Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

ların  həyata  keçirilməsi  mümkün  ola  bilməz.  Bu  mənada  Azərbaycanın  ümumi 

təhsil sistemində islahatlara başlanandan indiyədək kurikulum anlayışının, təhsilin 

məzmununa  verilən  müasir  tələblərin,  yeni  təlim  strategiyalarının  və 

qiymətləndirmə mexanizmlərinin mahiyyətinin pedaqoji ictimaiyyət arasında izahı 

və təbliği prosesi mühüm əhəmiyyət daşımışdır. 

 

*** 



 

Araşdırmalar  göstərir  ki,  şəxsiyyətin  formalaşmasında  müstəsna  əhəmiyyət 

daşıyan  müasir  təlim  yanaşmaları  təhsilimiz  üçün  göründüyü  qədər  də  yeni 

məsələlər  deyil.  Bu  yanaşmalar  N.Gəncəvi,  Ə.Marağalı,  N.Tusi,  M.F.Axundzadə, 

F.Köçərli,  H.Zərdabi,  Ü.Hacıbəyov  və  başqa  mütəfəkkirlərin,  maarifçi 

demokratların  dünyagörüşləri  baxımından  tədqiq  edilərkən  aşkar  olmuşdur  ki, 

əslində, bu gün yeni hesab edilən məsələlərin Şərqin təhsil tarixində dərin kökləri 

mövcuddur.  Təbiətin  və  insanın  kəşfi  kimi  qiymətləndirilən  intibah  dövründə 

N.Gəncəvi  insanın  “özünü  dərk  etməsi”  mülahizəsini  irəli  sürür.  İnsanın  özünü 

dərk  etməsini  şair  “həyatda,  cəmiyyətdə  yerini  bilməsi,  xeyirlə  şəri  ayırd  etməsi, 

mürəkkəb  ziddiyyətli  hadisələr  axarında  düzgün  yol  seçməyi  bacarması”  kimi 

dəyərləndirir . 

N.Gəncəvi  “Yeddi  gözəl”  poemasında  özünü  dərk  edənləri  “əbə-

diyaşayanlar”, dərk etməyənləri isə  “bir qapıdan girib, o biri  qapıdan  çıxanlar" 

hesab  edir.  Mütəfəkkir  şair  şəxsiyyətin  ictimai  bacarıqlara,  məntiqi  və  tənqidi 

təfəkkürə, problem həll etmək kimi yüksək idraki bacarıqlara malik olmasını vacib 

hesab edir və gözəl rəqqasə və musiqiçi olan, ağıllı və cəsarətli kəniz qız Fitnənin 

simasında  göstərir  ki,  “insan  məşq  və  vərdişlə  möcüzələr  yaradar,  mühüm 

bacarıqlara  malik  ola  bilər”.  Ə.Marağalıya  görə,  əgər  insan  müəyyən  biliklərə 

malikdir  və  onları  tətbiq  etmirsə,  deməli,  həmin  insan  ya  “tətbiqi  ağıldan 

məhrumdur,  ya  da  onun  tətbiqi  ağlı  “kamil”  deyil.  O  düşünürdü  ki,  insanın 

savadının yeganə sübutu onun praktik fəaliyyəti, davranış və hərəkətləridir. Tətbiqi 

elmsiz ümumi elm bəhərsizdir, ölüdür, faydasızdır. Ə.Marağalının fikirləri bu gün 

təlim prosesinə olan yeni yanaşmalarla üst-üstə düşür. 

^^ [ 

H.Rayl  (1949),  M.Conson  (1977),  C.Posner  və  A.Radnitskinin  (1994)  də 

araşdırmalarında  biliyin  iki  növünün  mövcud  olduğu  vurğulanmış,  bu  məsələlər 

"nəyi  bilmək"  və  "necə  bilmək"  kimi  təqdim  edilmişdir.  Yəni  biliklər  yalnız  əldə 

edilən fakt və məlumatlar olmayıb, həm də onları əldə etməyin yollarını, eləcə də 

nümayiş  etdirməyin  üsullarını  –  bacarıq  və  vərdişləri  əhatə  edir.  Bu  baxımdan 

müasir 

texnologiyalaşmış 

cəmiyyətimizdə 

dəyişiklikləri 

başa 

düşən, 

informasiyaları tətbiq edən, problemləri təhlil edən, onların həlli yollarını tapan və 

əldə edilmiş nəticələri dəyərləndirən insanların təlimini təşkil edərkən həm nəzəri, 

həm də praktik biliklər böyük əhəmiyyət daşıyır. 

Müasir  kurikulumlar  demokratizm,  humanizm  kimi  prinsiplərdən  çıxış  edən, 

şagirdlərin  maraq  və  ehtiyaclarına  cavab  verən,  mütəxəssislərin  elmi 

yanaşmalarına  söykənən,  dövlətin  təhsil  siyasətini  əks  etdirən,  təhsil  sahəsində 

sınanmış  mütərəqqi  meyarlar,  milli  və  ümumbəşəri  dəyərlər  əsasında  müəyyən 

edilən dövlət təhsil standartlarına uyğun olmaqla bütün mühüm məsələlərlə bağlı 


uzunmüddətli proqnozlaşdırma və planlaşdırmaları özündə əks etdirir və bu sənəd 

o  zaman  əhəmiyyət  kəsb  edir  ki,  düzgün  tətbiq  edilsin,  nəzərdə  tutulduğu  şəkildə 

tətbiq edilsin. Tətbiqin yolları, üsulları və vasitələri kimi mühüm məsələlər müasir 

kurikulumların “Təlim strategiyaları” bölməsində öz əksini tapmışdır. Sənədin bu 

bölməsində  xüsusilə  vurğulanan  yeni  müəllim-şagird  münasibətləri,  problemli 

təhsil yanaşması  və  fəal  təlim  üsulları  neçə  ildir  ki,  məktəblərimizdə tətbiq  edilir. 

Təhsil  islahatının  birinci  və  ikinci  mərhələlərində  təhsil  ictimaiyyətinin  bu  iş 

üsuluna məqsədyönlü şəkildə addım-addım hazırlanması istiqamətində böyük işlər 

gorülmüşdür.  Lakin,  “islahatın  başlanmasından  xeyli  müddət  keçməsinə 

baxmayaraq cəmiyyətdə bu prosesə ikili münasibət hələ də qalmaqdadır”. 

Didaktikanın  görkəmli  nümayəndələrindən  hesab  olunan  İ.Y.Lerner  və 

M.N.Skatkinə görə, “təhsilin başlıca sosial funksiyası – əvvəlki nəsillər tərəfindən 

toplanmış  təcrübənin  yeni  nəslə  ötürülməsidir”.  Bu  funksiyanın  əsas  mənası  və 

vəzifəsi konsepsiyanın, fənn proqramlarının, dərsliklərin başlıca hissələrinin məz-

mununun layihələndirilməsinin əsasını təşkil edir. Təhsilin məzmunu bu kontekstdə 

əvvəlcədən  xüsusi  olaraq  seçilmiş  və  təhsilalanlar  tərəfindən  mənimsənilən  bilik, 

bacarıq  və  vərdişlərin  həcmini  müəyyənləşdirir.  Bilik  almağa  istiqamətlənmiş 

təlimin  bu  tipində  qəbul  edilir  ki,  “öyrənənlər  tərəfindən  reallığın  müəyyən 

fraqmentlərinin  başa  düşülməsinin  dərinliyi  (keyfiyyəti,  səmərəliliyi)  öyrənilən 

materialın miqdarı (kəmiyyəti) ilə mütənasibdir”. Belə yanaşmalar artıq informa-

siyalı  cəmiyyətin  müasir  tələblərinə  cavab  vermir  və  təhsil  sistemində  ağır 

nəticələrlə müşahidə olunan problemlər yaradır. 

Təlimin  şəxsə,  onun  inkişafına  istiqamətlənmiş  tipində  təhsilin  məzmununa 

olan  münasibət  dəyişir.  Bu  halda  təhsil  öyrənənə  biliyin  verilməsindən  daha  çox 

onun  təhsillilik  səviyyəsinin  yüksəldilməsinə,  kamil  insan  kimi  formalaşmasına, 

özünü özündə tapmasına istiqamətlənir. Tədris materialı bu halda mənimsəmənin 

obyekti  kimi  meydana  çıxmır,  öyrənənin  fəaliyyəti  üçün  təhsil  mühitinin 

yaradılmasına,  təhsilin  xarici  komponentlərinin  tərkib  hissəsinə  çevrilməsinə 

xidmət  edir.  Göründüyü  kimi,  birinci  halda  məzmun  öyrənənə  mənimsənilməsi 

üçün  verilirsə,  ikinci  halda  şəxsə  istiqamətlənmiş  məzmun  öyrənənin  təhsil 

məhsulu  kimi  çıxış  edir  və  fəaliyyətin  təşkilini  tənzimləyir.  Deməli,  müəyyən 

mənada  qəbul  etmək  olar  ki,  təhsilin  məzmunu  öyrənənin  fəaliyyətinin  məzmunu 

kimi çıxış edir, onun atributuna çevrilir və nəticədə bacarıqların formalaşmasına 

şərait yaradır. 

Təhsilin  məzmununun  belə  iki  bir-birinin  əksi  olan  mənada  başa  düşülməsinə 

münasibətini ifadə edərək akad. A.O.Mehrabov yazır: “Əgər təlim prosesi təhsilin 

məzmununa  daxil  edilmirsə,  təhsilin  məzmunu  uşaqlara  müəllim  tərəfindən  verilən 

özgəninkiləşdirilmiş  material  kimi  qəbul  edilir.  Əgər  təlim  prosesi  məzmuna  daxil 

edilirsə,  onda  təlimin  fəaliyyətlə  bağlı  məzmununa  daha  geniş  mənada  baxmaq 

lazımdır.  Fəaliyyətin  təhsilin  məzmununda  olan  rolundan  didaktik  sistemin  bütün 

səviyyələri,  yəni  təlimin  məzmunu  və  məqsədindən  tutmuş,  öyrənənlərin  onun 

nəticələri  əsasında  özünüdərk  və  özünüqiymətləndirməsinədək  olan  proseslər 

qidalanır.” Fəa-liyyətin psixoloji nəzəriyyəsində  (A.N.Leontyevin elmi  məktəbinin 

nümayəndələri tərəfindən interpretasiya olunan psixoloji yanaşma) fəaliyyət şəxsin 

fəaliyyətinə reduksiya (mürəkkəb bir prosesin sadə prosesə keçməsi və keçirilməsi) 


Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə