Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə5/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   2   3   4   5   6   7   8   9   ...   36

20 
 
həkim-şair Şahin Musaoğlu əsgərləri qələbəyə səslə-
yən türküləri ilə tanınır. “İgid əsgər, möhkəm dayan”, 
“Cənab  leytenant”,  “Öncə  Vətəndir”  marşları  və 
vətənpərvərlik  mahnıları  dillərdə  dastana  dönüb. 
Vətənpərvərlik  şeirlərini  daha  çox  vətən  həsrəti  ilə 
yaşayanlar,  doğma  Azərbaycanımızı  uzaq  ölkələrdə 
sənəti və peşəsi ilə təmsil edənlər yaradırlar. Moskva 
şəhərində  yaşayan  və  Azərbaycanla  əlaqəsini  bir  an 
da  üzməyən Afaq  Şıxlı ixtisasca  həkim-terapevtdir, 
şeirləri rus, türk və başqa dillərdə işıq üzü görüb. 
  
Bu dünyada cəhənnəmin 
Başqa bir üzüdür qürbət! 
Öz elindən gen düşənin 
Ağlayan üzüdür qürbət! 
  
Havası buz, yeli sazaq
Hər döngəsi külək, tuzaq. 
Bacıdan, qardaşdan uzaq 
Bir çölün düzüdür qürbət! 
  
“İnsanı  qınamaq  üçün  ən  azından  onun  yaşa-
dıqlarını  yaşamalısan”  deyən  həkim Habil  Vəli-
yev şeiri dünyaya açılan tək qapısı sayır: 
Ulu Tanrım, 
Bu gecə də 
Ötüb gedən gecələrdən biri oldu. 
Gedim yatım. 


21 
 
Bəlkə elə gələn sabah 
Doğan ümid yeri oldu. 
  
 Qalib  Şəfahət  (Bağırov  Qalib  Xanoy  oğlu) Gə-
dəbəy rayonunun Parakənd kəndində ziyalı ailəsində 
anadan olmuş, aqrar təhsil almış, sonra Tibb İnstitu-
tunda  oxumuşdur.  Ordu  sıralarında  xidmət  etmiş, 
Ələt və Füzuli hərbi hospitallarında şöbə rəisi vəzifə-
sində çalışmışdır. 
Tibb xidməti kapitanıdır. Fövqəladə Hallar Nazir-
liyinin Tibb Mərkəzində həkim-kardioloq vəzifəsində 
çalışır. Tibbin əzəli-əbədi qüvvətli silahlarından, təsir 
vasitəsindən biri sözdür: hər kəsin ünsiyyətdə istifadə 
etdiyi  söz  yox,  hər  kəsi  yaxşılığa  bağlayan,  ümidə, 
sevgiyə  bənd  edən  Söz.  Belə  sözü  yaradıcı  insanlar 
deyə bilir. Belə sözü, bütün bəşər üçün özünü məsul 
hesab  edən,  öz  fəaliyyəti  ilə  sevgidən,  ümiddən  işıq 
paylamağa xidmət edənlər deyə bilirlər: 
  
Ciblər hər gün 
Yalan daşıyır evlərə… 
Yalanla dolur, 
boşalır evlər. 
Uşaqlar yalan yeyib yatırlar. 
Qadınlar yalandan 
ərlərinin üzünə gülürlər. 
Kişilər yalandan durub işə gedirlər. 
İdarələr yalandan bağlı olur birdən, 


22 
 
Yalandan dost olur 
bir-birinə insanlar… 
Yalandan adam da olurlar, 
Adamlar… 
Yalandan doğulur yalanlar. 
Bircə, 
Yalandan ölməyir insanlar… 
  
Xəstəliklərin insan psixologiyasına təsiri ilə bağlı 
araşdırmalar  aparan  həkim-yazar Nazilə  Gültac öz 
peşəsinin poetik dəyərini belə verir: 
İnsan oğlunun 
üzündəki əzabları 
oxuyuram. 
Acısını, ağrısını 
öz canımda 
duyuram. 
  
İnsanların  acısını,  ağrısını  öz  canında  duyan  hə-
kim  şairlərimiz  vətənpərvərdən  çox  vətənpərvər, 
Məcnundan və Leylidən güclü aşıq, alimdən çox bili-
cidirlər. İnsan dərdlərinin tərcümanı olan həkimlərin 
əsərlərini oxuduqca adamın ruhu sakitləşir, mənəviy-
yatı  zənginləşir,  dözümlüyü  artır,  əqidəsi  möhkəm-
lənir. 
Həkim yazarların hər biri haqqında ayrıca tədqi-
qat əsəri yazmağa dəyər. Ədəbiyyata fərqli yanaşan, 
fərqli  janrlarda  və  üslublarda  yazıb-yaradan  həkim 


23 
 
yazarların  buna  haqqı  var.  Bu  haqqı  onlar  öz  yara-
dıcılıq nümunələri ilə qazanıblar. Bu haqqı onlar oxu-
cularının fiziki sağlamlığının keşiyində durduqlarına 
görə, mənəvi zənginliklərinin qayğısına qaldıqlarına 
görə qazanıblar. 
Həkim-terapevt Əfrahim 
Hüseynlinin təşəbbüsü  və  tərtibatı  ilə  araya-ərsəyə 
gələn  həkimlərin  şeir  və  hekayələrindən  ibarət  ilk 
toplu imkan verir ki, gələcəkdə bu istiqamətdə daha 
fundamental  işlər  görülsün,  onların  yaradıcılıq  nü-
munələri  ətraflı  şəkildə  araşdırılsın. Əfrahim  Hü-
seynlinin bu  xeyirxah  işi  ədəbiyyatımıza  gözəl  bir 
töhfədir.  Kitabın  tərtibatında  vaxtaşırı  öz  məsləhət-
lərini  verən  digər  həkim-şair  Musa  Urudun əməyi 
böyükdür.  Təəssüf  ki,  toplunun  həcmi  bütün  həkim 
yazarları  əhatə  etməyə  və  onların  yaradıcılığı  haq-
qında tam məlumatları verməyə imkan yaratmır. Yə-
qin ki, gələcəkdə bu ənənə davam etdiriləcək və növ-
bəti toplularda qələm əhli olan bütün həkimlərin ya-
radıcılıq nümunələri yer alacaqdır. 
Azərbaycan ədəbiyyatına verdikləri söz töhfəsinə 
görə həkim yazarlar ucalıqda dayanmağa layiqdirlər. 
Oxucunun  əlində  tutduğu  yaradıcı  həkimlərin  ilk 
poetik toplusu bu ucalığın əlçatmaz nümunəsidir. 
  
Bilal ALARLI (HÜSEYNOV), 
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Yazıçılar Birliyinin üzvü 


24 
 
MİRZƏ ƏLİXAN LƏLİ 
(1845-1907) 
 
  Mirzə  Əlixan  Ləli  və  ya  Mirzə  Əlixan  İrəvani 
Azərbaycanlı  şair,  həkim.  1845-ci  ildə  Təbrizdə 
dünyaya  gəlib.  Ata-anası  əslən  irəvanlı  olub.  Təbriz 
mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillə-
rini öyrənib. Sonra o dövrün məşhur həkimlərindən 
təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmil-
ləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıda-
raq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini 
artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi 
şəhərlərinə  səfərlər  edib.  İranın  ən  məşhur  həkimlə-
rindən biri sayılıb. 
Ləlinin  hikmətli  sözləri  dillərdə  əzbər  olub  və 
zərbi-məsəllərə çevrilib. Şair-həkim bir sıra həcvlər də 
qələmə  almışdır.  Müzəffərəddin  şahın  Təbrizdə 
vəliəhd  olduğu  vaxtlarda  tanınmış  xəstələrindən  bir 
neçəsini  müalicə  edib  sağaltdığı  üçün  Mirzə  Əlixan 
Ləliyə “Şəmsül-hükəma” ləqəbi də verilib.   
Mirzə Əlixan Ləli 1907-ci ildə Tiflisdə dünyasını 
dəyişib. 
  Şeirlərinin çoxu Azərbaycan türkcəsindədir. Qə-
sidələri, qəzəlləri, dübeytləri və növhələri vardır.   
   
 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə