Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Qiymətləndirmə  standartları  və  üsulları  barədə  heç  bir  məlumat  verilmirdi. 

Qiymətləndirmə  məzmunun  hazırlanması  prosesinin  tərkib  hissəsi  sayılmırdı. 

Nəticədə şagirdin hansı bilik və bacarıqları əldə edəcəyi müəyyən deyildi. 

İkinci  problem  məzmunun  nəzəri  və  abstrakt  olması,  həyati  bacarıqlara 

əsaslanmaması  və  nəticə  etibarilə  şəxsiyyətyönümlü  olmaması  idi.  Məzmun 

faktoloji  xarakter  daşıyırdı,  məlumatların  yadda  saxlanması  bacarığına  üstünlük 

verilirdi.  Bu  da  şagirdləri  əzbərçiliyə  sövq  edirdi,  onların  təfəkkür  və  düşüncə 

qabiliyyətini inkişaf etdirmirdi. Əlbəttə, bilik inkişafın hərəkətverici qüvvəsidir, la-

kin  şagirdə  məhz  o  biliklər  aşılanmalıdır  ki,  gələcək  həyatında  ona  lazım  olsun. 

Əgər verilən biliklərin təcrübi və tətbiqi əhəmiyyəti yoxdursa, onun səmərəsindən 

danışmağa  dəyməz.  Müasir  dövrün  tələbi  budur  ki,  təlimin  məzmunu  təriflərin, 

düsturların,  tarixi  gün  və  hadisələrin  əzbərlənməsindən,  nəzəri  materialların 

mənimsənilməsindən  daha  çox,  şagirdlərdə  yaradıcı  düşünmə,  müstəqil  öyrənmə 

və  qərar  qəbuletmə,  təşəbbüskarlıq,  tətbiq  və  tədqiqatçılıq  bacarıqlarının,  iradi 

keyfiyyətlərin formalaşmasına yönəlməlidir. 



Üçüncü  problem  məzmunda  şaquli  və  üfüqi  inteqrasiyanın  olmaması  idi. 

Məzmunda siniflərarası və fənlərarası bağlılıq zəif idi. Asandan daha çətinə keçid 

və bir-biri ilə bağlı olan mövzuların inteqrasiyası təmin edilmirdi. 

Məhz bu və ya digər səbəblərdən son illərdə dünya Bankının maliyyə yardımı 

ilə  həyata  keçirilən  islahatyönümlü  tədbirlərin  böyük  əksəriyyəti  məhz  ümumi 

təhsilin  məzmununun  yeniləşdirilməsinə  və  mütərəqqi  dünya  təcrübəsinə 

uyğunlaşdırılmasına  yönəldilmişdir.  Əsas  məqsəd  şagirdlərin  idrak  fəallığını, 

ümumi  inkişafını  ləngidən  mövcud  “yaddaş  məktəbi”ndən  “təfəkkür  və  dü-

şüncə məktəbi”nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qur-

maqdan ibarətdir. 

1999-cu  ildən  başlayan  islahatlar  çərçivəsində  həyata  keçirilən  tədbirlər 

mərhələli  xarakter  daşıyırdı  və  hər  mərhələnin  öz  məqsədləri,  vəzifələri  var  idi. 

Keçən on ilin yekunları göstərir ki, dövrün, zamanın tələblərinə görə müasir dünya 

təcrübəsi  əsas  tutulmaqla  ümumi  təhsilin  yeni  konsepsiyasının  işlənib 

hazırlanması,  məqsəd  və  vəzifələrin  yeni  təfəkkür  baxımından  formalaşdırılması, 

fənlərin  məzmununun  konseptual  müddəalarının  müəyyənləşdirilməsi  və  fənn 

kurikulumlarının  yaranması,  məzmunda  standart  məfhumunun  reallığa  çevrilməsi 

mühüm nailiyyətlərdir. 

Azərbaycanda  2004-cü  ildən  başlanan  məzmun  dəyişiklikləri  təlim-tədris 

prosesinin sistemli planlaşdırılmasını özündə əks etdirən kurikulum islahatları adı 

altında  aparılır.  Azərbaycan  Hökuməti  tərəfindən  30  oktyabr  2006-cı  ildə  təsdiq 

olunmuş  “Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Milli 

Kurikulum)” sənədində ümumtəhsil üzrə təlim nəticələri və məzmun standartları, 

ümumi təhsilin hər bir pilləsində tədris olunan fənlər, həftəlik dərs və dərsdənkənar 

məşğələ  saatlarının  miqdarı,  pedaqoji  prosesin  təşkili,  təlim  nailiyyətlərinin 

qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər kompleks şəkildə öz əksini 

tapmışdır.  Bu  konseptual  sənədin  tələblərinə  uğun  hazırlanıb  təsdiq  edilmiş  fənn 

kurikulumlarında isə hər bir sinif üzrə təlim nəticələri, məzmun və qiymətləndirmə 

standartları, müvafiq təlim strategiyaları əhatə olunmuşdur. 




Təhsilin  əvvəlcədən  müəyyən  olunmuş  nəticələr  və  bunların  əsasında 

formalaşdırılmış  dövlət  tələbi  olan  məzmun  standartları  məhz  yeni  pedaqoji 

təfəkkürün  təcəssümüdür.  Milli  Kurikulumda  təsbit  olunmuş  ümumi  təhsilin  hər 

bir  pillədə  tədris  olunan  fənlər  üzrə  nəticələr  fənn  kurikulumlarının 

müəyyənləşdirilməsində  bir  növ,  açar  rolunu  oynayır,  məntiqi  ardıcıllığın 

gözlənilməsinə möhkəm zəmin yaradır. Təlimin nəticələri, başqa sözlə desək, məq-

sədlərdir  və  onların  konkret  məzmun  standartları  formasında  ifadə  edilməsi,  əldə 

olunması  nəzərdə  tutulan  bilik  və  bacarıqların  minimum  həddini  özündə  ehtiva 

edir.  Xarakterik  cəhət  həm  də  odur  ki,  məzmun  standartları  özündə  iki  əsas 

komponenti  -  bilik  və  fəaliyyət  komponentlərini  birləşdirir.  Bu  standartların 

fəaliyyət hissəsinin bacarıqlar şəklində verilməsi isə biliklərin şagirdlər tərəfindən 

həqiqətən mənimsənilməsini nümayiş etdirmək zərurəti ilə bağlıdır. Biliklərin nü-

mayişi prosesində şagirdlərin tələb edilən bacarıqlara, məsələn, idraki (təhliletmə, 

müqayisəetmə,  planlaşdırma...),  informativ-kommunikativ  (izahetmə,  şərhetmə, 

təqlidetmə,  təsviretmə,  ünsiyyətqurma...),  psixomotor  (oxumaq,  yazmaq,  saymaq, 

dəyişmək,  hazırlamaq,  tərtib  etmək,  qurmaq...)  bacarıqlara  yiyələnməsi  səviyyəsi 

real  surətdə  üzə  çıxır.  Əgər  biliklərin  mənimsənilməsi  müvafiq  bacarıqların 

qazanılması  ilə  müşayiət  olunarsa,  təhsil  artıq  mahiyyət  etibarilə  dəyərlər 

kompleksinə  çevrilir.  Müasir  kurikulumların  şəxsiyyətyönümlüyünü  şərtləndirən 

başlıca amil də məhz bu cəhətdir. Fənn kurikulumlarında hər bir əsas standart alt 

standartlarla  müşayiət  edilir.  Bu,  bir  neçə  məqsədə  nail  olmağa  imkan  verir. 

Kifayət qədər ümumi formada ifadə olunan altstandartlar müxtəlif təlim məqsədlə-

rini  reallaşdırmaq  üçün  onlara  dönə-dönə  müraciət  etmək  imkanı  yaradır.  Bir 

qayda olaraq əsas standart bir neçə sinifdə və hətta bütün təhsil pilləsi ərzində eyni 

formada  ifadə  olunur.  Bu  zaman  sinifdən-sinifə  keçdikcə  əhatə  olunan  bilik  və 

bacarıqların  miqyası  alt  standartlar  vasitəsilə  müəyyən  olunur.  Bu,  həm  də 

sinifdən-sinifə biliyin və fəaliyyətin necə inkişaf etdiyini izləməyə imkan verir. 

Eyni zamanda hazırlanmış kurikulumlarda inteqrasiya xüsusi tələb kimi irəli 

sürülmüş məzmunun inteqrativliyi, fənnin inteqrativliyi, standartların inteqrativliyi, 

bacarıqların inteqrativliyi, prosesdə inteqrativlik nəzərə alınmışdır. 

Yeni  kurikulumlarla  tədrisə  başlanılmışdır.  Ölkəmizdə  həyata  keçirilən 

kurikulum  islahatı  mərhələli  proses  olmaqla,  innovasiyalara  əsaslanan  və 

əvvəlcədən  müəyyən  edilmiş  real  nəticələrə  istiqamətlənmiş  geniş  fəaliyyət 

sahəsinə çevrilmişdir. 

Fənn kurikulumlarında təlim nəticələri və məzmun standartları ilə yanaşı, eyni 

zamanda  təlim  strategiyaları,  fəndaxili  və  fənlərarası  inteqrasiya  cədvəlləri, 

qiymətləndirmə standartları öz əksini tapmış, fənnin məqsədləri açıqlanmış, fənnin 

tədrisinin  zəruriliyi  əsaslandırılmışdır.  Bununla  da  həmin  kurikulumlar  təlim 

fəaliyyətində ən vacib hesab olunan parametrləri özündə birləşdirməklə konseptual 

xarakterli bir sənəd kimi meydana çıxmışdır. 

Əlbəttə, köhnə təhsil ideologiyasından ayrılaraq yenilikləri birdən-birə qəbul 

etmək  çox  çətindir.  Ancaq  həyat  inkişafdadır  və  zamanın  nəbzini  tutub  onun 

tələblərinə  uyğunlaşma  zərurəti  yaşanmış  dövrlərdə  təqdirəlayiq  keyfiyyət  hesab 

olunmuşdur.  Əslində,  bütün  yeniliklərə,  islahatlara  aparan  yol  insanların 

təfəkküründən keçir. Meydana çıxan yeni ideyalar dünyagörüşünə çevrilməzsə, on-



Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə