Əhalinin sağlamlığının qorunması haqqında



Yüklə 394,35 Kb.
səhifə2/3
tarix26.03.2018
ölçüsü394,35 Kb.
#33384
1   2   3

Qeyd:

1. Bu maddənin altıncı hissəsində "müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılan və həmin orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.

2. Bu maddənin altıncı hissəsində nəzərdə tutulmuş "vəzifə (tarif) maaşlarına əlavə" verilən işçilərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

IX fəsil


VƏTƏNDAŞLARIN SAĞLAMLIĞINA VURULAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT

Maddə 57. Vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi

Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.

Vətəndaşların sağlamlığına zərər vurulmasında təqsirkar olan yetkinlik yaşına çatmayanlar, yaxud qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər tərəfindən ziyanın ödənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Ətraf mühitin çirklənməsi nəticəsində vətəndaşların sağlamlığına vurulan ziyan qanunvericilikdə müəyyən edilmiş qaydada ziyan vuran hüquqi və fiziki şəxslər tərəfindən ödənilir.

Maddə 58. Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi

Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir.

Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.

Maddə 59. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və əczaçılıq işçilərinin məsuliyyəti

Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 60. Dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən şikayət etmək hüququ

Dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanlara və məhkəməyəmüraciət edilə bilər.

X fəsil


YEKUN MÜDDƏALARI

Maddə 61. Keçid müddəaları

Bu Qanunun tibbi sığortaya aid müddəaları tibbi sığortanın hüquqi tənzimlənməsi məsələləri üzrə müvafiq qanunvericilik aktı qəbul edildikdən sonra qüvvəyə minir.

Maddə 62. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti



Heydər ƏLİYEV

Bakı şəhəri, 26 iyun 1997-ci il

№ 360-IQ

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 aprel 1999-cu il tarixli 647-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 285)



2.       20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141)

3.       20 fevral 2001-ci il tarixli 87-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 142)

4.       20 fevral 2001-ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143)

5.       20 fevral 2001-ci il tarixli 89-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 144)

6.       5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 672)

7.       12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687)

8.       12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693)

9.       19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 240)

10.    30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 244)

11.    24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)

12.    25 mart 2003-cü il tarixli 426-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 256)

13.    5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)

14.    20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396)

15.    18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507)

16.    23 dekabr 2005-ci il tarixli 34-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 66)

17.    19 dekabr 2006-cı il tarixli 202-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1028)

18.    17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)

19.    9 oktyabr 2007-ci il tarixli 427-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1052)

20.    6 noyabr 2007-ci il tarixli 480-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1197)

21.    13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

22.    16 dekabr 2008-ci il tarixli 741-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 46)

23.    20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287)

24.    22 oktyabr 2010-cu il tarixli 1114-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 962)

25.    21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 70)

26.    21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

27.    24 iyun 2011-ci il tarixli 177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci il, № 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 616)

28.    1 may 2012-ci il tarixli 348-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, № 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 510)

29.    22 oktyabr 2013-cü il tarixli 769-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 1 dekabr 2013-cü il, № 264; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1285)

30.    29 oktyabr 2013-cü il tarixli 790-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1305)

31.    29 oktyabr 2013-cü il tarixli 802-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1316)

32.    2 fevral 2015-ci il tarixli 1177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2015-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 104)

33.    24 fevral 2015-ci il tarixli 1201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 aprel 2015-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 345)

34.    28 aprel 2015-ci il tarixli 1269-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 681)

35.    29 dekabr 2015-ci il tarixli 76-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 189)

36.    15 aprel 2016-cı il tarixli 206-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 658)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 2 fevral 2015-ci il tarixli 1177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2015-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 104) ilə 3-cü maddənin yeddinci abzasında “məcburi” sözü “icbari tibbi” sözləri ilə əvəz edilmişdir.



 

[2] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 4-cü maddədə, 46-cı maddənin üçüncü hissəsində, 48-ci maddənin dördüncü hissəsində və 49-1-ci maddənin yeddinci hissəsinin birinci cümləsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[3] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 5-ci maddədə “və əmlakını xüsusi, o cümlədən” sözləri “və əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri, o cümlədən əmlakını” sözləri ilə, “şəxsi tibb” sözləri “özəl tibbi praktika” sözləri ilə əvəz edilmişdir.



 

[4] 12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693) ilə 9-cu maddənin birinci hissəsində "məcburi" sözü "icbari" sözü ilə əvəz edilmişdir.

 

[5] 19 dekabr 2006-cı il tarixli 202-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1028) ilə 10-cu maddəyə yeni məzmunda altıncı-səkkizinci hissələr əlavə edilmişdir, altıncı hissə doqquzuncu hissə hesab edilmişdir.



 

[6] 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 70) ilə 10-cu maddəyə yeni məzmunda onuncu hissə əlavə edilmişdir.

 

[7] 29 oktyabr 2013-cü il tarixli 802-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1316) ilə 10-cu maddəyə yeni məzmunda on birinci hissə əlavə edilmişdir.



 

[8] 2 fevral 2015-ci il tarixli 1177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2015-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 104) ilə 11-ci maddənin ikinci hissəsində, 29-cu maddənin dördüncü hissəsində, 31-ci maddənin üçüncü hissəsində, 33-cü maddənin səkkizinci hissəsinin ikinci cümləsində, 38-ci maddənin ikinci hissəsində, 40-cı maddənin üçüncü hissəsində, 50-ci maddənin yeddinci hissəsində, 51-ci maddənin beşinci hissəsində, 52-ci maddənin ikinci hissəsində, 57-ci maddənin ikinci hissəsində və 58-ci maddənin ikinci hissəsində “qanunvericilikdə” sözü “qanunla” sözü ilə əvəz edilmişdir.

 

[9] 12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693) ilə 12-ci maddənin üçüncü hissəsində "məcburi" sözü "icbari" sözü ilə, "dövlət səhiyyə" sözləri "tibbi sığorta sistemindəki tibb" sözləri ilə əvəz edilmişdir.



 

[10] 5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 672) ilə 12-ci maddənin yeddinci hissəsində "və pensiyaçıların" sözlərindən sonra "məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin" sözləri əlavə edilmişdir.

 

[11] 25 mart 2003-cü il tarixli 426-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 256) ilə 12-ci maddəyə yeni səkkizinci hissə əlavə edilmişdir. Maddənin əvvəlki səkkizinci hissəsi doqquzuncu hissə hesab edilmişdir.



 

[12] 12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693) ilə 13-cü maddədə "məcburi" sözü "icbari" sözü ilə əvəz edilmişdir.

 

2 fevral 2015-ci il tarixli 1177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2015-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 104) ilə 13-cü maddədə “Respublikasının” sözündən sonra “sığorta” sözü əlavə edilmişdir.

 

[13] 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 15-ci maddənin adı yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

Maddə 15. Peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların sağlamlığının qorunması hüququ.

 

[14] 12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693) ilə 15-ci maddəyə ikinci hissə əlavə edilmişdir.



 

[15] 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 15-ci maddəyə üçüncü hissə əlavə edilmişdir.

 

[16] 23 dekabr 2005-ci il tarixli 34-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 66) ilə 16-cı maddəsinin ikinci hissəsində "müayinədən keçmək" sözləri ", müayinədən keçmək və dispanser nəzarətində olmaq" sözləri ilə əvəz edilmişdir.



 

[17] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 16-cı maddənin ikinci hissəsində "dövlət səhiyyə sisteminin müəssisələrində" sözləri "yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində" sözləri ilə əvəz edilmişdir.

 

[18] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə üçüncü hissədə “əlil” sözü “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir.



 

[19] 20 fevral 2001-ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143) ilə 16-cı maddəyə beşinci hissə əlavə edilmişdir.

 

13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə beşinci hissədə “əlillik qrupu verilənədək” sözləri “sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək” sözləri ilə əvəz edilmişdir.



 

[20] 24 iyun 2011-ci il tarixli 177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci il, № 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 616) ilə yeni məzmunda 17-1-ci maddə əlavə edilmişdir.

 

[21] 29 oktyabr 2013-cü il tarixli 802-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1316) ilə 18-ci maddənin birinci hissəsinin birinci bəndi yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət səhiyyə sisteminin uşaq və yeniyetmə tibb xidməti müəssisələrində pulsuz dispanser nəzarətində olmaq və müalicə olunmaq;

 

[22] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 21-ci maddənin adında “Əlillərin” və mətnində “əlillərə” sözlərindən sonra müvafiq olaraq “və sağlamlıq imkanları məhdud uşaqların” və “və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilmişdir.

 

[23] 5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 672) ilə 22-1-ci maddə əlavə edilmişdir.



 

[24] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 23-cü maddənin adında "azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların" sözləri "vətəndaşların, cəzaçəkmə müəssisələrində məhkumların" sözləri ilə əvəz edilmişdir.

 

[25] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 23-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.



 

Əvvəlki redaksiyada deyilirdi:



Tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların tibbi yardım almaq, o cümlədən zəruri hallarda dövlət səhiyyə sisteminin müəssisələrində büdcə vəsaitləri hesabına tibbi yardımla təmin olunmuq hüququ vardır.

 

[26] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 23-cü maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

Azadlıqdan məhrum edilməyə məhkum olunmuş qadınlar 3 yaşınadək uşaqlarını körpələr evinə verə bilərlər.

 

[27] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 23-cü maddənin dördüncü hissəsində "azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların" sözləri "vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların" sözləri ilə, beşinci hissəsində "azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşlara" sözləri "vətəndaşlara, cəzaların çəkilməsi zamanı məhkumlara" sözləri ilə əvəz edilmişdir.



 

[28] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 23-cü maddəyə altıncı hissə əlavə edilmişdir.

 

[29] 1 may 2012-ci il tarixli 348-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, № 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, № 136, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 510) ilə 25-ci maddəyə altıncı və yeddinci hissələr əlavə edilmişdir.



 

[30] 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 28-ci maddəsinin dördüncü hissəsinə ikinci cümlə əlavə edilmişdir.

6 noyabr 2007-ci il tarixli 480-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (


Yüklə 394,35 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə