Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə138/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   134   135   136   137   138   139   140   141   142

 

422 


 

 

transformasiyanın  başlanğıcından  şişin  inkişafının  ilk  klinik 



əlamətlərinin aşkar edilməsinə qədər dövr 10÷50 gün təşkil edə 

bilər.  


Fiziki 

konserogenez 

ultrabənövşəyi 

və 


radiasiya 

şüalanması  ilə  şərtləndirilə  bilər.  Đsbat  edilmişdir  ki,  şişlər 

bilavasitə  şüalanmaya  məruz  qalmış  toxumalarda  yaranır. 

Toxumanın  şişə  transformasiyası  şüanın  növündən  və 

miqdarından asılıdır.  

Virus  konserogenezi.  Virus  saxlayan  onkogen–RNT-ları 

hüceyrələrin  şiş  transformasiyasına  səbəb  ola  bilərlər,  bu  da 

onların  genində  olan  onkogenlərin  mövcudluğu  ilə  müəyyən 

edilir. Bu onkogenlər viruslara aid deyillər.  

Viruslar  onları  mövcud  olduqları  hüceyrənin  genindən 

alırlar. 

Onkogenlər 

çoxsaylı 

mutasiyalar 

nəticəsində 

əhəmiyyətli  dərəcədə  modifikasiya  olunub,  yenidən  heyvan 

toxumalarına düşə bilərlər.  

Eukariot  orqanizmlərin  genində  onkogenlərin  sələfləri 

sayılan  protoonkogenlər  mövcuddurlar.  Məhz  bu  genlər 

viruslar  tərəfindən  əldə  edilir  və  mutasiyalara  məruz  qalır. 

Ancaq  protoonkogenlər  hüceyrələrin  şiş  transformasiyasına 

səbəb olmurlar.  

Đsbat olunmuşdur ki, bircə əsasın dəyişməsi kifayətdir ki, 

protoonkogen  onkogenə  çevrilsin  və  şiş  əmələ  gətirmək 

qabiliyyətinə  malik  olsun.  Bədxassəli  yeni  əmələgələnlərin 

inkişafına  protoonkogenin  bir  xromosomdan  başqasına 

keçməsi səbəb ola bilər.  

Qeyd  etmək  lazımdır  ki,  protoonkogenlərin  normal 

funksiyası–hüceyrə  bölünməsinin  tənzimlənməsində  iştirak 

etməsidir, bu da əlbəttə ki, çoxhüceyrəli orqanizm üçün böyük 

əhəmiyyət  kəsb  edir.  Normaya  uyğun  olaraq  onlar  öz 

funksiyalarını  zamana  və  məkana  adekvat  icra  edirlər.  Lakin 

hər  hansı  bir  əlverişsiz  təsirə  məruz  qaldıqda  protoonkogenlər 

nəzarətdən  çıxıb,  tənzimlənməyən  hüceyrə  bölümünə  səbəb 

olurlar.  




 

423 


 

 

7.2.4. Bəzi psixoloji-əsəb xəstəliklərinin  



biokimyəvi aspektləri 

 

Narkomaniya. 

Yunan 


sözüdür, 

“narke”–keyləşmə, 

“mania”–ağılsızlıq, dəlilik deməkdir. Narkomaniyalar narkotik 

vasitələrin  sui  istifadəsi  nəticəsində  yaranan  toksikomaniyalar 

qrupuna aiddir.  

Narkotik  maddənin  qəbulu  zamanı  əhval-ruhiyyənin, 

sevinc  hissinin  yüksəlməsindən  başqa,  müxtəlif  xoşagəlməyən 

hisslər də yaranır. Aktiv diqqət pozulur. Təfəkkür qeyri-ardıcıl, 

ifadəli olur. Narkotikin qəbul edilməsi zamanı iki faza mövcud 

olur: 

1)  şəxsi  kəskin  psixiki  və  fiziki  çılğınlıq,  ehtiras  hissləri 

fazası (1-5 dəqiqə); 

2)  mürgüləmə  və  yuxu  ilə  sona  çatan,  sakitləşmə  və 

zəifləmə fazası (1-3 saat). 

Bir qayda olaraq, narkotiklərə meyllənmə gənc yaşlarında 

başlayır.  Narkotiklərə  əsasən  mənən  qeyri-sabit,  psixoloji 

cəhətdən  tam  inkişaf  etməmiş,  iradəsiz  şəxslər  qurşanır. 

Ekzogen  kimyəvi  agentin  təsiri  ilə  təbii  daxili  biokimyəvi 

siqnalın  dəyişməsi  narkotikin  təsirinin  əsasını  təşkil  edir.  

Biokimyəvi  nöqteyi-nəzərdən  narkotiklərin  orqanizmə  təsiri 

çoxşaxəlidir.  

Hesab  edilir  ki,  narkotik  asılılığının  formalaşmasında 

qaraciyərin toksiki təsirini ləğv edən fermentlərin aktivləşməsi 

xüsusi rol oynayır.  

Narkotiklər 

neyropeptidlərin 

(endorfin, 

enkefalin) 

mübadiləsinə,  eləcə  də  tsiklik  nukleotidlərin  miqdarına  güclü 

təsir göstərir.  

Belə  ki,  tiryək  xaşxaşından  alınan  morfin  beyin 

hüceyrələrinə  toksiki  təsir  göstərir.  Ancaq  narkotikin  təsiri 

endogen analoqlarla müqayisədə daha çox və uzunmüddətlidir. 

Bununla  bağlı  olaraq  morfin  klinik  təcrübədə  ağrıkəsici  vasitə 

kimi istifadə olunur. 



 

424 


 

 

                          CH



 

                         N  



 

                   

      HO              O            OH 

                       Morfin  

 

Marixuananın  psixomimetik  aktiv  komponentlərindən 



ibarət  kannabioidlər  AMF  yaranmasının  qarşısını  alırlar. 

Bundan  başqa  bu  birləşmələr  hüceyrə  membranlarının 

keçiriciliyini əhəmiyyətli dərəcədə dəyişirlər. Eksperimentlərlə 

isbat  edilmişdir  ki,  kannabioidlər  (tetrahidrokannabinol, 

kannabinol və kannabidiol) heyvanlarda xromosom pozulmala-

rının  tezliyini  əhəmiyyətli  dərəcədə  artırırlar.  Bu  yalnız 

heyvanların özləri üçün yox, həm də onların övladları üçün də 

xarakterikdir.  

Narkomaniya hər hansı bir vahid sistemin yaxud orqanın 

lokal  zədələnməsi  ilə  müşahidə  olunmur.  Orqanizmdə  elə  bir 

sistem  yoxdur  ki,  onlara  təsir  etməsinlər.  Narkotiklərin 

neyromediator mübadiləyə qarışması mərkəzi və periferik sinir 

sisteminin  funksional  dəyişməsinə  gətirib  çıxarır.  Fiziki 

yorğunluq,  fizioloji  sistemlərin  hamısının  aşağı  funksional 

aktivliyi–narkomaniyanın bütün formalarının ümumi xarakterik 

əlamətləridir.  Orqanizmin  müxtəlif  sistemlərinin  zədələnməsi, 

həmçinin toxumalarda oksidləşdirici proseslərin tormozlanması 

ilə şərtləndirilir.  



Epilepsiya. Yunan sözüdür, “epilepsiya” tutma deməkdir. 

Epilepsiya  qıcolma  və  psixopatoloji  tutmalarla  xarakterizə 

olunan  xroniki  xəstəlikdir,  bəzən  şəxsiyyətin  dəyişməsi  ilə 

müşahidə  olunur.  Rentgenoqrafik,  tomoqrafik  və  klinik-

elektrofizioloji tədqiqatların nəticələri göstərir ki, epilepsiyanın 

inkişafı,  kəllə  beyninin  üzvü  zədələnmələri  ilə  şərtləndirilən, 

epileptik aktivliyin stabil mənbəyinin mövcudluğu ilə bağlıdır. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə