Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə14/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

76 
 
İNCİMƏ 
       
Niyə göylər kimi dolmusan yenə? 
Məndən incimisən, gülüm, incimə! 
Çən duman bürüyüb gülən çöhrəni 
Nədən incimisən, bilim...incimə! 
         
Cazibəndən kənar çətin ki, gəzəm, 
Elə ovsunladın məni, acizəm. 
Sən mənim ilahəm, pirim, möcüzəm, – 
İstəsən səcdənə gəlim, incimə. 
       
Yağdır gül dodaqdan təbəssüm mənə, – 
İlğımdan sıyrılsın, tələssin mənə. 
Behişt nəfəsindən meh əssin mənə
Titrəsin telində əlim, incimə. 
   
 
DÖNSÜN 
       
Röyalı, nəğməli aləmdə sənsiz, 
Əzabdı, dözmərəm, ay ilə dönsün. 
Nur ümmana çıxan vüsal gəmisi 
Azmasın, geriyə, sahilə dönsün. 
       
Ruhumsan, sevgimin qədəri hanı? – 
Əngin göylərdəki ulduzlar sanı. 
Nəqşi – heyrət qoysun eşqin dunyanı, 
Açılsın, əfsunlu tər gülə dönsün. 


77 
 
Razıyam, min dəfə alışım, sönüm... 
Əsmər yanağında mən telə dönüm. 
Bu eşqə rişələr atanda könlüm, 
Avazı qumrovlu bülbülə dönsün! 
   
Rayihən ömrümə bahar çiçəyim
Əlvan gül üstündə titrək ləçəyim, 
Nahaqdan könlünə dəysəm, göyçəyim, 
Arzum gözlərimdə nisgilə dönsün. 
   
 
DÖNDÜM 
   
Tanrım, mənə ömür verdin. 
Qüdrətinlə selə döndüm. 
Gahdan sakit dəniz oldum, 
Gah tufana, yelə döndüm... 
   
Mən dönürəm son qalama,– 
Ömür, yanma, gəl halıma. 
Səni verdim üç balama, 
Gün-gün, ay-ay, ilə döndüm. 
   
Fələk, sənlə əyişmədim.. 
Əcəl, sənlə deyişmədim, 
Mən dünyamı dəyişmədim, – 
Allah, yandım külə döndüm! 
   


78 
 
Torpaq, boynuna sarılam.. 
Əhdinə düz ilqarınam 
Səni sevən Sərdarınam, 
Sinəndə bir gülə döndüm... 
 
18 Noyabr 2002-ci il   
(Moskva, SKB klinikası) 
   
 
QƏŞƏNGİN NƏĞMƏSİ 
(Qoşayarpaq qoşma) 
   
Qovuşaq bir anı, gəzək dünyanı... 
Gəzək bir gümanı deyə, qəşəngim. 
Qoyma bu dumanı, bahar leysanı 
Qumral saçlarını döyə, qəşəngim! 
   
Qom hörüklər nizam, tel düzüm-düzüm
Gəlmir üzüm sənə, deyim sirr-sözüm. 
Yox gecəm-gündüzüm, həsrətdi gözüm, 
Ola bir təbəssüm deyə, qəşəngim! 
   
Məndən kənar gəzən, bircə biləsən, 
Necə dözür görən bu dərdə dözən. 
Qumrovlu qəh-qəhən qıylanmır nədən, 
Niyə dönükmüsən, niyə, qəşəngim? 
   
 


79 
 
Çevir mənə sarı od yanaqları, 
Lalə dodaqları gizlətmə barı. 
İncitmə Sərdarı, qoyma yadları, 
Düz əhdi-ilqarı əyə, qəşəngim! 
   
   
BİR GECƏ 
   
Taleyimə düşən paydı gecələr, 
Günlərimi yaman saydı gecələr. 
Görən bizə necə qıydı gecələr? – 
Şirin gecə, nağıl gecə, sirr gecə. 
   
Bir sevdaydı, dayanaraq üz-üzə, 
Əl-ələydik, göz-gözəydik, diz-dizə. 
Saçlarına, hər gələndə sən bizə, 
Ulduzlardan səpilirdi zər gecə. 
   
Yalvarardım, danış yenə, din yenə, 
Sənin üçün darıxmışam mən yenə, 
Deyərdim ki, qurban olum, sən yenə 
Saçlarını sinəm üstə sər gecə. 
   
Öyrənmişdim tellərinin ətrinə, 
Nəfəsinin, əllərinin ətrinə. 
Bilirsən ki, təkcə sənin xətrinə
Sübhə qədər dayanardım hər gecə 
   


80 
 
Tez unutdun gecələri nədənsə, 
Gəzdiyimiz küçələri nədənsə, 
Çağırmadım, nə mən geri nədənsə, 
Nə sən geri qayıtmadın bir gecə... 
       
 
     
ÖTƏN GÜNLƏRİM 
 
 
Gəncliyimdən qopan, ömrümdən qopan,- 
Axan ulduz kimi itən günlərim. 
Hicran sızıltılı, vüsal nəğməli, 
Ay ötən günlərim, ötən günlərim! 
         
Siz ki, yarandınız günəşdən, nurdan 
Uçub ayrıldınız bir-bir ömürdən… 
Çiçək-çiçək olan, ulduza dönən, 
Çilənib göylərə bitən günlərim, 
Ay ötən günlərim, ötən günlərim! 
         
Hər anı mehr idi, ünsiyyət idi
Bir dünya eşq idi, səadət idi. 
Naxışı, zinəti məhəbbət idi, 
İlğıma döndünüz nədən, günlərim? 
Ay ötən günlərim, ötən günlərim… 
   
Tanrı yaratdığı bir sehr olaydı, 
Bütün ayrılıqlar kaş qəhr olaydı… 
Yenidən çağlayan gur nəhr olaydı 
Nağıl qanadında gedən günlərim. 
Ay ötən günlərim, ötən günlərim… 


81 
 
RAMİZ DUYĞUN 
(1938) 
 
  Ramiz Duyğun (Məlikov 
Ramiz  Məmməd  oğlu,  həkim, 
şair,  publisist,  pedaqoq)  1938-
ci  il fevralın 10-da Azərbayca-
nın  Əli  Bayramlı  (indiki  Şir-
van)  rayonundakı  Güdəcühur 
kəndində  anadan  olmuşdur. 
Orta  təhsilini  başa  vurduqdan  sonra  N.  Nərimanov 
adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini 
davam etdirmişdir (1956-1962).   
İlk mətbu şeiri “Yaşa, Azərbaycanım” “Gəncliyin 
səsi”  almanaxında  dərc  edilmişdir  (1959).  Məşhur 
“Hünər”  televiziya  verilişinin  müəllifi  və  aparıcısı, 
Azərbaycan  Ensiklopediyasında  “Xatirə”  kitabı  re-
daksiyası rəhbərinin müavini olmuşdur (1989-1991).   
Fəxri  fərmanlarla,  bir  çox  orden  və  medallarla 
təltif edilmişdir. 
  On  beşdən  artıq  kitabın,  çox  sayda  publisistik 
yazıların, “Ağ atlı oğlanın nağılı” sənədli fılminin sse-
nari, “Əbədiyyətdən gələn məktub” mənzum pyesin 
müəllifi  və  “Vətənbeşiyim  mənim”    oçerklər  məc-
muəsinin tərtibçilərindən biridir. 
  1988-ci ildən AYB-nin üzvüdür. 
   
   


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə