Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə4/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   2   3   4   5   6   7   8   9   ...   142

 

11 


 

 

gəldikdə  qida  maddəsi  kimi  orqanizmin  həyat  fəaliyyəti  üçün 



sərf olunur.  

Qanın  tənəffüs  funksiyası,  yəni  oksigenin  toxumalara 

daşınması  zülali  maddə  olan  hemoqlobinin  iştirakı  ilə  həyata 

keçirilir.  Orqanizm  üçün  vacib  olan  bioloji  aktiv  maddələrin 

sintezi də zülallarla sıx əlaqədardır.  

Zülalların  biosintezi  zamanı  ayrılmış  bəzi  aromatik  və 

alifatik aminturşularından orqanizm vacib olan maddələr sintez 

olunur.  Đnsan  orqanizmini  xəstəlik  törədici  amillərdən 

(bakteriyalardan,  toksinlərdən,  viruslardan  və  s.)  mühafizə 

olunmasında  bəzi  zülali  maddələr  iştirak  edir.  Hətta  qanın 

laxtalanma qabiliyyəti də zülali maddələrlə sıx əlaqədardır.  

Zülali  maddələrin  nümayəndəsi  olan  fibrinogenin  fibrinə 

çevrilməsi  zədələnmələr  zamanı  orqanizmi  qan  itirmədən 

qoruyur. 

Đnsan 

orqanizmində 



baş 

verən 


maddələr 

mübadiləsinin 

tənzimlənməsində 

hormonların 

da 

rolu 


böyükdür.  Hormonların  bəziləri  zülal  və  peptid  təbiətli 

maddələrdir.  

Qida  məhsullarında  dəyərli  zülalların  olması  olduqca 

vacibdir.  Əks  halda  insanlarda  müxtəlif  formalı  xəstəliklərin 

əmələ gəlməsinə şərait yaranmış olur. Ona görə də insanlar gün 

ərzində  ekoloji  cəhətdən  təmiz,  zülalla  zəngin  olan  qida 

məhsulları ilə qidalanmalıdırlar.  

Qeyd  olunduğu  kimi,  canlı  orqanizmlərdə  gedən 

maddələr  mübadiləsi  prosesinin  tənzimlənməsi  zülallarla  sıx 

əlaqədardır.  Orqanizmdə  gedən  bütün  kimyəvi  proseslərin 

gedişində  iştirak  edən  fermentlər  zülali  maddələrdir.  Yuxarıda 

qeyd olunanlardan məlum olur ki, qida məhsullarında zülalların 

öyrənilməsinin böyük əhəmiyyəti vardır.  

Bitki mənşəli qida məhsullarında zülallar karbohidratlara 

nisbətən  azlıq  təşkil  edirlər.  Ancaq  yağlı  və  paxlalı  bitkilərin 

toxumlarında  zülallar  çox  olur.  Məsələn:  noxud  və  soyanın 

toxumunda  15-40%  zülali  maddələr  olur.  Zülallar  meyvə-

tərəvəzdə və üzümdə nisbətən az olur.  




 

12 


 

 

Zülallar  haqqında  ilk  elmi  məlumat  Hollandiya  alimi 



Q.Mudler  tərəfindən  1838-ci  ildə  verilmişdir.  Bu  alim 

zülalların  mühüm  həyati  əhəmiyyətə  malik  azotlu  birləşmələr 

olduğunu 

müəyyən 


etmişdir. 

Zülallar 

haqqında 

elmi 


dünyagörüşün  çox  məhdud  olduğu  bir  vaxtda,  F.Engels  qeyd 

etmişdir  ki,  “həyat,  zülali  maddələrin  mövcud  formasıdır”. 

Harada  zülal  var,  orada  həyat  var,  harada  zülal  yoxdur,  orada 

həyat da yoxdur. 

1888-ci  ildə     A.Y.Danilevski     zülalların     tərkibində   

(-NH–CO-)  peptid  tipli  rabitənin  varlığını  müəyyən  etmişdir. 

1902-ci  ildə  E.Fişer  və  onun  əməkdaşları  laboratoriyada  ilk 

peptid  sintez  etdilər.  1925-1930-cu  illərdə  Svedenberq 

ultrasentrafuq  üsulu  ilə  zülalların  molekul  çəkisini  təyin 

etmişdir.  

1951-ci  ildə  Polinq  və  Kori  zülalların  ikinci  quruluşunu 

müəyyənləşdirib, α-spiral adlandırdılar. 1953-cü ildə Senger ilk 

dəfə  olaraq  insulin  zülalında  aminturşuların  hansı  ardıcıllıqda 

düzüldüyünü müəyyən etmişdir. 1956-cı ildə Mur və Steyn ilk 

dəfə avtomatik aminturşu analizatoru yaratdılar. 

Yuxarıda  göstərilən  alimlərin  kəşfi  zülallar  haqqında 

elmin  inkişafına  böyük  təkan  vermişdir.  Zülallar  əsasən  beş 

elementdən-karbon,  hidrogen,  oksigen,  azot  və  kükürddən 

təşkil  olunur.  Bəzi  zülallarda  az  miqdarda  fosfor  da  olur. 

Zülalların  tərkibində  göstərilən  elementlər  aşağıdakı  miqdarda 

olur, faizlə: 

Karbon                               50-55 

Hidrogen                           6,5-7,5 

Oksigen                              21-23 

Azot                                    16-18 

Kükürd                               0,2-2,5 

 

Bu  elementlər  zülal  molekullarını  əmələ  gətirən 



aminturşuların tərkibində olur. 

 



 

13 


 

 

1.1.1. Zülalların  kimyəvi  tərkibi 



 

Zülallar  bütün  canlı  orqanizmlərin  əsasını  təşkil  edən  ən 

vacib  üzvi  maddələrdir.  Onların  orqanizm  üçün  həm  plastik, 

həm  də  energetik  əhəmiyyəti  vardır.  Belə  ki,  zülallar  həm 

hüceyrə  quruluşunun  əmələ  gəlməsində  iştirak  edir,  həm  də 

toxumalarda  parçalanaraq,  orqanizmin  həyat  fəaliyyəti  üçün 

enerji  vermək  qabiliyyətinə  malikdirlər.  Bundan  başqa  bütün 

canlı orqanizmlərə xas olan maddələr mübadiləsi, (böyümə və 

çoxalma,  əmələ  gəlmə  və  parçalanma)  prosesi  zülali 

maddələrin iştirakı ilə baş verir. 

Kimyəvi  təbiətinə  görə  zülallar  yüksəkmolekullu  üzvi 

birləşmələr olub, turşu, qələvi və spesifik fermentlərin təsiri ilə 

hidroliz olunaraq aminturşulara parçalanır. 

Zülal  molekulları  kimyəvi  tərkibcə  aminturşularından 

təşkil  olunmuşdur.  Aminturşular  tərkibində  amin  (-NH

2

)  və 



karboksil  (-COOH)  qrupları  saxlayan  üzvi  turşulara  deyilir. 

Zülalların  tərkibində  olan  aminturşuların  hamısı  α-formada 

olur.  Yəni  onların  molekullarında  amin  qrupları  karboksil 

qrupuna ən yaxın olan karbon atomuna birləşmiş olur.     

                                         H 

                                     

                                  R – C – COOH  

                                            

                                        NH

Hal-hazırda təbiətdə 300-ə qədər aminturşusu məlumdur. 



Onlardan  zülalların  tərkibində  yalnız  20-aminturşunun  varlığı 

müəyyən  edilmişdir.  Qalanlarına  isə  sərbəst  halda  təsadüf 

olunur.  Aminturşular  tərkib  və  qurluşlarına  görə  2  qrupa 

bölünür. 

1.  Atsiklik-açıq zəncirli aminturşular. 

2.  Tsiklik-qapalı zəncirli aminturşular. 

Aminturşular  tərkibində  amin  və  karboksil  qruplarının 

sayından asılı olaraq üç qrupa bölünür: 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə