Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə7/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   2   3   4   5   6   7   8   9   10   ...   142

 

20 


 

 

Metionin  orqanizmdə  baş  verən  maddələr  mübadiləsinin 

tənzimlənməsində  zülalların,  peptidlərin  sintezində  əvəz 

olunmayan  aminturşusu  kimi  iştirak  edir.  Orqanizmdə 

çatışmadıqda  xolinin  sintezi  pozulur.  Metionin  həm  də 

insanları  müxtəlif  cür  zəhərlənmələrdən  qoruyur.  Metionin 

insan orqanizminin xəstəliyə qarşı müqavimətini də artırır. Hal 

hazırda  metionin  adlı  dərman  preparatı  həbb  formasında 

istehsal olunur.  

Qlisin  mərkəzi  sinir  sisteminin  (MSS)  tənzimlənməsinə, 

beyin  damarlarının  genişlənməsinə  müsbət  təsir  göstərir. 

Bundan  başqa  xroniki  alkoqolizm  xəstəliyinin  müalicəsində, 

iştahın bərpa olunmasında qlisinin dərman preparatından geniş 

istifadə  olunur.  Qlisindən  əsəb  sisteminin  sakitləşdiricisi  kimi 

də istifadə etmək olar.  



Valin  orqanizmdən  radionuklidlərin  (radiasiya  element-

lərinin)  xaric  olunmasına  müsbət  təsir  göstərir.  Hal  hazırda 

müxtəlif  cür  qida  məhsullarının  dad  keyfiyyətini  daha  da 

yaxşılaşdırmaq  məqsədi  ilə  valindən  geniş  istifadə  olunur.  Ət 

məhsullarının  keyfiyyətinin  daha  da  yaxşılaşdırılmasında 

nəinki  valindən,  həm  də  qlütamin  turşusundan  da  istifadə 

olunur.  Zülalların  tərkibinə  daxil  olan  aminturşuları  sərbəst 

halda  qida  məhsullarının  keyfiyyətinə  müsbət  təsir  göstərirlər. 

Qida 

məhsullarının 



termiki 

üsulla 


emalı 

zamanı 


aminturşularının  nümayəndəsi  olan  valin,  metionin,  qlisin  və 

qeyriləri  qidanın  tərkibində  müxtəlif  çevrilmələrə  məruz 

qalaraq onun ətirli maddələrlə zənginləşməsinə şərait yaradır.  

Triptofan  adlanan  aminturşusu  aromatik  xüsusiyyətə 

malikdir.  Ondan  diabetli  xəstələrin  qidalanmasında  geniş 

istifadə etmək olar. Belə ki, triptofan bir neçə dəfə saxarozadan 

(şəkər  tozundan)  şirin  dada  malikdir.  Alkaqollu  və  alkaqolsuz 

içkilərin  istehsalında  ətirli  maddə  kimi  triptofandan  istifadə 

olunur.  Bundan  başqa  alkaqollu  və  alkaqolsuz  içkilərin 

dadının,  ətrinin  daha  da  yaxşılaşdırılması  məqsədilə  aromatik 



 

21 


 

 

aminturşularının  nümayəndəsi  olan  fenilalanindən,  tirozindən, 



prolindən geniş istifadə olunur.  

Qeyd  etmək  lazımdır  ki,  hal  hazırda  qida  sənayesi 

istehsalının müxtəlif sahələrində aminturşularının nümayəndəsi 

olan  qlisindən,  lizindən,  sisteindən  təbii  antioksidant  kimi 

istifadə  olunur.  Onlar  qida  məhsullarının  tərkibində  olan 

vitaminlərinin,  o  cümlədən  C  vitamininin  parçalanmasının 

qarşısını  alırlar.  Aminturşuları  kənd  təsərrüfatının  müxtəlif 

sahələrində  də  geniş  istifadə  olunur.  Belə  ki,  bəzi 

aminturşularından  heyvanların  yeminə  də  qatılır.  Bu  əsas 

onunla əlaqədardır ki, bir çox bitki zülallarının tərkibində əvəz 

olumayan aminturşusunun nümayəndəsi olan lizin az miqdarda 

olur. Bu da heyvanlarda süd çıxımına və kökəlməyə mənfi təsir 

göstərir. 

Ona 


görə 

də 


heyvandarlıq 

təsərrüfatlarında 

heyvanların yeminə lizin yemə əlavə olunur. Bu zaman heyvan 

orqanizmlərində  zülalların  mübadiləsi,  zülalların  sintezi 

tənzimlənir.  Hal-hazırda  bəzi  aminturşularından  (metionin, 

qlutamin turşusu, qlisin və valin) bitkilərin bir çox xəstəliklərə 

tutulmasının  qarşısının  alınması  məqsədilə  də  geniş  istifadə 

olunur.  Aminturşularından  kosmetik  məqsədlər  üçün,  dərinin 

normal funksiyasının yaxşılaşdırılması üçün də istifadə olunur.  

Cədvəldə  göstərilən  aminturşular  bioloji  və  ya  fizioloji 

əhəmiyyətinə 

görə 


üç 

qrupa 


ayrılır: 

əvəzolunmayan, 

yarıməvəzolunan və əvəzolunan. Əvəzolunmayan aminturşular 

orqanizm 

tərəfindən 

sintez 


olunmur. 

Orqanizmin 

əvəzolunmayan  aminturşularına  olan  tələbatı  yalnız  qida 

məhsulları  hesabına  ödənilir.  Đnsanlar  üçün  8  əvəzolunmayan 

aminturşu  məlumdur:  valin,  leysin,  izoleysin,  treozin,  lizin, 

metionin, fenilalanin, triptofan. 

Yarıməvəzolunan  aminturşular  orqanizmdə  kifayət  qədər 

əmələ  gəlmir.  Ona  görə  də  orqanizmdə  onların  müəyyən 

hissəsi  qida  məhsullarının  hesabına  ödənilir.  Đnsan  orqanizmi 

üçün  yarıməvəzolunmayan  aminturşuları-arginin,  tirozin  və 

histidindir. 



 

22 


 

 

Əvəzolunan  aminturşular  orqanizmdə  istənilən  qədər 



sintez 

olunur. 


Yerdə 

qalan 


aminturşular 

əvəzolunan 

aminturşular  sayılır.  Qeyd  etmək  lazımdır  ki,  bitkilərdə, 

insanlardan fərqli olaraq bütün aminturşular sintez olunur. 

Böyük  rus  alimi  A.Y.Danilevski  biuret  reaksiyasına 

əsaslanaraq,  müəyyən  etdi  ki,  zülal  molekulunda  aminturşu 

qalıqları  bir-biri  ilə  karboksil  və  amin  qrupları  vasitəsilə 

birləşib, peptid tipli rabitə əmələ gətirir. Peptid zəncirini təşkil 

edən  aminturşu  qalıqlarının  sayından  asılı  olaraq  dipeptidlər, 

tripeptidlər və polipeptidlər əmələ gəlir. Peptidləri adlandırmaq 

üçün onları təşkil edən aminturşuların adlarından istifadə edilir. 

Əvvəlki aminturşuların axırına “il” şəkilçisi əlavə olunur. 

 

                                                           CH



                                                             

Məsələn: H

2

N–CH



2

–COOH+H HN–CH–COOH   

                                                                               

-H

2



O  

                              qlisin                    alanin 

                                           CH

3

                                         



 

          H

2

N–CH


2

–CO–NH–CH–COOH     

 

                            qlisilalanin 



                              (dipeptid) 

Əgər  dipeptid  alanin  və  qlisindən  təşkil  olarsa,  onda 

aşağıdakı kimi adlandırılır: 

           CH

 

  H



2

N–CH–COOH+NHN–CH

2

COOH 


  -H

2



              alanin                    qlisin 

 

                       CH



 

              H



2

N–CH–CO–NH–CH

2

OOH     


                      alanil qlisin (dipeptid) 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə