Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə36/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   28   29   30   31   32   33   34   35   36

234 
 
HABİL VƏLİYEV
 
(1974) 
 
Vəliyev  Habil  Çərkəz  oğlu, 
1974-cü  il  oktyabr  ayının  26-da 
Naxçıvan  MR  Babək  rayon 
Güznüt kəndində anadan olub. 
Orta  məktəbi  bitirdikdən  sonra 
1992-1998-ci illərdə Azərbaycan 
Dövlət  Tibb  Universitetinin 
müalicə  işi  fakültəsində  təhsil  alıb.  2006-ci  ildən 
etibarən Fövqəladə Hallar Nazirliyində çalışır.   
Ədəbiyyata  uşaqlıq  illərindən  marağı  olub. 
Şeirləri  vaxtaşırı  dövri  mətbuatda  çap  olunur.  İlk 
şeirini hələ üçüncü sinifdə oxuyarkən yazıb.   
“İki duyğu arasında” adlı bir kitab müəllifidir.   
  Ailəlidir. 
     
 
 


235 
 
BİR QIZ SƏSLƏR 
   
Bir gözyaşı, bir təbəssüm
Anlamadı qafil, qafil. 
Sən anlamaz, mənsə susqun, 
Kimdi kamil, kimdi cahil. 
   
Məni gəzdim, səndə azdım, 
Səndən mənə məktub yazdım, 
Ürəyimdə məzar qazdım, 
Eşqim dedi: “qatil, qatil...” 
   
Xəyalımda min bir güman, 
İçim çiskin, çölüm duman, 
Sən bir sonsuz, dərin ümman, 
Mənsə uzaq sahil, sahil. 
   
Dedim, gözyaşlarım yuya, 
Qaranlığı çəkdim suya, 
Hər gecə gəlib yuxuya, 
O qız səslər: “Habil, Habil...” 
   
 
 


236 
 
ƏFSUS... 
   
Sənə bir adada oba vəd etdim,   
Uzaq diyarlarda şəhərin varmış. 
Ulduzlu gecəyə vurğun bilirdim, 
Demə məndən gizli səhərin varmış. 
   
Dedin, sənin kimi viranam, viran, 
Dedim, özün kimi mənə də inan, 
Sildim gözyaşını, çəkildi duman
Gördüm, qəlbində də qəhrin varmış. 
   
Dişlərin sıxıldı, qoymadı dinə, 
Dilin əsarətdə, susurdu yenə, 
Sükutun, gizlicə söylədi mənə, 
Özgə dodaqlara səfərin varmış. 
   
İnam güvənmişdi, şübhə dedi, pus, 
Səbrim pıçıldadı, hələ bir az sus, 
Mən bu gün yaşayaq deyirdim, əfsus, 
Sabaha aparan kəhərin varmış. 
   
   
 
 


237 
 
QAYITSAN KEÇƏR... 
   
Görmək istəmirsən bəlkə də məni, 
Üzümdə, gözümdə nağılım bitib. 
Cibim cırıq idi, sənə gələndə, 
Yolda tökülübdü, noğulum bitib. 
   
Qəlbmdə qəza var, yəqin ondandır, 
İşığı kəsilib gözlərimin də. 
Qaranlıq yollarda itib, batıbdı, 
Mənası qalmayib sözlərimin də. 
   
Dolub baxışlarım bir bulud kimi, 
Bəlkə də yağışdan qorxdun, gəlmədin 
Dedin, islanaram, dodaqlarıma 
Dilimin ucundan baxdın, gəlmədin. 
   
Yağmayan bu yağış, nə də qaranlıq, 
Nə olsun simama soyuq don biçər. 
Qəlbimdə baş verən qəfil qəzaya
Səbəb sənsizlikdir, qayıtsan keçər. 
   
Görmək istəmirsən bəlkə də məni, 
Üzümdə, gözümdə nağılım bitib. 
Cibim cırıq idi, sənə gələndə, 
Yolda tökülübdü, noğulum bitib. 
   
   


238 
 
BU YAĞIŞ 
   
Taleyimə yağmamışdı beləsi, 
Qəfil tutdu, birdən yağır bu yağış. 
Saçlarıma yapışbdı damlası, 
Bəyaz rəngdə, dən-dən yağır bu yağış. 
   
Kəsmək bilmir, düşüb yaman inada, 
Boylandım ki, gileylənim buluda, 
Aman, günəş islanıbdı səmada, 
Yox, deyəsən, yerdən yağır bu yağış. 
   
İçim dolur, daşıb gedir gözümdən, 
Tutub sıxsam su süzülər sözümdən, 
İllər boyu bu dünyadan, özümdən, 
Gizlədiyim sirdən yağır bu yağış. 
   
Sel gətirdi ürəyimə qəm, kədər, 
Cəhd elədim, ya puç oldu, ya hədər, 
Boğularam, yağsa hər gün, bu qədər, 
Nə yaxşı ki, hərdən yağır bu yağış. 
   
   
 
 


239 
 
AXIR ÇƏRŞƏNBƏ 
   
Bayram axşamıdır, içimdə boşluq, 
Neçə cəhd elədim, dolmadı ana. 
İlaxır çərşənbə… səhər söz verdim 
Dünənə baxmayım, olmadı ana. 
   
Özgə sobaları qızdıran o köz, 
Doğma ocağında sönən mən idim. 
Sirin gülüşlərlə odun üstündən, 
Atlanan o uşaq, dünən mən idim. 
   
Atam buraxmazdı gecələr bizi, 
Deyərdi axtarma dad qapılardan, 
Nədənsə qoz-fındıq istəməmişdim, 
Alma istəmişdim, yad qapılardan. 
   
Yox qapı pusmadım, niyyət tutmadım, 
Evimdə axtardım ümid yerini. 
Hey ulduz sayardım, yuxumda görüm, 
Nənəm söylədiyi həmin pərini. 
   
Köhnə qazanların aç qapağını, 
Rəngli yumurtalar çoxdan bişibdi. 
Ürəyim Tanrıya papaq atmışdı, 
Deyəsən, bu dəfə sevgi düşübdü. 
   
   


240 
 
HEYF... 
   
Tanrı sınağıymış tale də, baxt da, 
Çox yaxın bildiyim qaldı uzaqda, 
Qızıl bir teşt imiş gəzdiyim taxt da, 
Üstündə çəkdiyim hər aha heyif. 
   
Keçən ömür imiş, zaman bilmişəm, 
Gözümü hiss örtüb, duman bilmişəm, 
Özgə qapıları güman bilmişəm, 
Yolumu gözləyən pənaha heyif… 
   
İtirib axtardım, gəzdim “kaş” deyə, 
Yazı yaşamadım görər qış deyə, 
“Bəlkə doğru deyil, ya qarğış?” – deyə, 
Qorxub etmədiyim günaha heyif… 
   
Bu yol başlamamış bitdi, nə isə… 
Can dedim, canımdan etdi, nə isə… 
Dünən yaşamadım getdi, nə isə… 
Barı söyləməyim: “sabaha heyif…” 
   
   
 
 


241 
 
CÜMLƏM BİTMƏDİ 
   
Kədər qatdım yavanlığa, 
Sığal çəkdim yamanlığa, 
Çıraq tutdum qaranlığa 
Zülmət itmədi, itmədi 
   
Fələk gəlib mərdi dərdi, 
Kimə saxladı namərdi? 
Bir vaxt qonaq bildim dərdi, 
Gəldi, getmədi, getmədi. 
   
Baxdım, hamı xanım, ağa, 
Getmədim ki çox uzağa, 
Bir insanı tanımağa, 
Ömrüm yetmədi, yetmədi. 
   
Əyrini düzə caladım, 
Addımı izə caladım, 
Ha sözü sözə caladım, 
Cümləm bitmədi, bitmədi. 
   
   
 
 


242 
 
BU QADIN 
   
Yenə ayna tutub ötən günlərə, 
Dərdinin üzünə gülür bu qadın. 
Bu nə cür sevincdir, nə cür təbəssüm? 
Niyə öz-özünə gülür bu qadın? 
   
Sınmış ürəyinin qəlpələrindən, 
Hələ usanmayıb odamı qurur? 
Yaxınlar qəlbini viran qoydular, 
Bu dəfə sarayı yadamı qurur? 
   
İsti yanağında şeh damcıları, 
Külək sığal çəkir nəm saçlarına. 
Uzaq xəyalların titrək əliylə, 
Gör neçə hörülür qəm saçlarına. 
   
Sərib kipriyinə gözyaşlarını, 
Dərdini qurudur yanağı üstə. 
Bu qadın hələ də sevgi gözləyir, 
Gözləri yollarda, qulağı səsdə… 
   
   
 
 


243 
 
ASDI… 
   
Qar, boran kəsəndə hey yollarını, 
Küləklər apardı xəyallarını, 
Bu adam öldürüb arzularını, 
Bir gün kipriyindən, gözündən asdı. 
   
Heç vaxt bar vermədi əkdiyi zəmi, 
Yavanlıq elədi qüssəni, qəmi, 
Gözyaşı islatdı dərdi, ələmi, 
Həyat da qurudub üzündən asdı. 
   
Dünya kitabında o bir kəlmədi, 
Yükü ağır oldu, yerə gəlmədi, 
Bəxti görəndə ki, yıxa bilmədi, 
Qaldırıb yaranı dizindən asdı. 
   
Baxdı ki bu dünya adi xəyaldı, 
Dünən qələmini əlinə aldı, 
Nöqtəni mismar tək vərəqə çaldı, 
Özün son cümlədə sözündən asdı. 
   
   
 
 


244 
 
PƏRVİN ABBASLI
 
(1987) 
 
Pərvin  Abbaslı  (Abbasova 
Pərvin  Elçin  qızı)  26  sentyabr 
1987-ci  ildə  Ağcabədi  şəhərində 
anadan  olmuşdur.  2005-ci  ildə 
doğma  şəhərin  1  saylı  orta  mək-
təbini bitirmişdir. 2012-ci ildə Od-
lar Yurdu Universitetinin “Müali-
cə  işi”  fakültəsini  bitirərək  həkim  ixtisasına  yiyələn-
mişdir.  Hazırda  Respublika  Narkoloji  Mərkəzdə 
həkim-narkoloq rezident  kimi  çalışır  və  təhsilini  da-
vam etdirir. 
  2007-ci ildə “Aran” qəzetində “Deyiləm”,    “Ne-
cə də bənzəyir gözyaşlarıma”, “Hacıkənd” və s. şeir-
ləri dərc edilmişdir. 
  Gənc həkim-yazarın ilk şeirlər kitabı olan “Rən-
garəng həyat” işıq üzü görmüşdür.   
  Hazırda şeir və esseləri daxil edilmiş yeni kitabı 
çapa hazırlanır.   
   
 
 
 


245 
 
AĞLAYAN VAR, DOSTUM... 
   
Ağlayan var, dostum, sil gözlərini, 
Yaş üstə yaş gəldi, heç böyümədim. 
“Kimisi” unutdu öz sözlərini, 
Mən isə biganə ola bilmədim. 
   
Ağlayan var, dostum, gəl ağla sən də!- 
Bu “fani dünya”nın fitnələrinə. 
Heç kəsə inam yox bu zəmanədə, 
İnsan şübhə edir bəzən özünə. 
   
Ağlayan var dostum, sus!.. Demə heç nə! 
Heçlikdən boğulub çırpınıram mən. 
Qucaqla boynumu, bərk sıx köksünə, 
Dirilim qəlbinin döyüntüsündən. 
   
Ağlayan var, dostum, bəlkə son dəfə 
Gəl gedək sahilə, gəzək əl-ələ. 
Qoy donsun saatlar, itsin məsafə, – 
Yenidən dost olaq isti günəşlə. 
   
Ağlayan var, dostum, necə gülüm mən, – 
Necə barışım bu yalan dünyayla? 
Əyilib qamətim ağir yüklərdən, 
Necə şux dayanım sınıq qollarla? 
   
 


246 
 
Ağlayan var, dostum, bacar indi din! – 
Qarış həyatıma, dərdi yıx, sürü... 
Axı, buna çatmaz sənin taqətin, – 
Get barışdır görüm Arazı, Kürü. 
   
Ağlayan var, dostum, Laçın, Xocalı... 
Çatırmı əllərin?.. Sil gözyaşını! 
Qanın bahasını qanla almalı, 
Baxma dəli-dəli, çatma qaşını! 
   
 
OLMUSAN 
   
Zaman gəldi keçdi, illər ötüşdü, 
Eşitdim evlənib xoşbəxt olmusan. 
Gözəl-göyçək qızın gəlib dünyaya, 
Nəhayət, sən də bir ata olmusan. 
   
Keçmişə qayıtdım fikirlərimdə, 
Gördüm uduzmuşam, sənsə udmusan. 
Vidalaşmışam mən istəklərimlə,- 
Sən bir başqasına qismət olmusan. 
   
Unuda bilmədim heç zaman səni,- 
Qəlbimdə əbədi bil ki, qalmısan. 
Sözdə axıradək deyirdin məni... 
İndi öz sözündən dönən olmusan! 
   


247 
 
KƏPƏNƏK 
   
Ümid ümman, duyğu dəniz, 
Xatirələr kəpənək. 
Uçan qollar qırılarsa, 
Bu sevdadan sən də əl cək, 
İzsiz kəpənək! 
Hava soyuq,   
Günəş küsüb.... 
Biz isə...yorğun anılarıq. 
Get uzağa bir də gəlmə
Bir də sevmə, 
Əsla sevmə, üzgün kəpənək! 
Uzun yollar, qısa ömür,- 
Bəziləri gedər gəlməz, 
Kimiləri dəyər bilməz. 
Yarımçıq qalan sevdalar 
Hərdən də ardınca qaçar, 
Fikir vermə, 
Uç, kəpənək! 
Uzaqlara apar onu,- 
Özlüyünə qaytar onu. 
Azadlığı itirmişsə, 
Məhkumluqdan qurtar onu. 
O, sevdanı mənə qaytar! 
Qaytar, nə olar, kəpənək!.. 
Danış bilim nədır sonu, 
Son dəfə görərdim onu, – 


248 
 
Bunun bir çarəsi yoxmu? 
Ayrılıqdan,   
Hüznlərdən, 
Getmələrdən 
Başqa yolu yoxmu? 
Ya da qal,   
Şahidi ol məzlumluğun. 
Şahidi ol parça-parça   
Darmadağın həyatımın... 
Qal, kəpənək! Son bircə gün 
Bəlkə də birlikdə ölək. 
Əllərimin çatmadığı o adamın 
Xəbər belə tutmadığı 
Bu sevginin kədərini 
Səninlə birlikdə bölək. 
Qal, kəpənək!.. 
   
 
 


249 
 
TABLO 
Bir rəsm çək,   
Gözlərimi lap xüsusi vurğula.   
Bir rəsm çək, – 
İkimiz olaq orda. 
Sevgimizi dunyaya çatdırarkən 
Qoy donsun zaman da, – 
Saat dayansın. 
Günəş üzümüzdə parıldayarkən 
Dəniz dalğaları baxıb ağlasın,- 
Görsün ki, belə də sevgililər var. 
Əllərim əlində baxaq uzağa, 
Uzaqlar aparsın ötən çağlara. 
Hələ olmamışkən bir-birimizin, 
O çətin qayğılı keçmişimizdə 
Gör nələr gəlibdi bu gənc yaşında 
Bizim başımıza ikimizin də. 
Fərqli ünvanlardan gələn yolların 
Qolları birləşib indi burada. 
Yaxşı ki, belə gec qarşılaşmışıq, – 
Çoxlu səhvlər edib ağıllanmışıq... 
Yəni, biz doğrudan ağıllanmışıq? 
Ağıl nəyə gərək axı, dünyada? – 
Kiminsə həyatı qayğısızdırsa... 
Sən də cox düşünmə, 
Özünü yorma. 
Düşüncə bir yerdə mürgüləyəndə, 


250 
 
Gecikmiş xilaskar 
Biraz səbirli,   
Hərdən qətiyyətsiz bir düsmən olur. 
Gecikdik, deyəsən, biz də bir azca... 
Fərqli ünvanlarda,- 
Fərqli ürəkdə, 
Fərqli insanlarda tapdıq təsəlli. 
Vaxt gəldi elə çox dəyişildik ki... 
Tanıya bilmədik heç özümüz də. 
İndi uzaqları ataq kənara, 
Lap yaxınımdasan.   
Biz, dəniz, ada... 
Bir az da yaxın gəl,   
Tablo dəyişsin. – 
İsti bir yay günü, mavi bir səma, – 
Qarışıq mənzərə zövq verir amma. 
Məni gunahlara sövq edən hislər 
Günah işləməmiş tərk edildilər. 
Bu rəsm elə bir əsər oldu ki, 
Kölgələr uzağa səpələndilər. 
Yaxınlarda indi   
Sən və mən varıq, – 
Getməyə cəsarət tapmayanlarıq. 
Min acı xatirə çığırışarkən, 
Duymuruq, 
Başqa bir dünyalardayıq... 
Əbədi sevginin qucağındayıq... 
   


251 
 
   
SƏNİ KEÇMİŞİMƏ HƏDİYYƏ VERDİM 
   
Artıq sabahlarım sənsiz qalacaq, 
Belə gələcəyi özüm seçmədim. 
Səndən qalan bir tək rəsmindir ancaq,   
Səni keçmişimə hədiyyə verdim. 
   
Görən iki gözüm, şirin xəyalım, 
Mənimlə yaşayan özgə vüsalım! 
Nə olar, gəl küsmə, qadanı alım... 
Səni keçmişimə hədiyyə verdim. 
   
Azadsan, bir quş tək uç uzaqlara, 
Qərq olum əbədi yalqızlıqlara. 
Bağısla, dözmədim haqsızlıqlara, – 
Səni keçmişimə hədiyyə verdim. 
   
Gözlədim, gəlmədin... indi də gecdir, 
Get daha hər şeyi izinlə itir. 
Mənə aid olan sevgini bitir, 
Səni keçmişimə hədiyyə verdim. 
   
Min naxış buraxdın kədər xalçama, 
Bu gün son görüşdür heç acılama. 
Əzib, bürüşdürüb salıb boxçama, – 
Səni keçmişimə hədiyyə verdim. 
   


252 
 
 
İÇİNDƏKİLƏR 
 
REDAKTORDAN ..................................................................................................... 3 
İNCİ SAFLIĞI ............................................................................................................ 5 
MİRZƏ ƏLİXAN LƏLİ ......................................................................................... 24 
ƏLİ BƏY HÜSEYNZADƏ ................................................................................... 27 
NƏRİMAN NƏRİMANOV.................................................................................. 30 
ABBAS SƏHHƏT .................................................................................................. 34 
QANTƏMİR............................................................................................................ 36 
TAĞI ŞAHBAZİ SİMURĞ ................................................................................... 39 
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR .............................................................. 44 
HƏKİM QƏNİ ........................................................................................................ 49 
XANIMANA ƏLİBƏYLİ ...................................................................................... 52 
NADİR HƏKİM ..................................................................................................... 54 
YUSIF ƏHMƏDOV................................................................................................60 
RAFİQ TAĞI ........................................................................................................... 64 
SƏRDAR KƏRİMLİ .............................................................................................. 67 
RAMİZ DUYĞUN .................................................................................................. 81 
RAMİZ MÖVSÜM ................................................................................................. 90 
TAMİLLA ŞƏFƏQ ................................................................................................ 96 
FƏXRƏDDİN DAVUD ......................................................................................... 99 
PAŞA QƏLBİNUR .............................................................................................. 105 
SƏDAQƏT RƏŞADQIZI .................................................................................... 115 
TOFİQ NURƏLİ .................................................................................................. 118 
FƏXRƏDDİN ZİYA ............................................................................................ 126 
RAFİQ VƏLİZADƏ (KƏRƏMOĞLU) ........................................................... 138 
ƏFRAHİM ............................................................................................................. 142 
FƏZAİL İSMAYIL ............................................................................................... 152 
MUSA URUD........................................................................................................ 156 
MƏMMƏDYAR MƏMMƏMDYARLI............................................................ 165 
ŞAHİN MUSAOĞLU .......................................................................................... 175 
AZADƏ TALEH ABBAS (HACI AZADƏ TALEH ABBASQIZI) ........... 186 
ELMAN RÜSTƏMOV ........................................................................................ 196 
AFAQ ŞIXLI .......................................................................................................... 201 
NAZİLƏ GÜLTAC ............................................................................................... 212 
QALİB ŞƏFAHƏT............................................................................................... 223 
HABİL VƏLİYEV ................................................................................................ 234 
PƏRVİN ABBASLI ............................................................................................. 244 
 
 


253 
 
 
 
 
 
 


254 
 
 
 


255 
 
 
 


256 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Çapa imzalanıb: 17.05.2016 
Formatı: 70x100 1/16. Ofset çapı 
Həcmi: 16 
Sifariş № 317 
 
Qiymət: 7 manat 
 

Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə