Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə141/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   134   135   136   137   138   139   140   141   142

 

431 


 

 

Tədqiqatçıların  məlumatlarına  görə  dünyada  alkoqolu 



istifadə edən insanlar əhalinin təxminən 70-80%-ni təşkil edir. 

Buna baxmayaraq kişilərin yalnız 5-7%-i, qadınların isə 0,5%-i 

alkoqolizm  xəstəliyinə  düçar  olmuşdur.  Göründüyü  kimi  bu 

rəqəm  kifayət  qədər  böyükdür.  Ona  görə  də  dünyada 

alkoqolizm ən geniş yayılmış xəstəliklərdən biri sayılır.  

Alkoqolizm  xəstəliyi  insanlarda  əsasən  uzun  müddət 

spirtli  içkilərin  qəbul  olunması  nəticəsində  əmələ  gəlir.  Bu 

zaman  qanda  etil  spirtinin  miqdarı  artır.  Bu  proses  uzun 

müddət  davam  etdikdə  orqanizmdə  spirtə  qarşı  ummunitet 

yaranır.  

Belə  ki,  qanda  spirtin  miqdarca  aşağı  düşməsi  insan 

orqanizminin  narahatlığına  səbəb  olur.  Belə  xəstələr  alkoqolu 

qəbul  etmədikdə  onlarda  güclü  əzələ  ağrıları,  qıcolmalar  və 

qarabasmalar 

(hallüsinasiyalar) 

yaranır. 

Bu 

xəstəliyin 



sağalması  üçün  uzun  müddətli  müalicə  və  insanlarda  özünə 

qarşı  yüksək  iradə  olmalıdır.  Alkoqolizm  xəstəliyi  insan 

orqaniminin daxili orqanlarının fəaliyyətlərinə tədricən pis təsir 

göstərir. 

Orqanizmdə 

maddələr 

mübadiləsi 

prosesinin 

tənzimlənməsinə  mane  olur.  Orqanizmdə  fermentlərin, 

zülalların,  hormonların  və  qeyrilərin  normal  sintezi  pozulur. 

Ən  nəhayət,  insan  orqanizmində  xoşagəlməyən  xəstəliklərin 

əmələ gəlməsinə şərait yaranır.  

Hal-hazırda  alkoqolun  insan  orqanizminin  müxtəlif 

orqanlarına  təsiri  metabolizmi  yaxşı  öyrənilmişdir.  Lakin 

fizioloji 

funksiyaların 

hansı 

dəyişikliklərinin 



alkoqola 

alışmasına  və  ondan  fiziki  asılılığın  formalaşmasına  səbəb 

olduğu tam müəyyən edilməmişdir.  

Đnsan  orqanizmində  daima  etil  spirti  əmələ  gəlir. 

Orqanizmdə  qida  maddələrinin  parçalanması  zamanı  əlavə 

məhsul  kimi  etil  spirti  sintez  olunur.  Bu  zaman  insan  qanında 

endogen  etanolun  (etil  spirtinin)  normaya  görə  miqdarı 

0,001÷0,01q/l həddlərində tərəddüd edir.  




 

432 


 

 

Az  miqdarda  etanol  (gün  ərzində  4-5  q)  bəzi  qida 



məhsulları  ilə  orqanizmə  daxil  olur.  Bu  konsentrasiyanın  10-

100  dəfə  artması  insanlarda  sərxoşluğa  səbəb  olur.  Qanda 

etanolun  miqdarı  0,4-0,7%  çatanda  komatoz  vəziyyət  yaranır 

və  tənəffüs  prosesinin    fəaliyyətini    çətinləşdirir.  Həddindən 

artıq  etil  spirtinin  qəbulu  (1-2  litr  araq)  insanların  çox  zaman 

ölümünə səbəb olur. 

Orqanizmə  daxil  olan  etanol  mədə-bağırsaq  sistemindən 

keçərək  qana  sorulur.  O,  az  miqdarda  böyrəklərdə  və  ağ 

ciyərdə  toplanır,  əsas  hissəsi  isə  (99%)  qaraciyərdə 

oksidləşməyə  məruz  qalaraq,  qana  sovrulur.  Buna  görə  də, 

aydınca  təsəvvür  etmək  olar  ki,  qaraciyər  etanolun  və  onun 

metabolitlərinin toksiki təsirinə daha çox məruz qalır. Ona görə 

də  uzun  müddət  alkoqollu  içki  qəbul  edən  insanlarda 

qaraciyərin patologiyası prosesi baş verir.  

Alkoqoldehidrogenaza  fermentinin  təsiri  ilə  etanol 

qaraciyərdə daha yüksək toksiki təsirə malik asetaldehidə və ya 

sirkə aldehidinə çevrilir.  

Bu proses sxematik olaraq aşağıdakı kimi gedir:                                   

CH

3

–CH



2

–OH  + NAD → CH

3

–COH + NAD·H



2

                             

Đkinci  oksidləşmə  isə  spesifik  oksigenaza  fermenti  ilə 

həyata keçirilir: 

                                    O 

         CH

3

–CH


2

–OH+NADP·H

2

 → CH


3

–C     + 2H

2

 +NADP 


                                     H 

Bundan  başqa  qaraciyərdə  etanolun  parçalanması 

hidrogen peroksidin iştirakı ilə də baş verir.  

                                                                     O 

           CH

3

–CH



2

–OH + H


2

O

2



 → CH

3

–C      + 2H



2

                                                                     H 



Sonra 

əmələ 


gəlmiş 

asetaldehid 

qaraciyər 

mitoxondriyalarında  NAD-tərkibli  alkoqoldehidrogenazanın 

təsiri ilə sirkə turşusuna çevrilir:                  

                                

 

              CH



3

–COH + H


2

O + NAD → CH

3

–COOH+ NAD·H



2

                         




 

433 


 

 

Asetat  turşusunun  müəyyən  hissəsi  qana  keçir  və 



toxumalarda  CO

2

  və  H



2

O  qədər  parçalanır,  qalan  hissəsi  isə 

ATF-in  iştirakı  ilə  asetil-KoA  sintezində  iştirak  edir.  Bu  da 

məlumdur ki, Krebs tsikli üzrə və yağ turşularının oksidləşməsi 

prosesində iştirak edərək, üçatsilqliserolların və başqa yağların, 

həmçinin xolesterinin sintezində istifadə olunur.  

Uzun müddət fasiləsiz spirtli içkilərlə (araq, konyak və s.) 

qidalanmada istifadə olunduqda qaraciyərin yağla örtülməsi də 

müşahidə  olunur,  bu  da  qaraciyərin  fəaliyyətinin  pisləşməsinə 

səbəb  olur.  Bu  onunla  izah  olunur  ki,  metabolizm  prosesində 

asetil-KoA  orqanizmdə  normadan  çox  əmələ  gəlir,  onun 

müəyyən  hissəsi  Krebs  tsiklində  iştirak  edir,  qalan  hissəsi  isə 

əlavə  yağların,  xolesterinin,  lipoproteidlərin  və  qeyri-yağ 

birləşmələrinin normadan artıq olmasına səbəb olur.  

Xroniki  alkoqolizmdə  qaraciyərin  serrozu  yaranır.  Bu 

xəstəliyin  müalicəsinin  əsas  əlaməti  kimi  insanlar  spirtli 

içkiləri  qəbul  etməməlidirlər.  Xəstəliyin  müalicəsində  spirtli 

içkilərin başqa preparatlarla birgə (apomorfin və emitin) qəbul 

olunması  nəticəsində  nail  olmaq  mümkündür.  Bu  preparatlar 

ürəkbulanması  verir.  Bunlardan  başqa  teturamanın  implanta-

siya  olunmuş  dərman  formasında  (esperal)  istifadə  olunması 

psixoloji  effekt  verir,  çünki  onun  qanda  miqdarı  çox  cüzi 

olduğundan alkoldehidrogenazanın aktivliyini aşağı sala bilmir. 

Teturamanın  dozasını  artırmaq  məsləhət  görülmür,  belə  ki,  o 

orqanizmə  toksiki  təsir  göstərir.  Daima  qəbul  edilməni  və 

nəzarəti  tələb  etməyən  dərman  vasitələrinin  alınması 

perspektivli məsələ sayılır.  

 

 



Hal-hazırda  respublikamızda  ərzaq  təhlükəsizliyi  və  ərzaq 

müstəqilliyi  şəraitinin təmin  olunması məsələlərinə  xüsusi  olaraq 

fikir  verilir.  Bu  məqsədlə  ölkəmizdə  son  zamanlar müasir  texno-

logiya əsasında qida məhsulları istiqaməti üzrə müəssisələr tikilib, 

istifadəyə  verilmişdir.  Belə  müəssisələrə  misal  olaraq  tullantısız 

texnologiya  əsasında  işləyən  Đmişli  şəkər  zavodunu  və  onun 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə