Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə2/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   2   3   4   5   6   7   8   9   ...   36


 
lar dövrünün qiymətli abidəsi sayılır. Doğum tarixi və 
Anadoluya nə vaxt getdiyi dəqiq bilinməyən, amma 
Cəlaləddin Rumidən gənc olduğu ehtimal edilən Ək-
mələddin  həkim  Azərbaycanın  qədim  diyarı  Naxçı-
vanda doğulmuşdur. O, Səlcuq hökmdarı Qiyasəddin 
Keyxosrovun hakimiyyəti dövründə (1264-1283) Kon-
yadakı sultan sarayında baş həkim olmuşdur. Zama-
nının Hippokratı Mövlana Əkmələddin təbib Möv-
lana Cəlaləddin Ruminin müridi olmuş, sarayın baş 
həkimi  vəzifəsində  çalışmaqla  yanaşı,  həm  də  I 
Əlaəddin Keyqubad darüşəfasında tibbi kadrlar yetiş-
dirmişdir.  Bu  kadrlar  məhz  Əkmələddin  Naxçıva-
ninin verdiyi sənəd əsasında ölkənin tibb müəssisələ-
rində həkim işləyə bilərdilər. Kiçik Karatay mədrəsəsi 
bu  böyük  həkimə  məxsus  olmuşdur.  Əkmələddin 
Naxçıvani  dahi  filosof,  həkim,  şair,  müdrik  vəzir  və 
səyyah İbn Sinanın məşhur “Qanuni-fit-tibb” əsərinə 
1302-ci ildə təfsir, şərh yazmışdır. 
Dövrünün mütaliəli, zəkalı və elmli şəxslərindən 
biri şair və həkim Məsihidir. XVII yüzilliyin  ən gör-
kəmli  şəxsiyyətlərindən  olan  Məsihinin  atası  Niza-
məddin Əli əslən həkimlər sülaləsindən idi. O, İran və 
Hindistanın  müxtəlif  hökmdarlarının  saraylarında 
həkimbaşı olmuş, qardaşları Qütbə və Nasir, eləcə də 
oğlu Məhəmməd Hüseyn də həkim kimi çalışmışlar. 
Onların hamısı təbabət elmi ilə məşğul olmaqla yana-
şı, həmin dövrün bütün savadlı şəxsləri kimi şeir yaz-
mışlar.  Məsihinin  əsli  Təbrizdəndir.  O,  gənc  yaşla-



 
rından müalicə fəaliyyətinə başlayır, “Zabitət ül-əlac” 
(“Müalicə qaydaları”) adlı kitab yazır. Məsihinin tam 
adı  Rüknəddin  Məsud  Məsihidir.  Çox  zaman  onu 
sadəcə  Rükna  çağırıblar.  Məsihi  (Məsih,  Məsiha) 
onun ədəbi təxəllüsüdür. Məsihi İsfahanda təhsil al-
mış, Azərbaycan, fars və ərəb dillərində gözəl danış-
mış, təbabət, fəlsəfə, məntiq, nücum, ilahiyyat elmlə-
rini  dərindən  öyrənmişdir.  Tam  külliyyatı  100  min 
beytə çatan şeirlərini Azərbaycan türkcəsi və fars di-
lində yazmışdır. Əvvəlcə şah Abbasın sarayında hə-
kim kimi çalışıb, sonra Hindistanda müxtəlif səviyyəli 
hakimlərin, o cümlədən Böyük Moğollar sülaləsindən 
olan  şah  Əkbər  və  Cahangirin  saraylarında  müalicə 
həkimi  kimi  çalışıb.  Poetik  irsinin  əsas  hissəsi  itiril-
mişdir. 1629-cu ildə Azərbaycan türkcəsində qələmə 
aldığı “Vərqa və Gülşa” poeması şairə böyük şöhrət 
qazandırmışdır. 
 Bütün  Şərqdə  tanınmış  məşhur  həkimlər  yetiş-
dirən bu cənnət səfalı diyar şəfalı otları və dərmandan 
da  təsirli  qida  məhsulları  ilə  seçilən  iqlim  qurşaq-
larının  qovşağında  yerləşir.  Təbii  sərvətləri  və  dər-
man  bitkiləri  burada  təbabətin  inkişafına  geniş  im-
kanlar  yaratmışdır.  İstər  Azərbaycan  folklorunda, 
istərsə də dünya folklorunda xalq təbabətinin böyük 
yeri  olmuş,  türkəçarəçilik  şifahi  xalq  ədəbiyyatının 
tematik janrı kimi inkişaf etmişdir. Mayası folklordan 
süzülüb gələn təbabət orta yüzilliklərdə yazılı ədəbiy-
yatımıza təsirsiz ötməmişdir. Maraqlıdır ki, istər klas-



 
sik, istərsə də çağdaş şairlərimizin bir qismi həkimlik 
peşəsinin biliciləri olmuşdur. Həkimlərin demək olar 
ki,  əksəriyyəti  maarifçi  olmuş,  bunu  təkcə  peşəsi  və 
əməli fəaliyyəti ilə deyil, həm də poetik yaradıcılığı ilə 
həyata  keçirmişdir. Mirzə  Əlixan  Ləli “həkimlərin 
günəşi”  ləqəbi  ilə  tanınır, Əli  bəy  Hüseynzadə tən-
qidçi,  tərcüməçi,  müəllim  və  jurnalist  kimi  fəaliyyət 
göstərir, Nəriman  Nərimanov ictimai-siyasi  xadim 
olmaqla yanaşı, bədii və publisistik əsərlər yazır, Ab-
bas  Səhhət həkimlik  edə-edə  məktəblərdə  Azərbay-
can dilindən dərs deyirQantəmir tibb təhsili alsa da
müəllim və yazıçı kimi tanınır, mənsub olduğu xalqın 
maariflənməsinə,  həm  fiziki,  həm  də  mənəvi  sağ-
lamlığına öz töhfəsini verirdi. Şeirə və nəsrə üz tutan 
həkimlər  sözün  şəfaverici  qüvvəsinə  inanırdılar. 
Həkim,  şair,  tərcüməçi Mirzə  Salеh  Molla  Məhəm-
mədalı oğlu Axundov türk, fars, ərəb, fransız və rus 
dillərini  sərbəst  bilirdi.  O,  dərin  və  gеniş  loğman 
səviyyəsində  biliyə  malik  olmaqla  yanaşı  alim,  şair, 
pyеs və dram, lüğət və tərcümə müəllifi kimi də tanın-
mışdır.  Mirzə  Salеh  Tеhranda  təhsil  aldığı  zaman 
ədəbi yaradıcılıqla da məşğul olmuşdur. Azərbaycan 
türkcəsi  və  fars  dillərində  yazılmış  şеirlərdən  ibarət 
bu mükəmməl “Divan” dеmək olar ki, klassik ədəbiy-
yatımızın təsiri ilə yazılmış sonuncu divanlardandır. 
Burda şairin qəzəlləri və rübailərindən başqa, klassik 
şairlərdən, xüsusilə Məhəmməd Füzulinin fars dilin-
də  yazılmış  şеirlərindən  və  əsərlərindən  tərcümələri 


10 
 
var. Mirzə Salеh Şuşada çalışan həkimlərdən Kərim 
bəy Mehmandarov, Mirzə Hüsеyn, Ağdamda çalışan 
Bahadur  bəy  Əliverdibəyov,  Fərrux  bəy  Ağakişibə-
yov,  Ağcabədidə  həkim  işləyən  Sеyidlə  birgə  Şuşa, 
Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Ağdərə, Laçın böl-
gələrinin  kəndlərinin  və  şəhərlərinin  əhalisinə  tibbi 
yardım  göstərmiş  və  ağır  xəstəliklərin  müalicələrini 
apararaq  on  minlərlə  insanı  ölümdən  xilas  еtmişdir. 
Mirzə Salеh Axundov 1918-1920-ci illərdə Dağlıq Qa-
rabağda  və  Zəngəzurda  gеdən  daşnak-еrməni  hərbi 
birləşmələrinə qarşı döyüşlərdə yaralanmış  Qarabağ 
könüllülərinə,  Azərbaycan  Milli  Ordusunun  əsgər-
lərinə ilk tibbi yardım göstərmiş, minlərlə vətən övla-
dının  həyatını  xilas  еtmişdir.  Qarabağda  bitən  təbii 
dərman  bitkilərindən  istifadə  еdən  Mirzə  Salеh  bir 
çox xəstəliklərin ilk inkişaf mərhələsində qarşısını al-
mış, xəstələri böyük əziyyətlərdən qurtarmışdır. 
Tağı  Şahbazi  Simurğ,  Məmmədhüseyn  Şəh-
riyar, Həkim Qəni, Nadir Həkim, Xanımana Əlibəy-
li,  Sərdar  Kərimli,  Rafiq  Tağı,  Yusif  Əhmədov, 
Cabir Umud, Mirkazım Aslanlı (Sarəng) ictimai xa-
dim, publisist, şair və yazıçı kimi daha çox sevilirdilər. 
Qəzəlxan,  füzulişünas  alim,  tərcüməçi,  tibb  xidməti 
polkovniki, prezident təqaüdçüsü Həkim Qəni (Hü-
seynov Qəni Hüseynqulu oğlu) Bakı şəhərində ana-
dan  olub.  Ali  təhsilini  Tibb  İnstitutunda  almışdır, 
İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müha-
ribədə hərbi həkim kimi fəaliyyət göstərmişdir. 1967-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə