Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   ...   8   9   10   11   12   13   14   15   16

Kitabda  inteqrasiya  cədvəlinin  verilməsi  də  vacib  bilinmişdir.  Bu,  ilk 

növbədə,  müəyyən  olunmuş  məzmun  standartlarının  hansı  parametrlərlə  və  necə 

reallaşdırıldığını göstərir. İnteqrasiya cədvəli mövzu, fəndaxili və fənlərarası əlaqə 

inkanını əks etdirir. Orada hər bir mövzuya aid tədris vahidi, dərs, konkret səhifə 

göstərilməklə  fəndaxili,  uyğun  fənn,  ona  aid  standart  qeyd  olunmaqla  fənlərarası 

inteqrasiya  üçün  potensial  şərait  daha  qabarıq  formada  ifadə  olunur.  Tədris 

vahidləri,  eləcə  də  dərsliyin  ayrı-ayrı  hissələri  arasında  olan  sıx  əlaqə  konkret  və 

aydın şəkildə verilir. 

Mövzuların tədrisi texnologiyası müəllimlər üçün vəsaitin əsas hissəsini təşkil 

edir.  Orada  tədris  vahidlərinə  daxil  olan  hər  bir  paraqrafın  öyrədilməsi 

texnologiyasının  təsviri  verilir.  Mövzuların  tədrisi  texnologiyası  dedikdə, 

görüləcək  işin  istiqamətləri,  mərhələləri,  istifadə  olunacaq  üsul  və  vasitələr, 

gözlənilən  nəticələr  başa  düşülür.  Bu  elementlərdən  uyğun  gələnlərinin 

əlaqələndirilməsi xüsusi texnoloji kompleks əmələ gətirir və ondan dərsin məqsəd 

və  məzmununa  uyğun  olaraq  istifadə  edilir.  Həmin  texnologiyaların  müəyyən 

olunmasında şagirdlərin yaş xüsusiyyətləri,  meyil və maraqları,  mövcud resurslar 

nəzərə alınır. 

Metodik  vasitə  müəllim  və  şagirdlər  üçün  əlavə  oxu  mənbələrinin  siyahısı 

daxil  edilir.  Hər  tədris  vahidindən  sonra  mövzu  ilə  bağlı  uyğun  mənbələr  verilir. 

Müəllimlər  üçün  metodik  vəsaitlərin,  problemlə  bağlı  son  tədqiqat  əsərlərinin, 

KİV-dən məqsədəmüvafiq məqalələrin, uyğun multimedia materiallarının, internet 

saytlarının adı, ünvanı göstərilir. Şagirdlər üçün isə müvafiq uşaq ədəbiyyatının si-

yahısı, uşaq qəzet və jurnalları, internet materiallarının dəqiq koordinatları verilir. 

Metodik vasitə fənlərin xüsusiyyətlərindən asılı olaraq müxtəlif lüğət, cədvəl, 

şəkil  və  sairin  daxil  edilməsi  də  faydalı  bilinir.  Bu  zaman  onların  didaktik 

əhəmiyyəti  əsas  götürülür,  istifadə  imkanları  nəzərə  alınır.  Müəllimə  yardımçı 

olması, onların tədqiqatçılıq fəaliyyətini düzgün məcraya istiqamətləndirə bilməsi 

diqqət mərkəzində saxlanılır. 



 

*** 


 

Müstəqillik  illərində  dərslik  hazırlığı  sahəsindəki  fəaliyyəti  şərti  olaraq  üç 

mərhələyə ayırmaq olar. 

1992-1998-ci  illəri  əhatə  edən  I  mərhələ  daha  çox  latın  qrafikalı  əlifbaya 

keçid,  dövrün  siyasi  ab-havasına  uyğun  çətinliklər  və  bundan  irəli  gələn 

sistemsizliyin aradan qaldırılması ilə müşayiət olunur. Bu mərhələdə respublikada 

siyasi-iqtisadi sabitlik formalaşdıqca ümumtəhsil məktəb dərsliklərinin məzmunca 

yeniləşdirilməsi  istiqamətində  müəyyən  işlər  görülmüşdür.  Lakin  ölkənin  mövcud 

iqtisadi-maliyyə vəziyyəti nəzərə alınaraq, müstəqilliyin ilk illərində 1991-1992-ci 

tədris  ilində  37  adda  3.154.000  nüxsə,  1992-1993-cü  tədris  ilində  isə  43  adda 

4.020.000 nüsxə  dərslik  çap edilmişdi  ki, bunların da  əksəriyyəti  Sovet dövründə 

hazırlanmışdı. Bununla belə, həmin illərdə hazırlanmış tarix və ədəbiyyat dərslik-

lərində sovet dövründəkilərdən fərqli olaraq milli və ümumbəşəri dəyərlərə üstün-

lük  verilir,  köhnə  siyasi  ideologiyadan  imtina  edilirdi.  Çünki  sovet  dövründə 

yazılan  tarix  dərsliklərindən  Azərbaycan  və  ümumtürk  tarixi,  eləcə  də  ədəbiyyatı 


obyektiv işıqlandırılmır, türk-islam mədəniyyəti ilə bağlı verilən məlumatlar tarixi 

reallıqları düzgün əks etdirmirdi. 

Ümummilli Lider Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışı dərslik 

islahatı  sahəsində  də  yeni  mərhələnin  əsasını  qoymuşdur.  Belə  ki,  ölkədə 

dərsliklərlə  təminatda  yaranmış  vəziyyəti  nəzərə  alan,  dərsliyin  məktəb  üçün 

strateji  əhəmiyyətini  dərindən  bilən  və  yüksək  qiymətləndirilən  ümummilli  Lider 

Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Nazirlər Kabinetinin 25 avqust 1994-cü 

il tarixli 318 nömrəli qərarı ilə 1995-1996-cı tədris ilindən etibarən hər il ibtidai 

sinif  dərslikləri  dövlət  vəsaiti  hesabına  çap  edilib  şagirdlərə  pulsuz  verilməyə 

başladı.  Bu  da  təhsilə  dövlət  başçısının  qayğısının  bir  daha  bariz  nümunəsi  idi. 

1993-1994-cü  tədris  ilindən  ümumi  təhsilin  məzmununda  aparılan  dəyişikliklərə 

uyğun  olaraq,  milli  dərsliklərin  tamamilə  yenidən  hazırlanması  işinə  başlanıldı. 

Belə ki, I-XI siniflər üzrə 63 adda yeni dərslik çap edildi. Bununla paralel olaraq 

ibtidai  siniflər  üzrə  dərsliklərin  yeniləşdirilməsi  istiqamətində  də  müəyyən  işlər 

görüldü. 1994-1995-ci dərs ilində I-XI siniflər üçün 77 adda dərslik çap edilmişdi. 

Lakin  yeni  hazırlanan  bu  dərsliklər  əvvəlkilərə  nisbətən  xeyli  təkmilləşdirilsə  də, 

hələ  də  tələblərə  tam  cavab  vermirdi:  uzun  illər  müştərək  yaşanmış  sovet təsirin-

dən  təmizlənmirdi,  müstəqilliyin  kövrək  illərinin  hələ  çətinliklə  formalaşan  və 

möhkəmlənən ideoloji istiqamətləri az-az görünürdü, poliqrafik keyfiyyət aşağı idi. 

Buna görə də, əvvəlki illərdə çap olunmuş dərsliklər istifadə edilməklə yanaşı, bu 

işin keyfiyyətinin yaxşılaşdırılması sahəsində axtarişlar davam etdirilirdi. 

Dərslik  və  dərs  vəsaitlərinin  hazırlanması  işində  Ümummilli  Lider  Heydər 

Əliyevin  söylədiyi  belə  bir  konseptual  fikir,  əslində  bu  işlərə  müəyyən  istiqamət 

verdi: “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz 

artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələ-

rinə  uyğun  qururuq.  Burada  dərsliklərin  dəyişilməsi,  yeni  dərsliklərin  yaradılması 

xüsusi əhəmiyyət kəsb edir... İndi dərs alan uşaqlar, gənclər gərək mütləq bizim yeni 

dərsliklər əsasında oxusunlar....”. Ulu Öndərimizin bu konseptual göstərişi əsasında 

yeni milli dərsliklərin yaradılması istiqamətində ciddi addımlar atılmağa başlandı. 

Dərslik  islahatının  I  mərhələsində  ümumtəhsil  məktəblərinin  I-IV  sinifləri 

üzrə  dərsliklərin  90  faizi,  V-XI  siniflər  üzrə  75  faizdən  çoxu  məzmunca 

yeniləşdirilmişdir. 

Hökumətin 26 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan 

Respublikasında  ümumi  orta  təhsilin  dövlət  standartları”nın  və  Azərbaycan 

Respublikası Prezidentinin 15 iyun 1999-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş 

“Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın icrası ilə baş-

lanan II mərhələ tədris planları və proqramlarının, dərs vəsaitləri və digər tədris – 

metodik  ədəbiyyatların  məzmunca  yeniləşdirilməsi,  müasir  standartlara  cavab 

verən  yeni  nəsil  dərsliklərin  hazırlanması,  nəşri  və  ümumtəhsil  məktəblərinin  bu 

dərsliklərlə  dövlət  vəsaiti  hesabına  fasiləsiz  təmin  edilməsi  məqsədilə  geniş 

miqyaslı tədbirlərə başlanılması ilə səciyyələnir. 

O  zaman  dövlət  başçısı  Heydər  Əliyevin  tapşırığına  əsasən,  Nazirlər  Ka-

binetinin  11  sentyabr  2000-ci  il  tarixli  180  nömrəli  Sərəncamı  ilə  respublikanın 

ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün milli təhsilin tələblərinə cavab verən 

yeni dərsliklərin çap olunması məqsədilə 2000-ci və 2001-ci ilin dövlət büdcəsində 


nəzərdə  tutulmuş  Ehtiyat  Fondundan  Təhsil  Nazirliyinə  2  il  müddətinə 

qaytarılması şərti ilə güzəştli kredit ayrıldı. 

Heydər  Əliyev  hələ  1997-ci  ildə  Azərbaycan  Milli  Elmlər  Akademiyasında 

görüşü  zamanı  milli  tariximizin  yazılması  və  tədrisi  sahəsində  qarşıda  duran 

vəzifələrdən  danışarkən,  “İlk  növbədə  Azərbaycanın  XIX-XX  əsrlər  tarixi 

yazılmalıdır”  tapşırığını  vermişdi.  Bunu  həyata  keçirmək  məqsədilə  Təhsil 

Nazirliyində  aparıcı  tarixçi  alimlər  və  təcrübəli  müəllimlərdən  ibarət  işçi  qrupu 

yaradılmış, milli ideologiya və müstəqil dövlətçilik prinsiplərinə cavab verən, XIX-

XX  əsrlər  tariximizi  əhatə  edən  “Azərbaycan  tarixi”  (X  və  XI  sinif)  dərslikləri 

hazırlanaraq Azərbaycan və rus dillərində nəşr edildi. 2001-ci ildə VI-IX siniflər 

üçün  “Qədim  dünya  tarixi”,  “Orta  əsrlər  tarixi”  və  “Yeni  tarix”  kimi  orijinal 

dərsliklər  hazırlanaraq  çap  olundu.  Bu  dərsliklərdə  ümumdünya  tarixi,  xüsusən 

türk-islam dünyası xalqlarının tarixi və mədəniyyəti müasir tələblər və milli döv-

lətçilik prinsipləri əsasında işıqlandırılmışdır. 

Dərslik  islahatının  II  mərhələsindəki  ən  mühüm  yeniliklərdən  biri  fizika, 

riyaziyyat,  kimya,  biologiya  fənləri  üzrə  yeni  nəsil  milli  dərsliklərin  hazırlanması 

və nəşri idi. 2001-ci ildə ümumtəhsil məktəblərinin V sinfi üçün “Riyaziyyat”, VIII-

XI  sinifləri  üçün  “Kimya”  (təkmilləşdirilmiş)  proqramları  çap  olundu.  Həmçinin 

inkişaf etmiş xarici ölkələrin təcrübəsi öyrənilərək təhlil olundu və müasir tələblərə 

cavab  verən  dərsliklərin  tərtibi  prinsipləri  müəyyənləşdirildi.  Həmin  prinsiplər 

əsasında V-XI siniflər üçün humanitar fənlər üzrə dərsliklər də yeniləşdirildi. V-XI 

siniflər  üçün  “Azərbaycan  tarixi”  (7  kitabda),  VI-IX  sinif  üçün  “Azərbaycan 

coğrafiyası”  (  2  kitabda),  həmçinin  IX,  X,XI  siniflər  üçün  “Ədəbiyyat 

müntəxabatı” çap edildi. Bu dərsliklərin əksəriyyəti, o cümlədən “Azərbaycan ta-

rixi”  (V-XI  siniflər)  və  “Ümumi  tarix”  (VI-IX  siniflər)  dərslikləri  rus  dilinə 

tərcümə edildi. 2002-ci ildə ümumtəhsil məktəblərinin I-IV sinif proqramları, V-XI 

siniflər  üçün  “Coğrafiya”,  VI-XI  siniflər  üçün  “Biologiya”,  VII-XI  siniflər  üçün 

“Fizika”  və  “Astronomiya”,  VIII-XI  siniflər  üçün  “Kimya”  proqramları  əsaslı 

şəkildə təkmilləşdirilərək çap olundu. 

Azərbaycan  Respublikası  Prezidentinin  “Dövlət  dilinin  tətbiqi  işinin 

təkmilləşdirilməsi  haqqında”  18  iyun  2001-ci  il  və  “Azərbaycan  Əlifbası  və 

Azərbaycan  dili  gününün  təsis  edilməsi  haqqında”  9  avqust  2002-ci  il  tarixli 

fərmanları  “Azərbaycan  dili”  və  “Ədəbiyyat”  dərsliklərinə  yenidən  baxılması 

zərurətini doğurdu. Çünki bu dərsliklər 1993-cü ildə tərtib edilmiş və 1999-cu ildə 

təkmilləşdirilmiş proqramlar əsasında yazılmışdı və təbii ki, bir sıra çatışmazlıq və 

nöqsanları  vardı.  İlk  növbədə,  görkəmli  alimlər  və  qabaqcıl  orta  məktəb 

müəllimlərinin iştirakı ilə “Azərbaycan dili” və “Ədəbiyyat” proqramları (2002-ci 

il)  və  bunun  əsasında  yeni  dərsliklərin  hazırlanmasına  başlanıldı.  Həmin  il  yeni 

“Riyaziyyat” proqramı da hazırlandı. 

Dərslik nəşrində inhisarçılığı aradan qaldırmaq və dərsliklərin çap keyfiyyətini 

yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-

ci  il  tarixli  668 nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət  standartları  haqqında 

Azərbaycan  Respublikasının  Qanunu”na  uyğun  olaraq  ümumtəhsil  məktəblərinin 

Azərbaycan bölməsi üçün 2002-ci ildə 20 adda I-IV sinif dərsliyi açıq tender yolu ilə 

çap olunub məktəblərə pulsuz paylanılmışdır. 


Azərbaycan  Respublikasının  təhsil  siyasətinə  uyğun  olaraq  2003-cü  ildən 

başlayaraq  mərhələlərlə  ümumtəhsil  məktəblərinin  V-XI  sinif  dərsliklərinin  də 

dövlət vəsaiti hesabına nəşr edilməsinə başlanılmışdır. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 19  mart 2004-cü  il  tarixli, 56 

saylı  Sərəncamı  ilə  “2003-2005-ci  illər  üçün  Azərbaycan  Respublikasında 

yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Proqramı”nın  icrasını 

təmin  etmək  məqsədilə  2004-2005-ci  tədris  ilində  35  adda  dərslik  çap  edilmiş, 

respublikanın  I-VII  sinif  şagirdləri  və  eləcə  də  I-XI  siniflərdə  oxuyan  qaçqın  və 

məcburi  köçkün  uşaqları  dərsliklərlə  pulsuz  təmin  olunmuşdur.  2005-ci  ildə 

ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün “İnsan və cəmiyyət” proqramı çap 

olunmuşdur.  Həmin  il  V-XI  siniflər  üzrə  seçmə  fənlər  də  nəzərə  alınmaqla 

proqramlar  müvafiq  olaraq  iki  variantda  hazırlanmışdır  ki,  bu  da  müəllimlərin 

işini  xeyli  asanlaşdırmışdı.  2005-2006-cı  tədris  ilində  Dövlət  Proqramına  uyğun 

olaraq  ümumtəhsil  məktəblərinin  I-XI  sinifləri  üçün  dövlət  vəsaiti  hesabına  117 

adda dərslik çap olunmuşdur. 

Beləliklə, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun 

azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Proqramı”na  müvafiq  olaraq  2005-

2006-cı tədris ilində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə 

pulsuz  təminatı  uğurla  başa  çatdırılmış,  Azərbaycan  müstəqillik  əldə  etdikdən 

sonra postsovet məkanında orta məktəb şagirdlərinin dərsliklərlə pulsuz təminatını 

reallaşdıran  yeganə  ölkə  olmuşdur.  2006-2007-ci  tədris  ili  üçün  108  adda  I-XI 

sinif dərsliyi çap edilmişdir. 

Ümumtəhsil  sistemində  dərslik  siyasəti  Təhsil  Nazirliyinin,  onun  müvafiq 

strukturlarının, elmi qurumların, özəl təşkilatların və ictimai orqanların vasitəsilə 

həyata  keçirilir.  Əsas  məqsəd  isə  məktəbliləri  müasir  standartlara  uyğun  bilik, 

bacarıq  və  vərdişlərə  yiyələnən,  vətəninə,  xalqına,  onun  adət-ənənələrinə  bələd 

olan,  milli  və  ümumbəşəri  dəyərlər  zəminində  formalaşan,  fiziki  və  mənəvi  cəhət-

dən  sağlam,  müstəqil  həyata  hazır  və  demokratik  düşüncəli  vətəndaşlar  kimi 

yetişdirməkdir. Məhz bu baxımdan şagirdlərin yalnız dərsliklər deyil, digər əlavə 

vəsaitlərlə təminatı istiqamətində respublikamızda uğurlu addımlar atılmaqdadır. 

Ədalət naminə söyləyək ki, Təhsil Nazirliyi bütün bu illər ərzində ümumtəhsil 

məktəbləri  üçün  proqram  və  dərsliklərin  hazırlanması  işinin  yaxşılaşdırılması 

istiqamətində  mühüm  işlər  görərək  irəliləyişlər  əldə  etsə  də,  bununla 

kifayətlənməmiş,  eyni  zamanda  paralel  olaraq  bu  sahədə  dünyanın  inkişaf  etmiş 

ölkələrinin  təcrübəsini  öyrənmiş,  təhlil  etmiş,  nəticədə  düşünülmüş  bir  siyasət 

hazırlanmışdır. Əlbəttə, bu siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlərin 

reallaşdırılması,  müəyyən  normativ  sənədlərin  yaradılması  vacib  idi  ki,  bu 

istiqamətdə də zəruri addımlar atılmışdır. 

2005-ci  ildə  qeyri-hökumət  təşkilatlarının  nümayəndələri  də  cəlb  olunmaqla 

“Ümumi  təhsil  sistemində  dərslik  siyasəti”  sənədi  hazırlanaraq  Azərbaycan 

Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra 23.01.2006-cı il tarixli, 22 

nömrəli əmrlə təsdiq edildi. 

“Ümumtəhsil  sistemində  dərslik  siyasəti”  sənədinin  əsas  müddəalarından 

biri  ondan  ibarətdir  ki,  dərsliklər  əvvəlki  kimi  subyektiv  mülahizələrə  əsasən 

formal  deyil,  təsdiq  olunmuş  konkret  meyarlara  əsasən  qiymətləndirilir.  Bu 


mexanizm dərslik müəllifliyi sahəsində inhisarçılığın aradan qaldırılmasına, mü-

sabiqəyə  təqdim  olunan  dərsliklərin  seçiminin  obyektiv  aparılmasına  imkan 

yaradır. 

Digər  mühüm  məsələ  yeni  dərsliklərin  komplekt  şəklində  nəşr  edilməsi  idi. 

Bunun  əhəmiyyəti  ondan  ibarətdir  ki,  müəllim  üçün  vəsait  (bu,  komplektə  daxil 

edilmişdir)  şagirdlərin  təlim  marağını  gücləndirir,  onları  axtarışlara,  yeni 

məlumatlar  əldə  etməyə  sövq  edir,  məntiqi  və  yaradıcı  təfəkkürü  inkişaf  etdirir, 

tətbiqi  xarakter daşımaqla zəruri həyati bacarıqların formalaşdırılmasına  zəmin 

yaradır, fəndaxili  və  fənlərarası inteqrasiya  imkanlarını  genişləndirir,  fəal  təlim 

şəraitinin yaradılmasını tələb edir, şagirdlərin fərqli idrakı imkanlarının nəzərə 

alınmasına  şərait  yaradır.  Dərslik  komplektlərinin  müsabiqə  qaydasında  hazır-

lanması  təqdirəlayiq  iş  formasıdır.  Dünya  təcrübəsində  tətbiq  olunan 

mexanizmlərin  dərslik  yaradıcılığı  sahəsində  fəaliyyətin  əsasına  qoyulması 

uğurlu nəticələri şərtləndirən amillərdən hesab edilməlidir. İnanmaq olar ki, yeni 

kurikulumlar  əsasında  yazılan,  müəyyən  edilmiş  məzmun  standartlarının  real-

laşdırılmasını  ehtiva  edən  ilk  təcrübələr  getdikcə  cilalanacaq  və  zənginləşəcək, 

ümumi işə daha dəyərli fayda gətirəcəkdir. 

 

 



Suallar və tapşırıqlar 

 

1. Təhsil sahəsində dövlət standartları nədir? 

2. “Kurikulum” anlayışı ilə bağlı şərh verin. 

3. Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri barədə nə bilirsiniz? 

4.  Fənn  kurikulumlarının  məzmun  standartları  və  altstandartları  anlayışlarını 

səciyyələndirin. 

5. B.Blumun və K.Murun taksonomiyaları ilə bağlı şərh verin. 

6. “Təhsilin məzmunu” dedikdə nə başa düşülür? 

7. Təhsilin məzmununu şərtləndirən sistemləri səciyyələndirin. 

8. Tədris planının ümumi cəhətləri hansılardır? 

9. Tədris anlayışını səciyyələndirin. 

10. Tədris proqramı anlayışı ilə bağlı şərh verin. 

11. Dərsliklərin tərtibində hansı pedaqoji prinsiplər gözlənilir? 

12. İş dəftəri nədir? 

13. Metodik vəsaitin əsas xüsusiyyətləri barədə nə deyə bilərsiniz? 

14.  Şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  konsepsiyasının  əsas 

xüsusiyyətləri barədə danışın. 

 

 




 

Ədəbiyyat 

 

1.

 



Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu. Bakı: Qanun, 2010. 

səh.11-13. 

2.

 

Azırbaycan  Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Milli 



Kurikulum) //Kurikulum, 2008, № 1. 

3.

 



Azərbaycan  Respublikası  ümumi  təhsil  sistemində  Qiymətləndirmə 

Konsepsiyası/ Azərbaycan müəllimi, 28 iyul, 2006-cı il. 

4.

 

Abdullayev  B.A.,  Zülfüqarova  Ş.V..  Didaktika.  Bakı:  ADPU-nun 



mətbəəsi, 2005, səh. 50-56. 

5.

 



Abbasov  Ə.  Yeni  kurikulumların  səciyyəvi  xüsusiyyətləri.  //”Kurikulum” 

jurnalı, 2008, N 1, səh.31-37. 

6.

 

Əliyev  A.  Ümumi  təhsilin  müasir  kurikulumları  və  yeni  pedaqoji 



texnologiyalar. // “Kurikulum” jurnalı, Bakı, 2008, №2, səh. 27-34. 

7.

 



Əhmədov A., Abbasov Ə.Kurikulumların hazırlanmsaı və tətbiqi məslələri 

(Metodik tövsiyə). Bakı: Kövsər, 2008 

8.

 

Əhmədov H.H. Ali təhsilin modernləşdirilməsi. Bakı, 2008. 



9.

 

Əhmədov H.H. Azərbaycan təhsilinin strategiyası.Bakı: Elm, 2010. 



10.

 

Xəlilov  S.S..  Təhsil,  təlim,  tərbiyə.  Bakı:  Azərbaycan  Universiteti, 



2005, səh.43-45. 

11.


 

İbrahimov F.N.. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mütərcim, 

2010, səh.381-390. 

12.


 

Mərdanov  M.C.Azərbaycan  təhsil  sistemi:  real  vəziyyət,  problemlər 

və islahat istiqamətləri. Bakı: Təhsil, 2005. 

13.


 

Mehrabaov  A.O.Azərbyacan  təhsilinin  müasir  problemləri.  Bakı: 

Mütərcim, 2007 

14.


 

Mehrabov  A.O.  Müasir  təhsilin  konseptual  problemləri.  Bakı: 

Mütərcim, 2010, səh.59-69. 

15.


 

Paşayev  Ə.X.,  Rüstəmov  F.A..  Pedaqogika.  Bakı:  Nurlan,  2007, 

səh.122-125. 

16.


 

Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı: BDU-nun nəşri, 

2003. 

17.


 

Süleymanova  A.  Fənn  kurikulumlarında  məzmun  standartları.  // 

”Kurikulum” jurnalı, 2008, N 1. səh.48-57. 

18.


 

Ümumtəhsil  sistemində  dərslik  siyasəti.  Azərbaycanın  təhsil  siyasəti 

(1998-2004), II Kitab. Bakı: Təhsil, 2005. 



 

19.


 

Ümumtəhsil  məktəblərinin  I-IV  sinifləri  üçün  fənn  kurikulumları. 

Bakı: Təhsil, 2008. 

20.


 

Кант И.. Сочинения, том 8. М., 1994, стр.29. 

21.

 

Новые педагогические и информационные технологии в системе 



образования:  Учеб.  пособие  для  студентов  пед.  Вузов.  Под.  ред.  Е.С.Полат. 

Изд-во центр «Академия», 2000. 

22.

 

Ксензова  Г.Ю.  Перспективные  школьные  технологии.  Учебно-



методическое пособие. М., 2000. 

23.


 

Kovey S. The seven habits of hidhly effective people. Free press 2003, 



New York, London, Toronto, Sydney. 

 

Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə