Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə8/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   4   5   6   7   8   9   10   11   ...   142

 

23 


 

 

Göstərilən  dipeptidlərin  sərbəst  qalan  karboksil  və  amin 



qruplarının  hesabına  başqa  aminturşularla  birləşib,  tri-tetra  və 

s. peptid əmələ gəlir. Məsələn: 

                       CH

3

                                           CH



 

     H



2

N–CH–CO–NH–CH

2

–COOH+HNH–CH–      



     alanilqlisin                                            alanin 

                                            CH

 

–COOH            H



2

N–CH–CO–NH–CH

2

– 

               



-2H

2

O   



      Alanilqlisil 

 

                    CH



3

 

 



  –CO–NH–CH–COOH     

               alanin (tripeptid) 

 

Bu  reaksiyanı  davam  etdirməklə  müxtəlif  sayda  peptidlər 



almaq  olar.  Bu  prosesi  daha  yaxşı  aydınlaşdırmaq  üçün  üç 

aminturşunu  (alanin,  qlisin,  və  valin)  A,  B  və  V  hərfləri  ilə 

işarə  edək.  Bu  zaman  aydın  olur  ki,  üç  aminturşudan  6-ədəd 

tripeptid alınır. 

 

1.  A-B-V-qlisil-alanil-valin. 



2.  A-V-B-qlisil-valil-alanin. 

3.  B-A-V-alanil-qlisil-valin. 

4.  B-V-A-alanil-valil-qlisin. 

5.  V-A-B-valil-qlisil-alanin. 

6.  V-B-A-valil-alanil-qlisin. 

Aydın  olur  ki,  4-aminturşu  qalığından  24,  müxtəlif 

tetrapeptid;  5-aminturşu  qalığından  120  pentapeptid  alınır. 

Beləliklə,  aminturşu  qalıqlarından  çox  böyük  sayda  peptid 

izomerləri  alınır.  Hal-hazırda  çoxlu  sayda  polipeptidlər  sintez 



 

24 


 

 

olunmuşdur. Canlı orqanizmdə zülallardan başqa peptidlərə də 



rast gəlinir. Onlar maddələr mübadiləsi prosesində iştirak edir. 

Bitki  mənşəli  qida  məhsullarında  ən  geniş  öyrənilmiş 

peptid  qlütationdur.  O,  hüceyrədə  geniş  yayılmış  tripeptiddir. 

Taxılın  tərkibində  daha  çox  olur.  Onun  əmələ  gəlməsində 

qlisin,  sistein  və  qlütamin  turşuları  iştirak  edir.  Hal-hazırda 

müəyyən  olunmuşdur  ki,  zülal  molekulları  polipeptid 

zəncirlərindən  təşkil  olunmuşdur.  Zülal  molekullarının  əmələ 

gəlməsində təkcə peptid tipli rabitələr yox, başqa rabitə növləri 

də  iştirak  edir.Zülal  molekullarında  disulfid  rabitəsi  də 

mövcuddur.  Bu  rabitənin  köməyi  ilə  polipeptidlər  bir-biri  ilə 

birləşib zülal molekullarını əmələ gətirir.  

Disulfid  rabitələri  polipeptid  zəncirlərində  olan  sistein 

qalıqlarındakı-SH qrupları, hidrogenlərini itirməklə, bir-biri ilə 

birləşməsi nəticəsində əmələ gəlir. 

 

                                                              -H



  SH+SH              –S–S– 

 

Đki  molekul  sistein  birləşərək,  sistin  qalığına  çevrilməsi 



nəticəsində  müxtəlif  və  ya  eyni  polipeptidin  ayrı-ayrı 

hissəcikləri arasında rabitə yaranır.  

Zülal  molekullarında  peptid  və  disulfid  rabitələrindən 

başqa  çoxlu  miqdarda  hidrogen  rabitələri  də  vardır.  Hidrogen 

rabitələri  müxtəlif  polipeptid  zəncirlərini  və  ya  eyni  bir 

zəncirin ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirir.  

 

1.1.3. Zülalların quruluşu haqqında məlumat 

 

Tədqiqatların  nəticəsinə  görə  zülalların  birinci,  ikinci, 



üçüncü və dördüncü quruluşu müəyyən edilmişdir.  

Zülal  molekullarında  aminturşu  qalıqlarının  yerləşmə 

ardıcıllığına  zülalların  birinci  quruluşu  deyilir.  Aminturşu 

qalıqlarının 

birləşmə 

ardıcıllığının 

müxtəlifliyi 

zülal 


molekullarının  dəyişməsinə  səbəb  olur.  Aminturşular  arasında 


 

25 


 

 

olan  peptid  və  disulfid  rabitələri  zülalların  birinci  quruluşuna 



aiddir.  

Müasir  analiz  üsullarının  (rentgenostruktur,  elektron 

mikroskopiyası,  nüvə-maqnit  rezonansı  və  s.)  köməyi  ilə 

müəyyən  olunmuşdur  ki,  zülal  molekullarını  təşkil  edən 

polipeptid  zəncirlər  düzxətt  boyunca  yox,  əksinə  spiralvarı 

formadadır.  Zülal  molekullarının  belə  fəza  konfiqurasiyası 

zülalların 

ikinci 


quruluşu 

adlanır. 

Bu 

quruluşun 



aydınlaşdırılmasında  Polinq  və  Korinin  rolu  böyük  olmuşdur. 

Müəyyən  olunmuşdur  ki,  ikinci  quruluşun  əmələ  gəlməsində 

hidrogen  rabitələri  də  iştirak  edir.  Hidrogen  rabitələrinin 

yerləşməsinə  görə,  zülalların  ikincili  quruluşunun  α  və  β 

formaları müəyyən edilmişdir.  

α-strukturlu  polipeptid  zəncirləri  molekuldaxili  hidrogen 

rabitələri  hesabına  əmələ  gəlir.  Belə  hidrogen  rabitələri 

polipeptid zəncirinə spiral forması verir. 

 α-spiralın  polipeptid  zəncirləri    β-spirallarla  nisbətən 

davamlı  olur.  β-strukturlu  polipeptid  zəncirlərinin  əmələ 

gəlməsində  hidrogen  rabitələri  əsasən  müxtəlif  molekullar 

arasında  yerləşir.  Müəyyən  olunmuşdur  ki,  tərkibində  çoxlu 

alanin  və  qlisin  qalıqları  olan  zülallar  asanlıqla-struktur  əmələ 

gətirirlər.  Zülal  molekullarında  polipeptid  zəncirlərinin 

təxminən  70%-i-spiral  formasında  olur.  Zülalların  üçüncü 

quruluşu  polipeptidlərin  fəzadakı  vəziyyətini  və  spiralın 

formasını  göstərir.  Zülal  molekullarının  xarici  forması  əsasən 

yumşaqşəkilli olur. Üçüncü quruluş pozulduqda zülallar bioloji 

aktivliyini 

itirir.Zülalların 

dördüncü 

quruluşu 

müxtəlif 

polipeptid zəncirlərinin bir zülal molekul şəklində birləşməsinə 

deyilir.  Daha  doğrusu  zülal  molekullarını  əmələ  gətirən 

polipeptidlərin  bir-biri  ilə  birləşməsindən  sonra  ümumi 

molekulun fəzadakı quruluşunu göstərir. 

Hazırda  dördüncü  quruluşa  malik  olan  çoxlu  sayda 

zülallar  məlumdur.  Belə  zülallar  qida  sənayesində  və  tibbdə 

geniş  istifadə  olunur.  Bunlara  misal  olaraq  pepsini,  tripsini, 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə