Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə140/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   134   135   136   137   138   139   140   141   142

 

428 


 

 

ilə  əlaqədar  olaraq  hətta  qlükozanın  qanda  normal  konsentra-



siyası zamanı yarana bilər.  

Yaranan  şəkərli  diabetin  ən  əlverişli  müalicə  formasına, 

qidalanmada  şəkərlərin  tənzimlənməsi  və  məhdudlaşdırılması 

aid edilir. Şəkərlərin həddən artıq istifadə olunması, bir qayda 

olaraq, onların şirin maddələr kimi dad keyfiyyəti ilə bağlıdır. 

Hal-hazırda  qida  sənayesində  şəkərlərin  miqdarını  azaltmaq 

məqsədilə  yüksək  şirinliyə  malik  şəkər  əvəzediciləri  istifadə 

olunur. Onlara aiddir: saxarin, aspartam və qeyriləri. 

Saxarin  saxarozadan  400  dəfə  şirindir.  Qidada  saxarinin 

istifadəsi  ilə  bağlı  insan  üçün  zərərli  fəsadlar  aşkar 

olunmamışdır. 

Saxarin 


pəhriz 

alkoqolsuz 

içkilərin 

hazırlanmasında  istifadə  olunur.  Aspartamın  toksikliyi  yaxşı 

tədqiq  edilmişdir.  Aspartam  asparagilfenilalanin  dipeptidinin 

metil  efiridir.  Onun  tərkibində  zülallı  aminturşu  qalıqlarının 

olması,  həmin  maddənin  toksiki xüsusiyyətə  malik  olmadığını 

göstərir. Aspartam 180 dəfə saxarozadan şirindir, buna görə də, 

o pəhriz qida məhsullarının hazırlanmasında istifadə olunur.  

        Yağlı  məhsullarla  qidalanmada  yaranan  patologiyalar. 

Qida  ilə  daxil  olan  üçatsilqliserolların  təxminən  40%-i  nazik 

bağırsaqlarda  hidroliz  olunaraq  qliserinə  və  yağ  turşularına 

çevrilirlər,  onların  3-10%-i  parçalanmayaraq  sorulurlar, 

qalanları isə monoatsil qliserollar şəklində qana keçirlər.  

Mədəaltı 

vəzin 

ifraz 


etdiyi 

lipaza 


fermentinin 

çatışmamazlığı  patologiyaların  yaranmasına  səbəb  olur. 

Həmçinin  bu  səbəblərə  qaraciyərin,  ödün  və  öd  yollarının 

funksiyalarının aşağı düşməsini aid etmək olar. 

Hidrofob 

birləşmələr 

kimi 

yağlar 


molekullarüstü 

komplekslər–lipoproteinlər 

şəklində 

qanla 


orqanlara 

çatdırılırlar.  Lipoproteinlərin  tərkibinə  təkcə  üçatsilqliserollar 

yox,  həm  də  xolesterol  və  fosfolipidlər  də  daxildirlər.  Qan 

plazmasında  yağların  normal  miqdarı  500-1500  mq/l.  Qidada 

yağlı  məhsulların  həddən  artıq  çox  istifadə  olunması  nevrotik 

sindrom,  hipoterioz,  sümüklərin  qırılması,  alkoqolizm  kimi 




 

429 


 

 

xəstəliklərdə  onların  konsentrasiyasının  artması  daha  çox 



müşahidə  olunur.  Bunlar  ən  geniş  yayılmış  ateroskleroz 

xəstəliyinin əsas səbəbləridir.  

Qan  damarlarının  divarlarında  baş  verən  dəyişikliklər 

onun  xarakterik  cəhəti  sayılır.  Damarların  divarlarında 

sıyığabənzər  yağlı  yığıntılar  formalaşır  və  sonradan  onların 

bərkiməsi  prosesi  baş  verir.  Bu  yığıntıların  əsas  komponenti 

xolesteroldur  və  ya  xolesterindir.  Aterosklerozun  xarakterik 

cəhətlərinə  ürəyin  işemik  xəstəliyini,    miokarda  infarktını, 

insultu, qan təzyiqi və trombozları aid etmək olar.  

Đşemik  sindrom  həm  də  qan  hüceyrələrinin  zədələnməsi 

zamanı yaranır. Eritrosit membranlarında xolesterolun artması, 

membranla  bağlı  fermentlərin  funksiyalarının  pozulmasına 

gətirib  çıxarır.  Bu  zaman  eritrositlərin  aqreqasiya  sürəti  və 

ölçüləri  böyüyür:  hüceyrələrin  deformasiya  olunması  aşağı 

düşür, onların reoloji xüsusiyyətləri pisləşir.  

Ancaq 


xolesterol 

insan 


orqanizminin 

maddələr 

mübadiləsində  böyük  rol  oynayır.  O,  hüceyrə  membranlarının 

mühüm komponenti, D vitamininin, hormonların, öd turşuları-

nın  mənbəyi  sayılır.  Buna  görə  də  orqanizmin  normal  həyat 

fəaliyyəti  üçün  xolesterolun  müəyyən  miqdarda  olması 

zəruridir. Yalnız onun çoxluğu aterosklerozun inkişafına səbəb 

olur.  


Qida  məhsullarında  heyvani  yağların  həddindən  artıq 

istifadə olunması qanda xolesterinin, o cümlədən, doymuş yağ 

turşularının  miqdarca  artmasına  şərait  yarasır.  Təyin  olunmuş 

normadan  artıq  xolesterinlə  zəngin  qida  məhsulları  insan 

orqanizmində xoşagəlməyən fəsadların əmələ gəlməsinə səbəb 

olur.  Bu  barədə  “Xolesterinin  qidalanmada  əhəmiyyəti”  

bölməsində geniş məlumat verilmişdir.  

Aterosklerozun müalicəsində və profilaktikasında düzgün 

tərtib  olunmuş  və  fərdi  seçilmiş  pəhriz  xörəkləri  xüsusi 

əhəmiyyət kəsb edir.  




 

430 


 

 

Bəzi insanlarda orqanizm üçün qidalanma zamanı zərərli 



vərdişlər  yaranmışdır–həddən  artıq  çox  qida  qəbulu,  həddən 

artıq  heyvani  yağların  istifadə  edilməsi  və  s.  Həddindən  artıq 

qidalanma  yağların  hüceyrələrdə  həddindən  artıq  yığılmasına 

səbəb  olur.  Bu  da  orqanizmdə  müxtəlif  xoşagəlməyən 

fəsadların  əmələ  gəlməsinə  şərait  yaradır.  Qidalanmada 

heyvani  yağla  yanaşı  mütləq  bitki  yağlarının  istifadə  edilməsi 

olduqca  vacibdir.  Gün  ərzində  orqanizmə  doymamış  yağ 

turşuları və ya bitki yağları qəbul edilməlidir.  

Qidada  doymuş  yağ  turşularının  doymamış  yağ 

turşularına  olan  nisbəti  94-ə  bərabər  olanda,  xolesterolun 

miqdarı gün ərzində 300-400 mq arasında tərəddüd edir. Bu da 

insanların  sağlamlığına  müsbət  təsir  göstərir.  Doymamış  yağ 

turşuları  nazik  bağırsaqlarda  qida  xolesterolunun  sorulmasını 

məhdudlaşdırır, 

qaraciyərdə 

öd 


turşularının 

sintezini 

tənzimləyir.  Qidada  sellülozanın,  hemisellülozanın,  pektin 

maddələrinin  olması  onların  xolesterolla  kompleks  birləşmə 

yaratmasına və orqanizmdən xaric olunmasına şərait yaradır.  

Yağ  mübadiləsinin  pozulması  ilə  bağlı  patoloji  hallar  ən 

yüksək  əlilliyə  səbəb  olur.  Hal-hazırda  ateroskleroz  problemi 

tibbi  yox,  sosial  problemə  çevrilmişdir.  Bu  xəstəlik  kortəbii 

sürətdə  qida  maddələri  ilə  həddindən  artıq  uzun  müddət 

qidalandıqda baş verir.  

Belə  xəstəliyin  qarşısını  almaq  üçün  insanlar  heyvan 

mənşəli  məhsullara  nisbətən  bitki  mənşəli  məhsullarla  daha 

çox qidalanmalıdırlar. Yuxarıda qeyd olunduğu kimi bəzi bitki 

mənşəli  məhsullar  xolesterinlə  kompleks  birləşmə  əmələ 

gətirərək,  onun  xaric  olunmasına  şərait  yaradır.  Bu  da  qanda 

xolesterinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.  



Alkoqolizm.  Alkoqolizm–alkoqolun və  ya spirtli içkilərin 

uzun  müddət  və  mütəmadi  istifadə  edilməsi  nəticəsində 

orqanizmdə  yaranan  patoloji  dəyişiklikdir.    Bu  da  insanlarda 

mənəviyyatın,  şəxsiyyətlərarası  münasibətlərin,  sosial  və 

iqtisadi durumun pozulmasına şərait yaradır.  



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə