ƏHLİ-beytiN (ƏleyhiMÜs-salam) matəMİNDƏ MƏRSİYƏLƏR, ŞE`RLƏR, XÜTBƏLƏr toplayan m. ƏLİzadə



Yüklə 3,87 Mb.
səhifə4/15
tarix18.05.2018
ölçüsü3,87 Mb.
#44618
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   15

***

Dur ver xəbər qardaşlarım imdadə gəlsin

Yalqız Hüseynim baş açıb fəryadə gəlsin

Nəhr üstə ətşan can verən səqqa də gəlsin

Eylə xəbərdar İtrəti Əthari Zeynəb

***

Bir cür”ə su içdim bacı düşdüm əyaqdan

Dur sil bacı qan qətrəsin bu gül dodaqdan

Dəsti cəfa gül tək məni dərdi budaqdan

Qaldı bu zarın məhşərə didari1 Zeynəb

***

Zəvvar uzaqdan həlqeyi matəm qurarlar

Gözlərdə yaş qəbrim kənarında durarlar

Öpsə mazarimdən biri qəmçi vurarlar

Göz yaşın eylərlər üzarə cari Zeynəb

***

Axər nəfəsdə eylərəm bacı vəsiyyət:

Nazın özüm tək Qasimin çək etmə qəflət

Kərbübəladə nuş edər cami şəhadət

Qanilə rüxsari olar gülnari Zeynəb

***

Məndən sonra gəlmə bacı şurü-nəvayə

Eylə zəxirə göz yaşın Kərbübəlayə

Düşmən vuranda Qasimin başın cidayə

Əşgilə doldur dideyi xunbari2 Zeynəb

***

Narahət olma göz yaşın döndərmə seylə

Yandı vücudim qəlbimi yardırma beylə

Doğrandı əkbadım3 bacı təşt hazır eylə

Ey bu cəhanda dərdü-qəm bimari Zeynəb

***

Ağlar “Kərimi” göz yaşın eylər rəvanə

Bəzmi əzadə Qumri tək başlar təranə

Bir etiqadiylə gəlib bu asitanə

Ünvan edib bu yazdığı əş”arı Zeynəb

MƏHƏRRƏM AYI

Məhərrəmdir, xanım Zeynəb əzası

Bizi səslir Hüseynin Kərbəlası

Daha zəvarinin yox səs-sədası



***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Çağır Şahi Nəcəf gəlsin hərayə

Cihad ilə açaq yol Kərbəlayə.

Əlinin Zülfüqari dadə çatsın

Hüseyn qurbanları gəlsin Minayə.

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Cihad meydanıdır, millət dayansın

Müsəlman xabi-qəflətdən oyansın,

Ucalsın nə”reyi Allahu Əkbər,

Gərək kafər cəhənnəm içrə yansın.

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Gəlib qeyrət günü, himət zəmani,

Ucaldaq başda Azərbaycani.

Gedək Səddam kafər ilə cihadə,

Yıxaq bu bimürvət ev yıxani.

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Hüseyn zəvarinin qurtardı səbri,

Qıraq bu qurdları, kaftarı, bəbri.

Açaq yol Kərbəlaya, Kazimiyyə

Çəkək ağuşa o şeşguşə qəbri.

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Gərək din olmasa, dünyayi atmaq

Şərəf, izzətli bir dünya yaratmaq.

Səadətdir Hüseyn qurbanları tək

Şəhadətlə liqailləhə çatmaq.

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Müsəlman səf çəkib də”vayə gəlsin,

Çağır Əbbasi tasuayə gəlsin

Qızı Zeynəb özü sahib əzadır,

Çağır Zəhrani Aşurayə gəlsin.

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Ana! Oğlun şəhid oldu, mübarək

Şəhadətlə səid oldu, mübarək

Ümid çətin tapdın da səndən

Cəhənnəm naümid oldu, mübarək.

:

İMAM HÜSEYN ƏLEYHİSSALAMIN ŞƏHADƏTİ



“Həqiqətən İslamın meydana gəlməsi Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ilə, qalıb davam etməsi isə Hüseyn (əleyhis-salam) ilədir.”

İmam Hüseyn (əleyhis-salam) buyurur: “Əgər Mühəmməd (əleyhis-salam)-ın dini mənim qətlimdən başqa bir şeylə qalmazsa, onda ey qılınclar, tutun məni!”

Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) İmam Hüseyn (əleyhis-salam)-ın şəhadəti barəsində belə buyurmuşdur: “Həqiqətən İmam Hüseyn (əleyhis-salam)-ın şəhid olması ilə möminlərin qəlbinə bir iman odu–hərarət düşər ki, bu da heç vaxt sönməz.”

İmam Rza əleyhis-salam buyurmuşdur: “Ey Rəyyan, əgər bir faciə üçün ağlamalı olsan, Əlinin oğlu Hüseyn ücün də ağla, çünki əməvilərin əli ilə o həzrətin başını qoçun başını kəsən kimi kəsdilər və onunla birlikdə İmamın əhli-beytindən 18 nəfər şəhadətə yetirildi.”

İmam əleyhis-salam belə buyurdu: “Ey Aşuranın yasını saxlayanlar, əgər bilsəydiniz ki Allah-Taala sizin saxladığınız yasın əvəzində sizin üçün nə qədər nemətlər hazırlayıb, sevinciniz kədərinizdən çox olardı.”

İmam əleyhis-salam buyurub: “Hər kəs Hüseynə ağlasa, yaxud başqasını ağlatsa və yaxud başqaları ilə birlikdə Hüseynin yasını saxlasa, behişt ona vacib olar.”

İmam Riza əleyhis-salam buyurdu: “Hər kəs Hüseynə ağlasa və yaxud düşmənlərimizin biz Əhli-beytə qarşı etdikləri müsibətləri danışaraq başqalarını ağlatsa, Allah-Taala onu qiyamət günündə bizimlə birlikdə (bizim zümrəmizdə) məhşur edəcəkdir.”

İmam Hüseyn (əleyhis-salam) şəhid olduqdan sonra o həzrətin kəsik boğazından belə bir səs eşidildi: “Ey mənim şiələrim, hər vaxt sərin su içsəniz, məni yada salın; bir şəhiddən, yaxud qəribdən söz düşəndə məni yada salıb ağlayın.”

“Həqiqətən Hüseyn hidayət çırağı, nəcat gəmisidir.” İbni Həcər başqa bir yerdə belə bir hekayət nəql etmişdir. Cəbrəil Peyğəmləri Əkrəmə xəbər evrdi ki, sənin ümmətin onun öldürəcəklər

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dedi: Mənim övladımı?

Cəbrail cavab verdi: Bəli sizin övladınızı və əgər istəyirsən onu şəhid olduğu ölkəni sizə göstərim. Sonra Tiff (Kərbəlanın başqa bir adıdır) diyarına işarə etdi, və oradan qırmızı rəngli türbət gətirdi və Rəsuli Əkrəmə göstərib dedi: Bu torpaq sənin övladın olan Hüseyn (əleyhis-salam)-ın şəhadət olnduğu yerin torpağıdır.

Bu qəbildən çoxlu rəvayətlərdən sünnü qardaşların Səhih və başqa sənədlərində gəlmişdir, və aşkar şəkildə elan edirki Kərbəla diyarı Rəsulullahın nəzərindən Əmirəl-möminin və islam hədisçiləri nəzərində məşhəd (şəhadət yeri sırasındadır və ehtirama layiqdir. buranın pak və mütəhhər türbəti imtiyazlara malikdir.) İslamın başqa rəvayətlərdə gəlmişdir ki, Peyğəmbər əkrəm Kərbəla torpağını iyləyən zaman sonra o, müqqəddəs torpağa göz yaşı axıtdı və buyurdu: Xoş olsun onun türbətin halına


MƏHƏMMƏD HƏNƏFİYYƏ İMAM HÜSEYN (əleyhis-salam)-IN HÜZURUNDA
İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “İmam Hüseyn (əleyhis-salam) Kufəyə yola düşmək istədiyi gecə Məhəmməd Hənəfiyyə o həzrətin hüzuruna gəlib dedi: “Qardaş, sən əvvəllər Kufə əhalisinin atamıza və qardaşımıza qarşı etdikləri məkr və hiyləni görmüsən. Qorxuram sənə də qarşı belə etsinlər. Əgər Məkkədə, Allahın əmin-amanlıq hərəmində qalsan, hörmətli, əziz olacaqsan. Məkkədə heç kimin səninlə işi olmaz.

İmam (əleyhis-salam) buyurdu: –Qorxuram ki, Yezid məni elə Məkkədə şəhid etsin, buna görə də istəmirəm ki, mənə görə Kəbə hərəmində hörmətsizlik olsun. Məhəmməd dedi: –Belə isə Yəmənə, yaxud da səhralara get, bu halda heç kim səni tapa bilməz.

İmam (əleyhis-salam) buyurdu: –Gərək bu barədə fikirləşəm.

Səhər açılanda həzrət buyurdu: –Dəvələri yükləyin.

Bu xəbər Məhəmməd Hənəfiyyəyə çatanda taqətsiz halda gəlib, qardaşının dəvəsinin yüyənindən yapışaraq dedi: –Qardaş, mənə söz vermişdin ki, bu iş barəsində fikirləşəsən, bəs nə üçün bu tezlikdə səfərə çıxırsan?

İmam (əleyhis-salam) buyurdu: –Sən gedəndən sonra Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənim yanıma gəlib, buyurdu: “Ey Hüseyn, (Məkkədən) çölə çıx, Allah istəyir ki, səni Öz yolunda öldürülmüş halda görsün.”

Məhəmməd Hənəfiyyə dedi: –İndi ki, bu məqsədlə gedirsən, onda əhli-əyalı niyə özünlə aparırsan?

Həzrət (əleyhis-salam) buyurdu: –Allah istəyir ki, onları əsir olmuş halda görsün.

Məhəmməd Hənəfiyyə ağlar halda İmam (əleyhis-salam)-la vidalaşıb qayıtdı.

Həmzət ibni Ə”yən İmam Sadiq (əleyhis-salam)-dan soruşdu: “İmam Hüseyn (əleyhis-salam) İraqa tərəf yola düşəndə, hansı səbəbə görə Məhəmməd Hənəfiyyə ondan ayrıldı?

İmam Sadiq (əleyhis-salam) buyurdu: “Mən sənə bir söz deyim, daha bu barədə heç nə soruşma: İmam Hüseyn (əleyhis-salam) İraqa yola düşərkən, bir kağızda belə yazdı: “Bismillahir rəhmanir rəhim. Bu məktub Hüseyn ibni Əlidən Haşim övladlarınadır, (bilin ki) həqiqətən hər kəs mənə qoşulsa, şəhid olacaq, hər kəs də məndən ayrılsa, nicat tapmayacaq. vəssalam.1
ÜMMÜ SƏLƏMƏ İMAM HÜSEYN (əleyhis-salam)-IN HÜZURUNDA

İmam (əleyhis-salam) hərəkətə başlamazdan əvvəl, Ümmü-Sələmə (Peyğəmbərin arvadı) onunla görüşüb ona dedi: –Ey Peyğəmbərin nəvəsi, İraqa tərəf yola düşmək barədə qəm-qüssə yemə. Mən sənin cəddin Peyğəmbərdən eşitmişəm ki, buyururdu: “Oğlum Hüseyn İraqda, Kərbəla adlı bir yerdə şəhadətə çatacaqdır.” Mən şüşədə sənin qətlgahının pak türbətindən bir ovuc saxlamışam. Onu Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənə vermişdi.

İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Mehriban ana! Mən bilirəm ki, öldürüləcəyəm və düşmənlər zülm ilə başımı bədənimdən ayıracaqlar. Allah istəmişdir ki, mənim ailəmi qovulan halda, uşaqlarımı öldürülmüş, ya əsirlik zəncirlərinə giriftar olan halda, zülm zəncirləri ilə dartılıb aparılaraq ondan-bundan pənah axtarıb heç bir sığınacaq tapmadıqları halda görsün.

Ümmü-Sələmə heyrətlə soruşdu: –Əcəb! Öz ölümün barədə yəqinin olan halda, necə İraqa yola düşürsən?

İmam (əleyhis-salam) buyurdu: –Anacan! Əgər bu gün getməsəm, sabah getməliyəm və əgər sabah getməsəm, gərək birisi gün gedəm. Ölümdən qaçıb qurtarmaq mümkündürmü?

Allaha and olsun, mən şəhadətə çatdığım günü, dəqiqəni, dəfn olunduğum yeri görürəm və bu məsələ barədə səni tanıdığım qədər agahlığım vardır. Kərbəla diyarına sənə baxdığım kimi baxıram. Ana, əgər istəyirsənsə, özümün və dostlarımın yerini sənə göstərim.

Ümmü-Sələmə bunları görmək istədiyini bildirdi, İmam (əleyhis-salam) da özünün və dostlarının məzarını ona göstərdi.1 Sonra öz pak türbətindən bir az götürüb, Ümmü-Sələməyə verib buyurdu: –Bunu şüşədə saxla, hər vaxt qana dönsə, bil ki, mən şəhadətə çatmışam.

Aşura günü günortadan sonra Ümmü-Sələmə gördü ki, hər iki şüşədəki türbət qana dönmüşdür2.

İMAM HÜSEYN (əleyhis-salam)IN ŞƏHADƏTİ

Saldı Hüseyn cəhanə, qovğayi inqilabi (2)

Qaniylə etdi rəngin, simayi inqilabi (2)

***

Tərk etdi həsrət ilə, Peyğəmbərin məzarin

Həm qəbri Müctəbanı, həm Fatimə kənarın

Üz qoydu Kərbəlayə, tərk etdi öz diyarın

Ta gəldi məskən etdi, səhrayi inqilabi

***

Gördü Yezidi tutmur, Allahı heç nəzərdə

Ehsas edibdi Quran, var mərəzi xətərdə3

Musayi dəhri4 getdi, Firon ilə nəbərdə5

Doldurdi cilvəsindən simayi iinqilabi

***

Səhrayi Kərbəladə, bərpa edib xəyamın6

Yetmiş nəfər mücahid, dövrün alıb İmamın

Bir-bir dedi o qövmə, bərnameyi qiyamın7

İçirtdi Əhli-Beytə şəhdayi inqilabi

***

Ərz eylədi İlahi, tövfiqi ver Hüseynə

Yetmiş iki fədani, qurban verim bu dinə

Üz Kəbədən çevirdim, gəldim bu sərzəminə1

Ta bildirəm cəhanə, mənayi inqilabi

***

Mən etmişəm iradə, səhrayi Kərbələdə

Quranü-din yolunda, başım gəzə cidadə

Ya səbri ver Hüseynə, hər möhnətü-bəladə

Ya tez çıxart başımdan sövdayi inqilabi

***

Mülkü-əyalü-malım, yeksər Sənindir ya Rəb

Əbbasü-Ovnü-Fəzlü, Cəfər Sənindir ya Rəb

Qasim, Əliyyi Əkbər, Əsğər Sənindir ya Rəb

Cəm etmişəm bu dəştə şurayi inqilabı

***

Bilməz Bəni-üməyyə, Quran nədir İlahi

Quran müqabilində baş-can nədir İlahi

Cananə candan artıq, Quran nədir İlahi

Qandan yazar mücahid suğrayi inqilabi

***

Əl vermərəm Yezidə, düşə əlim biləkdən

Mümkün deyil İlahi, eşqin çıxa ürəkdən

Sancılsa ox ürəkdən, rədd eylərəm2 kürəkdən

Balinimə3 gətirrəm, Zəhrayi inqilabi

***

Mən varisi Xəliləm, bu Kərbəla Minadi

Zinət verən bu dəştə yetmiş iki fədadi

Bu sərzəmin Hüseynə, çoxdandı aşinadi

Gözlərdi xəlq olandan mövlayi inqilabi

***

Ağlar “Kərimi” daim, saxlar əza Hüseynə

Növhə deyər sızıldar sübhü-məsa4 Hüseynə

Hətmən keçər günahın yeksər Xuda Hüseynə

Var təb”i atəşini şivayi inqilabı5

QURAN OXU SƏN



Quran oxu sən, natiqi Quransan Hüseynim

Bilsin hamı Quranivə qurbansan Hüseynim

***

Aramımı aldı sitəmi əhli nifaqın

Amma bu keçən şəblərə sər saldı fəraqın

Çox başüvə müştaq idim dil əfsus saraldın

Tutsun dedilər Xuliyə mehmansan Hüseynim

***

Gəl nizədə Quran oxu sən, surəbəsurə

Gah döndərirsən mətbəxi Musa kimi nurə

Gahi qoyursan gül üzivi künci tənurə

Gah nuki cidadə məhi tabansan Hüseynim

***

Qol bağlı çəkərlər məni hər şəhrü-diyarə

Hər yerdə vurarlar yaralı başivə yarə

Çarəm kəsilib eylə Hüseyn, dərdimə çarə

Biçarələrin dərdinə dərmansan Hüseynim

***

Allah Özü rüsva eləsin ibni Ziyadı

Övladi Rəsulə qoyub o xarici adi

Başun qabağıyca çöküri qari Minadı

Quran oxu bilsinlər müsəlmansan Hüseynim

***

Gər versələr başın öpərəm bir də üzündən

Silləm o tənurun külünü qanlı gözündən

Xuli eliyən zülmü xəbər allam özündən

Ehsas edərəm hali pərişansan Hüseynim

***

Ol dad edirəm var bacuvin bəndi tənabı

Ya Şümri vuran qəmçilərin çoxdu əzabı

Amma deyirəm Zeynəbivin çoxdu əzabı

Sən peykəri, ya qeyrəti Yəzdansan1 Hüseynim

***

Mən şahi vilayət qızıyam duxti Əliyəm

İsmətdə nümayəndeyi Zəhrayi Bətuləm

Bu zülmi cəfadəndən Hüseyn cani məluləm

Mən naqədə, sən nizədə nalansan Hüseynim

***

Ey kaş, anam Fatimə gəlsin bu diyarə

Etsin özü öz bəslədiyi barə nəzarə

Başüvə rəvadır vuralar bir belə yarə

Gülşəndə solan gül kimi xəndansan Hüseynim

***

Bax gör necə bir halı pərişandı Ruqəyyə

Zəcri sitəmi cövridə odlandı Ruqəyyə

Həm xəstədi, həm acdı, həm ətşandı Ruqəyyə

Al könlünü, qəmxari yetimansan Hüseynim

***

Qardaş bu həmən şəhridi Zeynəb sənə qurban

Hər övrətin halını soruşdum məni nalan

Bir ömri oleydi mənə fəxriyyə sənə xan

İndi mənim əhvalimə giryansan Hüseyim

***

Asi “Kərimi”nin əli boşdur üzü qarə

İstər gələ bir ol şeş guşə məzarə

Bəlkə gələ qəbrindən ala dərdinə çarə

Məhşər günü sən şafei üsyansan Hüseynim

Qurani Kərim buyurur: “Hər kəs məzlumcasına qətlə yetirilsə, Biz onun üçün vəli (intiqamçı, qisasçı) qərar verərik və o da qisas hökmündə israfçılıq etməsin, həddi aşmasın. Həqiqətən o, (qətlə yetirilən) nüstətə yetmişdir.” Bəni üməyyə İmam Hüseyni zülm ilə qətlə yetirdi, amma hələ də onun qisası alınmayıb. Hədislərdə var ki, onun, həmçinin Xanım Fatimənin intiqamını İmam Zaman (əleyhis-salam) zühur edib kafirlərdən alacaqdır.


HƏZRƏT İMAM HÜSEYN (əleyhis-salam)-ın ŞƏHADƏTİ

Dəftəri imtəhanidə1 kəlmeyi-ibtida2 Hüseyn

Pirəhəni-bəla3 geyib zinəti-övliya4 Hüseyn

Məş”əli-səbri5 yandırıb fövci-bəlanı6 sındırıb

Gəldi dilə bəla özü söylədi: mərhəba Hüseyn!

***

Ərseyi-Kərbəladə7 çün açdı bəla büsatini

Böldü ayırdı nurilən zülmətin ixtilatini2

Pozdu, dağıtdı zalimin süfreyi-inbisatini3

Məsdəri-hökmə4 müstəqim5 artırıb irtibatini6

Ta ki vəfayi-əhdinə Həqdən ala riza7 Hüseyn



***

Ləm”əbələm”ə8 nur enir Musiye-əsr-Turinə9

Mülhəq olur10 o nurilər yerdə Hüseyn nurinə

Əhli-səma nüzul edər11 zibhi-əzim12 hüzurinə

Də”vət edərlər Həzrəti Həzrətin öz qüsulinə

Mənsəbi-iftixar edər hər birinə əta Hüseyn



***

Saxlayıb əldə kufiyan13 deşnələri14, bıçaqları

Ruyi-həvadə15 səf çəkib göydən enən qonaqları

Xeymə səradə müntəzir16 Fatimənin uşaqları

Tayifeyi-əcinnənin17 qeybidə ağlamaqları

Doldurub hər tərəfdən ol dəşti sədayi “ya Hüseyn!”



***

Mahi-məhərrəmin18 onu yovmi əzayi aşiqan19

Gün tutulub həva dönüb qara yel əsdi yağdı qan

Dağ-daşa düşdü zəlzələ, gəldi təlatümə cahan

Verdi yer əhlinə xəbər hatifi-qeybi1 nagəhan2

Sübbiğə biddima Hüseyn qütilə bi Kərbəla Hüseyn3



***

Nə”şi İmam idi gərək həml olunaydı4 göylərə

Ta ki yetəydi ərşidə rö”yəti-Həyyi-Davərə5

Sadir olaydı izni-Həqq dəfnə o pak peykərə6

Gördü müqəttəat7 olub cismi-Hüseyn düşüb yerə

Hökm yetişdi olmaram gəlməyivə riza Hüseyn



***

Nuri-cəmali-Kibriya,8 açdı niqabi-təl”əti9

Qıldı əhatə-məqtəli10 Kə”beyi-mənəviyyəti

Ruhi-müqəddəsi-Hüseyn tapdı liqayi-vəhdəti11

Zati-Rəhimidən ələ aldı çiraği-rəhməti

Sahəti-rəhmətiyyədən12 dərk elədi nida Hüseyn

SƏS GƏLDİ:

Mən bilirəm ki, şadisən, qərqi-bəliyyəsən13 Hüseyn

Xətmi-Rəsulidən mənə töhfə hədiyyəsən Hüseyn

Nəfsi-zəkiyyəsən14 Hüseyn, əbdi-rəziyyəsən15 Hüseyn

Layiqi-təxtü-pərçəmü, taci-əliyyəsən16 Hüseyn

Ruzi-cəza17 başında var əfzəli-xunbəha18 Hüseyn



***

Gərçi bu mərdümi-şəqi1 sındırıb ehtiramuvi

Müntəqimi-həqiqiyəm2 hifz edərəm məqamuvi

Allam özüm bu qövmidən həşridə intiqamuvi

Bəxş edərəm mühibbivi xadimivi qulamuvi

Yazdığın əhdnamənin həqqi olar əda Hüseyn



***

Canını bəzli-yar3 edib çıxdı Hüseyn fəraqətə

Qanını tutdu Cəbrəil, şişeyi-səbzi-Cənnətə4

Ərşidə verdi şişəni xazini-gənci-rəhmətə5

Rəhməti-Həqq o şişədən tabiş edər6 qiyamətə

Möhrü-münəvvəri7 onun “şafeü-mən bəka-Hüseyn”8



***

Xeymeyi-Ümmü-Məbədə9 Xətmi-rüsul edib güzər10

Aldı namaza dəstəmaz həzrəti-Seyyidül-bəşər

Orda dirəxti-ovsəcə11 var idi xüşkü-bi səmər12

Abi-vüzu13 ilən onun rişəsini edibdi tər14

Batini bir nəzər salıb cəddi-kərəm nəma Hüseyn15



***

Gördülər ol dirəxti çün mənəvi bağiban əkib

Rişə atıb qəvilənib16 qəddi sipehrə baş töküb

Yarpaq açıb budaqların bərgi-zümürrüdə17 büküb

Şaxələrində gül açıb miyveyi-sorxqun1 töküb

Bərgilərində nəqş olub: “ya mətərəssəfa Hüseyn”2



***

Ay keçib, il keçib neçə müddəti, ruzigar olub

Əhli-qəbilə meyvəvü-sayədə kamkar olub3

Bir günü gördülər ağac, yeksərə tar-mar olub

Şaxələrində qan damar, yarpağı ləkkədar4 olub

Meyvələri solub düşər, səslənir yerdə va Hüseyn!



***

Tünd yel əsdi, sındırıb rişəvü-qol-budağını

Parçalıyıb səpib çölə kəlləsini, ayağını

Gəldi sədayi səhngin5, titrədib ərşi taqini:

“Fatimənin əzizinin pozdular ittifaqini

Oldu həmin dirəxti tək xeymələri fəna Hüseyn”



***

Əhli qəbilə hər gecə sübhə kimi həzin-həzin

Orda eşitdilər neçə möhtərəm övrətin səsin

Zəccə6 çəkib deyərdilər: vay bala vay Hüseyn Hüseyn!

Cinnü-pəri o məclisin cəm”ən oxurdu növhəsin

Koşteyi-əşqiya7 Hüseyn, vay gülü-Müstəfa Hüseyn



***

Ravi8 deyir o gün Hüseyn, qətlə yetən zəman idi

Beyti-Müqəddəsin çölü tirə qara9 duman idi

Hər ağacın kolun dibi, rişəsi ləxtə qan idi

Hər daşın altda çeşmə tək qırmızı qan rəvan idi

Qətrələri yazıb yerə “qüslühü-biddima”10 Hüseyn



***

Dəfni Hüseynə gəldilər qövmi Əsəd qəbilədən

Ərz elədilər Seyyidi Sacidə: ey şəhi zəman:

İsti su hazır etmişik, sidrü-hənutü-ağ kəfən

Qüslün edək icazə ver, dəfn ola nəhr olan1 bədən

Gün qabağında qalmasın bundan əlavə ta Hüseyn



***

Əhli qəbiləyə dedi, varisi-Seyyidül-bəşər:2

Axı evdə vəfat edib məgər, bu yaralı cənazələr?

Qüsl olunub kəfən geyə, tibqi-rüsumi sərbəsər?3

Siz görürsüz ki doğranıb qanə olublar qutəvər4

Bu dağılan bədənləri Həqqə verib fəda Hüseyn



***

Ağ kəfən istəməz, bu yer Kərbübəla diyarıdır

Sərvəri-əhli-cənnətin, cənnətinin bəharıdır

Sinələr üstə yarələr gülşəni-ətr-baridir5

Qüslləri, kəfənləri qandı, çölün qübarıdır

Qırmızı ləxtədən geyib, peykərinə6 qəba7 Hüseyn



***

Qışda ki qar yağar yerə, torpaq olar sefid qar8

Meyyitə bənzəyər hamı, dərrəvü-dəştü-kuhsar9

Yeksərə ağ kəfən geyər, bağü-derəxtü-nəxlizar10

Sakitü-bi səda qalar, müntəzirani-nobahar11

Misli həmin bəhari ki orda edib bina Hüseyn12



***

Əhli qəbilə bu gecə, getməyin istirahətə

Diqqət ilə baxın görün, kimdi gələn ziyarətə

Qəbriləri təvaf edib növhə deyən cəmaətə?

–Cəddi, atası, qardaşı su səpəcək bu türbətə

Səslənəcəkdi madəri Fatimə, vay balam Hüseyn!



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə