Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə14/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   10   11   12   13   14   15   16   17   ...   142

 

42 


 

 

si  sintez  olunacaq  zülal  molekulunun  quruluşu  haqqında 



məlumatı  DNT-dən  alıb  aminturşuların  düzülmə  ardıcıllığını 

nizamlayır. 

 

       N = C–



 

OH 


                                         O 

HO–C    C–N                        OH OH                  O                   

                 CH   

       N – C–            N        C– C– C– C–CH

2

–O–P–OH  



                                 

                                H   H   H   H              OH 

Psevdouridin turşusu 

 

1.3.Fermentlər  haqqında  ümumi  məlumat 

 

Canlı  orqanizmlərdə  təsadüf  olunan  bir  qrup  üzvi 



birləşmələr  də  vardır  ki,  onlara  fermentlər  və  ya  enzimlər  də 

deyilir. 

Fotosintezin,  tənəffüsün,  qıcqırmanın,  qida  maddələrinin 

mənimsənilməsi  proseslərində,  habelə  zülalların,  yağların, 

sulukarbonların  və  qeyrilərinin  biosintezində  mürəkkəb 

biokimyəvi  reaksiyalar  baş  verir.  Bu  reaksiyalar  canlı 

hüceyrələrdə  fermentlərin  iştirakı  ilə  gedir.  Ona  görə  də 

fermentlərə  bioloji  katalizatorlar  da  deyilir.  Onlar  adi 

katalizatorlarla  nisbətən  kimyəvi  reaksiyaların  sürətini  10

6

-



10

12

-dəfə tezləşdirir. 



Bütün  canlı  orqanizmlərdə  gedən  maddələr  mübadiləsi 

prosesi də fermentlərin təsiri ilə gedir. Fermentlərin adı ferveo 

sözündən  götürülmüş  və  latınca-qıcqırdan  deməkdir.  Đnsanlara 

fermentativ  proseslər  hələ  çox  qədimdən  məlum  olmuşdur. 

Belə  ki,  çörəyin,  pivənin  və  şərabın  istehsalında  müxtəlif 

mayalardan,  pendirin  hazırlanmasında  isə  qaramalın  həzm 

şirəsindən  istifadə  edirlər.  Lakin  insanlar  bu  zaman  baş  verən 

proseslərin mahiyyətini başa düşməmişlər. Ancaq fermentlərin 




 

43 


 

 

əsaslı  öyrənilməsi  XIX  əsrin  əvvəllərinə  təsadüf  edir.  1814-cü 



ildə  K.S.Kirxhoff  səməni  ekstraktında  nişastanı,  maltozaya 

qədər  parçalayan  maddənin  varlığını  müəyyən  etmiş,  ona 

diastaza  (amilaza)  adı  vermişdir.  Diastaza  (Diastaza)  latınca-

bölmək  deməkdir.  Alimin  bu  kəşfi  fermentlər  haqqında  elmin 

inkişafına  böyük  təkan  verdi.  Fermentlər  haqqında  elmin 

öyrənilməsində  Payenin,  Personun,  L.Pasterin,  Buxnerin, 

Lebedevin, Pavlovun, Baxın, Oparinin, Ovçinnikovun, Sprinin, 

Samnerin,  Nortropun,  Varburqun  və  başqalarının  böyük 

xidmətləri olmuşdur. 

Fermentlər  haqqında  bəhs  edən  elmə  fermentologiya  və 

ya enzimiologiya deyilir. 

Hal-hazırda  biokimya  elminin  inkişafında  fermentlər 

geniş  öyrənilir.  Fermentlər  bir  sıra  elmlərlə:  fiziologiya, 

mikrobiologiya,  təbabət,  qida  sənayesi  və  qeyri  elmlərlə  sıx 

əlaqədardır.  Fermentlərin  öyrənilməsinin  mühüm  praktiki 

əhəmiyyətə  malik  sahələrindən  biri  də  qida  sənayesinin: 

şərabçılıq,  pivə,  çörək  istehsalı,  konservləşdirmə,  çay  və  s. 

sahələridir. 

 

1.3.1.Fermentlərin kimyəvi təbiəti 

 

Fermentlər  zülal  təbiətli  maddələr  olmaqla  kolloid 

hissəciklərdir. Onların əksəriyyəti suda yaxşı həll olur. Bu heç 

də o demək deyildir ki, fermentlər hüceyrələrdə məhlul halında 

olur.  Onların  xeyli  hissəsi  hüceyrədə:  nüvədə,  xromosomda, 

sitoplazmada, ribosomda birləşmiş halda olur. 

Kimyəvi təbiətinə görə fermentlər iki qrupa bölünür: 

1.  Birkomponentli fermentlər. 

2.  Đkikomponentli fermentlər. 

Birkomponentli 

fermentlər 

yalnız 


sadə 

zülaldan, 

ikikomponentli  fermentlər  isə  sadə  zülalla  yanaşı,  həm  də 

qeyri-zülal  təbiətli  maddələrdən  ibarətdir.  Fermentlərin 

tərkibində  olan  qeyri-zülal  təbiətli  maddələr  vitaminlərdən 



 

44 


 

 

(məs: B



1

, B


2

, B


6

, PP, və s.), müxtəlif metallardan (mis, dəmir, 

sink və s.), bəzi nukleotidlərdən və s-dən ibarət olur. 

Birkomponentli  fermentlər  hidroliz  olunduqda  yalnız 

aminturşulara  ayrılır.  Đkikomponentli  fermentlər  hidroliz 

olunduqda  isə  sadə  zülalla  yanaşı,  qeyri-zülali  hissədən,  yəni 

prostetik  qrupdan  ibarət  olur.  Mürəkkəb  zülallar  qrupuna  aid 

olan  fermentlərin  zülali  hissəsinə  apoferment,  qeyri-zülali 

hissəsinə isə koferment deyilir. Bunların birlikdə aktiv ferment 

kompleksinə xoloferment deyilir.  

Hazırda 

fermentlərin 

bəzilərinin 

tərkibində 

olan 

aminturşularının  sayı  və  birləşmə  ardıcıllığı  müəyyən 



edilmişdir.  Məsələn,  ribonukleaza–124,  laktatdehidrogenaza  –

310,  aspartat–aminotransferaza–412,  katalaza–720  amintur-

şuların  qalıqlarından  təşkil  olunmuşdur.  Bundan  başqa  bəzi 

fermentlərin  molekul  çəkisi  də  müəyyən  edilmişdir.  Məsələn, 

peroksidazanın molekul kütləsi 40000, α-amilazanın 60000, β-

amilazanın  150000,  katalazanın  250000,  ureazanın  480000 

olur.  Fermentlərin  kimyəvi  təbiətinin  öyrənilməsində  Amerika 

alimi C.Samnerin böyük xidməti olmuşdur. Belə ki, o, ilk dəfə 

olaraq  ureaza  fermentini  təmiz  halda  kristallaşdırılmış  şəkildə 

almış, onun aminturşu tərkibini və onların düzülmə ardıcıllığını 

müəyyən  etmişdir.  Bu  da  fermentlərin  bir  daha  zülal  təbiətli 

olmasını sübut etmişdir. Alimin bu kəşfi fermentlərin kimyəvi 

təbiətinin  və  bioloji  rolunun  öyrənilməsində  mühüm  rol 

oynamışdır.  

 

1.3.2.Fermentlərin spesifikliyi 

 

Fermentlərin  hamısı  spesifik  xüsusiyyətə  malikdir.  Belə 



ki,  hər  bir  ferment  yalnız  bir  maddənin  çevrilməsini  kataliz 

edir. Fermentlərin spesifikliyinə görə üç qrupa bölünür:  

1.  Mütləq spesifikliyə malik fermentlər.  

2.  Qrup spesifikliyinə malik fermentlər.  

3.  Sterokimyəvi spesifikliyinə malik fermentlər. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə