Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   2   3   4   5   6   7   8   9   ...   16

 

 

 



 

 

 



10.2. Ümumi orta təhsilin məzmunu 

 

10.2.1. Təhsilin məzmunu 

 

Təhsilin  məzmunu  dedikdə,  müəyən  tip  tədris  müəssisələrində  öyrənmək 

üçün seçilmiş biliklər, bacarıqlar sistemi başa düşülür. Təhsilin məzmunu abstrakt 

deyil.  O,  sistemin  daxili  mahiyyətindən  ayrılmazdır.  Şagirdlərin  təfəkkürünü, 

idraki  maraqlarını  formalaşdırmaq,  hərtərəfli  inkişafını  təmin  etmək  və  əmək 

fəaliyyətinə  hazırlamaq  ümumi  təhsilin  məzmunun  əsasını  təşkil  edir.  Məzmun 

təhsilin  məqsədlərini  həyata  keçirməyin  vasitəsi  olmaqla  cəmiyyətin  və  həm  də 

ayrı-ayrı  adamların  cari  və  perspektiv  tələbatlarını  əks  etdirir.  Məzmunun 

formalaşdırılmasını,  onun  müxtəlif  tipli  və  səviyyəli  tədris  müəssisələrinin 

proqramlarına  daxil  olunmasını  daha  çox  tələbatlar  istiqamətləndirir.  Başqa 

sistemlərdən asılı olan, onlardan törəyən məzmun bir sistem kimi çətin formalaşır. 

Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, təhsilin məzmunu kəskin ideoloji 

mübarizə  mövzusu  olmuşdur.  Qeyd  edək  ki,  həmişə  bir-birinə  zidd  qüvvələr 

məktəbə  və  onun  vasitəsilə  bütün  cəmiyyətə  təsir  etməyə  cəhd  göstərmişdir.  Bu 

amil  daimi  xarakter  daşıdığından  təhsilin  məzmunun  formalaşmasının 

qanunauyğunluqlarından  biri  hesab  edilir.  Təhsilin  məzmununun  formalaşmasını 

şərtləndirən sistemlər içərisində qəbul olunmuş məqsədlər, sosial tələbatlar, sosial 

və elmi nailiyyətlər, şəxsi tələbatlar, pedaqoji imkanlar və s. seçilir. 

Sosial  və  şəxsi  tələbatlar  sistemi  məqsədlər  sistemi  ilə  qırılmaz  surətdə 

bağlıdır  Təhsil  yeni  məktəb  quruculuğunun  indiki  mərhələsində  demokratik 

dövlətin  yaradılmasının,  onun  mədəni  və  mənəvi  intibahının,  bazar 

münasibətlərinin təşəkkülünün, elm və texnikanın inkişafının əsasında durmalıdır. 

Təhsildə  ictimai  və  şəxsi  maraqları  necə  birləşdirmək  problemi  həll  olunmalıdır, 

yəni bir tərəfdən ictimai tələbatlar ödənilməli, o biri tərəfdən isə təhsil hər bir insan 

üçün zəruri və cəlbedici olmalıdır. Məktəb təhsilinin məzmununu formalaşdırmaq 

üçün  ənənəvi  olaraq  sosial  və  elmi  nailiyyətlər  sistemi  böyük  əhəmiyyət  kəsb 

edir.  Təhsilin  məzmununda  elmi  nailiyyətlərin  implikasiyası  (tətbiqi)  sahəsində 

aparılan tədqiqatlar göstərir ki, yeni elmi kəşf və ya yeni sosial ideyanın meydana 

gəlməsi ilə onun məktəbdə sistemli öyrənilməsi arasındakı vaxt müddəti durmadan 

azalır. Pedaqoji imkanlar sistemi təhsilin məzmununa məlumatların daxil olma-

sına yol vermək və ya ona qadağa qoymaq rolunu oynayan tənzimləyicidir. Başa 

düşmək, anlamaq, mənimsəmək üçün müəyyən inkişaf səviyyəsi lazımdır. 

Orta  ümumtəhsil  məktəbində  təhsilin  məzmununa  verilən  tələblər  təhsilin 

inkişafı  üzrə  dövlət  strategiyası  ilə  müəyyən  olunur.  Təhsilin  məzmununda  iki 

aspekt  gözlənilir:  milli  və  ümumbəşəri.  Məktəb  təhsilinin  məzmununun 

müəyyənləşdirilməsinin 

ümumi 

əsasları 



bunlardır: 

humanistləşdirmə, 


diferensiallaşdırma,  inteqrasiyalaşdırma,  yeni  informasiya  texnologiyalarının 

geniş tətbiqi, yaradıcı şəxsiyyətin formalaşdırılması. 

Tədris  prosesinin  məzmunu bir sistem  kimi  müxtəlif  strukturda  təqdim  edilə 

bilər. Strukturun elementləri ayrı-ayrı biliklər və ya onların elementləridir. Hazırda 

təhsilin  məzmununun  xətti  ,  konsentrik,  spiralvari  və  qarışıq  strukturları  geniş 

yayılmışdır. Xətti strukturda tədris materialının ayrı-ayrı hissələri bir-biri ilə sıx 

əlaqədə,  fasiləsiz  ardıcıllıqla,  məktəb  təlimi  dövründə  bir  dəfə  öyrədilir.  Bu 

strukturu  əsas  götürəndə  ardıcıllıq,  tarixilik,  sistemlilik,  müvafiqlik  tələblərinə 

riayət  etmək  lazımdır.  Konsentrik  struktur  əvvəl  öyrənilən  biliklərə  qayıtmağı 

nəzərdə  tutur.  Eyni  bir  material  bir  neçə  dəfə  təkrar  olunur,  həm  də  materialın 

məzmunu yavaş-yavaş genişlənir, yeni məlumatlar, əlaqələr və asılılıqlarla zəngin-

ləşir.  Təlimin  ilk  mərhələlərində  elementar  təsəvvürlər  verilir,  biliklər  və  idraki 

imkanlar  artdıqca  onlar  dərinləşdirilir  və  genişləndirilir.  Spiralvari  strukturun 

xarakterik  xüsusiyyəti  odur  ki,  burada  şagirdlər  başlanğıc  problemi  diqqətdən 

kənarda  qoymur,  onunla  bağlı  olan  biliklərin  dairəsini  yavaş-yavaş,  tədricən 

genişləndirir  və  dərinləşdirirlər.  Spiralvari  strukturda  konsentrik  və  biliklərin  bir 

dəfə  öyrənilməsi  də  baş  vermir,  onların  daha  geniş  öyrənilməsi  davam  edir.  Qa-



rışıq  strukturun  imkanlarından  daha  çox  istifadə  olunur.  Bu  struktur  xətti, 

konsentrik  və  spiralvari  strukturların  kombinasiyasıdır.  Bu  kombinasiya  təhsilin 

məzmununu  təşkil  edən  zaman  manevr  etməyə,  onun  ayrı-ayrı  hissələrini  müxtəlif 

yollarla ifadə etməyə kömək edir. 

Təhsilin  məzmununun  strukturunu  seçən  zaman  təlimin  məqsədi,  şagirdlərin 

oxuma  (öyrənmə)  səviyyəsinə  verilən  tələblər,  öyrənilən  biliklərin  xarakteri  və 

xüsusiyyətləri, məzmununun ünvanlandığı şagird qruplarının xüsusiyyətləri nəzərə 

alınır.  Burada  daha  bir  məsələyə  diqqət  çəkmək  istərdik.  Təhsilin  məzmunun 

gərəksiz informasiya maksimallığından qorunması çox vacibdir. Beyini həddindən 

artıq  gərəksiz  biliklə  yükləmək  sərbəst  düşüncəyə  ən  böyük  zərbədir.  Sərbəst 

düşüncə  isə  passiv  hafizədən  fərqli  olaraq  elmi  vəcdlə,  yaradıcılıq  ehtirası  ilə 

müşayiət  olunur.  Leonardo  da  Vinçi  demişkən,  “elmlə  ehtirassız  məşğul  olmaq 

hafizəni zibilləyir”. Çünki, soyuq hafizə gücünə başqasından hazır şəkildə alınmış 

biliklər əslində cansız biliklərdir və onları “həzm etmək” mümkün deyil. Təsadüfi 

deyildir  ki,  B.Franklin  də  təhsildən  danışarkən  “bütün  yeyilənlərin”  yox,  ancaq 

həzm olunan hissənin faydalı olduğunu yada salırdı. 

Avropa  ölkələrinin  təhsil  müəssisələrində  tədris  prosesi,  dərslərin  məzmunu 

və  qiymətləndirmə  meyarları  ilə  tanış  olduqda  məlum  olur  ki,  orada  nisbətən  az 

informasiya verildiyi halda, daha çox dərəcədə düşünmək, mühakimə yürütmək və 

öz  fikirlərini  müstəqil  surətdə  şərh  etmək  qabiliyyəti  formalaşdırılır.  Səbəbi  isə 

budur ki, onlar “cansız biliyin” inkişafa xidmət etmədiyini çoxdan bilirlər. 

Canlı  bilik,  fəaliyyətdə  olan  bilik  iki  istiqamətdə  fayda  verir:  ya  yeni 

biliklərin  yaranması  üçün  baza  rolunu  oynayır,  ya  da  müvafiq  əməli  fəaliyyət 

sahələrində  tətbiq  olunur.  Cansız  bilik  isə  başqalarının  təfəkkürünün  məhsulu 

olmaqla, ancaq nitq qəlibinə salındıqdan sonra hazır şəkildə qəbul edildiyindən, bir 

təfəkkür  aktı  yox,  bir  hafizə  aktı  kimi  mövcud  olur  və  ancaq  informasiya  kimi 

dəyərə malik olur. Biliyin yaradıcı səciyyə daşıması üçün onun elə bil ki, yenidən 

kəşf olunması – özününküləşdirilməsi lazımdır. Bilik hafizə faktından fikir faktına, 



Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə