Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   2   3   4   5   6   7   8   9   ...   16

 

 

 



 

Deklarativ biliklər – ayrı-ayrı informasiyalara dair biliklərdir: 

-

 



terminalogiyaları bilmək; 

-

 



konkret element və detalları bilmək. 

Konseptual biliklər – informasiyalar sistemindən ibarətdir: 

-

 



təsnifat və konsepsiyaları bilmək; 

-

 



prinsip və ümumiləşdirmələri bilmək; 

-

 



nəzəriyyə, model və strukturları bilmək. 

Prosedural biliklər – üsullar və onlardan istifadə haqqında biliklərdir: 

-

 



konkret bacarıq və alqoritmləri bilmək; 

-

 



konkret üsul və metodları bilmək; 

-

 



uyğun olan üsuldan nə vaxt istifadə ediləcəyini müəyyən etmək 

üçün kriteriyaları bilmək. 

 

Bilik komponentinə “metokoqnitiv bilikləri” daxil etmək 

olar

Metakoqnitiv biliklər – təfəkkür prosesləri və informasiyalar, onlardan 

effektli istifadəyə dair biliklərdir: 

-

 

strateji bilik; 



-

 

koqnitiv vəzifələr haqqında biliklər, o cümlədən uyğun gələn 



kontekstual və şərti biliklər; 

-

 



özünüdərketmə. 

Məzmun standartları fəaliyyət baxımından idraki, emosional və psixomotor 

bacarıqlara bölündüyünü yuxarıda vurğuladıq. Bu bacarıqlar onların inkişaf 

səviyyəsi üzrə taksonomiyalarda iyerarxik qaydada yerləşdirilib. 

Kurikulum  nəzəriyyəçiləri  standart  tərtibatçılarına  kömək  məqsədilə  təhsil 

üçün  yararlı  hesab  edilən  hər  üç  taksonomiyanın  (idraki,  emosional,  psixomotor) 

bütün  mərhələlərini  ifadə  edən  felləri  müəyyənləşdirib.  Fellər  bacarıqların  ifadə 



edilməsində  çox  mühüm  göstəricidir.  Fel  bacarığın  taksonomiyasının  hansı 

mərhələsinə aid olduğunu əks etdirir. Bunları təqdim edək:  

Məzmun  standartlarında  fəaliyyət  taksonomiyaların  köməyi  ilə  sistemləşdirilir. 

Müxtəlif  taksonomiyalardan  yalnız  üçü-idraki,  emosional  və  psixomotor 

taksonomiyalar mütəxəssislər tərəfindən təhsil üçün əhəmiyyətli hesab edilmişdir. 

İdraki  fəaliyyəti  əks  etdirən  standartlar,  ilk  növbədə,  intellektual  bacarıq  və 

vərdişlərin inkişaf etdirilməsinə istiqamətlənir. B.Blumun adı ilə bağlı olan funda-

mental  idraki  taksonomiyalarda  düşünmə  bacarıqları  sadədən  mürəkkəbə  doğru 

mərhələlərə görə təsnif edilir. Bu taksonomiya ona görə fundamentaldır ki, sonrakı, 

daha  mürəkkəb  idraki  bacarıqların  (problem  həlletmə,  mühakiməyürütmə, 

isbatetmə, əlaqələndirmə) əsasını təşkil edir. K.Mur psixomotor taksonomiyaları 3 

mərhələyə ayırır: təqlid (imitasiya), idarə (monipulyasiya), dəqiq icra . 



Təqlid mərhələsində şagirdlər müəllimin nümayiş etdirdiklərini təqlid edirlər 

ki, bu da hərəki bacarıqların ilkin mərhələsi kimi dəyərləndirilir. 



İdarə  mərhələsində  şagirdin  hər  hansı  hərəki  bacarığı  müstəqil  şəkildə, 

müəllimin  yardımı  olmadan  nümayiş  etdirməyə  qabil  olması  nəzərdə  tutulur. 

Burada icranın qeyri-dəqiqliyi yol veriləndir. 

Dəqiq  icra  psixomotorun  ən  yüksək  mərhələsidir.  Bu  mərhələdə  şagirdlər 

hərəkətləri bacarıqla və dəqiq icra edirlər. 

                                                   İdraki taksonomiya 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Mərhələ 

Fəaliyyət göstəriciləri  

Bilmə 


Yadda saxlama, xatırlama, tanıma, yada salma 

Anlama 


Izahethmə,  məsələni  bir  ifadə  vasitəsindən  digər  ifadə  vasitəsinə 

çevirmə, öz sözləri ilə təsviretmə 

Tətbiqetmə 

Problemi  həlletmə,  müəyyən  nəticələr  əldə  etmək  üçün 

informasiyaları tətbiqetmə  

Təhliletmə 

Bir  yerdə  necə  mövcud  olduğunu  göstərmək  üçün  parçalama, 

bölmə,  ünsiyyətin  əsasını  təşkil  edən  strukturu  tapma;  motivləri 

müəyyənlədirmə. 

Sintezetmə 

Həm ifahi  formada, həm də fiziki obyekt ola bilən unikal (yeganə, 

orjinal, ilkin) məhsulun yaradılması 

Dəyərləndirmə 

Məsələ haqqında mühüm qərarlar çıxarma; mübahisələri və ya fikir 

müxtəlifliklərini həlletmə 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Emosional taksonomiya 

 

 

 

 

 

 

 

 

 

 

 

Mərhələ 

Fəaliyyət göstəriciləri  

Məqbulsayma 

 Şagird  hər  hansı  bir  təlim  prosesində  iştirak  etmək  üçün 

stimullaşdırılır.  Bu  standartlarda  məsələlər  onu  əşyanın  mövcudluğunu 

anlamadan  seçimli yanaşmaya qədər inkişaf etdirir. 



Reaksiyavermə 

Şagird təlim prosesində fəal iştirak edir, suallara cavab, hadisələrə 

reaksiya verir. Bu standartlarda şagirdin zövq və maraqlarının axtarılması 

və fəaliyyətdə tətbiqi vurğulanır. 

Dəyərləndirmə 

Şagirdin  hər  hansı  əşya  və  ya  hadisəni  dəyərləndirməsinə    xidmət 

edir.  Bu  standartlar  baş  verənlərə  münasibətin  təhlil  edilməsi  üçün  şərait 

yaradır.  

Təşkiletmə 

Şagirdin  dünyagörüşünün  formalaşmasına  xidmət  edən  standartlar 

bu mərhələyə əsaslanır. 

Dəyər  və  ya  dəyər-

lər sistemini  xarak-

terində əksetdirmə 

Bu mərhəldə fərd davranışlarını nəzarətdə saxlayan və həyat tərzini 

müəyyənləşdirən  dəyərlər  sisteminə  malikdir.  Bu  məzmun  standartları 

şagirdin  şəxsi,  ictimai,  emosional  davranışının  formalaşmasına  yardımçı 

olur.  


 

 

 

 

 

 

 

      

 

    Psixomotor 

taksonomiya 

 

 

 

 

 

 

 

 

 

 

Mərhələ 

Fəaliyyət göstəriciləri  

Hiss etmək  

Fəaliyyət həyata keçirilməzdən əvvəl mənəvi durumu nizamlanır 

           Hazır olmaq 

Xüsusi növ hərəkətlərin icra edilməsinə hazırlıq mərhələsidir  

Bənzətmək 

Kompleks vərdişlərin təliminin ilkin mərhələsində istifadə edilir. 

Mexanizm 

Fəaliyyətin icrası zamanı özünə inam nümayiş etdirir. 

Mükəmməl 

icra 

Mükəmməl  vərdişlər  kimi  formalaşmış  mürəkkəb  fəaliyyətlər 



nümayiş etdirir. 

Uyğunlaşma 

Problemli situasiyanı nəzarətdə saxlamaq məqsədi ilə və ya xüsusi 

tələblərə uyğunlaşmaq üçün fərd öz davranışında dəyişikliklər edir. 

Yaradıcılıq 

Xüsusi  situasiya  və  ya  problemin  həllinə  cavab  verən  yeni  növ 

fəaliyyət yaranır.  

 

Taksonomiyalar təlimi daha ardıcıl və səmərəli qurmağa zəmin yaradır.  

Taksonomiyalar təlim prosesində böyük rol oynayır. Bunlar aşağıdakı 

imkanları yaradır: 

 

təlim məqsədlərini düzgün müəyyənləşdirmək; 

 

problemləri  düzgün müəyyənləşdirmək və şagirdlər üçün 

tapşırıqları tərtib etmək; 

 

qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələri seçmək; 

 

təlim nəticələrinə əsaslanaraq refleksiyanı düzgün keçirmək: bu 

və ya digər materialın öyrənilməsində şagirdlərin hansı çətinliklərlə 

qarşılaşdıqlarını müəyyən etmək.  



Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə