Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   2   3   4   5   6   7   8   9   10   ...   16

canlı  düşüncə  prosesinin  bir  ünsürünə  çevrildikdə,  o  özü  də  canlanır  və  sonrakı 

nəzəri  və  əməli  fəaliyyət  üçün  təməl  olur.  Qərb  fəlsəfəsi  bu  fərqin  pedaqoji 

prosesdə də nəzərə alınması üçün əsas rolunu oynamışdır. Başqalarının fikirlərinin 

hazır  şəkildə  mənimsənilməsi,  insanların  başqaları  tərəfindən  müəyyən  edilmiş 

qaydalar  əsasında  yaşamağa  vərdiş  etməsi,  kənardan  göstəriş  gözləməsi  sərbəst 

düşüncədən qorxmağın, fikir tənbəlliyinin nəticəsidir. L.Kant “Maariflənmə nədir, 

-  sualına  cavab”  əsərində  yazır:  “Maariflənmə  -  insanın  qeyri-yetkinlik  halından 

çıxmasıdır ki, o, bu vəziyyətdə öz təqsiri üzündən qalmış olur...Öz təqsiri üzündən 

qeyri-yetkinliyin səbəbi düşüncənin çatışmazlığı yox, kənardan kimin isə himayəsi 

olmadan  öz  düşüncəsindən  istifadə  etmək  üçün  qətiyyətin  və  qeyrətin 

çatışmazlığıdır”.  Bu  gün  Qərbi  Qərb  edən,  ona  sivilizasiyanın  önündə  getmək 

imkanı yaradan düşüncənin ətalətdən və passivlikdən xilas olması, hər kəsə öz ağlı 

ilə çalışmaq imkanının yaradılmasıdır. 

Etiraf edək ki, biz uzun illər təcrübəmizdə hansı bilik, nə qədər bilik verilməsi 

ilə  bağlı  yanlışlıqlara  yol  vermişik.  Halbuki  təhsilin  baş  məqsədi  bilikləri  şagirdə 

hazır  şəkildə  vermək  yox,  bilikləri  zəruri  minimum  həcmdə  olmaqla  onun  şəxsi 

düşüncəsinin məhsuluna çevirmək və sonrakı müstəqil düşüncələr üçün əsas yarat-

maqdır. Başqa sözlə, təhsilin məqsədi məhz bu mühiti yaratmaqdır. 

Həddindən  çox  informasiyanı  şagirdlərə  yaradıcı  düşüncənin  məhsulu olaraq 

çatdırmaq olmaz. Müəllimin real səviyyəsi, şagirdin imkanları ilə onların üzərinə 

qoyulan  yük  arasında  uyğunsuzluq  olmamalıdır.  Tələb  olunan  zəruri  minumum 

olmalıdır ki, müəllim şagirdlərin biliklərə yiyələnməsi prosesini fəal, şüurlu, imkan 

daxilində  maksimum  müstəqil  və  yaradıcı  proses  kimi  təşkil  etməyi  bacarsın.  Bu 

halda  bilik  praktik  fəaliyyətin  əsası  kimi  fəal  düşüncə  prosesində  formalaşar  və 

şagirdlər həqiqətən bu prosesin iştirakçısına çevrilmiş olarlar. 

 

10.2.2. Azərbaycanda ümumi orta təhsilin məzmunu  

sahəsində islahatlar 

 

Hər hansı bir təhsil səviyyəsində (pilləsində) uğurlu nəticənin əldə olunması, 



heç  şübhəsiz,  həmin  pillə  üzrə  təhsilin  məzmununun  nə  dərəcədə  optimal  və 

məqsədyünlü  müəyyənləşdirilməsindən  birbaşa  asılıdır.  İctimai  tələb,  cəmiyyətin 

inkişaf  perspektivləri  bütün  dövrlərdə  təhsilin  məzmunu  ilə  bağlı  vəzifələrin 

dəqiqləşdirilməsində  əsas  amil  olmuşdur.  Ötən  əsrin  20-30-cu  illərindəki  təhsil 

proqramları  ilə  əsrin  sonundakı  təhsil  proqramlarının  müqayisəsi  göstərir  ki,  o 

zaman  kütləvi  savadsızlığın  aradan  qaldırılması  ən  ümdə  vəzifə  sayılırdı,  icbari 

ibtidai,  yeddiillik  təhsilə  keçid  böyük  qələbə  hesab  olunurdu.  XX  əsrin  70-80-cı 

illərində  linqafon  kabinetinin  quraşdırılması  məktəb  üçün  əlamətdar  hadisəyə 

çevrilirdisə, bu gün təhsil müəssisələrinin kompyuterləşdirilməsi, təhsil sisteminin 

informasiyalaşdırılması  mühüm  prioritetlərdəndir.  Dövrə,  zamana  uyğun  olaraq 

tələblər də dəyişmişdir. Başqa sözlə, dövr, zaman sifarişçi, təhsil sistemi isə həmin 

sifarişçilərin,  bir  növ,  icraçısıdır.  Elmi-texniki  tərəqqinin  sürəti  daim  yüksələn 

xətlə  inkişaf  edir. Burada  inqilabi dəyişikliklər  tez-tez  baş  verir. Belə  bir  şəraitdə 

təhsilin  məzmunu  ilə  əlaqədar  eksperimentlər  aparılmışdır.  Müxtəlif  illərin  tədris 

planlarının  təhlili  göstərir  ki,  müəyyən  dövrdə  şagirdlərin  əmək  hazırlığına  daha 



çox  önəm  verilmiş,  politexnik  təlim  diqqət  mərkəzində  olmuşdur.  Bu 

eksperimentlər daha təkmil bir sistem yaratmağa, təhsilin məzmununu maksimum 

səviyyədə dövrün tələblərinə uyğunlaşdırmağa xidmət etmişdir. 

Keçmiş  Sovetlər  Birliyində  eksperimentlər  mərkəzdəki  ən  yaxşı,  hərtərəfli 

təchiz  edilmiş  məktəblərdə  sınaqdan  keçirilirdi,  nəticələri  isə  bütün  SSRİ 

məkanındakı  məktəblərdə  tətbiq  olunurdu.  70  ildən  artıq  bir  müddətdə  keçmiş 

SSRİ  məkanına  daxil  olan  bütün  respublikalar  üçün  təhsilin  məzmunu  yalnız 

mərkəzdə  hazırlanırdı.  Hamı  ana  dili  və  konkret  respublikanın  tarixindən  başqa 

digər əksər fənləri vahid dərsliklər vasitəsilə tədris etməyə məcbur idi. Əlbəttə, bu 

o  demək  deyildi  ki,  sovet  təhsil  sistemi  zəif  sistem  olmuşdur.  Sadəcə,  bütün 

səlahiyyətlər bir mərkəzdə cəmləşdirildiyi üçün respublikalar təhsilin məzmunu ilə 

bağlı məsələlərə müdaxilə edə bilmirdilər. 

O  vaxtlar  inkişaf  etmiş  ölkələrdəki  təcrübəni  öyrənməyə  də  imkan 

yaradılmırdı.  Dünya  təhsilində  gedən  proseslərdən  ayrı  düşmüş  Sovet  təhsil 

sistemində  bilavasitə  məzmunla  bağlı  belə  bir konseptual ideya  formalaşmışdı ki, 

tədris  olunan  hər  bir  fənn  daxilində  mümkün  qədər  çox  bilik,  məlumat,  fakt 

verilməli, nəticə etibarilə sovet məktəbinin yetirmələri hər şeydən xəbərdar olmalı, 

daha geniş bilik əldə etməlidirlər. Məhz buna görə də tədris proqramları şişirdilir, 

dərsliklər  bir  sıra  hallarda  zəruri  olmayan,  şagird  üçün  elə  bir  həyati  əhəmiyyət 

kəsb etməyən materialla yüklənirdi. Diqqət mərkəzində bilavasitə nəzəri biliklərin 

mənimsədilməsi  dayandığı  üçün  uşaqlara  gələcək  həyatlarında  lazım  olan 

bacarıqların  aşılanması  sanki  unudulurdu.  Ona  görə  də  sonrakı  illərdə  aparılan 

təhlillər  bir  daha  sübut  etdi  ki,  orta  təhsil  müddətində  şagirdlərin  ayrı-ayrı  fənlər 

üzrə  aldıqları  bilik  və  məlumatların  xeyli  hissəsi  müstəqil  həyatda  praktik 

əhəmiyyət  kəsb  etmədiyindən  tez  bir  zamanda  yaddan  çıxır.  Həmçinin  müəyyən 

edilmişdir ki, tədris proqramları mürəkkəb olduğu üçün şagirdlər bir sıra fənlərdən, 

xüsusilə də riyaziyyat, kimya, biologiya, fizikadan təlim materiallarının böyük bir 

hissəsini  mənimsəyə  bilmirlər.  Uşaqların  təhsilə  maraqlarının  azalmasının,  təhsil-

dən  yayınmalarının  bir  səbəbi  də  bununla  bağlı  idi.  Əsas  səbəb  isə,  şübhəsiz, 

məzmun standartlarının formalaşmaması idi. Pedaqoji ədəbiyyatda, hüquqi-normativ 

sənədlərdə  standart,  təhsil  standartı  terminləri  işlənsə  də,  bunlar  mahiyyət  etibarilə 

fənlərin məzmununda öz ifadəsini tapmırdı. 

İnkişaf  etmiş  ölkələrin  təcrübəsində  ümumi  orta  təhsilin  məzmununa,  onun 

müntəzəm  surətdə  yeniləşdirilməsi  və  təkmilləşdirilməsi,  zəruri  biliklərin 

mənimsənilməsi  ilə  yanaşı,  təhsilalanlarda  həyati  bacarıq  və  vərdişlərin 

formalaşmasına  daha  çox  diqqət  yetirilir.  Çünki  sonrakı  təhsil  mərhələləri  orta 

təhsilin  nəticələri  üzərində  qurulur.  İnsan  gələcək  həyat  fəaliyyətini  təmin  edən 

ayrı-ayrı sahələr üzrə müəyyən biliklərə, bacarıq və vərdişlərə məhz orta məktəbdə 

yiyələnir. Ümumi təhsil vətəndaşın sonrakı inkişafı üçün bünövrə rolunu oynayır. 

Bu  mənada  ümumi  orta  təhsilin  məzmununun  cəmiyyətin,  dövlətin,  fərdin 

tələbatına uyğun müəyyənləşdirilməsi bütün vaxtlarda ən aktual məsələ olmuşdur. 

2002-ci  ildə  Təhsil  Nazirliyi  və  Dünya  Bankının  ekspertləri  tərəfindən 

aparılan  birgə  tədqiqatlar  mövcud  kurikulumlarla  bağlı  əsas  problemləri  aşkar 

etmişdi.  Birinci  problem  məzmunun  nəticəyönümlü  deyil,  təklifyönümlü  olması 

idi.  Yəni  tədris  proqramları  mövzuların  siyahısından  və  mətnlərdən  ibarət  idi. 



Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə