Əfəndiyev İlyas



Yüklə 188,4 Kb.
səhifə1/7
tarix25.06.2018
ölçüsü188,4 Kb.
#51344
növüYazı
  1   2   3   4   5   6   7


Əfəndiyev İlyas

 

 

Əfəndiyev İlyas Məhəmməd oğlu (1914-1996) — nasir, 



dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azərbaycanın 

Əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR Dövlət 

Mükafatı laureatı (1972)[1], Azərbaycan SSR xalq yazıçısı 

(1979)[2] 

həyatı 

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-də 



Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir 

ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı 

tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan 

olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, 

yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu 

ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə 




məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı 

axund və üləmalardan ibarət idi. 

 

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə 



məşğul olan qoluna mənsub olmuşdur. O, 7-8 yaşında olarkən 

atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd 

kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. 

Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla 

qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. 

Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin 

yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir. 

Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. 

O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət 

əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib 

satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət 



qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən 

işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat 

idarələrində çalışmışdır. 

 

Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, 



geniş dünyagörüşlü və savadlı bir adam olub böyük hörmət 

sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas 

Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz 

deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə 

dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl 

tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə 

gələrdilər. 

 



Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı 

bitirib dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti 

vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır. 

 

Çətin günlər  



Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə 

ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü 

əllərindən alınmış, ailənin bəzi üzvləri "xalq düşməni" kimi 

güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün 

olunmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak" 

damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, "səs 

hüququndan" məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac 

içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan 

ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum 

edilmişdir. Lakin yazıçının nənə və babaları bolşeviklərin 




ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, 

kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi 

yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə 

gizlin də olsa kömək edirdilər. 

 

Yazıçı bu illərin hadisələrini xatırlayaraq qeyd etmişdir: "Bizim 



ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan 

məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın 

böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz 

əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə 

hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində 

iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək 

stolunun altında, üstündə yatırdılar". 

 



Çoxuşaqlı həmin ailədə ciddi nizam-intizam var idi. Anaya 

məhəbbət, ataya hörmət ailədə ciddi əməl olunan 

qaydalardan idi. Ailədə böyük-kiçik seçilirdi, hərənin öz 

vəzifəsi var idi. Uşaqlar kiçik yaşlarından zəhmətə, əməyə 

alışmışdılar. Ata çox ciddi və zəhmli olsa da, ana mülayim və 

rəhmdil idi. Ailə üzvləri arasında qarşılıqlı hörmət hökm 

sürürdü: təbiətə məhəbbət, mütaliəyə, kitaba maraq ananın 

təsirindən irəli gəlmişdi. Bütün müsəlman ailələrində olduğu 

kimi Əfəndiyevlər ailəsində də ata əsas şəxsiyyət idi və bütün 

problemləri o həll edirdi. 

 

Qarabağın aran rayonlarında yaşayan yüzlərlə başqa ailə kimi 



Məhəmməd kişi də ailəsi ilə bərabər yay aylarında yaylağa – 

Şuşaya köçərmiş. İlyasın uşaqlıq illərinin müəyyən hissəsi 




Şuşada keçdiyindəndir ki, yazıçının yaradıcılığında Şuşa və 

Qarabağ mövzusu mühüm yer tutur. 

 

Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 



1920-ci ilin aprel-may aylarında sona yetmişdir. "Kulak" 

damğası vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə dağılmış, 

təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi 

qohumları bir-birindən aralı salmışdı. 

 

Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və 



təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra 

bilmir. Ağır xəstələnərək "səksən yaşlı qocaya dönmüş" 

Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir. 

 

Ailəsi  




Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə