Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   ...   8   9   10   11   12   13   14   15   16

İnteqrativ  bacarıqların  inkişafına  imkan  yaratmaq,  onu  şəxsiyyətin  ümumi 

keyfiyyətinə  çevirmək  dərsliklərin xarakterik cəhətlərindən biri  hesab edilməlidir. 

Bundan əlavə, şagirdlərin dünyagörüşünün formalaşdırılması da diqqət mərkəzində 

saxlanılmalı, ətraf aləmin obyektiv reallıqları ilə qəbul edilməsi üçün zəruri təlim 

materiallarından istifadə olunmasına üstünlük verilməlidir. 

Təhsil  Sektorunun  inkişafı  layihəsi  üzrə  milli  koodinator  İ.İsgəndərov  haqlı 

olaraq  vurğulayır  ki,  dərslikləri  kurikulumların  tələblərinə  uyğun  səviyyədə 

hazırlamaq  üçün  bir  sıra  mühüm  pedaqoji  prinsiplərin  gözlənilməsi  zəruri  hesab 

edilir. Bunların sırasında aşağıdakılar vardır. 

1.  Düzgünlük.  Bu  prinsip  dərsliyi  qeyri-ciddi  faktorlardan  uzaqlaşdırır, 

inandırıcı,  stimullaşdırıcı  mənbəyə  çevirir.  Şagirdlər  dərsliyə  etibarlı  tədris  vəsaiti 

kimi yanaşırlar. Dərsliyin bu prinsipə uyğun hazırlanması üçün aşağıdakı tələblərin 

nəzərə alınması vacib bilinir: 

- təlim standartlarına uyğunluq; 

- faktorların dəqiqliyi; 

- orfoqrafiya, durğu işarələri, qrammatik qaydaların gözlənilməsi; 

- mübahisəli faktorların olmaması. 

2.  Əyanilik.  Dərslikləri  baxımlı  etmək,  onu  şagirdin  ən  yaxın  müsahibinə, 

eləcə də stimullaşdırıcı vasitəyə çevirmək üçün əyaniliyə mühüm didaktik prinsip 

kimi  müraciət olunur. Aşağıdakıların  dərsliklərdə əks olunması təmin edildikdə bu 

prinsip tam reallaşdırılır: 

- şəkillər, fotolar; 

- illüstrasiyalar; 

- sxemlər; 

- cədvəllər; 

- xəritələr; 

- qrafiklər. 

Əyaniliyi  təmin  etmək  üçün  yuxarıda  sadalanan  bütün  vasitələrin  eyni  bir 

dərsliyə daxil edilməsi tələb olunmur. Dərsliklər hazırlanarkən onların özünəməxsus 

cəhətləri,  aid  olduğu  fənnin  xüsusiyyətləri  əsas  götürülür,  zəruri  hesab  edilən 

müvafiq əyani vasitələr seçilir. 

3.  Müasirlik.  Dərsliyin  ən  mühüm  atributlarından  biri  onun  yeniliyi, 

müasirliyidir.  Dövrün,  zamanın  tələb  və  ehtiyaclarını  özündə  əks  etdirməsi, 

şagirdlərdə  yenilik  əhval-ruhiyyəsi  yarada  bilməsidir.  Buna  aşağıdakı  tələblər 

gözlənilməklə nail olmaq mümkündür: 




- sosial-iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması; 

- elmin özündəki inkişafın nəzərə alınması; 

-  təlim  materiallarının  müasir  dünyagörüşü  formalaşdırmasına  isti-

qamətlənməsi. 

Dərsliyin  müasir  olması  üçün  fakt  və  hadisələrin  inkişafla  bağlı  olması,  onu 

əks etdirməsi əsas şərtlərdən biridir. Bununla yanaşı, yeni texnologiyalara istinad 

olunması,  onların dərsliyin  məzmununa gətirilməsi  də  müasirliyin  əlamətlərindən 

sayılır. 



4. Tamlıq.  Tədris vasitələrindən biri kimi dərsliyin bütövlüyü, tamlığı onun 

məzmununda aşağıdakı müəyyən komponentlərin olmasını tələb edir: 

- nəzəri materiallar; 

- praktik materiallar; 

- təsviri materiallar; 

- qiymətləndirmə materialları. 

Nəzərdə tutulan bu materialların hər biri  mühüm didaktik  əhəmiyyət daşıyır. 

Şagirdlərin  təlim  fəaliyyətinə  cəlb  olunması,  öyrənmə  prosesinin  təşkili  və 

bacarıqların dəyərləndirilməsi baxımından imkanları ilə seçilir. 

5.  Ardıcıllıq.  Dərsliklərin  məzmunundakı  materialların  sıralanmasında 

ardıcıllıq  mühüm  prinsiplərdən  biri  kimi  gözlənilir.  Bu  zaman  ardıcıllığın 

aşağıdakı parametrləri əsas götürülür: 

- psixoloji baxımdan; 

- məzmun baxımından; 

- təqvim-tematik baxımdan; 

- məntiqi baxımdan. 

Psixoloji baxımdan ardıcıllıq təlim materiallarının maraqlılıq səviyyəsinə görə 

düzülməsini tələb edir. Materiallar, ilk növbədə, şagirdlərin psixi proseslərlə bağlı 

fəaliyyətlərinin  inkişafını  təmin  etmək  üçün  seçilir.  Hafizə,  təfəkkür  və  təxəyyül 

proseslərinin formalaşması istiqamətinə yönəldilir. Məzmun baxımından ardıcıllıq 

təlim  materiallarının  sadədən  mürəkkəbə  doğru  sıralanmasında  özünü  göstərir. 

Təqvim-tematik  baxımdan  ardıcıllıq  müvafiq  təlim  materiallarının  düzülməsində 

tarixi  gün  və  hadisələrin  nəzərə  alınmasını,  məntiqi  baxımdan  ardıcıllıq  isə  ilkin 

təlim  materialları  vasitəsi  ilə  növbəti  təlim  materiallarının  mənimsənilməsi  üçün 

zəmin yaradılmasını tələb edir. 



6.  Yaş  səviyyəsinə  uyğunluq.  Dərsliklər  şagirdlərin  yaş  səviyyəsinə  uyğun 

hazırlanmalıdır.  Bu  zaman  iki  əsas  tələb  diqqət  mərkəzində  saxlanılmalıdır:  a) 

dizayn; b) təlim materiallarının məzmunu, həcmi, maraqlılığı. 

7.  Təlim  vaxtına  uyğunluq.  Təlim  materiallarının  miqdarı  və  ağırlıq  çəkisi 

müəyyənləşdirilərkən  ayrılan  vaxt  nəzərə  alınır.  Bu  zaman  nəzəri  və  praktik 

materialların balansının gözlənilməsi, standartların reallaşdırılmasına yönəldilməsi 

zəruri  hesab  edilir.  Şagirdlərin  təlim  marağının  gücləndirilməsi  üçün  motivasiya 

imkanları genişləndirilir. 

8.  Oxunaqlıq.  Oxunaqlığın  nəzərə  alınması  üçün  ilkin  olaraq,  məzmun 

materiallarının  maraqlı  olması  vacib  hesab  edilir.  Belə  materiallar  şagirdlərin 

diqqətinə  səbəb  olur,  onları  öyrənməyə  təhrik  edir.  Təlim  materiallarının 



lakonikliyi, aydın üslubda, sadə dildə olması öyrənmə fəaliyyətinin səmərəliliyini 

artırır. 



9. İnklüzivlik. Bu prinsip əsasında yazılmış dərslik özünün əhatəliliyinə görə 

seçilməlidir.  Təlim  prosesində  yalnız  bir  səviyyəni  deyil,  müxtəlif  səviyyələri 

ehtiva  etməlidir.  Həm  istedadlı,  həm  də  müəyyən  səbəblərdən  geridə  qalan, 

sağlamlığı məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqların, şagirdlərin təlim 

maraqlarını  ödəyə  bilməlidir.  Bunun  üçün  təlim  materiallarının  seçilməsinə  və 

dərsliyə daxil edilməsinə diferensial yanaşılmalı, hər bir sinifdə şagirdlərin inkişaf 

səviyyələri nəzərə alınmalıdır. 

10. Fəal təlim üçün şəraitin yaradılması. Fəal təlim müasir təhsil prosesinin 

əsas  atributlarından  hesab  edilir.  Onun  qurulmasında  bir  çox  amillərlə  yanaşı, 

dərslik  də  həlledici  rol  oynayır.  Nəticəyönümlü  kurikulumlar  məhz  belə 

dərsliklərin  hazırlanmasını  tələb  edir.  Ona  görə  də  dərsliklər  formalaşdırılarkən 

fəal  təlim  üçün  şəraitin  yaradılması  diqqət  mərkəzində  saxlanılmalıdır.  Təlim 

materialları fəal təlim prosesinin məntiqinə uyğunlaşdırılmalıdır. Təlim marağının 

formalaşdırılması,  problemin  qoyuluşu,  həll  edilməsi,  təqdimolunma  və 

qiymətləndirmə dərsliyin texnoloji (metodik) sisteminin əsasını təşkil edir. 



11. Gigiyenik tələblərə uyğunluq. Dərsliklər həm də gigiyenik tələblərə cavab 

verməli,  ona  uyğun  hazırlanmalıdır.  Bu  zaman  Azərbaycan  Hökuməti  ilə 

razılaşdırılmış  “Ümumtəhsil  sistemində  dərslik  siyasəti”  və  Təhsil  Nazirliyinin 

qəbul etdiyi “Dərsliklərin texniki və gigiyenik standartları” adlı normativ sənədlərə 

istinad olunmalıdır. 

Dərsliklərin  hazırlanmasında  mənbələrin  göstərilməsi,  təlim  materiallarında 

kütləvi  informasiya  vasitələrindən  istifadə  imkanlarının  nəzərə  alınması  məsələləri 

də  mühüm  prinsiplər  kimi  dəyərləndirilməli,  onların  da  nəzərə  alınması  diqqət 

mərkəzində saxlanılmalıdır. 

İdrakın  inkişaf  etdirilməsi  və  şəxsiyyətin  mühüm  göstəricisinə  çevrilməsi 

müasir təhsilin mühüm fəaliyyət istiqamətlərindən biridir. Məktəb məkanında idrak 

(psixi) prosesləri konsepsiyasının əsas paradiqmaları inkişafetdirici və tərbiyəedici 

təlim prinsipləri ilə bağlıdır. Bu iki önəmli prinsipin qovşağında isə müasir məktəb 

özünün  ən  başlıca  misiyasını  yerinə  yetirir.  Ona  görə  də  təhsilə  aid  hazırlanan 

bütün  resurslar,  o  cümlədən  də  dərsliklər  bu  məqsədə  yönəldilməli,  şəxsiyyətin 

inkişaf  dinamikasını  təmin  edən,  onu  daim  izləyə  bilən  bir  vasitə  rolunu 

oynamalıdır. Bunun üçün ilk növbədə, şagirdin fəaliyyət dairəsi, formalaşdırılacaq 

bacarıqlar  konkret  olaraq  müəyyənləşdirilməli,  dərsliklərin  məzmununda  olan 

materiallar bilavasitə onların hərəkət mexanizminə çevrilməlidir. 

Psixoloq  və  pedaqoqların  fikrinə  görə,  fəaliyyətlər  üç  istiqamətdə 

qruplaşdırılır:  idraki,  informativ-kommunikativ,  psixomotor.  Bu  fəaliyyətlərə 

uyğun  da  bacarıqların  olduğu  göstərilir.  Şagird  şəxsiyyətinin  inkişafı  həmin 

bacarıqların fonunda tənzim olunur . 

 



Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə