Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə9/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

42 
 
mədin qolundan yapışıb qaldırdı və əli ilə onu hədə-
ləyərək:  –  Deyirəm  ki,  səni  öldürərəm,  yandıraram, 
bu  saat  qayçının  yerini  söylə,  de  görüm!  –  deyə  ba-
ğırdı. 
– Vallah ki, əmi, xəbərim yoxdur. 
  Məşədi Salman axırıncı dəfə bu cavabı eşitdikdə, 
Məhəmmədə bir şapalaq vurdu. Məhəmməd qışqırdı, 
ağladı.  Məşədi  Salman  Məhəmmədin  ağlamasına 
baxmayaraq, qolundan tutub təndirin yanına çəkdi. 
Gülcahan Məşədi Salmanın nə edəcəyini düşün-
məyərək: 
–  Ay  kişi,  burax,  incitmə,  yetimdir,  yazıqdır...  – 
deyə  yalvarırdı.  Təndirin  yanında  Məşədi  Salman 
Məhəmmədin  belindən  yapışıb  qaldırdı  və  Məhəm-
mədi yanar təndirin içinə atdı. Məhəmmədin səsi ərşə 
çıxdı: 
– Vay yandım, aman yandım, öldüm! 
Məhəmməd elə çığırdı ki, bütün qonşular eşidib 
töküldülər.  Məşədi  Salman  bir  yana  çəkilib  durdu. 
Gülcahan özünü itirib: 
– Vaxsey, uşaq yandı, – deyə çığırmağa başladı. 
  Qonşular  Şahpəri  ilə  Rəcəb  kişi  hamıdan  əvvəl 
təndirə  doğru  yüyürdülər  və  iki  tərəfdən  Məhəm-
mədi təndirdən çıxartdılar. Şahpəri mətbəxə yüyürüb 
xəmir üzərindən yorğançanı alıb çocuğa sarıdı. Beləcə 
Məhəmmədin  odunu  söndürdülər.  Yenidən  yorğanı 
Məhəmmədə sarıyarkən, yorğanda bir şey cingildədi. 
Baxdılar – qayçı idi. 


43 
 
 
– Ay Gülcahan, qayçı yorğanın içində, ala bax! – 
deyə göstərdilər. 
–  Vay,  yorğanı  sırıyanda  yaddan  çıxıb  içində 
qalıbdır. 
– Bunun üçün yazıq uşağı yandırdınız? 
  Gülcahan Məşədi Salmana baxdı. Məşədi başını 
aşağı dikmişdi...   
   
   
 
 


44 
 
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR 
(1906-1988) 
 
Məhəmmədhüseyn  Şəhriy-
ar  (Seyid  Məhəmməd-hüseyn 
Behcəti  Təbrizi)  1906-cı  ildə 
Təbriz şəhərinin Bağmeşə bölgə-
sində,  o  zamanın  tanınmış  hü-
quqşünaslarından  Hacı  Mirağa 
Xoşginabinin  ailəsində  dünya-
ya gəlmişdir.   
    Şəhriyar  klassik  şeirin  bütün  şəkillərində  yaz-
mış,  Azərbaycan  ədəbiyyatını  yüksək  məzmunlu 
qəzəl,  qəsidə,  məsnəvi,  qitə  və  rübailərlə  zənginləş-
dirmişdir.   
  Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən son-
ra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Da-
rülfünununda, sonra isə Tibb fakültəsində ali təhsil al-
mağa  başlamışdır.  Lakin  fakültənin  sonuncu  kur-
sunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna gir-
məyə məcbur olmuşdur. 
  Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç 
böyük  şair  və  alimin  –  Məliküş-şüəra  Baharın,  Səid 
Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə 
nəşr olunmuşdur. 
  M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nə-
həngləri  sırasına  ucaldan  ilk  növbədə  onun  ölməz 
“Heydərbabaya  salam”  poeması  olmuşdur.  Şəhriyar 


45 
 
pоemanın birinci hissəsini Tehranda,  ikinci hissəsini 
isə Təbrizdə yazmışdır.   
  M.  Şəhriyar  18  sentyabr  1988-ci  ildə  Təbrizdə 
vəfat etmişdir. 18 sentyabr hər il İranda “milli şeir gü-
nü” kimi qeyd edilir.   
  Vəsiyyətinə görə Təbrizin Şairlər Məqbərəsində 
dəfn olunmuşdur. 
 
ULDUZ SAYARAQ GÖZLƏMİŞƏM   
HƏR GECƏ YARI 
   
Ulduz sayaraq gözləmişəm hər gecə yarı, 
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı. 
 
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs
Batmış qulağım gör nə döşürməkdədi darı. 
 
Bir quş: “Ayığam” –söyləyərək gahdan inildər, 
Gahdan onu day yel deyə laylay huş aparı. 
 
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən, 
Məndən aşağı kimsə yox, ondan da yuxarı. 
 
Qorxum budu, yar gəlməyə birdən yarıla sübh, 
Bağrım yarılar, sübhüm, açılma səni tarı! 
 
Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma! 
O çıxmasa da ulduzumun yoxdu çıxarı. 


46 
 
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh, 
Qaş beylə ağardıqca, daha baş da ağardı. 
 
Eşqin ki,qərarında vəfa olmayacaqmış, 
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı? 
 
Sanki xoruzun son banı xəncərdi soxuldu, 
Sinəmdə ürək varsa, kəsib qırdı damarı. 
 
Rişxəndilə qırcandı səhər, söylədi: – Durma, 
Can qorxusu var eşqin, ulduzun bu qumarı. 
 
Oldum qaragün ayrılalı o sarı teldən, 
Bunca qara günlərdir edən rəngimi sarı. 
 
Gözyaşları hər yerdən axarsa, məni tuşlar, 
Dəryaya baxar, bəllidi, çayların axarı. 
 
Əzbəs məni yarpaq kimi hicranla saraldıb, 
Baxsan üzünə, sanki qızılgüldü, qızardı. 
 
Mehrabi-şəfəqdə özümü səcdədə gördüm, 
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı. 
 
Eşqi var idi Şəhriyarın güllü, çiçəkli, 
Əfsus, qara yel əsdi, xəzan oldu baharı. 
   
 
 


47 
 
HEYDƏRBABAYA SALAM 
(Poemadan parça) 
 
Heydərbaba, ildırımlar çaxanda, 
Sellər, sular şaqqıldayıb axanda, 
Qızlar ona səf bağlayıb baxanda, 
Salam olsun şövkətizə, elizə, 
Mənim də bir adım gəlsin dilizə. 
   
Heydərbaba, kəkliklərin uçanda
Göl dibindən dovşan qalxıb qaçanda, 
Bağçaların çiçəklənib açanda, 
Bizdən də bir mümkün olsa, yad elə, 
Açılmayan ürəkləri şad elə. 
   
Bayram yeli çardaqları yıxanda, 
Novruzgülü, qarçiçəyi çıxanda, 
Ağ buludlar köynəklərin sıxanda, 
Bizdən də bir yad eləyən sağ olsun, 
Dərdlərimiz qoy dikəlsin dağ olsun. 
   
Heydər Baba, gün dalını dağlasın, 
Üzün gülsün, bulaqların ağlasın, 
Uşaqlarun bir dəstə gül bağlasın, 
Yel gələndə ver gətirsin bu yana
Bəlkə mənim yatmış bəxtim oyana. 
   
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə