ƏHLİ-beytiN (ƏleyhiMÜs-salam) matəMİNDƏ MƏRSİYƏLƏR, ŞE`RLƏR, XÜTBƏLƏr toplayan m. ƏLİzadə


*** Əlim səni kim oxladı, Yaraları kim, bağladı Nə”şün üstə kim ağladı, Əlim lay-lay, balam lay-lay ***



Yüklə 3,87 Mb.
səhifə6/15
tarix18.05.2018
ölçüsü3,87 Mb.
#44618
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   15

***

Əlim səni kim oxladı, Yaraları kim, bağladı

Nə”şün üstə kim ağladı, Əlim lay-lay, balam lay-lay

***

Mədinədən gətirmişəm, Bu ərsəyə yetirmişəm

Kərbəlada itirmişəm, Əlim lay-lay, balam lay-lay

***

Dərdindən mən cana gəldim, Əfşan zülfün ələ aldım

Göylərə zəlzələ saldım, Əlim lay-lay, balam lay-lay

***

Başuvu qoy dizim üstə, Yatma isti qumlar üstə

Üzüvü qoy dizim üstə, Əlim lay-lay, balam lay-lay

***

Boğazıma dəyən oxdur, Yazlsa hamıdan çoxdur

Xəcalətəm südüm yxdur, Əlim lay-lay, balam lay-lay

Bağlanıbdır su yolu, ağlama biçarə bala (2)

Çarə yoxdur sinəmi, dağlama biçarə bala (2)

***

İstidir bəs ki, hava isti saraldıb üzüvü

Taqətin yox açasan qanilə dolmuş gözüvü

Vurursan hey əl-ayaq çün itiribsən özüvü

Vurma dırnaq eləmə sinəmi çox yarə bala

***

Bağiban gördü susuzdan, gülü-gülşən saralıb

Laləvü-nəstərənü-jaləvü-süsən saralıb

Əndəlibani-çəmən həsrəti-güldən saralıb

Bülbülüm baxdı düçar oldu gülüm xarə bala

***

Bülbülüm pər vurursan baz edəsən şəhpərivi1

Qoyuram ziri-qümaşə2 balaca əllərivi

Əli qoynunda fələk qoydu yazıq madərivi

Həsrəti dildə baxar həsrəti dildarə bala

***

Çu sitarə3 axırsan, mən də dalınca baxıram

Təşnəsən, can verirsən, mən də ləbətşan baxıram

Qəlbimin şö”ləsinin sinəmə dudin4 yaxıram

Açırsan göz, baxırsan gəh bu diləfkarə bala

***

Mən baxanda yumursan gözlərivi ağlıyısan

Atəşin ahilə qəlbü-sinəmi dağlıyısan

Çeşmə tək əşki-təri gül üzüvə bağlıyısan

Salısan şuri-şərər qəlbi-şərərbarə bala

***

Cam əlində dolanıb əmmələrin xeymələri

Olmadı su xəbəri hər yerə düşdü güzərim

Əyləşən, xeymə gəzən gördü halın var xətəri

Zülflərin aldı ələ saldı başa qarə bala

***

Təşnələblər su deyir çu susuz ahu mələşir

Zikri olmuş nigəran halilə ya hu mələşir

Müztərib vəhşətilə dil dolu tərsu mələşir

Dəstə-dəstə ilişir dami-cəfakarə bala

***

Cigərin suzişinə vardı dodağında güvah5

Qoyusan barmaquvi ləblərivə sinədə ah

Vay mənim bəxtimə oldum necə gör bəxti-siyah6

Gündüzüm zülmət olub, döndü şəbi-tarə1 bala

***

And ola canüvə ey rahəti-dil, nuri bəsər2

And ola sinədəki ahüvə, ey teşnə cigər

And ola gözlərivin əşkini rüxsarə tökər

Getmərəm bir evə bir sayeyi-divarə3 bala

***

Balası oxlanan ahu kimi hər an mələrəm

Elə billəm bələgin gəh açaram, gəh bələrəm

Gül sataşsa gözümə əşgimi gözdən ələrəm

Eylərəm gah sinəmi mən sənə gəhvarə bala

***

Şüəralar4 yazacaq möhnətimi möhnətilən

Növhəxanlar oxuya qəmli səsi möhnətilən

“Qəmkeşin” əldə qələm dəftər ola fürsətilən

Sözləri zinət ola bəzmi-əzadarə bala

GƏL AL QUCAĞIMDAN BU GÜLÜ



Gəl al qucağımdan bu gülü-pər-pəri Zeynəb (2)

Məqsudə çatıb, qanə batıb əlləri Zeynəb (2)

***

Can mürği qucaqimdə olub cənnətə azim5

Hurani-cinan oldu bu qurbanə mülazim6

Atdı beş gün daşın gəhvarə7 nə lazım

Gəhvareyi-gor oldu bunun bəstəri8 Zeynəb

***

Mərdəfkən9 oxa oldu nişan başı üzüldü

Şəbnəm kimi qan qəmzəsi müjganə düzüldü

Güldü oxa həsrət gözü ahəstə süzüldü

Tez bağrıma basdım bu gülü-əhməri1 Zeynəb

***

Tarixidə əllərdə ölən zülmilə çoxdur

Amma quzu qurbanımızın bir tayı yoxdur

Baxsan yarasından bilərsən ox necə oxdur

Nifrin2 eliyərsən ox atan kafəri Zeynəb

***

Şeşmahim olub fövci şəhidanə həmavaz3

Etdi atasın məhfili cananda sərəfraz4

Bu nehzəti-üzmayə5 olub xırdaca sərbaz

Oldu əlimin üstü onun səngəri Zeynəb

***

Bu rəsmidi6 aləmdə tanır gövhəri sərraf

Hardan biləcək ləli-bədəxşan nədi nəddaf7

Çün xübrə deyil8 Hərmələdə olmadı insaf

Sındırdı cəfa ilə gözəl gövhəri Zeynəb

***

Mən qönçeyi-nəşküftəni9 meydanə apardım

Öz gövhərimi məhfili-cananə apardım

Təzriq eləsin qan rəgi-Quranə10 apardım

Allah Özü oldu balama müştəri Zeynəb

***

Zəhra qonağın şövq ilə mehmanlara qoşdum

Ərzəndə11 baha qanı gözəl qanlara qoşdum

İsmaili-şeş mahimi qurbanlara qoşdum

Bildim ki dözər firqətinə Hacəri Zeynəb

***

Hər gün ki “Təqai” ürəyi qanla dolanda

Dərgahizə üz qoyur qəmdən yorulanda

Olmuş mütəvəssil nə olar sizdə olanda

Boş salma yola, sən qapıdan nokəri Zeynəb

Dilsiz balam ətşandı Allah, Allah

Öz dininə qurbandı Allah, Allah

***

Soldu, saraldı güllərim cəfadən

Bir bu qalır gülzari Müstəfadən

Yox bir içim su od yağır həvadən

Bu süd əmər odlandı Allah, Allah

***

Soldu Rübabın qönçeyi muradı

Kam almasın bu leşgəri fəsadı

Etmiş bizə təhrimi iqtisadi1

Su yolları bağlandı Allah, Allah

***

Su istədim bu qövmi bihəyadən

Şərm etmədi əhli cəfa Xudadən

Ox dəydi həlqidən çıxıb qəfadən2

Oğlum susuz Oxlandı Allah, Allah

***

Əhli Əraqın kinədir şüari

Oxlar bələkdə tifli şiri xari3

Əlvan olub alqanilə üzari

Bir gül kimi xəndandı Allah, Allah

***

Ərz eylərik biz ya İmami məzlum

Oxlandı ağuşundə tifli məsum

Bir zülm edib küffariyani başum4

Şümr öz cəfasın dandı Allah Allah

***

Bir ox qoyubdur Hərmələ kəmanə

Etdi Hüseynin Əsğərin nişanə

Min südəmər İranda batdı qanə

Min sinələr dağlandı Allah, Allah

***

Əhd etmişəm səbr eyləyəm bəladə

Yetmiş iki qurban verəm Minadə

Batam qanə bu yolda Kərbəladə

Zeynəb gələ əfqanə Allah, Allah

***

Mən dinimə qurban olan Hüseynəm

Quranə poştiban1 olan Hüseynəm

Mən hamiye Quran olan Hüseynəm

Can bezl edən cananə Allah, Allah

***

Əhli-əyalım, qardaşım, cəvanım

Dinə fəda hətta bu xəstə çanım

Eşqinlə dolmuş püstü-üstüxanım2

Ləbriz olub peymanə Allah, Allah

***

Ya Rəbb behəqqi Xatəmi-Risalət

Eylə vücudin rəhbərin salamət

Eylər “Kərimi” inqilabə xidmət

Bu nehzətə qurbandı Allah, Allah

HƏZRƏTİ QASİM (Ə)-IN ŞƏHADƏTİ

Məhərrəmin 9-cu günü, Tasuanın gecəsi İmam Hüseyn əleyhis-salam səhabələrinə buyurdu ki, hamınız azadsınız, bunların işi mənimlədir, bu halda səhabələrin hamısı dedilər ki, ya Hüseyn, biz səni tək qoyub hara gedək? Eşidənlər bizə nə deyər? İmam Hüseyn (əleyhis-salam) onların vəfalı qaldıqlarını görəndən sonra buyurdu: “İndi ki, belədir, bilin ki, sabah hamınız qətlə yetiriləcəksiniz.” Hamılıqca dedilər: “Əlhəmdü lillah! Bizə belə inayətlər etdiyinə görə Allaha şükür edirik. Bu bizim üçün bir müjdədir, şadlıq və sevincdir.” Bu vaxt məclisin bir küncündə 13 yaşlı bir uşaq oturmuşdu. Adı Qasim ibnil-Həsən. O, öz-özünə fikirləşdi ki, ilahi, görəsən sabah mən də şəhid olacağammı və bu böyük feyz mənə də qismət olacaqmı. Digər tərəfdən də İmam buyurmuşdu ki, sizin hamınız şəhid olacaqsınız. O belə fikirləşirdi ki, mən uşaq olduğuma görə bəlkə də bu söz mənə aid deyil. Əmisinə xitabən dedi: Əmican, mən də qətlə yetirilənlərin cərgəsində olacağammı? Yazırlar ki, İmamın qəlbi riqqətə gildi, onun sualına cavab vermədi, amma soruşdu: De görüm ölüm sənin nəzərində necədir? Cavab verdi: Əmican, baldan da şiirin! Əgər desən ki, sabah sən də şəhid olacaqsan, mənə böyük və xoş bir müjdə vermiş olarsan. İmam buyurdu: Bəli, şəhid olacaqsan, amma ağır və çətin bir dərdə mübtəla olandan sonra. Qasim dedi: Əlhəmdu lillah ki, belə bir hadisə minim üçün baş verəcikdir!

Sabahı gün, Aşura günü, Həzrəti Əliəkbərin şəhadətindən sonra, Qasim İmamın hüzuruna gəlir, həddi-büluğa çatmadığından, silah əndamına uyğun gəlmir, yerlə sürünür. İmama ərz etdi: Əssalamu əleykə, ya Əba Əbdillah! Əmi can, indi mənim növbəmdir, icazə ver, meydana gedim.

İmam dərhal icazə vermədi, ağlamağa başladı. Qasim İmamın əl-ayağını öpməyə başladı. Əmi qardaşoğlu qol-boyun olub ağlamağa başladılar. O icazə almaq üçün israr edir, İmam isə icazə vermir.Yazırlar ki, o ikisi bu səhnədə o qədər ağlaşdılar ki, hər ikisi haldan gedib bir-birindən ixtiyarsız aralandılar. Qasim dərhal ata minib meydana yollandı. Ömər Sədin qoşununda olan ravi deyir ki, bir vaxt gördük ki, bir uşaq ata minmiş, başına dəbilqə yerinə əmamə bağlamışdı. Çəkmələrinin də bağı açıq idi. Bu uşaq sanki ay parası idi. Düşmənlər onun rəcəz oxumasını eşidən kimi hər tərəfdən ona həmlə etdilər, birdən “Əmi can” səsi ucaldı. İki yüz nəfər onun yaralı bədənini dövrələyib biri başını kəsmək istəyirdi. İmam onun başı üstünə gəldi, hamısı qaçmağa üz qoydu, onu öldürmək istəyən məlun öz yoldaşlarının atlarının ayaqları altında paymal oldu. Cənab Qasim yerə yıxılmış, ağrının şiddətindən ayaqlarını yerə vururdu. Bu vaxt İmamın səsi eşidildi: “Mənə nə qədər ağırdır ki, sən öz əmini köməyə çağırasan, amma sənin əmin sənə heç bir kömək edə bilməsin. Mənə nə qədər ağırdır ki, başın üstündə hazır olam, amma sənin üçün bir iş görə bilməyim!”

HƏZRƏTİ QASİMİN NÖVHƏSİ


Ölürəm hərayimə gəl əmu (2), Salıb atdan əhli-cəfa məni

Çətin halda dərk elə1 yalquzam (2), Ey əzizi-Əhli-kisa2 məni (2)

***

Sən əzizi-Xatəmül-Ənbiya, həm əzizi-Rəbbi

Cəlilisən

Baban ərşə seyrə gedib sənin, əmu sən əzəldən

əsilisən

Bu Minadə teşnə fəda mənəm, bilirəm ki, sən

də xəlilisən

Kərəm eylə gəl başım üstə bir, eylə sərbülənd

ey ağa məni

***

Bədənim lətif idi atların, ayağında qalmağa

yox tabım

Başım üstə eyliyə həlhələ, sinəm üstə at çapa

əhli-Şam

Gəl apar bu yaralı nə”şimi, baxıb ağlasın

o qərib anam

Mən özüm xiyamə gedəmmirəm, ki salıb kəməndə

qəza məni

***

Əmu gəl hərayimə düşmənim, bədənimi torpağa

qatmamış

Başımı susuz kəsə qatilim, səri-nizələrdə

ucaltmamış

Əmu xəsmi-kinə şüar ilə, bu susuz boğazıma

çatmamış

Gör alıb arayə negini1 tək, bu güruhi qövmi

dəğa məni

***

Baxaram xiyamə tərəf əmu, hamı yollara

nəzər eylərəm

Yoluvi gözətdiyirəm dəxi, üzə cari əşkilər

eylərəm

O gələn qədəmlərə mən fəda, bilirsən ki, canü-sər eylərəm



Gəl edim ziyarət o əllərin, eylə bir də sən

də dua məni



***

Yeri vardı yeksər anam əgər, mühənimdə2 qəlbini dağlasın

“Bala vay” deyə o əsiri-qəm, üzə seyli əşkini

bağlasın


Verə baş-başa Əli Əkbərin, anasıyla oxşayıb

ağlasın


Yaza növhə bir də mühibbilər, sala yadə əhli

əza məni


***

Eşidib bu səsimi xeymədən, buyurub Hüseyn ona

can bala

Gəlirəm hərayuvə qəm yemə, mənim ey əzizü-cavan

balam

Gülü-pər-pəri-çəməni-Həsən, nə tez oldun indi



xəzan bala

Kəsilibdi taqəti qəlbimin, eyliyən zamanda səda

məni

***

Tapşıraydıin ömrü baharına, əssə sərsəri sitəm

ey bala

Elə yalquzam bu ürək sözün, kimə bilmirəm deyim



ay bala

Məni tək qoyubdu köməklərim, necə gör köməksizəm

ay bala

Gedirsiz özüz belə bi kömək, qoyursuz bu ləşkər



ara1 məni

***

Xəm edibdi qəddimi qüssələr, mühəniqəmizdə

qocalmışam

Eliyibdi qəm məni xun cigər, mühəniqəmizdə qocalmışam

Bu qədər qəmə bala kim dözər,? Mühəni qəmizdə qocalmışam

Əlimin əsası düşüb yerə, yıxar indi mövci

bəla2 məni

GƏL DADƏ ƏMU...



Gəl dadə əmu, qalmışam əşrar arasında (2)

Soldurdu həvadis3 gülüvü xar arasında (2)

***

Əvvəl əmu bir həmlədə pozdum bu süfufi4

Vəhşətlə qoyub qaçmağa üz şamiyü-kufi

Düşmən o qədər vurdu mənə zəxmi-süyufi5

Şirin yıxılıb ərseyi-peykar6 arasında

***

Rehlət eliyən gündən atam ey Şəhi-dövran

Sən zəhmətimi çəkmisən ömrüm sənə qurban

Axır nəfəsimdir alıb ətrafımı üdvan

Gəl qoyma cənazəm qala küffar arasında

***

Gəl peykəri-məcruhimi1 həml eylə xiyamə

Yalquz anama bir də gedim ərzi-salamə

Əfsus ki, dövran yetişib qoymadı kamə

Yandı ürəyim ahi şərərbar arasında

***

Hərçənd həyatimdən hüsul olmadı kamim

Səbt oldu vəli dəftəri-üşşaqidə2 naməm

Bu cəngi-cədəldən bu idi ümdə məramım

Hürriyyətim elan ola əhrar3 arasında

***

Düşdüm əmu can atlar ayağında nəfəsdən

Gəl tairi-ruhum4 uça az qaldı qəfəsdən

Sındırdı qoşun sinəmi düşdüm dəxi səsdən

Qaldım yaralı, firqeyi-xunxar arasında

***

Tapşır xanım əmməm anamın könlünü alsın

Biçarə hərəmlər başına qarəmi salsın

Fəryadü-fəğan xeymələrində ucalansın

Səbt olsun adım dəftəri-əxyar arasında

***

Ox, nizə, qılıc hər nə gəlir əhli-şəqavət

Zülm ilə vurur canimə yox məndə də taqət

Almış arayə cismimi bi şərm cəmaət

Bir nöqtəyə bənzər xəti-pərgar arasında

***

Gəl dövri-bərimdə firəqi-batilə bir bax

Min nazilə əmməm darıyan kakülə bir bax

Tiğ əldə tutan kakülimi qatilə bir bax

Gəl can verirəm qövmi-sitəmgər arasında

***

Növhə yazar ağlar mənə biçarə Kərimi

Bu şövq ilə daim gəzər avarə Kərimi

Bir vəqfəni həmrah ola zəvvarə Kərimi

Ta sinə vurub ağlıya zəvvar arasında

HƏZRƏTİ QASİMİN NÖVHƏSİ


Yandım ey əmu yandım, cürə su səvab eylə (2)

Yandı ləblərim yandı, qətrə su savab eylə (2)

***

Qeyrətin fəda olsun, bu Səkineyi-nalan

Təşnəlik salıb dildən, qəlbimi edib nalan

Bu susus uşaqların, dilləri olub büryan1

İstidir, həlak olduq, qətrə su səvab eylə

***

Yox əmu təvan2 məndə, qəlbidən alovlannam

Bəzi xırda ətfalun,3 haluna baxıb yanam

“Əl-ətəş”4 deyər söylər, yandım əl-əman yandım!

Gəlmişik dəxilik biz, qətrə su səvab eylə

***

Bağrı qan ürəklərdə, istidi təvan yoxdur

Bəzi xırda qızlardan, qalmağa güman yoxdur

Bizlərə bu ləşgərdən, bilmişəm əman yoxdur

Əsğərin həlak oldu, qətrə su səvab eylə

***

Var səxa5 uzun qolda, ey vəfalı sərdarım

Dəstə qız uşaqları, var əmu qonaqlarım

Qət ümid olam səndən, yox dilimdə inkarım

Min ümid ilə gəldim, qətrə su səvab eylə

***

Bu bəla çölü qandan, hər tərəf gəlir cuşə

Əsğərə əmu baxsan gər, əlin vurar başə

Gəh rubab edər fəryad, gəh ölər gələr huşə

Ah çəkir deyir səqqa,6 qətrə su səvab eylə

***

Xeymələr ara baxsan, teşnələb qalan çoxdur

Heç kəsin bibim Zeynəb tək ətəş1 olan yoxdur

Həm babam da ətşandı,2 nitqdən düşən çoxdur

Sən özün də ətşansan, qətrə su səvab eylə

***

Əkbərin qəmi səbrin, almış Ali-Tahadan

Qalmadı kömək yoxdu, Kərbəladə Sultanın

Eylə sən fəda bir-bir, bu Minadə qurbanın

Bir pənahımız sənsən, qətrə su səvab eylə

***

Ey Xuda qəsəm3 verrəm, ol rəşid ələmdarə

Kərbəladə ətşanlar, şahzadeyi-ətfalə4

Əkbəri cavan qalmış, Əsğəri dilarayə

“Gülçinə” o kövsərdən, qətrə su səvab eylə

ƏLİ ƏKBƏR (ƏLEYHİSSALAM) MEYDANA GEDİR

Bəni Haşimdən döyüşə getmək üçün icazə alan ilk şəxs İmam Hüseyn (əleyhis-salam)-ın oğlu cənab Əli Əkbər idi. İmam Hüseyn (əleyhis-salam) ona döyüş icazəsi verdi, əziz oğlu meydana yola düşdü. Bu əziz şəhidə Əkbər (ən böyük) ləqəbi verilmişdi, çünki onun yaşı İmam Səccad (əleyhis-salam)-dan çox idi. Bunu İmam Zeynül Abidin (əleyhis-salam) özü buyurmuşdur: İbni Ziyad o həzrətə “məgər Allah Əlini (Kərbəla hadisəsində) öldürmədi?” deyəndə, İmam Səccad (əleyhis-salam) buyurdu:”Mənim özümdən böyük bir qardaşım var idi, siz onu öldürdünüz.” İbni Ziyad dedi: “Yox, onu Allah öldürdü.” İmam Səccad (əleyhis-salam) buyurdu:

“Allah, ölüm vaxtı gəlib çatanda canları alar.” (Zümər, 42)

Məlumdur ki, bu mübahisə, Əhli-beyt və İsmət hərəminin qadınlarını darül-imarəyə gətirib, onları camaata ağır bir yük kimi təqdim edəndən sonra baş vermişdir.

Bəli, İmam Hüseyn (əleyhis-salam) görürdü ki, əziz oğlu meydana yola düşür və əcəl peyki başının üstündə dolanır. Belə olan halda gözlərindən qan-yaş axıtmaqdan başqa bir çıxış yolu görmədi. (Rəvayətdə deyildiyi kimi, “gözləri yaşla doldu”) İmam Hüseysn (əleyhis-salam) əllərini göyə qaldırıb dedi: “İlahi, şahid ol ki, camaat arasında xilqət, əxlaq və danışıq cəhətindən sənin Rəsulun Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə ən çox oxşayan bir şəxs onlara (düşmənlərə) tərəf gedir. Hər vaxt Sənin Rəsulun yadımıza düşəndə, ona baxardıq. İlahi, yerin bərəkətini onlaradan al, onların arasındakı birliyi təfriqəyə, ittifaqlarını pərakəndəliyə döndər. Onlara müxtəlif yollara sal, heç vaxt əmirləri onlardan razı salma, çünki onlar bizə kömək etməyə də”vət etmiş, sonra isə bizə qarşı çıxıb bizimlə (bizi öldürmək üçün) vuruşurlar. Sonra isə “Ali İmra”n surəsinin 33-34-cü ayələrini tilavət etdi: “Həqiqətən Allah Adəmi, Nuhu, İbrahim və İmran övladlarını aləmlərə seçdi. (Bunlar) bir zürriyyədirlər ki, bir-birindən törənmişlər. Allah çox eşidən və biləndir.”

Əli Əkbər at üstündə meydana atıldı. O, meydana girəndə düşmənlər heç fikirləşmirdilər ki, qəlblərinə sancılacaq ölüm caynaq, yaxud varlıqlarını məhv edən bir ildırımdır ki, qılıncından od tökülür. O, hamını öz şücaəti ilə heydan etmişdi, bəziləri də qorxudan yerində donub qalmışdı. “Allahu Əkbər”, “təbarəkəllah” təkbirləri ucalır, hər tərəfə həmlə edəndə düşmən qaçmağa üz qoyur, onunla qarşılaşmağa cürət etmirdilər. Sağ cinaha hücum edəndə ordakıları sol tərəfə qovur, sonra qoşunun mərkəzinə hücum edirdi. Beləliklə düşmən pəhləvanlarından 120 nəfəri qanlarına qəltan etdi. Əfsus ki aldığı çoxlu zərbələr, axan qanlar və suzuzluq döyüşü davam etdirmək üçün onda güc, taqət qoymamışdı. Son nəfəslərdə öz atasının mübarək camalından biz az mənəvi azuqə götürüb Müqəddəs dərgaha pərvaz etmək istəyirdi, odur ki, gileylənib bədəninə dəymiş ox-qılınc yaralarından, bu yaraların nəticəsi olan susuzluqdan şikayət etdi, dedi: “Susuzluq məni öldürdü, zirehin ağırlığı taqətimi kəsdi. Görəsən bir qurtum su varmı ki, qüvvət tapıb düşmənə həmlə edəm?!”

İmam Hüseyn (əleyhis-salam) ona elə bir müjdə verib onu sakitləşdirdi: “Sən ilahi rəhmətin sonsuz dəryasına daxil olmaq ərəfəsindəsən, onun gəmiçisi də cəddin Rəsulullahdır, səni öz saf canı ilə sirab edəcək ki, heç vaxt susamayacaqsan.”

Bunu deyib öz barmağını onun ağzına qoydu. Əli Əkbər yenidən meydana atıldı. Bütün vücudu o sadiqanə nurla, sevinclə dolmuşdu. Qılıncı ölum quşu kimi düşmənin başına enirdi. Nəhayət öldürdüyü kafirlərin sayı 200-ə çatdı. İntizar sona çatdı, ağ şəhadət quşu onun pak başının üstündə pərvaza başladı. Mərrət ibni Mənqəz Əbdi onun başını qılınca hədəf etdi, sonra arxadan kürəyini nizə ilə parçaladı. Əli Əkbər qanına qəltan olmuş halda atın boynundan asılndı, at onu düşmən qoşununun içinə apardı. Düşmənlər onun pak bədənini tikə-tikə doğradılar. Son nəfəsdə öz İmamı ilə vidalaşmağı unutmadı, düşmənin ağır zərbələri altında atasını çağırdı, onun verdiyi vədənin həqiqətə çevrildiyini söylədi: “Bu mənim cəddimdir ki, sizə salam göndərir; o, şərbət camı ilə mənə elə bir şərbət içirtdi ki, ondan sonra bir daha susuzmaram. O (cəddim) buyurdu: “Sizin üçün də bir cam hazırdır” Bu sözü eşidən İmam Hüseyn (əleyhis-salam) şahin kimi oğlunun üstünə gəldi: Peyğəmbər ailəsinin ümidini torpağa düşmüş, qan içində qərq olmuş halda gördü. Atalıq məhəbbəti cuşa gəldi, özünü oğlunun tikə-tikə doğranmış bədəninə atdı, üzünü onun üzünə qoydu« Həyatının son anları idi, vidalaşmaq üçün fürsət qalmamışdı. İmam Hüseyn (əleyhis-salam) buyurdu: “Səndən sonra dünyanın başına kül olsun! Onları mehriban Allaha Rəsulullahın hörmətini pozmaqda hansı şey cürətləndirmişdir? Sənin atan, əmin və cəddinə çox ağırdır ki onları çağırasan, onlar da sənə cavab verməyələr, köməyə çağırasan, fəryadına yetişməyələr.”

Həzrəti Əli Əkbərin şəhadətindən sonra İmam Hüseyn (əleyhis-salam) Ömər Sədin üstünə nə”rə çəkib buyurdu: “Allah nəslini kəssin, necə ki mənim nəslimi kəsdin, mənim Rəsulullah ilə olan qohumluğuala baxmadın. Allah səndə bərəkət qoymasın, səni elə bir adamın əlinə salsın ki, o sənin başını kəssin!”1.

Sonra İmam Hüseyn (əleyhis-salam) ürəyinin parçasının–Əli Əkbərin parə-parə olmuş bədənini xeymələrə aparmaq üçün taqəti kəsildi, Bəni-haşim cavanlarını çağırdı ki onu şəhidlərin xeyməgahına aparsınlar..
ALLAHA TAPŞIRDIM SƏNİ
Get Əli Əkbər oğul, Allaha tapşırdım səni(2)

Şibhi Peyğəmbər oğul Allaha tapşırdım səni(2)

***

Çək qılınc Heydər kimi, bir həmlə et bu ləşkərə

Vur bu düşmən səflərin murü-mələx2 tək bir-birə

Mümkün olsa bir içim su al Əliyyi Əsğərə

Təşnədir Əsğər oğul, Allaha tapşırdım səni

***

Kərbəla dəştin necə pər şurişü-qovğa dutub

Xeymələrdə indidən ahü-fəğan ərşə çatıb

Bir səni öldürməgə əldə ədu yekca dutub

Nizəvü-xənçər, oğul, Allaha tapşırdım səni


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə