Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə1/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
  1   2   3   4   5   6   7   8   9   ...   66


Bakı - 2017
Əfqanıstan: 
Sovet işğalından 
Amerika müdaxiləsinə
Məsiağa Məhəmmədi
Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzi


- 2 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Elmi redaktor: 
Gülşən Paşayeva,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar 
Mərkəzinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru
Elmi rəyçi: 
Vidadi Mustafayev,
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu İran tarixi 
və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru
Məsiağa Məhəmmədi. Əfqanıstan: Sovet işğalından Amerika 
müdaxiləsinə. Bakı: 2017, 220 səh.
Kitabda 1978-ci il aprel çevrilişindən XXI əsrin əvvəllərinə qədər Əfqanıs-
tanda və onun ətrafında baş verən hadisələrdən bəhs olunur. 
Müvafiq fəsillərdə SSRİ-nin Əfqanıstana hərbi təcavüzünün gedişi və nə-
ticələri, işğal illərində ölkədə gedən hərbi-siyasi proseslər, silahlı əfqan 
müxalifətinin tərkibindəki qruplaşmalar, Sovet qoşunlarının çıxmasından 
sonrakı mərhələdə baş verən olaylar, mücahidlər və Taliban hakimiyyəti 
dövründəki durum və nəhayət, ABŞ-ın Əfqanıstana müdaxiləsinin doğur-
duğu situasiya təhlil edilir. Bütün bu məsələlər Böyük oyunun yeni mərhələsi 
kimi - Əfqanıstanda regional və qlobal güclərin geosiyasi mübarizəsi kon-
tekstində nəzərdən keçirilir. 
© Azərbaycan Respublikasının Prezidenti
 yanında Strateji Araşdırmalar Mərkəzi


- 3 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Son təqribən qırx il ərzində Əfqanıstanda və onun ətrafında 
baş verən hadisələrin təhlili çağdaş beynəlxalq münasibətlərdə 
gedən prosesləri dərk etmək baxımından böyük əhəmiyyət daşı-
yır. Xüsusən 1979-cu ildə sovet qoşunları Əfqanıstana yeridildik-
dən sonra həmin proseslərin bir növ latent qatları üzə çıxmağa 
başladı və böyük güclərin, regional oyunçuların bu ölkədə geo-
siyasi mübarizəsi açıq müstəviyə keçdi. Əlbəttə, o vaxtlar sovet 
adamları qapalı cəmiyyət şəraitində proseslərin mahiyyətini 
adekvat şəkildə anlamağa çətinlik çəkirdilər və bir çoxları səmi-
mi şəkildə inanırdılar ki, sovet hökuməti həqiqətən öz azadlığı 
uğrunda mübarizə aparan və sosialist inkişaf yolu seçmiş qardaş 
əfqan xalqına yardım etmək və onu dünya imperializminin hü-
cumundan qorumaq üçün bu ölkəyə qoşun göndərib və oradakı 
sovet əsgəri, o zamanlar deyildiyi kimi, öz beynəlmiləl borcunu 
yerinə yetirir. 
Lakin SSRİ-nin süqutundan sonra hamıya məlum oldu ki, 
sovet rəhbərliyi Əfqanıstanda ideoloji pərdə arxasında gizlədilən 
tamam başqa hədəfləri güdürmüş və bu ölkə uğrunda mübarizə 
əslində bir vaxtlar çar Rusiyası ilə Britaniya imperiyası arasında 
gedən Böyük oyunun yeni şəraitdə davamı imiş. Yeni şəraitin 
özəlliyi bunda idi ki, Britaniyanın yerini ABŞ tutmuş və oyuna 
Çin, Pakistan, Səudiyyə Ərəbistanı, İran və s. kimi yeni aktorlar 
(ön söz)
Əfqanıstan düyünü


- 4 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
qoşulmuşdu, bu da ona daha mürəkkəb səciyyə bəxş edirdi. 
Başqa sözlə, 1980-ci illərdə Əfqanıstanda gedən qanlı mü-
naqişə sadəcə Soyuq müharibənin təzahürü deyil, daha qlobal 
geostrateji mübarizənin ifadəsi idi. Bunu belə bir fakt da təsdiq 
edir ki, sovet qoşunları ölkədən çıxarıldıqdan, Soyuq müharibə 
başa çatdıqdan və nəhayət, mücahidlər Əfqanıstanda hakimiy-
yətə gəldikdən sonra da orada sabitlik və sülh yaranmadı.
1996-cı ildə Əfqanıstanda “Taliban” adlanan neofundamenta-
list qüvvənin hakimiyyətə gəlişi, ölkənin tədricən radikal islamçı 
cərəyanların, o cümlədən, “Əl-Qaidə” qlobal terror təşkilatının 
səngərinə çevrilməsi, 2001-ci ilin 11 sentyabr hadisələri və nə-
hayət, ABŞ və müttəfiqlərinin Əfqanıstana hərbi müdaxiləsi onu 
göstərdi ki, burada baş verənlər lokal xarakterli münaqişə deyil, 
beynəlxalq səviyyədə gedən mürəkkəb proseslərin başlanğıc 
nöqtəsidir. Belə ki, Əfqanıstanda müşahidə olunan hadisələr son-
radan fərqli formalarda İraqda, Şimali Afrikada, Suriyada davamı-
nı tapdı; aydın oldu ki, Əfqanıstan düyünü Orta Şərqi, Mərkəzi 
və Cənubi Asiyanı əhatə edən geniş bir regiondakı geosiyasi pro-
seslərin tərkib hissəsidir. 
Bu mənada son onilliklərdə Əfqanıstanda baş verənlərin öy-
rənilməsi təkcə həmin ölkənin müasir tarixi baxımından deyil, 
qlobal siyasətin açar məqamlarından birinin aydınlaşdırılması, 
günümüzdə regionda və dünyada şahidi olduğumuz hadisələrin 
adekvat dərki nöqteyi-nəzərindən də əhəmiyyət kəsb edir. Məhz 
bu cür yanaşma səbəbindən, yəni 2001-ci ildən sonrakı proseslər 
hələ bitmədiyindən, regionda hansı düzənin formalaşacağı bəlli 
olmadığından biz XXI əsrin ötən illərində Əfqanıstanda və onun 
ətrafında baş verən hadisələrdən ümumi şəkildə bəhs etmiş, əsas 
diqqəti onların köklərinin gizləndiyi əvvəlki dövrlərə vermişik. 
Əlbəttə, bu zaman ölkədəki durum daxili və xarici faktorların dia-
lektikası əsasında nəzərdən keçirilmişdir. 
Nə üçün onilliklər keçsə də, Əfqanıstanda sülh və sabitlik 


- 5 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bərqərar olmur? Nə üçün bütün siyasi dəyişikliklərə rəğmən, 
istedadlı və cəsur əfqan xalqı öz ölkəsində dinc birgəyaşayışın 
formulunu tapa bilmir? Nə üçün çoxsaylı beynəlxalq səylər Əfqa-
nıstan düyününün açılmasına gətirib çıxarmır? Yoxsa bir neçə il 
Əfqanıstanda yaşamış və Kabulu yüksək poetik misralarla vəsf 
etmiş böyük Azərbaycan şairi Saib Təbrizinin (1601-1677) tə-
birincə, heç kəs bu düyünü açmaq istəmir və hərə gəlib onu bir 
az da dolaşıq salır?! Kitabda bu suallara cavab tapılmasına cəhd 
göstərilmişdir.  
Nəzərdən keçirilən dövrdə Əfqanıstanda baş verənlərin Azər-
baycana bilavasitə aidiyyəti var. Əfqanıstan coğrafi baxımdan 
Azərbaycandan çox da uzaqda yerləşmir və iki ölkə arasında 
tarixən çeşidli əlaqələr mövcud olmuşdur. Sovet işğalı zamanı 
SSRİ-yə daxil olan digər respublikaların nümayəndələri kimi
azərbaycanlılar da Əfqanıstanda hərbi xidmət keçmişlər. Təq-
ribən 200 nəfər azərbaycanlı Əfqanıstandakı döyüşlərdə həlak 
olmuşdur. Hazırda ölkəmizdə Əfqanıstan müharibəsinin izlərini 
canında və yaddaşında gəzdirən çoxsaylı veteranlar – sıralarında 
bu sətirlərin müəllifinin də olduğu “əfqanlar” yaşamaqdadır. 
Müstəqillik illərində Azərbaycanla Əfqanıstan arasında si-
yasi-diplomatik və iqtisadi əlaqələr genişlənmişdir. Əfqanıstan 
daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 
ölkəmizin haqlı mövqeyini dəstəkləmişdir. Azərbaycan hərbçilə-
ri ISAF qüvvələri və daha sonra NATO-nun “Qətiyyətli dəstək” 
missiyası çərçivəsində Əfqanıstanda xidmət edirlər. Əfqan or-
dusuna yardım göstərilməsi və təlim keçilməsində, eləcə də bu 
ölkəyə beynəlxalq daşımaların tranzitində Azərbaycan əhəmiy-
yətli rol oynayır. Azərbaycan ikitərəfli, çoxtərəfli və regional for-
matlarda Əfqanıstanla əməkdaşlıq edir. Bu baxımdan 2011-ci 
ildə yaradılmış “Asiyanın Ürəyi – İstanbul Prosesi” adlı platfor-
mada Azərbaycanın iştirakı xüsusi qeyd olunmalıdır. Bütün bu 
məsələlər nəzərə alındıqda, Əfqanıstandakı proseslərin tədqiqi 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə