Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə139/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   134   135   136   137   138   139   140   141   142

 

425 


 

 

Qıcolma və psixopatoloji halların səbəbinə həm də beynin ayrı-



ayrı sahələrində baş verən energetik pozulmalar aid edilir.  

Epilepsiya  zamanı  mərkəzi  sinir  sisteminin  tormoz 

strukturlarının  fəaliyyəti  pozulur.  Epilepsiya  mənbəyində 

tormoz və ehtiras mediatorları arasında disbalans mövcud olur. 

Qlütamatergik  sistemdə  baş  verən  dəyişikliklər  epilepsiya 

tutmalarının  patogenezində  xüsusi  rol  oynayır.  Beynin 

müəyyən şöbələrinə daxil edilən qlütamat qıcolma tutmalarına 

təkan  verir.  Məlumdur  ki,  antiqıcolma  aktivliyinə  malik 

barbituratların  təsiri  qlütamat  reseptorları  ilə  əlaqəyə  girmək 

qabiliyyətinə əsaslanır və onların fəaliyyətini dayandırır.  

Qıcolma hallarının yaranma səbəbinə həmçinin  γ-amino-

butiratergik  sistemdə  baş  verən  dəyişikliklər  aid  ola bilər. 

γ-aminobutirat qlütamatla müqayisədə əks neyrofizioloji təsirə 

malikdir.  γ-aminobutiratın  beynə  daxil  edilməsi  epilepsiya 

tutmalarının qarşısını alır.  

Ayrı-ayrı  faktlar  göstərir  ki,  psixopatoloji  tutmaların 

genezində, genetik amil müəyyən əhəmiyyət kəsb edir.  

Şizofreniya    (yunan  sözü  olub,  “schizo”–bölmək, 

“phren”–ağıl  deməkdir)–tutmalarla  yaxud  fasiləli  axınla  baş 

verən  psixiki  xəstəlikdir,  hansı  ki,  şəxsiyyətin  dəyişməsi–

təfəkkürün  pozulması,  psixiki  aktivliyin  aşağı  düşməsi  ilə 

biruzə  verir,  qarabasmalar,  sayıqlamalar  yarana  bilər.  Lakin 

intellektin  rəsmi  qabiliyyətləri  saxlanılır:  biliklərin,  yaddaşın 

qazanılması və s. 

Orqanizmdə  baş  verən  bir  sıra  biokimyəvi  proseslərin 

dəyişməsi  bu  xəstəlik  üçün  xarakterik  sayılır.  Şizofreniyanın 

patogenezində  metabolizm  yenidənqurmaları  əhəmiyyətli  rol 

oynayır.  O  cümlədən,  şizofreniya  zamanı  biogen  aminlərin 

mübadiləsində iştirak edən ferment sistemlərinin dəyişməsi baş 

verir.  

Metabolik pozulmalar amin mübadiləsi nəticəsində əmələ 

gələn  metilləşmiş  məhsulların  toplanmasına  gətirib  çıxarır. 

Bundan  başqa  kəllə  beynində  çoxlu  miqdarda  dofamin  əmələ 




 

426 


 

 

gəlir,  bu  da  onun  parçalanma  mexanizminin  pozulması  və 



sintezinin  sürətlənməsi  nəticəsində  baş  verir.  Maraqlıdır  ki, 

antipsixotik  vasitə  kimi  tətbiq  edilən  qaloperidol  dofamin 

reseptorlarının  spesifik  ingibitoru  sayılır.  Ancaq  bu  hipotez 

tamamilə  isbat  olunmamışdır,  belə  ki,  kəllə  beynində  dofamin 

mübadiləsinin  əsas  məhsulu  sayılan  homovanil  turşusunun 

miqdarca  dəyişməsi  və  dofamin-β-hidroksilazanın  aktivliyi 

müşahidə olunmamışdır.  

Ümumilikdə, belə bir nəticəyə gəlmək olar ki, şizofreniya 

patogenezinin  mexanizmlərini  qiymətləndirməyə  imkan  verən 

məlumatların  kifayət  qədər  olmamasına  baxmayaraq  bu 

xəstəlik  neyrokimyəvi  proseslərin  pozulmaları  ilə  bağlıdır.  Bu 

pozulmaların  əsasını  həm  genetik  səbəblər,  həm  də  hər  hansı 

bir xarici amillərin təsiretmə nəticələri təşkil edə bilər.  

 

7.2.5.Qidalanma patologiyasının bəzi aspektləri 



  

Zülali  qidalanmanın  patologiyası.  Normal  qidalanma 

rejiminin qiymətləndirilməsində orqanizmə daxil olan və xaric 

olunan  azotun  nisbətinin  müəyyən  edilməsi  mühüm  meyar 

kimi qəbul olunur. Onlar arasındakı bərabərlik qida zülallarının 

normal  rejimdə  istifadə  olunması  haqda  təsəvvür  yaradır. 

Orqanizmdən  xaric  olunan  zülalın  üstünlük  təşkil  etməsi, 

qidada  zülalların  çatışmamazlığını  və  keyfiyyətsiz  olmasını 

göstərir. Bu da onunla izah olunur ki, orqanizmin aminturşuları 

zülal  sintezi  üçün  yox,  əsasən  enerji  mənbəyi  kimi  istifadə 

olunur. Normal zülal balansı uşaq orqanizminin inkişafında və 

xəstə insanın sağalması dövründə müşahidə olunur.  

Natamam  zülali  qidalanma  şəraitlərində  yaranan  patoloji 

proseslər  uşaqlarda  daha  da  ağır  olur.  Ana  südü  ilə 

qidalandırma  dayandırıldıqdan  və  bitki  mənşəli  qidalanmaya 

keçdikdən  sonra  uşaq  orqanizmində  boy  artımının,  fiziki  və 

əqli  inkişafın  ləngiməsi,  hipodinamiya,  qan  azlığı,  qaraciyərin 

və  böyrəklərin  funksiyalarının  pozulması,  şişmə  halları 



 

427 


 

 

müşahidə  olunur.  Həzm  fermentlərinin  əmələ  gəlməsinin 



qarşısının alınması zülal çatışmamazlığını daha da artırır.  

Böyüklərdə  zülal  çatışmamazlığı  fiziki  və  mənəvi 

aktivliyin  aşağı  düşməsi  ilə,  orqanizmdə  zülal  səviyyəsinin 

azalması  ilə,  xüsusilə  də  qan  plazması  albuminlərinin;  ondan 

əlavə  şişlərə,  əzələ  toxumalarının  iflicinə,  ürəyin  fəaliyyətinin 

zəifləməsinə,  immun  sisteminin  aktivliyinin  azalmasına,  qan 

azlığının yaranmasına gətirib çıxarır.  

Qida  zülallarının  mənimsənilməsinin  patologiyaları 

həzmedici  fermentlərin  həddindən  artıq  təsir  mexanizminin 

artmasına  səbəb  olue.  Onlar  mədə-bağırsağın  selikli  örtüyünə 

zərərverici  təsir  göstərirlər.  Bura  həmçinin  mədə  şirəsində 

yaranan  (xlorid  turşusu  hesabına  pH  1,5-2,5)  yüksək  hidrogen 

ionlarını da əlavə etmək lazımdır.  

Mədənin  və  onikibarmaq  bağırsağın  selikli  örtüyünün, 

pepsinin və xlorid turşusunun aktiv təsirinə davamlılığı bir sıra 

mühafizəedici  amillərlə  təmin  edilir:  seliyin  adekvat  istehsal 

olunması,  mədəaltı  vəzinin  və  onikibarmaq  bağırsağın  selikli 

örtüyünün  bikarbonat  ifrazının  aktivləşməsi,  selikli  örtükdə 

spesifik hüceyrələrin yenidən bərpa olunması. Đltihab prosesləri 

mədənin və nazik bağırsağın əsas patoloji formaları sayılırlar.  



Karbohidratlı  qidalanmanın  patologiyası.  Şəkər  diabeti 

xəstəliyi  karbohidratlı  qidalanmanın  geniş  yayılmış  patologiya 

formasıdır.  Onun  yaranma  səbəbləri  müxtəlifdir:  məsələn, 

mədəaltı vəzində əlavə destruktiv proseslərə səbəb olan viruslu 

infeksiyaların inkişafı, anticisimlərin β-hüceyrələrə təsir etməsi 

və qeyrilərini göstərmək olar.  

Şəkərli 

diabetin 

bu 

formasının 



əsas 

göstəricisi 

qlükoziyadır.  O,  qida  ilə  qəbul  edilən  şəkərlərin  həddən  artıq 

çox  miqdarda  olması  ilə  əlaqədardır  (məsələn,  saxarozanın), 

hansı  ki,  qanda  şəkərin  artmasına  gətirib  çıxarır.  Sağlam 

insanlarda  qlükozimiya  qida  qəbulundan  2-4  saat  sonra 

müşahidə  olunmağa  başlayır.  O,  böyrəklərdə  qlükozanın 

sorulmasını  şərtləndirən  metabolizm  proseslərinin  pozulması 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə