Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə2/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   2   3   4   5   6   7   8   9   ...   142

 

 



 

GĐRĐŞ 

 

Biokimya  və  ya  bioloji  kimya  bütün  canlı  orqanizmlərin 



(bitki, insan, heyvan və mikroorqanizmlər) tərkibini təşkil edən 

maddələrin,  kimyəvi  təbiətini,  xassələrini  və  çevrilmələrini 

öyrənən elmdir.  

Canlı  orqanizmlərin  tərkibini  təşkil  edən  maddələri, 

kimyəvi  təbiətini  və  xassələrini  öyrənən  hissəsinə  statik 

biokimya  deyilir.  Canlı  orqanizmlərin  tərkibini  təşkil  edən 

maddələrin  çevrilmələrini  və  ya  maddələr  mübadiləsini 

öyrənən hissəsinə isə dinamik biokimya deyilir.  

Statik  və  dinamik  biokimya  bir-biri  ilə  sıx  qırılmaz 

sürətdə əlaqədardır.  

Çox  qədim  zamanlarda  insanlara  bəzi  biokimyəvi 

proseslər  (çörəyin  bişirilməsi,  şərabın  hazırlanması  və  s.) 

məlum olmuşdur. Buna baxmayaraq, biokimyanın əsas inkişafı 

XIX  əsrin  əvvəllərinə  təsadüf  olunur.  1814-cü  ildə  rus  alimi 

K.S.Kirxhoff  buğda  dənində  nişastanı  maltozaya  qədər 

parçalayan  maddənin  varlığını  müəyyən  etmiş  və  ona  diastaza 

(amilaza) adı vermişdir. 

1866-cı ildə Lui Paster tərəfindən qıcqırma prosesinin el-

mi əsasları öyrənilmişdir. Bu prosesin mikroorqanizmlərin kö-

məyi ilə yox, onların əmələ gətirdiyi fermentlər tərəfindən apa-

rıldığı  müəyyən  olunmuşdur.  1888-ci  ildə  A.Y.Danilevski 

zülalların  əmələ  gəlməsində  peptid  tipli  rabitənin  varlığını 

sübut  etmişdir.  1902-ci  ildə  E.Fişer  zülal  molekulunda 

aminturşuların  bir-biri  ilə  peptid  tipli  rabitə  formasında 

birləşməsini  bir  daha  müəyyən  etdi.  Hətta  E.Fişer  və  onun 

əməkdaşları  bir  neçə  peptid  sintez  etdilər.  1880-ci  ildə 

N.Đ.Lunin qida məhsullarının tərkibində zülallardan, yağlardan, 

karbohidratlardan,  mineral  duzlardan  və  sudan  başqa,  həyat 

üçün  daha  zəruri  olan  maddənin  varlığını  söyləmişdir.  Bu 

naməlum maddə sonralar vitamin adlandırılmışdır.  




 

 



 

1911-ci  ildə  K.Funk  düyü  kəpəyindən  müalicəvi  təsirə 

malik  bir  maddə  aldı.  Kimyəvi  analiz  sayəsində  müəyyən 

olunmuşdur  ki,  alınmış  maddənin  tərkibində    amin   qrupu   

(-NH

2

)  vardır.  1912-ci  ildə  K.Funk  alınmış  maddəyə  vitamin 



adı  verməyi  təklif  etmişdir.  1903-cü  ildə  Neyberq  ilk  dəfə 

“Biokimya”  sözünü  işlətmişdir.  1926-cı  ildə  Samner  ilk  dəfə 

təmiz  halda  ureaza  fermentini  kristallik  formada  almış  və 

fermentlərin  həqiqətən  zülal  təbiətli  olduğunu  bir  daha  sübut 

etmişdir.  

Biokimyanın  inkişafında  bir  sıra  alimlərin  görkəmli 

xidmətləri  olmuşdur.  Fotosintez  prosesinin,  xlorifilin  fiziki  və 

kimyəvi 


xassələrinin 

öyrənilməsində 

K.A.Timiryazevin 

xidmətləri  çox  olmuşdur.  T.Sossyur,  J.Bussenqo  və  J.Libix 

bitkilərin  qidalanmasının  biokimyəvi  əsasları  kimi  maraqlı 

elmi-tədqiqat  işləri  aparmışlar.  M.S.Svet  xromotoqrafiya 

üsulunu  işləyib  hazırlamış,  bitki  karotinoidlərini  və  xlorofili 

öyrənmişdir. A.N.Bax, V.Đ.Palladin, S.N.Kostıçev, L.A.Đvanov, 

A.N.Lebedev  tərəfindən  tənəffüs  və  qıcqırma  proseslərinin 

kimyasının  öyrənilməsi  biokimya  elminin  inkişafında  mühüm 

rol  oynamışdır.  1943-cü  ildə  F.Lipman  yağların  sintezində 

koferment-A-nın  rolunu,  1949-cu  ildə  A.Lenindcer  oksidləş-

məklə-fosforlaşma  prosesinin  və  canlı  orqanizm  üçün  lazım 

olan  enerjinin  mitoxondriyalarda  sintez  olunmasını  öyrənmiş-

dir.  1953-cü  ildə  D.Uotson  və  F.Krik  DNT-nin  quruluşunu, 

1963-cü  ildə  K.Nirenberq  tərəfindən  DNT-nin  genetik  kodu 

müəyyənləşdirilmişdir.  1967-1987-ci  illərdə  biokimyaçı  alim-

lər tərəfindən zülalların  quruluşunun və onların təsir mexaniz-

minin müəyyən edilməsi biokimya elminin əsas nailiyyətlərin-

dən biri hesab olunur.  

Akademik  A.Đ.Oparinin  dünyanın  əmələ  gəlməsinin 

biokimyəvi  əsaslarının  öyrənilməsi  bu  elmin  inkişafına  təkan 

vermişdir.  Yuxarıda  göstərilən  alimlərin  elmi-tədqiqat  işləri 

biokimyanın  sürətlə  inkişafında  böyük  əhəmiyyət  kəsb 

etmişdir.  



 

 



 

  Bioloji  kimyanın  inkişafı  bir  sıra  elmlərlə  də  əlaqədar-

dır.  Bu  elmlərdən  biri  üzvi  kimyadır.  Biokimyanın  bir  hissəsi 

olan statik biokimya canlıların üzvi kimyasıdır.  Bütün canlıla-

rın əsasını üzvi birləşmələr təşkil edir. Üzvi kimya canlı orqa-

nizmlərdə olan üzvi maddələri də öyrənir.  

Bundan  başqa  fiziologiya  elmi  də  biokimya  ilə  əlaqəsi 

olan  elmlərdəndir.  Fiziologiya  canlı  orqanizmlərdə  törənən 

həyati  proseslərin  qanunlarını,  onların  əsasında  əmələ  gələn 

dəyişiklikləri  öyrənir.  Biokimya  isə  fizioloji  proseslərin 

kimyəvi əsaslarını da öyrənir.  

Biokimyanın  inkişafında  fiziki  və  kolloid  kimyanın  da 

böyük  rolu  vardır.  Fiziki  kimya  kimyəvi  proseslərin  fiziki 

qanunauyğunluqlarını  öyrənir.  Bitki  və  heyvan  mənşəli  qida 

məhsullarında  həmişə  biokimyəvi  proseslər  baş  verdiyi  üçün 

onların  mahiyyətinin  daha  dərindən  öyrənilməsində  fiziki 

kimyanın  qanunlarından  istifadə  olunur.  Kolloid  kimya  isə 

kolloidlərin  fiziki  kimyası  deməkdir.  Kolloidlərdən  zülallar, 

fermentlər  və  sairləri  bitkilərdə  çox  təsadüf  olunur.  Bitkilərdə 

gedən  metabolizm  (maddələr  mübadiləsi)  prosesini  dərindən 

dərk  etmək  üçün  kolloid  kimyanı  bilmək  lazımdır.  Bundan 

başqa  müasir  cihazların  köməyi  ilə  biokimyəvi  analiz  üsulları 

fiziki və kolloid kimyanın qanunları əsasında düzəldilmişdir.  

Biokimya elminin bitkiçilikdə və qida sənayesində böyük 

praktiki  əhəmiyyəti  vardır.  Bitki  mənşəli  məhsulların  (taxıl, 

çay, üzüm, meyvə-tərəvəz və s.) saxlanılması və emalı zamanı 

mürəkkəb  biokimyəvi  proseslər  törənir.  Bu  zaman  qida 

məhsulunun  tərkibini  təşkil  edən  zülalların,  karbohidratların, 

yağların, vitaminlərin və sair maddələrinin miqdarca dəyişməsi 

və  çevrilməsi  prosesi  gedir.  Bu  proseslərin  müsbət  həlli  üçün 

biokimya elminin böyük əhəmiyyəti vardır.  

DNT-nin  quruluşunun  kəşf  edilməsi  mühəndis  biokim-

yasının  və  ya  XX  əsrin  70-ci  illərindən  “Biotexnologiya”  adı 

ilə  geniş  səslənən  elmin  inkişafında  mühüm  rol  oynamışdır. 

Hal-hazırda  biotexnologiya  elmi  əsasında  maya  hüceyrə-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə