ƏHLİ-beytiN (ƏleyhiMÜs-salam) matəMİNDƏ MƏRSİYƏLƏR, ŞE`RLƏR, XÜTBƏLƏr toplayan m. ƏLİzadə



Yüklə 3,87 Mb.
səhifə3/15
tarix18.05.2018
ölçüsü3,87 Mb.
#44618
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   15

***

Aman o vaxta ey Xuda, ucaldı Zeynəbin səsi:

Anam yıxıldı gəl baba, yanıqlı ahu-vası var

Yetişdi gördü Mürtəza, Peyambərin əmanəti

Üzün qoyubdu toprağa, həzin-həzin nəvası var

Götürdü çaldı toprağa, o zalimi sitəmgəri

Başın kəsəndə gördülər, dilində iltiması var

Buyurdu: olmasaydı gər Peyambərin vəsiyyəti

Görərdün onda tiğimin1 qana nə iştəhası var!

Bu kəlməni eşitcəyin, çığırdı bağlıyın qolun

Be fövri bağlanıb qolu, vəsiyyətə rizası var

Kəşan-kəşan2 apardılar, baxanda Zeynəb ağladı

Dedi: İlahi başimin nə qədri gör bəlası var!

Anam yıxıldı, verdi can, babam da getdi neyləyim

Hara gedim kimə deyim, bu Zeynəbin harası var

Əli gedir, Hüseyn gedir, baxıb dalınca ağlıyır

Dolandı gördü Zeynəbi, səfaye “ya əxa”sı var

Çağırdı gəl Hüseyn, Hüseyn amandı getmə bir dayan

Gəlin görək anamızı, ölübdü, ya bəqası var

Alıb əmaməsin ələ gəlib dolandı başinə

Göz açdı gördü Fatimə, əzizinin əzası var

Buyurdu: bəs Əli hanı? Hüseyn dedi: apardılar

Dedi: görüm əmoğlumun başında nə bəlası var

Dedilər beyət etməsən vücudüvün cəzası var

Əli dayandı dinmədi, ucaldı onda həl-hələ

Baxanda xəlqi gördü bir yəhudinin sədası var

Uca səsiylə səslənir: İlahi şahid olgunan!

Qəbule diynün eylirəm, zamanın iqtizası var

Dedi: özüm yəhudiyəm, Peyəmbərə baş əymədim

Bu səhnə ayrı səhnədir, bir ayrı macərası var

Özüm gözümlə görmüşəm o bağlanan biləkləri

Vuranda böldü Mərhəbi, bölündü hər əzası var

O gün ki, gəldi Xeybərə, bu şahsəvari Lafəta

Dalında 7 yüz nəfər qılınc vuran fədası var

Həvayə qalxdı quş kimi, atıldı keçdi xəndəgi

Gətərdi vurdu səhnəyə, əlindəki livası3 var

12 min qılıc vuran befövri çıxdı qəl”ədən

Edəndə həmlə gördülər, nə xovfü-nə hərası var

Ölən ölüb qalanları dağıtdı tökdü xəndəgə

Bir iddə qaçdı qəl”əyə, dayanmağın xətası var

Gəlib yapışdı babidən, təkan verəndə titrədi

Uçuldu 7 saxtiman, o qəl”ənin binası var

Çıxartdı babi Xeybəri, gətirdi qoydu xəndəgə

O körpüdən gəlib keçib nə qədri aşinası var

Təəccübəm bunun qolun o hansı ipdi bağlayıb?!

Necə görün durub baxır, bu möhnətə rizası var

O qolları 12 min səvarə bağlayammadı

Bunun qolunu bağlayan o dinidir xudası var

Mən indi bildim ey Xuda, bu din, dini həqqidir

Bu dinə məzhəbim fəda, fənası yox, bəqası var

Qızışdı birdən ağladı, qaçıb yıxıldı toprağa

Üzün qoyub əyağinə, ürəkdə ahü-vası var

Dedi: atam-anam fəda o bağlanan biləklərə

Bu bəxti qarə nökərin, sənə bir iltiması var:

Sabah, qiyamətin günü gələndə səhni məhşərə

Şəfaət eyləsən mənim günahımın dəvası var

Üzün tutub cəmaətə dedi: budur vəliyyi həqq

Sizin bu dini-həqqizin, nə qədri xudnəması var!

Məgər vəsiyyət etmədi cəhanə Xətmül-ənbiya

Kitabı, bir də itrəti görün kimin vəfası var!

Ucaldı onda həl-hələ, yol açdı qövmi bihəya

Gəlib yetişdi Fatimə, başında bir əbası var

Sağında Müctəba gəlir, alıb əmmaməsin ələ

Solunda 7 sinnidə Hüseyni Kərbəlası var

Həzin səsiylə səslədi: açın əmoğlumun qolun

Ömər cavabi vermədi, rəyasətin həvası var

Xanım əl atdı sinəyə, çıxartdı qəm nişanəsin

Əlində gördülər tutub Peyəmbərin qəbası var

Əzəl öpüb o köynəgi yapışdı böldü nisfidən

Tutub həvadə saxladı,hər əldə bir parası var

O köynəgin parasını Hüseyn başına bağladı

Birin də bağladı Həsən başına, müddəası var

Həsən, Hüseyn qabağidə ayaq götürdü Fatimə

Yetişdilər o qəbrə ki, yatıbdı, Müstəfası var

Həsən, Hüseyn qucaqladı Peyəmbərin məzarini

Xanım əl atdı başinə atsının qərası var

Elə ki, istədi aça o qarənin girehlərin1

O qəbri paki titrədi göründü qəm həvası var

Bəla əhatə eylədi, təzəlzül etdi titrədi

O məscidin nə qədri sütunu var, binası var

Gəlib be fövri açdılar, o bağlanan biləkləri

Əlini gətirdi mənzilə, o banuye mücəllələ

Dedi: İlahi qəlbimin cəlalüvə şünasi var

Yapışdı 4 balasının əlin dolandı başinə

Dolandı baxdı ağladı, nə qədri gör vəfası var!

Deyən yox idi Fatimə, baxıb bu qədri ağlama!

Nə teşnədir, nə xəstədir, nə qürbətin cəfası var

***

Hüseyn gələndə xeymiyə, Ruqəyyə döndü başinə

Baxanda gördü sinədə, sağalmayan yarası var

35 il dolanmışam, sənin yasında ya Hüseyn!

Bu bəxti qarə “Mün”imin” ürəkdən iltiması var

Mənim axanda gözlərim, başımda bir dəqiqə gəl

Gözüm gözündə can verim, bu ölməyin səfası var

Rəfiqü-aşinalərə, salami verdim almadı

Rəfiqi neyləyir o kəs sənə ki ittikası1 var.

HƏZRƏTİ ƏLİ (əleyhis-salam)-ın MƏDHİNDƏ



Məhbubi Xuda, xosrovi bəxşəndə2 Əlidir

Dəryayi əta, gövhəri rəxşəndə3 Əlidir

Əli, ey şəhi xuban, gözəl aduva qurban (2)

***

Göz tikmiş Əlinin əlinə dideyi aləm4

Cənnətdi onun verdiyi kim bəxşişi Hatəm

Heydərdir namaz üstə verən sailə xatəm5

Sultani səxi1, rəhbəri zibəndə2 Əlidir

***

İslamidə şəxsiyyəti mümtazidi3 mütləq

Simayi dirəxşani4 verib xilqətə rövnəq

Hərçəndi başın etdilər mehrabidə münşəqq5

Mehrabi ibadətdə gözəl bəndə Əlidir

***

İsmin də onun ismi-cəlalət qoyub Allah

Qəddində onun dəsti şücaət qoyub Allah

Başinə onun taci vilayət6 qoyub Allah

Allaha vəli,7 həqqə nümayəndə Əlidir

***

Dünyadə yetimlər atası adlanan adil

Rə”fətlə verən qüssəli xatirlərə şadi

Şəmşir ilə sərkub eliyən8 zülmü-fəsadı

Peyğəmbəri islamə bərazəndə9 Əlidir

***

Zeynəbdə təcəlla elədi10 məntiqi Heydər

Şəni elədi vəqti Məsihiylə müsəxxər11

Hər yerdə süxən eylədi ağavü-süxənvər12

Mərdüm13 belə fikr eylədi quyəndə14 Əlidir

HƏZRƏTİ MƏSUMƏ ƏLEYHA SƏLAMDAN NƏQL OLUNAN HƏDİS


1. Həzrəti Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccad (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimə və Səkinədən, onlar da Fatimeyi Zəhranın (salamullahi əleyha) qızı Ümmü-Külsumdan, o da anası Fatimədən (salamullahi əleyha) belə nəql etmişdir: “Siz Qədir-Xumda Rəsulullahın buyurduğu “Mən hər kimin mövlasıyamsa (mövla–rəhbər, ixtiyar sahibi), Əli də onun mövlasıdır” hədisini, habelə, o həzrətin Əliyə xitabən buyurduğu “Sənin mənimlə münasibətin Harunun Musa ilə olan münasibəti kimidir” sözlərini yaddan çıxartdınızmı?”

2. Həzrəti Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccadın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimədən, o da həzrət Əli (əleyhis-salam)-ın qızı Zeynəbdən (salamullahi əleyha), o da Fatimeyi Zəhradan (əleyha-salam) belə nəql etmişdir: “Həqiqətən hər kəs Ali Mühəmmədin (Peyğəmbər övladlarının) məhəbbəti ilə dünyadan getsə, şəhid kimi dünyadan getmişdir.”

3. Həzrəti Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccad (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimədən, o da həzrət Əli (əleyhis-salam)-ın qızı Zeynəbdən (salamullahi əleyha), o da Fatimeyi Zəhra (salamullahi əleyha)dan, o da Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql etmişdir: “Məni asimanlara doğru apardıqları vaxt behiştə daxil oldum və orada ağ və həlqə şəkilli dürlərdən qurulmuş bir qəsr gördüm, qapısı dür və yaqutla zinətləndirilmiş, qapısından bir pərdə asılmışdı. Başımı qaldıranda gördüm ki, belə yazılıb: “La ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyul-qövm”, yəni “Allahdan başqa heç bir məbud yoxdur, Mühəmməd Onun rəsuludur, Əli xalqın ixtiyar sahibi (və rəhbəri)dir.” Pərdədə isə belə yazılmışdı: “Bəh-bəh! Kim Əlinin şiələri kimi ola bilər?!” Daxil oldum, içəridə qırmızı və həlqə şəkilli əqiqlərdən düzəldilmiş bir başqa qəsr vardı, gümüş qapısı yaşıl zümrüdlərlə zinətləndirilmişdi. Onun da qapısından pərdə asılmışdı. Başımı qaldırdım, gördüm ki, qapıda belə yazılıb: “Mühəmməd Allahın rəsuludur, Əli Müstəfanın canişinidir”. Pərdədə isə belə yazılmışdı: “Əli şiələrinə, onların halalzadə olduqlarını müjdə ver.” İçəri daxil oldum, həlqə şəkilli zümrüdlə tikilmiş daha bir qəsr vardı, belə ki, ondan yaxşısını görməmişdim, qapısı qırmızı yaqutdan idi, lö”lö ilə zinətlənmişdi. O qapıdan da pərdə asılmışdı. Başımı qaldıranda gördüm ki, pərdədə belə yazılıb: “Əlinin şiələri nicat tapanlardır.” Cəbrəildən soruşdum: –Bu qəsr kimə məxsusdur? Dedi ki, sənin əmioğlun və canişinin Əliyyibni Əbitalibindir. Əli şiələrindən başqa insanların hamısı qiyamət günü çılpaq və ayaqyalın məhşərə gələcəklər və hamını analarının adı ilə, Əli şiələrini isə atalarının adı ilə çağıracaqlar. Dedim: –Ya Cəbrəil, nə üçün belə olacaqdır? Dedi: –Çünki onlar Əlini sevirlər, buna görə də halalzadədirlər.”

Çoxlu rəvayət və Quran ayələri də Əli (əleyhis-salam)-ın rəhbər və vilayətinə dəlalət edir, o cümlədən:

Şəksiz sizin rəhbər mövlanız yalnız Allah, Onun Rəsulu iman gətirib rüku halında zəkat verənlərdir.”1 (Bu ayə Əli (əleyhis-salam) namaz qılıb rüku halında öz üzüyünü sailə verəndə nazil olmuşdur.)2

HƏZRƏTİ ƏMİRƏL-MÖMİNİN ƏLİ (əleyhis-salam)-IN ŞƏHADƏTİ


Verilər bu xəbəri nisbət Ümmü-Gülsumə

Mənə qonaq idi Şiri-Xuda, Şəhi-əbrar3

Dürüst etdim4 iki qursu co,5 bir az da nəmək6

Əlavə bir kasa süd gətirdim eyləsin iftar

Atan Əlini, dedi, görmüsən qızım ta hal7

İki xüruşt8 yeyə bir yerdə ey həmidə şüar9

Birin götür buların! İstədim duzu götürəm

Dedi bu kaseyi-şiri10 götür qızım, zinhar11!

Əli ləziz təamı12 nə növ13 meyl eləsin?

Hesabını çəkəcək Kirdigar14 yövmi-şümar!15

Qərəz, İmam iki lüqmə təam meyl elədi

Namaz başladı rüknü-səlati-Maliki-Barr1

Qılıb namaz gəhi səhni xaliyə2 çıxdı

Nücumə3 eylədi gəh çeşmi həsrətilə nəzar4

Baxıb göyə dedi: Səddəqtə5 ya RəsulAllah!

Nişan verir ölüm asarı6 sabitü-səyyar7

Dedim: baba, niyə vəhşətdəsən, nə var bu gecə?

Çox iztirabdasan, qıl qəmin mənə iş”ar8

Buyurdu: Bu gecəni Müstəfa veribdi xəbər,

Tülui-sübhidə9 var çox mühüm bir xəbər

Deyib bunu yenə ibadətə oldu məşğul

O qədər ibadət edib sübhə qaldı bir miqdar

Durub ayağa eylədi atam vüzui-təcdid10

Xiyal edibdi11 gedə məscidə şəhi-əbrar

O dəm kəmər qapı qüllabəsində bənd oldu

Açıldı bəndi-kəmər, çəkdi ahi-atəşbar12

Kəmali-vəhşət13 ilə şahi-din kəmərbəndi

Götürdü, bağladı, la hövl14 eylədi təkrar

Buyurdu: bağla Əli, ölməyə belin möhkəm

Fəraq başa yetibdi, yaxındı vəsli-nigar15



***

Var idi bir neçə mürğabi16 səhni-xanədə

Onlar da daməni-mövlayə1 vəsl edib minqar2

Zəbani-hal ilə guya deyirdilər: getmə

Olubdu qətlivə amadə3 düşməni xunxar4

Əlini Kufədə qoy, Kərbəladə oğluna bax

Vidayi-şahi-şəhidanın əcəb şadimani5 var

Çıxıb vəliyyi-Xuda xanidani-izzətdən6

Olubdu məscidə miri-ənar,7 rəhsipar8

O gecə məscidi Kufənin qəribə aləmi var

O yerdə cəm idi yeksər mühacirü-ənsar

Biri dua, biri Quran tilavət eyləyirdi

Demə haman gecə yatmışdı bir nəfər dəyyar9

Namazi-şəb10 qılan, Allaha kəşfi-raz eləyən11

Nə haldaydı? Ona yoxdu taqəti-qoftar12

Çadır qurulmuşdu, etikaf13 edən vardı

İbadət etməyə məşğul idi təmami-əhrar14

Yazırlar qurmuş idi bir çadır da Quttamə

Özünü mötəkifə15 eyləmişdi ol qəddar

Bunlar bu yanda, Əli qətlinə edib iqdam

O yan tərəfdə Əli dilşikəstə hüzzar16

Kəmali-şövq ilə mehrabi-taətə17 keçdi

Üzün qibləyə döndərdi qiblətül-əxyar18

İmam nafileyi-sübhə eyləyəndə şüru1

Açıldı babi-səma,2 götürdü pərdəni Səttar3

Göyün mələklərinə əmr edib: yer üstə baxın,

Görün vəliyyim edir can, nə rəğbət ilə nisar!4

Əlini cəzbeyi-eşqi-Xuda5 edibdi məczub6

Şikəstə qəlbi olub hübbi-Həqq7 ilə sərşar8

Veribdi xatəmə üç rüknə, rüknü-əsli-salat9

Qoyubdu səcdəyə baş, qütbü-nöqteyi-pərgar10

Qılıc əlində Muradi11 kəmin edib nagah,12

Xudadan etmədi şərmü-həya, ol kani-nigar

Əbu Turab başını səcdədən götürdü vəli,

Qalaydı səcdədə ey kaş, İmami-əşki-vüqar

O endirir qılıcı, Mürtəza başın götürür

Təsadüf eylədi13 fərq ilə tiği-kin,14 naçar

Bölüb əmmaməni, baş parçalandı, qan axdı

Edib başından axan qan mühasinin15 gülnar16

Həvadə başın açıb Cəbrəil səsləndi,

Dedi: hidayətin ərkanı münhədim oldu17

Boyandı qanə namaz üstə Heydəri Kərrar

Əflakidən1 gəlir səs: Şahi-vilayət öldü!

İslamə yetdi sədmə, elmü-ədalət öldü

Yer-göy gəlib nəvayə, ağlarlar Mürtəzayə

İslama yetdi sədmə,2 dinü-şəriət öldü



***

Bir kimsə ki, var idi şəxsiyyəti-cəhani3

Hər kəlmə həqq sözündə min hikmətü-məani4

Mehrabidə töküldü dəsti-sitəmlə5 qani

Haqqü-həqiqət öldü, ruhi-səadət öldü

***

Nəhcül-bəlağəsindən məfhum olan həqayiq6

Dünya boyu cahanda nahəqqü-həqqi fariq7

Fövqi-kəlami-məxluq, duni-kəlami-Xaliq8

Din öldü, daniş9 öldü, nami-fəzilət10 öldü

***

Gizlətdi əbri-xunin,11 simayi-aftabi12

Zülmət cahanı tutdu, bağlandı elm babı

Çəkdi turabi-tirə,13 ağuşə Bu Turabı

Babi-məcaz14 açıldı, ruhi-həqiqət öldü

***

An radmərdi-tarix, an rəhbəri-səadət15

Bəs ki16 qəzavətində göstərdi çox ədalət

Ta şiddəti-ədalət tövlid edib1 ədavət

Öldürdülər Əlini, billah, ədalət öldü

***

Şəxsiyyətin olsaydı gər2 xarici vücudi

Şəkli-Əlidə mütləq məri3 olardı budi4

Ərzi-qəriyyə olsun, Rəbbüs-səma dürudi5

Orda yatan, ölən gün, cudü-səxavət6 öldü

***

Xak ilə zər7 Əlinin yeksan idi gözündə

Xəlq olmadı nəziri, manəndi8 yer üzündə

Hər xeyrə əmr edibdi mövcud idi özündə

Tapdı Əli şəhadət, cudü-səxavət öldü

***

Müstəcmiü-sifati-ziddeyn9 idi o mövla

Mehrabidə duranda mir”ati-zöhdü-isar10

Meydani-rəzmigəhdə11 şiri-süfufi-iycar

Şir öldü, sövlət12 öldü, nami-şücaət13 öldü

***

Başdan qılıclananda ol radmərdi-aləm

Oldu bu şeş cihatın1 nəzmü-nizamı bərhəm2

Baş verdi sübhü-sadiq, kəşf oldu razi-mübhəm3

Azadəgi,4 fütüvvət,5 zöhdü-ibadət öldü

***

Yerdən ucaldı ərşə fəryadi-va-Əliyya!

Bu səsləri eşitdi, Zeynəbi-Sitri-Ülya

Qaldı nə halə bilməm tövzihə yoxdu yara6

Səsləndi od üzündə mehrü-ütufət7 öldü

***

Ağlar göz ilə gəldi, ərz etdi Müctəbayə

Övza8 da münqəlibdir,9 yer-göy gəlib nəvayə

Dur gör nədir bu səslər, nə gəldi Mürtəzayə?

Biz səs gəlir deyirlər: Şahi-vilayət öldü!

Behişt ki, eşidibsən, Əli vilayətidir10

Əli ədavəti duzəxdi,11 besə darül-qərar12

Xuda cəhənnəmi xəlq eyləməzdi əhli-zəmin13

Göy əhli tək eləsəydi vilayətə iqrar

***

Xəlaiqin1 əməlini vəzn edərlər2 məhşərdə

Əli əməllərə mizandı, faili-muxtar3

Biri əgər səqəleynin4 ibadətin gətirsə

Gedər cəhənnəmə–Əli həqqin eyləsə inkar!

***

Peyğəmbər ilə müvəhhid5 qəbul edər tövhidi

Əli məhəbbəti möminlərə olub meyar

Əli əlaməti-imandır, miri-əhli-yəqin6

Əlidir ayineyi-Həyyü-Qadirü-Ğəffar

***

Əli adına zebəs7 ruhumun əlaqəsi var

Başına dolannam, nə qədər ki ömrüm var

Fəna cahanda Əli 63 il ömr elədi

Bu 63 ili gördü çox əziyyətü-azar

***

Nə zəhmət ilə əziz ömrünü başa vurdu

Dilimdə yoxdu təvan, edəm təmami-izhar8

Keçəndə hicrəti-Tahadən ərbəinə sənə9

Əcəl piyaləsini etdi nuş Heydəri Kərrar

Allaha and olsun ki, hidayət sütunları dağıldı;

Təqva nişanələri məhv oldu,

Allahla insanlar arasında olan möhkəm ip–”ürvətül-vüsqa” nazikləşdi



HƏZRƏTİ İMAM HƏSƏN (əleyhis-salam)-IN ŞƏHADƏTİ


İmam Həsən (əleyhis-salam)-ın müqəddəs vücudu möhkəm, alınmaz bir qala idi ki, şiələr canlarını onun pənahında hifz edirdilər. Müaviyənin o Həzrətin həyatda olduğu zaman faciə törətməyə, zülüm etməyə cürəti yox idi. Buna görə də onun şiələri ilə yaxşı tərzdə rəftar edirdi. Belə ki, Əmirəl-mömin (əleyhis-salam)-ın dostları və şiələri Şama səfər edir, Müaviyə ilə qarşı-qarşıya durub öz söhbətləri ilə həqiqətlərin üstünü açmağa başlayırdılar.

Müaviyə İmam Həsən (əleyhis-salam) kimi böyük bir şəxsiyyətin müqabilində dizə çökdü, Həzrəti özü üçün böyük böyük bir sədd, maneə görüb bu fikrə düşdü ki, onu aradan götürsün. Əks halda heç vaxt özünün alçaq niyyətli əməllərini həyata keçirə bilməzdi. Məxsusən Müğeyrət ibni Şö”bənin təlimi ilə Yəzidin vəli-əhdlik məsələsi onu daha çox maraqlandırırdı. O, nəyin bacasına olursa olsun Bəni-üməyyə sülaləsinin napak, murdar səltənətini möhkəmlətmək istəyirdi.

Müaviyə Həzərti İmam Həsən (əleyhis-salam)-ın vücudundan çox qorxurdu. Çünki, sülhün şərtinə əsasən Müaviyə öldükdən sonra xilafət İmam Həsən (əleyhis-salam)-a çatmalı idi. O, bundan çox nigaran idi ki. O zaman İmam Həsən (əleyhis-salam)-ın 48, Müaviyənin isə 68 yaşı var idi. Buna görə də qərara gəldi ki, həzrəti zəhərləsin. Bu məqsədlə Həzrətin həyat yoldaşına (o, Əşəsin qızı idi) çoxlu pul vermək, onu oğlu Yəzidə almaq kimi yağlı vədələr verərək aldadıb İmam Həsən (əleyhis-salam)-ı zəhərləməyə məcbur etdi. Cödə bu işi gördükdən sonra Müaviyə pul verdi, amma onu Yəzidə almaq vədəsindən imtina edərək kinayə ilə dedi: “Mən oğlumun həyatına çox əhəmiyyət verirəm!”

Göz bu hali zarə bax amandı Zeynəb

Dil oldu parə-parə bax amandı Zeynəb

***

Dur indi bülbül ayrılır çəməndə güldən

Anam bacı göz aç gedir əzizün əldən

Dur eylə çarə, bu biqərarə

Tez al bacı can, məni kənarə

***

Bu qədri yatma aç gözün amandu bacı

Üzümə göz yaşım, nə gör rəvandu bacı

Sudan dolubdu ağzıma, nə qandu bacı?

Gedib qərarım, var intizarım

Dəxi əlimdə yox ixtiyarım



***

Sənə çətindü çox bacı, mənim fərağım

Kəsildi tabü-taqətim, dur ol dayağım

Alışdı səmmi zəhridən, dilim-dodağım

Bacı bu halə, dur eylə çarə

Bu sərvi-qəddim, dönüb hilalə



***

Solub səmumi zülmidən, gülüm çəməndə

Bu zəhr tabi qoymadı, dəxi bədəndə

Dilü-dəhanə qan dolur, nəfəs çəkəndə

Dur bax bu halə, nə növ”i zillət

Verib bu zarə bu bəd cəmaət



***

Nə vardu səbrü-taqətim, nə ixtiyarım

Düşüb dəxi o aləmə mənim güzarım

Gedibdü səmmi zəhridən, bacı qərarım

Dur ey həzinə, bu qövmi-kinə

Qoyubdu həsrət, bu məh cəbinə



***

Nəfəs kəsildi, xuni-dil gedibdü əzbəs

Nə vardu yarü-yavərim, nə vardu bir kəs

Oyan bu xabi-nazidən, səsimə ver səs

Çəkim bəyanə, qəmi-zəmanə

Dur bax bacı bir, ləbimdə qanə



***

Tükəndi ömrüm ey bacı, bu binəvayə

Tərəhhüm et, bu bikəsi yetir dəvayə

Çağırgilən Hüseynimi, gələ harayə

Gözüm qan ağlar, gələ o sərdar

Ola bu gündə, mənimlə qəmxar



***

Başuva qəmli bacı sən, qaramı bağla

Şərari dudi ahilə, cahanı dağla

Qəm etmə barı Tutiya, əzamı saxla

Qəm eylə təhrir, be hali dilgir

Qəmü-məlali, sən eylə təqrir




Ey Müctəbanın qəm günü qəmxari Zeynəb (2)

Az qaldı solsun ömrümün gülzari Zeynəb (2)

***

Od tutdu yandı zəhr ilə bu cismü-canım

Az qaldı dünyadən gedəm, ey mehribanım

Nazilə rahət yuxlama getdi təvanım1

Dur gör bu zülmilə solan rüxsari Zeynəb


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə