Əhalinin sağlamlığının qorunması haqqında


Maddə 17. Əhalinin sağlamlığının qorunması sahəsində hamilə qadınların və anaların hüquqları



Yüklə 0,54 Mb.
səhifə3/8
tarix26.03.2018
ölçüsü0,54 Mb.
#34213
1   2   3   4   5   6   7   8

Maddə 17. Əhalinin sağlamlığının qorunması sahəsində hamilə qadınların və anaların hüquqları


Hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur.

Maddə 17-1. Əhalinin sağlamlığının qorunması sahəsində məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqları[20]

Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunurlar.

Maddə 18. Əhalinin sağlamlığının qorunması sahəsində yetkinlik yaşına çatmayanların hüquqları


Yetkinlik yaşına çatmayanların:

Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq;[21]

sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə təhsil almaq və əməklə məşğul olmaq;

peşə yararlığı müəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq;

büdcə vəsaitləri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli şərtlərlə qidalanmaq və tibbi sosial yardım almaq hüququ vardır.

Fiziki və ya ruhi çatışmazlıqları olan yetkinlik yaşına çatmayanlar valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti ilə sosial müdafiə sistemi müəssisələrində saxlanıla bilərlər.


Maddə 19. Əhalinin sağlamlığının qorunması sahəsində hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hüquqları


Hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hərbi xidmətə yararlı (yararsız) olmalarının müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçmək, yaxud hərbi həkim komissiyasının rəyi əsasında vaxtından əvvəl hərbi xidmətdən azad olmaq hüququ vardır.

Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların qanunvericilikdə müəyyən edilmişqaydada məhkəməyə müraciət etmək hüququ vardır.

Hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır.

Hərbi qulluqçuların, xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardım almaq hüququ vardır və onların tibbi təminatı qanunvericiliklə müəyyən edilir.

Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki səhiyyə müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi-tibb hissə vəmüəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər.

Maddə 20. Əhalinin sağlamlığının qorunması sahəsində pensiyaçıların hüquqları


Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial müdafiə sistemi müəssisələrində tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəy əsasında sosial sığorta və ya sosial-müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları vardır.

Maddə 21. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial yardım almaq hüququ


Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara tibbi-sosial yardımın göstərilməsi qaydaları və bu sahədəki güzəştlər qanunvericilikdə müəyyənləşdirilir. [22]

Maddə 22. Fövqəladə hallarda ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların sağlamlığının qorunması sahəsində hüquqları


Fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılmasıməqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları vardır.

Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüquqları vardır.

Maddə 22-1. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin tibbi təminatı [23]

Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərə tibbi xidmət göstərilməsi qaydası və onlara bu sahədə verilən güzəştlər qanunvericiliklə müəyyən edilir.


Maddə 23. Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaçəkmə müəssisələrində məhkumların tibbi yardım almaq hüququ [24]


Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların büdcə vəsaitləri hesabına ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq hüququ vardır. [25]

Bu kateqoriyadan olan qadınların hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonrakı dövrdə ixtisaslaşdırılmış tibbi yardım almaq hüququ vardır.

Cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. [26]

Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların obyekt şəklində hər hansı biotibbi tədqiqata cəlb edilməsi qadağandır.

Tutulmuş, həbs edilmiş vətəndaşlara, cəzaların çəkilməsi zamanı məhkumlara tibbi yardımın göstərilməsi qaydaları qanunvericilikdə müəyyən edilir. [27]

Cəzaçəkmə müəssisələrində məhkumlar tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna malikdirlər. Bu növ xidmətlərin, dərmanların ödəniş haqqı məhkum və ya onun qohumları tərəfindən həyata keçirilir. [28]

IV fəsil

TİBB-SOSİAL YARDIM SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN HÜQUQLARI


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə