Əhalinin sağlamlığının qorunması haqqında



Yüklə 0,54 Mb.
səhifə2/8
tarix26.03.2018
ölçüsü0,54 Mb.
#34213
1   2   3   4   5   6   7   8

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə pulsuz göstərilir.


Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada əcnəbilərin sağlamlığının qorunması hüququ vardır. [5]

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi yardım) dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həcmdə dövlət büdcəsinin vəsaiti hesabına göstərilir.[6]

Uşaqların icbari dispanserizasiyası tədbirləri “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir.[7]

Maddə 11. Sağlamlığa təsir göstərən amillər haqqında vətəndaşların məlumat almaq hüququ


Vətəndaşların sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat almaq hüququ vardır və bu məlumatlar vətəndaşlara kütləvi informasiya vasitələri ilə, yaxud bilavasitə onların sorğularına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. [8]


Maddə 12. Vətəndaşların tibbi-sosial yardım almaq hüququ


Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır.

Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial müdafiə sistemi müəssisələrində göstərilir.

Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. [9]

Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrı-ayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr  hesabına tibbi yardım almaq vədigər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır.

Güzəştli şərtlərlə protez-ortopedik məmulatlar, eşitmə aparatları, hərəkətetmə və digər reabilitasiya vasitələri ilə təmin olunmaq hüququ olan vətəndaşların kateqoriyaları və güzəştlərlə təminat qaydaları qanunvericilikdə müəyyən edilir.

Vətəndaşların ixtisaslaşdırılmış müəssisələrdə tibbi-sosial ekspertizadan keçmək hüququ vardır.

İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və pensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin dövlət tibb müəssisələrində pulsuz tibbi nəzarət olunmaq hüququ vardır. [10]

Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər. [11]

Yoluxucu xəstəliklər aşkar edildikdə, ətrafdakıları xəstələnməkdən qorumaq məqsədilə işdən kənarlaşdırılmış şəxslərin, karantinlə əlaqədar müavinət almaq hüququ vardır.

Maddə 13. Vətəndaşların tibbi sığortası


Vətəndaşların tibbi sığortası (icbari və könüllü) Azərbaycan Respublikasının sığorta qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir. [12]

Maddə 14. Dərman vasitələri ilə təminat


Əhalinin dərman vasitələri ilə təminatı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 15. Peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların, yaşı 18-dən az olan işçilərin sağlamlığının qorunması hüququ [13]


Yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı əsasında bəzi peşə sahibləri işə qəbul edilərkən və işlədiyi müddətdə işəgötürənin vəsaiti hesabına məcburi dövri tibbi müayinədən keçirlər.

Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədi ilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. [14]

Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər. [15]

Maddə 16. Əhalinin sağlamlığının qorunması sahəsində ailənin hüquqları [16]


Dövlət ailə üzvlərinin sağlamlığını qorumaq qayğısını öz öhdəsinə götürür.

Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildəmümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq , müayinədən keçmək və dispanser nəzarətində olmaqhüququna malikdir. [17]

Uşaqlı ailələrin (ilk növbədə sağlamlıq imkanları məhdud uşaqları və valideyn himayəsindən məhrum uşaqları böyüdən natamam ailələrin) əhalinin sağlamlığının qorunması sahəsindəqanunvericilikdə müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququ vardır. [18]

14 yaşına çatmayan xəstə uşağa  qulluq edilməsinə görə istər ambulator, istərsə də stasionar müalicə zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək valideynlərdən birinə və ya ailənin başqa birüzvünə qanunvericilikdə müəyyən edilmiş müavinət verilir.

Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. [19]


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə