Əhatə olunan məsələlər


Şəxsiyyətyönümlü  kurikulumlar



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   2   3   4   5   6   7   8   9   ...   16

Şəxsiyyətyönümlü  kurikulumlar  bilavasitə  həyati  bacarıq  və  vərdişlərə 

üstünlük  verilməsi  ilə  fərqlənir.  Bu  kurikuluma  görə  insanın  gələcək  həyat 

fəaliyyətində  lazım  olacaq  praktik  bacarıq  və  vərdişlər  əhatə  edilir,  onun  əqli 

fəaliyyətlə  bağlı  qabiliyyətlərinin  formalaşması  ön  plana  çəkilir.  Tələb  olunan 

bacarıq  və  vərdişlərin  formalaşdırılmasına  imkan  yaradan  minimum  biliklərin 

həcmi  müəyyənləşdirilir.  Bu  biliklər  minimum  təlim  məqsədlərinə  çatmaq  üçün 

vasitə kimi nəzərdə tutulur. Onlar dinamik xarakterə malik olub müəyyən bacarıq 

və  vərdişlərin,  əqli  fəaliyyət  növlərinin  əsasında  durur.  Daha  çox  funksional 

dəyərliliyi  ilə  seçilir.  Belə  kurikulumlardan,  adətən,  təhsilin  icbari  mərhələsində 

istifadə olunur. Şagirdlərin hazırlığına verilən minimum tələblər bu kurikulumlara 

daxil edilir və dövlət tərəfindn təsdiqlənərək hüquqi status alır. 

Şəxsiyyətyönümlü  kurikulumlar  inteqrativ  məzmunu  ilə  seçilir.  Oradakı 

fənlərin  adlandırılmasında,  məzmunun  müəyyənləşdirilməsində  şəxsiyyətin 

formalaşması  üçün  lazım  olan  tələblər  əsas  götürülür.  Kurikulumların  inteqrativ 

məzmunda  hazırlanması  onun  bir  neçə  cəhətdən  keyfiyyətinin  yüksəlməsinə  təsir 

göstərir. Birincisi, fənlərin inteqrasiyası onların saylarının azalması ilə nəticələnir. 

Məzmunca  yaxın  fənlər  sintez  edilir.  İkincisi,  fənlərin  inteqrasiyası  həftəlik 

saatların minimum səviyyəyə endirilməsinə imkan yaradır. Bu isə təlim yükünün, 

məşğələlərin  sayının  azalmasına  gətirib  çıxarır.  Üçüncüsü,  şagirdlərin  həyati 

əhəmiyyəti  olan  bilik,  bacarıq  və  vərdişlər  qazanmalarına,  onların  şəxsiyyətinin 

formalaşması  üçün  ən  zəruri  paktik  işlərin  həyata  keçirilməsinə  imkan  yaranır. 

Bütün  bunlar  bütövlükdə  təhsilin  humanist  prinsip  əsasında  qurulmasına  təminat 

verir. 

Ümumtəhsil  məktəbləridə  tətbiqinə  başlanılmış  kurikulular  ənənəvi 

tədris  proramlarından  özəl  xüsusiyyətləri  ilə  fərqlənir.Bu  mülahizəni 

aşağıda təqdim olunan cədvəl əyaniləşdirir:  

                                                     

№ 

Ənənəvi tədris proqramı 

Kurikulum 

Bilikyönümlüdür 

Şəxsiyyətyönümlülük 

Müəllimyönümlüdür 

Şagirdyönümlülük 

Fənyönümlüdür 

Nəticəyönümlülük 

Təklifyönümlüdür 

Tələbyönümlülük 

Fəndaxili 

və 

fənlərarası 



əlaqə 

məqsədyönlü və sistemli xarakter daşımır 

İnteqrativlik əsas prinsip kimi qəbul olunub 

Bəzi  fənlər  üzrə  qiymət  normaları 

müəyyən edilib 

Qiymətləndirmə 

standartları 

və 


mexanizmləri müəyyənləşdirilib  

 

Kurikulumun 



şəxsiyyətyönümlülük”, 

şagirdyönümlülük” 

və  

nəticəyönümlülük”    yanaşmaları  təlim  prosesinin  mərkəzində  şagirdin  olmasını 



göstərir. Bu yanaşmalar, xüsusən ,təlim məqsədlərinin yazılışında  əks olunur.  


Kurikulumun  vurğulanan xüsusiyyətlərinin təlim-tərbiyə prosesində böyük 

faydası var: təlim-tərbiyə prosesini daha səmərəli edir, təcrübə yönümlü bacarıqlar 

formalaşdlırmağa  imkan  yaradır.  Bununla  əlaqədar  müəllimin  qarşısında  yeni 

tələblər qoyulur, bunu cədvəl şəklində əyaniləşdirək: 

Şəxsiyyətyönümlülük 

Təhsilalanın 

idraki, 

ünsiyyət 

və 

psixomotor 



fəaliyyətləri 

əsasında  həyati 

bacarıqlarını  inkişaf  etydirməklə  onlarda  milli 

və bəşəri dəyərlərin formalaşdlırılmasıdır.  

Şagirdyönümlülük 

Təhsil 


sahəsində 

fəaliyyətlələrin 

təhsilalanların 

mənafeyinə, 

maraq 

və 


təlabatlarının 

ödənilməsinə, 

istedad 

və 


qabiliyyətlərinin, 

potensial 

imkanlarının 

inkişafına xidmət etməsidir. 

Nəticəyönümlülük 

Nəzərdə  tutulan  təlim  nailiyyətlərinin 

nəticələr  formasında  əvvəlcədən  müəyyən 

edilməsidir. 

Tələbyönümlülük 

Fərdin,  cəmiyyətin  və  dövlətin  dəyişən 

ehtiyac və təlabatlarının nəzərə alınmasıdır.  

İnteqrativlik 

 

Təhsilin məzmun komponentlərinin  



bir-biri  ilə,  həyatla  sistemli  şəkildə 

əlaqələndirilməsidir. 

Qiymətləndirmə standartları 

Təhsilalanların  nailiyyət  səviyyəsinə 

qoyualn dövlət tələbidir 

 

 



Azərbaycanda kurikulumlara ciddi konseptual bir sənəd kimi yanaşılır. Onun 

fənn üzrə bütün fəaliyyətləri istiqamətləndirə biləcək bir sənəd olması vacib hesab 

edilir.  Ona  görə  də  orada  ilkin  olaraq  fənnin  məzmununa  yer  ayrılır.  Şagirdlərin 

əldə  edəcəkləri  nəticələr  təhsil  pillələri  və  siniflər  üzrə  müəyyənləşdirilir.  Onlar 

zəruri məzmun standartları kimi kurikulumlara daxil edilir. Şagirdlərin, daha geniş 

mənada,  məktəbin  nailiyyətlərinin  müəyyən  olunmasında  onlar  əsas  vasitə  kimi 

çıxış edir. 

Kurikulumlar  hazırlanarkən,  məzmuna  uyğun  müvafiq  strategiyaların 

müəyyən  olunmasına  diqqət  yetirilir.  Gözlənilən  nəticələrin  daha  uğurlu  əldə 

olunması  baxımından  bu,  əhəmiyyətli  hesab  edilir.  Həmin  strategiyaların 

verilməsinin  dərslik  müəllifləri,  fənni  öyrədən  müəllimlər  üçün  faydalı  olduğu 

nəzərə alınır. Prinsiplər fənlər üzrə təlimin mühüm didaktik əsası kimi şərh olunur. 

Fənnin  ümumi  məqsəd  və  vəzifələrinin  yerinə  yetirilməsi  baxımından  əsaslan-

dırılır.  Bu  zaman  hər  bir  fənnin  özünəməxsus  cəhətləri,  ümumi  təhsil  sistemində 

rolu  və  əhəmiyyəti  nəzərə  alınır.  Bunlardan  əlavə,  prinsiplərə  fənn  üzrə  strateji 

fəaliyyətin özülünü təşkil edən bir anlayış kimi də yanaşılır. Onlara müxtəlif forma 

və üsulların mütəhərrik mexanizminin pedaqoji təminatçısı kimi baxılır. 



Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə