Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə3/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   2   3   4   5   6   7   8   9   ...   36

11 
 
ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına 
Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəh-
bərlik edib. Uzun illər Azərbaycanın baş nevropoto-
loqu olub. Vahid poeziya evində “Vahid“ ədəbi şair-
lər məclisinə sədrlik etmişdir. 
 Masallının gözəl, dilbər guşələrindən biri olan İsi 
kəndində  dünyaya  göz açan  Mirkazım  Aslanlı  (Sa-
rəng) çoxsahəli biliyə malik şəxsiyyət olmuş, pedaqoji 
və aqrar elmlər üzrə təhsil almış, sonra Tibb İnstitu-
tunu və Dövlət Konservatoriyasını bitirmişdir. Müəl-
lim işləmiş, elmi əsərlər yazmış və tərcümələr etmiş-
dir.  O,  tanınmış  səhiyyə  təşkilatçısı  olmaqla  yanaşı, 
Tibb İnstitutunda tələbə xalq çalğı alətləri ansamblı-
na,  “Çeşmə”  ədəbi  birliyinə  rəhbərlik  etmişdir. 
Mirkazım  Aslanlı  musiqi  bəstələmiş,  şeirlər  yazmış, 
Azərbaycanın  rayonlarını  qarış-qarış  gəzərək  xalq 
mahnıları,  folklor  musiqiləri,  bayatı  və  rəvayətləri 
toplamış  və  bu  materialları  Dövlət  Konservatoriya-
sına təhvil vermişdir. Mirkazımın ifasında skripkada 
çaldığı  “Zaqatala  lövhələri”,  “Dəmbəlov  şikəstəsi”, 
“Sarı bülbül”, “İntizar” fantaziyaları və bir neçə musi-
qi nümunələri Respublika Radiosunun Qızıl Fondun-
da saxlanılır. Ölümündən sonra Sarəngin arxivindən 
bir  çox  dəyərli  əsərlər  tapılmışdır.  “Tomris”  tarixi 
mənzum dramı, 2-3 poeması, elmi məqalələri, musi-
qiyə dair elmi əsərləri, fars və ingilis dilindən tərcü-
mələri miras qalmışdır. Onun “Qəhrəman qız”, “Şir-
van  gözəli”,  “Oxu  mənə  nazlı  gözəl”,  “Misirli  qız” 


12 
 
mahnılarını  görkəmli  xanəndələrimiz  Fatma  Mehrə-
liyeva,  Töhfə  Əliyeva  ifa  etmişdir.  1968-ci  ildə  Şərq 
musiqisini nota almaq üçün 1/4 səslər barədə elmi iş 
yazmış, həmin səslərə uyğun pianonun sxemini də iş-
ləyib  hazırlamışdır.  Masallıdakı  İstisu  adlanan  bula-
ğın müalicəvi əhəmiyyətli olduğunu  ilk dəfə Sarəng 
ictimaiyyətin  diqqətinə  çatdırmışdır.  Bu  mövzuda 
daha sonra dissertasiya üzərində işləmiş, bu ərazinin 
perspektivli olduğunu elmi əsaslarla sübut etmişdir. 
Müğənnilərin  muğam  üzərində  oxuduqları  bu 
məşhur misralar Mirkazım Aslanlınındır: 
  
Yatır yatağında bir ana xəstə
Gözləri yoldadır, qulağı səsdə... 
– Nə böyük qəm-qüssə varmış önümdə, 
Ölüm yatağında, bu son günümdə 
Nə qızlarım gəlib qapımı açdı, 
Nə oğlum yetişib, evə nur saçdı! 
Ana bu həsrətlə daldı xəyala, 
Yanında bir qarı yandı bu hala. 
Anaya bir damla sərin su verdi
Sərin su elə bil, son yuxu verdi. 
Bu qoca dünyanı ana tərk etdi, 
Yadların çiynində məzara getdi. 
  
 Həkimlərin  ədəbi  yaradıcılığı  janr  və  mövzu 
rəngarəngliyi ilə fərqlənir. İnsanlara, onların fiziki və 
mənəvi  dünyasına  yaxından  bələd  olan  həkimlər 


13 
 
poeziyanı “dərdlərin dərmanı” sayır, cəhaləti, avam-
lığı, neqativ halları tənqid edən nəsr əsərləri yaradır-
lar. Bu gün mətbuat səhifələrində yazılarını sevə-sevə 
oxuduğumuz  bəzi  tanış  imza  sahiblərinin  ixtisasca 
həkim  olduğunu  çoxları  bilmir.  Yaradıcı  həkimlərin 
qələm  nümunələrini  toplu  halında  təqdim  edən  çox 
dəyərli  bu  kitab  onları  öz  oxucularına  bir  qədər  də 
yaxınlaşdırır. Bu toplu peşəsi həkim olan şair və yazı-
çıların özlərini də bir-birinə tanıdır: Ramiz Duyğun, 
Tamella  Şəfəq,  Ramiz  Mövsüm,  Fəxrəddin  Davud, 
Paşa Qəlbinur, Tofiq Nurəli, Fəxrəddin Ziya, Rafiq 
Vəlizadə,  Əfrahim  Hüseynli,  Fəzail  İsmayıl,  Musa 
Urud, Məmmədyar Məmmədyarlı, Şahin Musaoğlu, 
Hacı Azadə Taleh, Afaq Şıxlı, Nazilə Gültac, Qalib 
Şəfaət, Habil Vəliyev, Pərvin Abbaslı... Onların söz 
dünyası sirli-sehrlidir. Obrazlı söz nəinki şüurlara ho-
pur,  hətta  şüuraltı  hisləri  təlatümə  gətirir.  Çünki 
“dərdlərin  dərmanı”  olan  həkim  insana  onun  özün-
dən  çox  bələddir.  O,  insanın  cisminin  və  ruhunun 
həkimi  deyil,  həm  də  hakimidir.  Xəstəyə  dərmanın-
dan çox sözü ilə təsir edən həkimin gücü də elə bun-
dadır.  Bu  fikri  obrazlı  şəkildə  belə  ifadə  edə  bilərik: 
Xəstənin əlacı həkimin şəfalı əllərində və şəfalı sözün-
dədir. 
Əmək fəaliyyətinə adi kənd həkimliyindən başla-
yıb,  Respublikanın  tanınmış  ictimai  xadimi  səviyyə-
sinədək yüksələn dünyasını dəyişmiş Xanımana Əli-
bəyli uşaq şeirlərindən birində nahaq yerə demirdi ki: 


14 
 
 
Ay ana, böyüyəndə 
Günəş olaram mən də. 
  
“Bir  alın  yazısıdır  bu  gediş,  bu  ayrılıq”  de-
yən Yusif  Əhmədov,  “Razıyam  min  dəfə  alışım, 
sönüm”  deyən Sərdar  Kərimli,  “Sevgi  verim  sənə 
dəryadan  dərin”  deyən Həkim  Qəni,  “Söz  yarası 
ömür boyu sağalmaz” deyən Nadir Həkim oxucula-
rına  verdikləri  öyüd  və  nəsihətlərini  peşə  sevgisinə 
bələyirdilər.  Təsadüfi  deyil  ki,  vətən  sevgisinin  ən 
bariz  nümunəsi Abbas  Səhhət qələmindən  süzülüb 
gəlir: 
  
Könlümün sevgili məhbubu mənim 
Vətənimdir, vətənimdir, vətənim. 
  
Abbas  Səhhətin bu  şeirinə  cavab  yazan  gözəl 
qələm  sahibi,  Kəlbəcərin  tanınmış  söz-sənət  insanla-
rından biri, həkim-şair Cabir Umuda da bu dünya və-
fasızlıq etdi. Qəlbində hələ deyilməmiş nə qədər sözü, 
ürəyində nə qədər arzusu qaldı: 
  
Biləsən! Ölmədik, Abbas Səhhətim! 
Vətən əldən getdi, eli itirdik. 
Dinib danışmağa yer qoymadılar 
Yağı qarşısında dili itirdik... 
  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə