Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə8/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

37 
 
QONAĞIMIN SƏYAHƏTNAMƏSİ   
(Hekayədən bir parça) 
 
Sözün başını siz itirməyin... 
  “Belə  rəvayət  edirlər  ki,  bir  gün  Şah  oğlu  Şah 
Abbas  qızıl  taxtın  üzərində  əyləşmişdi.  Çox  dərin 
xəyala  getmişdi.  Birdən  fərraşa  əmr  etdi  ki,  bu  saat 
vəzir  Allahverdixanı  hüzuruma  çağır.  Fərraş 
“bəçeşm” deyib yeri öpdü və yola düzəldi. Çəkmədi 
bir saat, vəzir Allahverdi xan hazır olub ərz etdi ki: – 
Sənə fəda olum! Nə buyurursan? 
Padşah əmr etdi ki: 
– Ey mənim vəzirim! Səfər tədarükü gör, könlüm 
səyahət arzu edir. 
Vəzir soruşdu: 
– Qurbanət şəvəm! Süvarəmi, piyadəmi? 
Padşah dedi: 
– Vəzir! Piyadə səyahət eləyəcəyik, özü də dərviş 
paltarında.  İki  dəmir  əsa,  iki  dəmir  çarıq,  iki  dəmir 
sərpuş hazır elə. Sabah gün çıxmamış yola düşəcəyik. 
Vəzir  Allahverdi  xan  çox  ağıllı  bir  vəzir  idi, 
dünyaya onun kimi ağıllı adam gəlməyib və gəlməz. 
Padşah  əmr  etdiyi  şeyləri  hazır  edib  sübh  tezdən 
gətirdi. Şah oğlu Şah Abbas ilə vəzir Allahverdi xan 
paltarlarını çıxarıb dərviş paltarı geydilər, əldə dəmir 
əsa,  ayaqda  dəmir  çarıq,  başda  dəmir  sərpuş,  gün 
yerindən çıxmamış yola rəvanə oldular. Az getdilər, 
çox getdilər, mənzil kəsib, yol getdilər. Gün günorta 


38 
 
yerinə  çatanda  bir  şəhərin  qapısına  yetişdilər.  Şah 
soruşdu: 
– Vəzir, hansı şəhərdir? 
Dedi: 
–  Qurbanın  olum,  bu  şəhərdən  mənim  xəbərim 
yoxdur.  Gedək  şəhərin  darvazasına,  soruşaq,  görək 
hansı padşahın şəhəridir... 
  Mən  bu  nağılı  axıra  qədər  yazmayacağam.  Elə 
burada kəsirəm. 
Şöhrət  və  fərasəti  ilə  İranın  axır  zaman  tarixini 
dolduran  bu  Şah  oğlu  Şah  Abbaslar,  onların  ağıllı 
vəzirləri,  allahverdixanlar  bir  günorta  yol  gedir, 
məsələn, Bakı şəhərindən Maştağaya qədər. Rast olan 
şəhəri  nə  padşah  tanıyır,  nə  də  vəzir.  İndi  işlər  çox 
dəyişib  deyə  adam  bu  sualı  öz-özünə  verir.  Keçmiş 
zamanda  belə  nağıllar  sual-cavabsız  bitər,  həqiqət 
olaraq qəbul edilərdi... 
 
 


39 
 
TAĞI ŞAHBAZİ SİMURĞ 
(1892-1937) 
 
    Tağı Şahbazi Simurğ (Yazı-
çı-publisist, həkim, ictimai xadim) 
1892-ci  il  iyulun 2-də  Bakıda  ana-
dan  olub.  İbtidai  təhsilini  molla-
xanada alıb. 1902-1905-ci  illərdə 9 
saylı  məktəbdə,  sonra  rus-tatar 
məktəbində  təhsilini  davam  et-
dirib. 1913-cü ildə Xarkov Darülfü-
nunun fizika və riyaziyyat fakültəsinin tibb şöbəsinə 
daxil olub.   
  Azərbaycan  xalq  maarif  komissarının  müavini 
(1922-1923),  “Maarif  və  mədəniyyət”  jurnalının  re-
daktoru,  Azərbaycan  MİK-in  katibi  (1923-1926), 
ADU-nun  rektoru  (1926-1929),  Azərbaycan  xalq 
səhiyyə komissarının müavini(1930-1937) vəzifələrin-
də çalışıb. 
  “Quşlar  kimi  azadə”,  “İyi  aləm”,  “Südçü  qız”, 
“Aclar” və s. hekayələrində istismar dünyası, dini fa-
natizm,  xalqa  yad  “ziyalılar”  tənqid  olunub.  Sovet 
dövrü  əsərlərində  yeni  həyat  quruculuğu,  qadın 
azadlığı mövzuları əsas yer tutub. Bunlar “Haqsızlıq 
dünyası”, “Hacı Salman”, “Ağanın kənizi”, “Məşədi 
Qədimin evində bədbəxtlik”, “Azadlıq üçün cinayət”, 
“Zərifə”, “Küləkli bir axşam” və s. hekayələrində öz 
əksini tapıb. 1932-ci ildə yazdığı “Düşmənlər” povesti 


40 
 
kollektivləşmə  dövründə  kənddə  gedən  sinfi  mü-
barizədən bəhs edir. 
  Tağı Şahbazi Simurğ 1937-ci ildə repressiya qur-
banı olub.   
 
 
QAYÇI 
(Hekayədən bir hissə) 
 
Məhəmməd  Zəngəzurun  qaçqın  yetimlərindən 
idi... 
Səkkiz  yaşında  Məhəmməd  və  yeddi  yaşında 
bacısı  Zeynəb  yaşadıqları  evlərdə  səhərdən  axşama-
dək çalışır, ev sahiblərinin bütün əmrlərini icra edir-
dilər.  İndi  də  Gülcahan  Məhəmmədi  meşəyə  gön-
dərmişdi... 
 
*** 
 
...Odun  şələsinin  altında  ikiqat  bükülmüş  Mə-
həmməd Məşədi Salmanın sorğularına cavab verərək 
yalvarıcı  bir  baxışla  qayçıdan  xəbəri  olmadığını  bil-
dirdi.  Məhəmmədin  bu  cavabı,  Məşədi  Salmanın 
əsəblərini  daha  da  qaldırdı:  “Aha,  inkar  edir,  məni 
aldatmaq istəyir”, – deyə fikir edərək, Məşədi Salman 
çocuğa yaxın gəlib, yenə qayçını sordu. 
– Vallah ki, bilməyirəm, əmi! 
Bu  cavabı  eşidər-eşitməz  Məşədi  Salman  odun 


41 
 
qarışıq  Məhəmmədə  bir  təpik  vurdu.  Çocuq  şələ  ilə 
bərabər  yerə  yıxıldı  və  yıxıldığı  vaxt  odun  parçası 
üzünü cırdı, bir dəqiqədə Məhəmmədin üzünü al qan 
bəzədi.  Məşədi  Salman  Məhəmmədin  başı  üzərində 
durub: 
– İt oğlu, de görüm, qayçı haradadır? Bax, demə-
sən, bil ki, səni öldürəcəyəm... – deyə çığırdı. 
  Məşədi  Salmanın  gözləri  həlqəsindən  çıxmış, 
üzü o qədər qabarmışdı ki, tanınmaz bir hala gəlmiş-
di. 
Məhəmməd  üzünün  yeni  yarasından  axan  qanı 
çirkli əlləri ilə silərək ağladı. 
– Vallah ki, xəbərim yoxdur, – deyə yalvarmağa 
başladı. – Mən oduna getmişdim; bilməyirəm, sən al-
lah,  əmi,  məni  döymə,  qayçını  görməmişəm.  Gülca-
han bu əhvalatı görüb yaxın gəldi. 
– Ay kişi, yetimdir, elə vurmaq olmaz; doğrudan 
da, xəbəri yoxdur, – dedi. 
– Danışma, vallah səni də ona qataram!.. 
  Gülcahan  Məşədi  Salmanı  yaxşı  tanıyırdı.  Belə 
hallarda ona yaxın durmaq mümkün deyildi. Heç bir 
vasitə ilə onu sakit etmək olmazdı. Məhəmməd Gül-
cahanı gördükdə, kömək dilər kimi: 
– Ay xala, vallah ki, xəbərim yoxdur; qayçını gör-
məmişəm,  –  dedi.  Lakin  qayçının  itməsinə  Məşədi 
Salman şərik ola bilməyirdi. 
–  Hara  itəcək?  Yəqin  ki,  oğurlayıb,  indi  də 
boynuna almaq istəməyir. – Məşədi Salman Məhəm-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə