərabərdir:  Q=S  və 



ya Q/S=1 

4. 


DNT-nin  tərkibindəki  azotlu  əsasların  6-

aminoqrupları  ilə  6-ketoqrupları  bərabər  olur: 

Q+T=A+S 

5. 


DNT  molekulunda  quaninlə  sitozinin  cəmi, 

adeninlə  timinin  cəminə  bərabər  olmur.  Çox 

hallarda 

DNT-nin 


hidrolizindən 

alınan 


məhsullarda  adeninlə  timin,  quaninlə  sitozinə 

nisbətən  artıq  olur.  A+T  >  Q+S.  Belə 

vəziyyətdə onları AT-tipli DNT-adlandırırlar. 



 

40 


 

 

6. 



Bütün  heyvan  və  bitkilərin,  həmçinin  bəzi 

mikroorqanizmlərin 

DNT-si 

AT-tiplidir. 



Mikroorqanizmlərin  əksəriyyəti  QS  tipinə 

mənsubdur,  yəni  quaninlə  sitozin,  adeninlə 

timinə nisbətən artıq olur (Q+S > A+T). 

 

1953-cü  ildə  Uotson  və  Krik,  DNT  molekulunun  modeli 



haqqında  yeni  nəzəriyyə  irəli  sürdülər.  Bu  nəzəriyyəyə  görə 

DNT  molekulu  iki  ədəd  spiralvari  şəkildə  bir-birinə  sarınmış 

polinukleotid zəncirindən ibarətdir. 

DNT  molekulunu  əmələ  gətirən  polinukleotid  zəncirləri 

bir-biri ilə purin və pirimidin əsaslarının arasında əmələ  gələn 

hidrogen  rabitələri  vasitəsilə  birləşir.  Hidrogen  rabitələri 

adenin  timinlə,  quanin  isə  sitozinlə  birləşdirir.  Müəyyən 

olunmuşdur  ki,  DNT  molekulunda  olan  zəncirlər  bir-birini 

tamamlayır.  Əgər  bir  zəncirin  müəyyən  hissəsində  adenin 

yerləşirsə,  digər  zəncirdə  onun  qarşısında  timin  yerləşir. 

Məsələn:  əgər  bir  polinukleotid  zəncirində  monomerlərin 

yerləşmə  ardıcıllığı  A–Q–A–T–S–S–T    olduqda,  başqa 

zəncirdə  T–S–T–A–Q–Q–A  ardıcıllığı  ilə  düzülür.  DNT 

zəncirlərində  mononukleotidlərin  düzülüş  qaydasının  bir-

birindən  asılılığı  komplementarlıq  (tamamlama)  prinsipi 

adlanır. 

Hidrogen rabitələri vasitəsilə birləşmiş iki spiralın əmələ 

gətirdiyi makromolekul DNT-nin ikincili quruluşunu müəyyən 

edir.  DNT  molekulunun  yumşaqşəkilli  spesifik  formada 

olması, onun üçüncülü quruluşu adlanır. 

 

1.2.3.Ribonuklein turşusunun quruluşu 

 

DNT molekulundan fərqli olaraq RNT molekulu bir ədəd 



polinukleotid 

zəncirindən 

ibarətdir. 

Bu 


zəncirdə 

mononukleotidlərin  bir-biri  ilə  birləşmə  ardıcıllığı  RNT-nin 

birinci  quruluşunu  göstərir.  RNT-nin  polinukleotid  zəncirini 



 

41 


 

 

təşkil edən konfiqurasiyası sabit olmadığı üçün, onun ikinci və 



üçüncü 

quruluşunun 

öyrənilməsini 

çətinləşdirir. 

RNT 

molekulunu  əmələ  gətirən  nukleotidlər  bir-birinə  burularaq, 



purin  və  pirimidin  əsasları  arasında  əmələ  gələn  hidrogen 

rabitələrinin  hesabına  birləşir.  Əmələ  gəlmiş  bu  birləşmələr 

qısa  və  natamam  şəkli  alır.  Ribonuklein  turşusu  bütün  canlı 

hüceyrələrdə üç növ olur. 

1.  Ribosom RNT-si rRNT. 

2.  Nəqliyyat və ya daşıyıcı RNT-si nRNT. 

3.  Məlumat RNT-si mRNT. 

Ribonuklein 

turşuları 

bir-birindən 

funksiyalarına, 

molekulların  böyüklüyünə  və  xassələrinə  görə  kəskin  surətdə 

fərqlənir.  Ribosom  RNT-si  hüceyrədə  olan  bütün  RNT 

kütləsinin  80%-ni  təşkil  edir.  Ribosom  RNT-si  ribosomların 

əmələ  gəlməsində  iştirak  edirlər.  Sadə  zülallarla  birləşərək 

ribonukleoproteidləri  əmələ  gətirirlər.  Ribosom  RNT-si, 

ribonuklein  turşusunun  digər  növlərinə  nisbətən  daha  yüksək 

molekul çəkisinə malikdir. Onun əmələ gəlməsində 4000-6000 

mononukleotid  iştirak  edir.  Hüceyrədə  olan  RNT-nin  15%-ni 

nəqliyyat  RNT-si  təşkil  edir.  Bunlar  nisbətən  kiçikmolekullu 

polinukleotidlərdir,  molekul  çəkisi  25-35  minə  yaxındır. 

Nəqliyyat  RNT-sinin  vəzifəsi  fəallaşmış  aminturşuların 

zülallarını sintez olunduğu yerə-ribosoma daşımaqdır. 

Hər bir aminturşunun özünəməxsus pRNT-si vardır. 

Ribonuklein  turşusunun  tərkibinin  və  xassələrinin 

öyrənilməsi  zamanı  aydın  olunmuşdur  ki,  onların  tərkibində 

“minor”  nukleotidləri  də  vardır.  Bu  növ  nukleotid  ən  çox 

dRNT-nin  tərkibində  olur.  Belə  nukleotidlərə  misal  olaraq 

psevdouridini  göstərmək  olar.  Onun  əmələ  gəlməsində  urasil 

riboza və fosfat turşusu iştirak edir.  

Hüceyrədə  olan  ribonuklein  turşularının  5%-ni  məlumat 

RNT-si  hüceyrə  nüvəsində  DNT-nin  iştirakı  ilə  sintez  olunur. 

RNT-nin bu növü zülalların sintezini idarə edir. Onun molekul 

çəkisi 100 mindən bir neçə milyona qədər olur. Məlumat RNT-




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə