1
ƏFRAHİM HÜSEYNLİ
HƏKİMLƏRİN
SÖZ DÜNYASI
Həkim-yazarların ilk poetik toplusu
1-ci kitab
Bakı–2016
2
Tərtib edən və redaktor:
Əfrahim Hüseynli həkim-şair
AYB-nin üzvü
Ön sözün müəllifi:
Bilal Alarlı, filologiya üzrə fəlsəfə doktoru
AYB-nin üzvü
Naşir:
Müşfiq XAN
Korrektor:
Asifə Əfəndi
Mətn tərtibatı:
Bəxtiyar Ələkbərov
Dizayn və qrafika:
Teymur Fərzi
Əfrahim Hüseynli. Həkimlərin söz dünyası
Bakı–2016. 256 səh.
ISBN: 9000000060089
Bakı / 2016
3
REDAKTORDAN
Ədəbiyyatımız orta əsrlərdən indi yaşadığımız
günlərə qədər uzun bir yol keçmişdir. Bu uzun-uzadı
yolda ədəbiyyatımız haqsızlığın nə demək olduğun-
dan tutmuş haqqın ölməzliyinə qədər, paklığın nə
demək olduğundan tutmuş əxlaqi meyarlarımızın nə
demək olduğuna qədər, vətənsevərlikdən tutmuş
insan aliliyinə qədər, ata-ana məhəbbətindən tutmuş
sevgi müqəddəsliyinə qədər, nə varsa, zaman-zaman
insanlara aşılanmasında misilsiz bir rol oynayıb. Kiçik
məclislərdə, qonşu-qohum arasında, el məclislərində,
saraylarda sözlərini deyən yazarlarımıza əsrlər öt-
dükcə böyük auditoriyalarda – kitablarda, qəzet və
jurnallarda, telekanallarda, internet saytlarında söz
demək nəsib olmuşdur.
Əsl söz sahiblərini nə bəylər, nə xanlar, nə
hökmdarlar tarixdən silə bilməyib. Azərbaycan ədə-
biyyatının dünya ədəbiyyatına verdiyi söz ərmə-
ğanını qiymətləndirmək üçün günlərlə, aylarla danış-
saq bitib-tükənməz. Zaman-zaman yaşamağa haqqı
olan bu ölçüyəgəlməz söz xəzinəzinə həkim-yazar-
4
larımızın bəxş etdiyi əsərlər saysızdır. Nizami Gən-
cəvidən tutmuş Əkmələddin Naxçıvaniyədək, Mirzə
Əirzə dan tutmuş Abbas Səhhətə qədər, Məhəm-
mədhüseyn Şəhriyardan tutmuş çağdaş ədəbiyyatı-
mızda olan neçə-neçə qələm əhlinə qədər zamanın
ələyindən keçərək ədəbiyyata öz möhürlərini vuran
həkimlərimiz az olmayıb...
Belə həkim-yazarlarımızı bir daha ədəbiyyat-
sevərlərə, el-obaya tanıtmağı özümüzə mənəvi borc
bilib bu layihəni həyata keçirmək qərarına gəldik. Bu
kitabın, əlbəttə, qiymətini oxucular verəcək. Bu top-
lunun ədəbiyyatsevərlərə, eləcə də ədəbiyyatımıza
gözəl bir töhfə olacağına inanırıq.
Bu layihənin ərsəyə gəlməsində əsaslandığımız
mənbə müəlliflərinə, dəyərli məsləhətlərini əsirgəmə-
yənlərə, eləcə də bu layihəyə qoşulanlara dərin min-
nətdarlığımızı bildiririk. Yardımçı olduqlarına görə
dünyasını dəyişmiş yazarlarımızın övladları Rəşad
Kərimli, Qüdsiyyə Əhmədova, Əli Davud və baş-
qalarına da təşəkkür edirik.
Açığını deyək ki, bəzi səbəblər üzündən bu kitab-
dan kənarda qalan yazarlarımız da var. Ona görə bu
kitabın 2-ci hissəsini də hazırlamaq qərarımız var.
Əfrahim Hüseynli,
AYB-nin üzvü, həkim-şair
5
İNCİ SAFLIĞI
(Ön söz)
Azərbaycan klassik ədəbiyyatında dərdlərə dəva
edən şəxs kimi təbibə yüksək qiymət verilir. Poeziya
tibbə və təbabətə biganə qalmır, bəlkə də buna görə
şairi insan dərdlərinin loğmanı sayırlar. Şair məs-
ləhəti həkim məsləhətinə tən tutulur. Ulu Nizami-
nin bu misraları isə ağızdan-ağıza keçir, nəsildən-
nəslə müdrik kəlam kimi ötürülür:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
El yaddaşı möhkəm olur. Deyilənə görə, Niza-
mi Gəncəvi və Saib Təbrizi kimi klassik şairlərimiz
insanların mənəvi sağlamlığı ilə yanaşı, fiziki sağlam-
lığının da qayğısına qalmışlar. Tarixin dərinliklərinə
endikcə hər şeydən başı çıxan müdrik adamların
filosof, loğman adlanmasının şahidi oluruq. Bunun
başlıca səbəbi onunla bağlıdır ki, elmlərin diferensa-
siyası baş verməmişdi, xalq öz bilicilərini uca tutur,
hər şeyi, hətta sağlamlığı ilə bağlı məsələləri də bu ka-
mil insanlarla məsləhətləşirdi. Orta yüzilliklərdə
6
Azərbaycanda bütün Şərqdə məşhur olan çoxlu sayda
görkəmli həkimlər yetişmişdir. Onlar Azərbaycanda
və Azərbaycandan kənarda həkimliklə məşğul olur,
tibbə dair araşdırmalar aparırdılar. İsa Ər Ragi Tif-
lisi, Ömər İbn Osman Kafiəddin, Əbu Abdulla
Məhəmməd Bin Nəmvar Təbrizi, Əbdül Məcid
Təbib, Nəcməddin Əhməd Naxçıvani, Nəsirəddin
Tusi, Rəşidəddin, Mahmud İbn İlyas, Yusif İbn İs-
mayil Xoyi, Mahmud İbn Məhəmməd Dilşad Şir-
vani, Məhəmməd İbn Mahmud Şirvani, Mirzə
Məhəmməd Təbrizi, Əbülfət Təbrizi, Ələddin
Həkim Təbrizi, İmadəddin Mahmud, Şükrüllah Şir-
vani, Yusif İbn Məhəmmədcan Qarabaği, Əbu Talib
Təbrizi, Heydər Həkim, Həkim Məhəmməd Əmin,
Həkim Məhəmməd Bəqər, Həkim Cəbrayıl, İbrahim
Zeynalabdin oğlu Naxçıvani, Məhəmməd Tağı
Tufarqanlı, Məhəmməd Həkim Ərdəbili, Rüknəd-
din Məsud Məsihi, Murtuza Qulu Xan Şamlu, Hacı
Sülеyman İrəvani, Həsən İbn Rza Şirvani, Mirzə
Həsən Şirvani, Məhəmməd Yusif Şirvani, Əbül-
həsən Marağayi, Ağa Seyid Əli Təbrizi, Mahmud
Şirvani, Yusif Məhəmməd Təbib və başqa həkimlər
həm də öz dövrünün ictimai xadimləri kimi tanınır-
dılar. Dövrünün məşhur təbiblərindən biri Əkmələd-
din Naxçıvani idi. Əkmələddin Müəyyəd bin Əbu-
bəkr bin İbrahim əl Naxçıvani ət-Təbib xalq ara-
sında “Bəy həkim” təxəllüsü ilə tanınırdı, onun tik-
dirdiyi məscid və dəfn olunduğu məzar-türbə səlcuq-
Dostları ilə paylaş: |