ƏHLİ-beytiN (ƏleyhiMÜs-salam) matəMİNDƏ MƏRSİYƏLƏR, ŞE`RLƏR, XÜTBƏLƏr toplayan m. ƏLİzadə



Yüklə 3,87 Mb.
səhifə9/15
tarix18.05.2018
ölçüsü3,87 Mb.
#44618
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

***

Edəndə bəzmilən o gün, şücaət ilə Xeybəri

Yanımda sən kimi kömək, dağıldı zuri Heydəri

Hüseyn susuz bu gün özü, ölüb Əliyyi Əkbəri

Cəfa oxuyla oxlanıb, o şiri xarə Əsğəri

Təmami zülmüdən solub, bu çöldə qönçə gülləri

Batıbdı qanə qardaşım, olub ziyadə qəmlərim

Təmam olub köməkləri nə qövmü var, nə əqrəba

Zəmanədə mənəm İmam

***

Su deyib cümlə susuz verdilə can, 72 şiri jiyan

Həzrəti Əbbas Əbəlfəzlin iki dəsti qələm oldu

Ələm yatdı, qoşun sındı, cavan Qasimə yas

Tutdu Hüseyn qəmi Əkbər, rəbi ənvər, sözü şəkər

Əli Əkbər Bədəni xəncər ilə, parələnib, xaki Susuz yerdə, olub qaninə qəltan, Hüseyn ol şəhi Dil xəstə Əli Əsğəri gül dəstəsi tək aldı əl üstə, gəlibən durdu o dəm

Xəsmə bərabər, o mehri ənvər

Hulqumuna vuruldu peykan

Hərmələ kafər, qan içdi Əsğər

***

Ağladı Heydər, fatehi Xeybər

Qoşa gətirdi, Kərbübəlayə

Hüseyni zari, firqeyi kafər

Əqdimə bağlı, abi Fərati

Məhşərə dindü, o dəşti vəhşət

Xırda uşaqlar, mələşdi yeksər

Şimr1 irəli çıxıb həyasızcasına dedi: –Ey Hüseyn ibni Əli, nə istəyirsən? İstədiklərini bizə başa sal, sənin məqsədini dərk edək.

İmam Hüseyn (əleyhis-salam) öz xitabəsini davam etdirdi: –Ey camaat, Allahdan qorxun və məni qətlə yetirməkdən əl çəkin. Bilin ki, mənim qanım sizə halal deyildir. Mənim hörmətimi sındırmaq rəva deyildir. Mən sizin Peyğəmbərin qızının oğluyam. Mənim nənəm Xədicə Peyğəmbərin arvadıdır. Siz o həzrətin ki buyuruduğu “Həsən və Hüseyn behişt cavanlarının sərvəridirlər” sözlərini eşitmişdiniz.

Şeyx Müfid yazır: “Sonra İmam Hüseyn (əleyhis-salam) öz atına minib uca səslə qoşunun hamısı, yaxud əksəriyyəti eşidən uca səslə buyurdu: “Ey camaat! Mənim sözümü eşidin, məni öldürməyə tələsməyin. İmakan verin, mən sizi vəzifəli olduğum şeylərə nəsihət edim və sizə höccəti tamam edim. Əgər insaflı olsanız, xoşbəxtliyə çatarsınız, yox əgər insanlıqdan əl çəkib məni təsdiq etməsəniz, ziyanını özünüz görəcəksiniz. Belə isə, öz məqsədiniz üçün bir yerə yığılın (ki gələcəkdə peşman olmayasınız). Sonra mənim barəmdə qəzavət edin və daha mənə möhlət verməyin. Şübhəsiz, mənim ixtiyar sahibim tək olan Allahdır ki O, yaxşı insanları himayə edəndir.”

Bunu deyib Allah dərgahına şükür etdi, öz Allahına layiqincə həmd və sitayiş etdi. Sonra Onun Peyğəmbərinə, mələklərinə və sair peyğəmbərlərə salam göndərdi, daha sonra buyurdu: –Ey camaat, yaxşı-yaxşı baxın, görün mən kiməm, kimlə qohumam, sonra ağlınızı başınıza yığıb özünüzü məzəmmət edin. Baxın görün məni öldürmək sizin üçün rəvadırmı? Məni qətlə yetirmək etmək halaldırmı? Məgər mən sizin Peyğəmbərinizin qızının oğlu, onun canişini və əmoğlusunun oğlu deyiləmmi? Məgər mənim atam ilk mömin, Rəsulullahın pqyğəmbərliyinə şəhadət verən ilk şəxs deyildimi? Məgər seyyidüş-şühəda Həmzə mənim əmim deyildirmi? Məgər behiştdə iki qanadlı pərvaz edən Cəfər mənim əmim deyilmi? Peyğəmbərdən eşitdiyiniz “Həsən və Hüseyn behişt cavanlarının sərvəridir” kəlamı mənim və qardaşımın barəsində deyilmi? Əgər məni doğrudanışan bilsəniz elə–həqiqətdə də bu cürdür və Allaha and olsun ki, Onun yalan danışanlarla düşmən olduğunu eşitdiyim gündən, heç vaxt yalan danışmamışam–sözümü eşidin; yox əgər məni yalançı hesab etsəniz, onda sizin aranızda elə adamlar var ki, Peyğəmbərin bu sözü barəsində sizə xəbər verə bilər; Cabir ibni Əbdüllah Ənsari, Əbu Səid Xədəri, Səhl ibni Səd Samdi, Zeyd ibni Ərqəm, Ənəs ibni Malikdən soruşsanız, sizə deyərlər ki, onlar mənim və qardaşım barədə Peyğəmbərdən belə bir şey eşidiblər. İndi görün, bu qədər dəlil sizə, mənim qanımı tökməkdən əl çəkməyiniz üçün kifayət deyildirmi?

Şimr yenə də dedi: –Əgər sənin nə dediyini bildimsə, qoy Allaha şəkk əsasında ibadət edim. (Demək istəyirdi ki, sizin sözləriniz bizim üçün dərk olunmazdır, nə dediyini dərk etmirik.)

Həbib ibni Məzahir ona belə cavab verdi: –Ey Şimr! Allaha and olsun ki, sən Allaha 70 dolayısı yolla ibadət edirsən. Şəhadət verirəm ki, sən düz deyirsən və İmam Hüseyn (əleyhis-salam)-ın dediyini dərk etmirsən. Çünki sənin qəlbinə möhür vurulmuşdur, buna görə də qəlbində haqqa yer yoxdur.

İmam Hüseyn (əleyhis-salam) sözlərini davam etdirərək dedi: –Ey Camaat! Dediklərimdə şəkkiniz olsa da belə, deyin görüm mənim Peyğəmbərin qızının oğlu olmağımda da şəkkiniz var? Allaha and olsun, məşriqlə məğrib arasında məndən başqa heç kim Peyğəmbərin oğlu deyildir; istər sizin aranızda olsun, istərsə də qeyrisində. Vay olsun sizə, məgər mən sizdən bir kəsi öldürmüşəm ki, onun qisasını məndən almaq istəyirsiniz? Yaxud sizin mal-dövlətinizi məhv etmişəmmi ki, onun əvəzində mənimlə vuruşursunuz? Yaxud bir kəsi yaralamışammı ki, qisasını məndən alırsınız?

Sizinləyəm ey Şibs, ey Hüccar, ey Qeys və ey Yəzid! Məgər siz məktubda mənə yazmamışdınız ki, “Meyvələr yetişmiş, bostanlar yaşıllaşmışdır və əgər sən bizə tərəf gəlsən, biz sənin intizarındayıq”?

Qeysə aşkar şəkildə xitab olunduqda, onun namərdliyi, vəfasızlığı hamının hüzurunda ifşa olunduqda tab gətirə bilmədi, İmam Hüseyn (əleyhis-salam)a dedi: –Biz sənin nə dediyini bimirik və sözlərini başa düşmürük. Sizin yalnız bir yolunuz var: Əmioğlun Yezid ibni Müaviyəyə tabe olun, o da sizə qarşı xoşagəlməz rəftar etməsin.

İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Yox! Heç vaxt belə bir iş görmərəm! Allaha and olsun, mən heç vaxt zilləti, xarlığı qəbul etmərəm, sizdən də qulların öz sahiblərindən qaçdığı kimi qaçmaram!1
İMAM HÜSEYN (əleyhis-salam)-ın KUFƏLİLƏRƏ XİTABI

İmam Hüseyn (əleyhis-salam) bir daha öz atına mindi, Kufə ordusuna doğru hərəkət edib onlara dedi ki, bir neçə anlığa sakit olsunlar. Kufəlilər səs-küy, qarma-qarışıqlıq salaraq o həzrətin danışmasına imkan vermədilər. İş o yerə çatdı ki, İmam (əleyhis-salam) onlara qarşı qəzəblənib dedi: –Vay olsun sizə! Sizə nə olub ki, mənim sözlərimə qulaq asmaq istəmirsiniz? Mən sizi aydın hidayət yoluna çağırıram, hər kis mənə itaət etsə, yolu tapar, hər kəs mənə qarşı üsyankarlıq etsə, fəlakətə düçar olacaq. Və siz, ey camaat! Hamınız üsyankarsınız, haqq sözü eşitməkdən acığınız gəlir. Ürəkləriniz haramla dolmuş, qəlbləriniz möhürlənmişdir. Vay olsun sizə, niyə sakit olmursunsuz? Niyə sözlərimə qulaq asmırsınız?

Alçaqsifət kufəlilər azacıq özlərinə gəldilər, bir-birini danlayıb sakit oldular, İmam (əleyhis-salam)-ın sözlərinə qulaq asmağa başladılar. İmam (əleyhis-salam) əvvəlcə Allaha həmd-səna etdi, sonra Həzrət Peyğəmbərə, mələklərə və sair peyğəmbərlərə salam göndərdi, sonra buyurdu: –Həlak olasınız, ey camaat! Bu kişilikdəndirmi ki, bizi özünüzə tərəf çağırıb bizdən kömək istədiniz, biz də sizin də”vəti qəbul edib özümüzü təcili olaraq sizə çatdırdıq, indi bizim üzümüzə qılınc çəkib od yandırmısınız? Halbuki, bu odu biz özümüzün və sizin düşmənlərinizə qarşı hazırlamışdıq. Bu gün siz öz dostlarınıza qarşı kinə bəsləyir, düşmənlərinizlə əlbir olmusunuz. Halbuki, onlar sizin aranızda ədaləti bərqərar etməmiş, dünya malından tamah gözü dikdiyiniz dəyərsiz həyatdan başqa bir şeyə ümid bağlamamısınız. Halbuki, bizim üçün nə bir hadisi baş vermiş, nə də zəifliyə, süstlüyə düçar olmuşuq. Vay olsun sizə ki, bizə kömək etməkdən əl çəkdiniz, bizə kömək etməyi xoşlamadınız, halbuki qılınclar qınında, qəlblər aram, düşüncələr möhkəm və qüvvətli idi. Amma siz fitnə odunu şö”lələndirib, çəyirtkələrin, kəpənəklərin o yana bu yana uçması kimi ona doğru tələsdiniz. Allahın rəhmətindən uzaq olasınız, ey ümmətin düşmənləri, ey cəmiyyəti tərk edənlər, ey Quranı özlərindən uzaqlaşdıranlar, ey şeytanın vəsvəsələrinə uyanlar, ey günahkarlar, ey Quranı təhrif edənlər, ey Peyğəmbər sünnəsinin nurunu söndürənlər, ey Peyğəmbərin övladlarının qatilləri, ey ilahi xilafət ailəsini məhv edənlər, ey zinakarların dəstəsinə qoşulanlar, ey möminlərə əziyyət verənlər, ey Quranı parça-parça edən zalım hökmdarlara kömək edənlər, necə də pis bir qədəm götürmüsünüz, necə də şiddətli əzab sizin intizarınızdadır! Doğrudan da zalımlarla əlbir olmaqdan, bizə kömək etməkdən əl çəkməyinizdən həya etmirsiniz? Bəli, Allaha and olsun ki, sizdə hiyləgərlik qədimdən vardır. Vücudunuzun kökləri hiylə ilə qarışmış, onun çirkin paltarı sizin əməllərinizin, rəftarlarınızın əndamına geydirilmişdir, qəlbləriniz onunla üns bağlamış, sinələriniz onunla dolmuşdur. Bəli, siz tamaşaçılar üçün ən pis meyvə, qəsbkar üçün ən dəyərsiz bir tikəsiniz. Allahın lənəti ilahi əhdi bağladıqdan sonra pozanlara, ayaq altına salanlara olsun. Siz özünüz Allahı öz işinizə ixtiyar sahibi seçdiniz, əhd bağladınız, amma onu pozdunuz. Siz elə əhd-peymanı pozanlarsınız. Ey camaat, agah olun ki, zinakar oğlu zinakar (Yezid) məni iki işin arasında qaymuşdur: ya qılınclarla doğranmaq, ya da xarlığı, zillətti qəbul etmək. Zillət bizdən uzaqdır. Allah, Onun Peyğəmbəri və möminlər bizi zilləti qəbul etməkdən çəkindirmişlər. Çünki bizim nəslimiz pak-pakizə, qəlblərimiz mənəvi inkişafdadır və heç vaxt alçaq, yaramaz və murdar adamlara tabe olmağı mərd-mərdanə şəhid olmaqdan üstün saymırıq. İlahi, mən höccəti tamam etdim, bunları pis aqibətdən çəkindirdim və indi öz azsaylı dostlarımla bu saysız düşmən qarşısında dayanıb vuruşacağam.

Bu vaxt İmam (əleyhis-salam) Fərvət ibni Müsəyk Muradinin şerindən bir neçə beyt oxudu: “Əgər qələbə qazansaq, elə qədimdən belə olmuşdur və əgər məğlub olsaq, yenə də qələbə bizimkidir. Qorxu, zəlillik və alçaqlıq bizim adətimiz deyildir, lakin alnımızda yazılıb ki, şəhadətə çataq və başqaları bizdən sonra hökumətə çatsınlar. Əcəl mənim tayfamın böyüklərini qətlə yetirdi, necə ki, qədimkilərlə də belə etmişdi. Bəli, əgər padşahlar əbədi olaraq dünyada qalsaydılar, biz də ölümdən xilas olardıq; və əgər böyük insanlar əbədi olsaydılar, biz də əbədi olaraq dünyada qalardıq. Belə isə sarsaq danışanlara de: “Ayıq olun ki, siz də bizim ona tərəf tələsdiyimizlə görüşəcəksiniz.”

Sonra İmam (əleyhis-salam) belə buyurdu: “Allaha and olsun, siz (məni öldürəndən sonra) çox yaşamayacaqsınız, bir piyadanın ata minməsi müddətindən çox öz arzunuza çatmayacaqsınız və bunun ardınca zəmanənin çarxı tərsinə fırlanacaq, dəyirman daşının oxu kimi nigarançılıq da, iztirabda qalacaqsınız. Belə isə öz fikirlərinizi bir yerə yığıb bir-birinizlə məşvərət edin ki, bu iş sizə gizli qalmasın. Sonra isə məni öldürün və bir an da olsa, möhlət verməyin. Mən öz Allahıma, sizin Allahınıza ümid bağlamışam və bilirəm ki, hər şey Onun qüdrəti dairəsindədir. Mehriban Allahın istəyi düzgün, ədalətli yolda möhkəm qərar tutmuşdur.

İmam (əleyhis-salam)-ın sözləri sona çatdı, Kufə qoşunu Rəsulullahın nəvəsinin son kəlamlarını –daş qəlbləri əridib suya döndərən sözləri eşitdilər, amma bu sözlər kufəlilərin qəsavət bağlamış qəlblərində əsla təsir buraxmadı.



TƏZMİN

Hüseynə yerlər ağlar, göylər ağlar



Bətulo Mürtəza, Peyğəmbər ağlar.

(Dilriş)

Hüseynin novhəsin (Dilriş) yazanda

Müsəlman səhldir ki, kafər ağlar.

Kor olmuş gözlərin qan tutdu Şimrin,

Ki görsün öz əlində xəncər ağlar.

***

Hüseynin köynəyi Zəhra əlində

Çəkər qeyha-qiyamət, məhşər ağlar.

Atanda Hərmələ ox Kərbəladə

Görəydin düşmən ağlar, ləşgər ağlar.

***

Rübab nisgil döşündə süd görəndə

Əliyyi Əsğəri yad eylər ağlar.

***

Başında kakili Əkbər həvasi,

Yel ağlar, sünbül ağlar, ənbər ağlar.

Yazanda Ali-Taha növhəsin mən,

Qələm gördüm sızıldar, dəftər ağlar.

***

Əli, şəqqül-qəmər, mehrab tilit qan,

Qulaq ver, məscid oxşar minbər ağlar

Əlidən, Şəhriyar, sən bir işarə

Qucaqlar qəbri, Malik Əştər ağlar.

Ey verən quru yerdə can Hüseyn

Rahi həqqidə can fəşan Hüseyn

İsti qumların üstə yarəli

Peykəri qalan qüslü qan Hüseyn

***

Tiğü-nizəvü-tiri düşmənə

Ey hədəf olan yarəli bədən

Hər yarəsinin qanı su kimi

Çöllərə axan teşnə can Hüseyn

***

Sən mənim Hüseynimsən aç gözün

Ver nişan özün cismi bi kəfən

Nitqə gəl soruş halimi əyan

Dərdlərim edim ta bəyan Hüseyn

***

Vurdu od cəfa ləşgəri Hüseyn

Yandı xeymələr cövri kinədən

Bali bəstə quş tək özüm gəhi

Vermişəm oda gahi didədən

Əşki tökmüşəm Abidin vəli

Çəkmişəm özüm çölə xeymədən

Va əba deyib xırda qızların

Mən də va əxa əl əman Hüseyn

***

Bir yanan çadır oldu mənzilim

Vurdu kufiyan qəmçi başıma

Ləşkəri cəfa taziyanələr

Vurdular əxa Ali Haşimə

Bir nə rəhm edən olmadı baxan

Ruyimə axan didə yaşimə

Tutdu qəlbimi qüssə nagəhan

Olmuşam odur natəvan Hüseyn

***

Gəlmişəm sənə dərdimi deyəm

Ver səsimə səs ey şəhi zaman

Ey yarasının məlhəmi turab

Təşnə su kənarində can verən

Çöllərə axan hər yarasının

Qanı su kimi yarəli bədən

Qəmli qəlbini cövri şamiyan

Kufiyan edib ləxtə qan Hüseyn

***

Ləşgəri cəfa qövmi əşqiya

Dövrəvi sənin aldı hər tərəf

Səngü-şəmşirü-tirü-nizəyə

Etdilər sənin peykərin hədəf

Yarə üstünə yarə vurdular

Nəzmilə nizamilə çəkdi səf

Yaralı sinən misli gülsitan

Oldu oxlara aşiyan Hüseyn

***

Xeymələr yanan vəqtə gəlmişəm

Dadə ya Hüseyn çox vurulmuşam

Gahi qaçmışam xeyməgahivə

Gahi məqtələ çox yorulmuşam

Gahi düşmənə nifrin eyləyib

Gah dayanmışam, gah yıxılmışam

Başıma vurub gahi kufiyan

Taziyanə gah şamiyan Hüseyn

***

“Qəmkeşə” nəzər eylə ya Hüseyn

Qərqidir bəla içrə ver nicat

İzni Xaliqi Zülcənah ilə

Həm həyatü-həm aləmi məmat1

Mövc edir bəla bəhri dadə gəl

Qıl xilas əya fülki sahiman

Rusiyahdı ərz eylər əl əman

Ey ümidi çarə cuyan Hüseyn

***
Zeynəbin qurbanların qardaş oyan dur sal yola (2)

Eyləmə məyusi dur başə dolandır sal yola (2)

***

Rahi eşqə yox bulardan qeyri zadi rahiləm1

Zeynəbi məzlumənin gəl naümüd etmə belə

Bəndəqani Əkbərə2 ver izni cəng azad elə

Zeynəbə bu mərhələ xoş imtahan dur sal yola

***

Bunlara məşqi cidalü-cəngi mən öyrətmişəm

Məktəbi də”va seçib çox fəslü-fən öyrətmişəm

Hər birinə dərsi cəngi tənbətən öyrətmişəm

Yatmayıbdır sübhə tək dərsi rəvan öyrətmişəm

***

Bu iki gül yadigari Cəfəri Təyyaridir

Fi səbilillah həmişə talibi peykaridir3

Gər bular nəvvadeqani4 Heydəri Kərraridir

Bunlara şəhdi şəhadət nuşi can dur sal yola

***

Şənivə gərçi bular layiq deyillər ya Hüseyn

Töhfeyi dərvişi şah rədd eyləməz əmma Hüseyn

Sərbülənd eylə məni sən bil anam Zəhra Hüseyn

Qıl ta sandıq başə sal az yuban dur sal yola
İMAM HÜSEYN (əleyhis-salam) KUFƏLİLƏRƏ HÖCCƏTİ TAMAM EDİR.
İmam Hüseyn (əleyhis-salam) müdam çalışırdı ki, müharibə odu mümkün olduqca gec qızışsın və kufəlilərə höccəti tamam etsin. Məhz bu səbəbə görə də özü Şam qoşununa tərəf getdi, onların qarşısında dayanıb bu böyük cəmiyyətə və ibni Sədə bir nəzər saldı. O, Kufənin böyük adamlarının içində idi. İmam (əleyhis-salam) buyurdu:–Dünyanı yaradan, onu məhv olmaq yeri qərar verən Allaha şükür olsun. Aldananlar məhz dünyaya aldananlardır, bədbəxtlər də dünya tələsində giriftar olanlardır. Ey camaat! Dünya sizi aldatmasın. Dünya, ona ümid bağlayan hər kəsi məyus edər; ona tamah salan hər kəsin arzusunu ürəyində qoyar. Bu gün mən görürəm ki, siz bir iş görmək üçün yığışmısınız. Allah doğrudan da bizim nə mehriban Allahımız var və siz də necə nankor insanlarsınız! Siz özünüz mənə itaət etməyinizi, Rəsulullaha iman gətirməyinizi iqrar etdiniz. Amma indi o həzrətin ailəsi ilə müharibə etmək üçün qollarınızı çırmalayıb onu öldürmək istəyirsiniz.
HƏMDƏN LƏKƏ YA ALAH
Həmdən ləkə ya Allah, Şükrən ləkə ya Allah

İğfir ləna ya Allah, Allah, Allah, Allah ya Allah

Allah ya Allah, Ya Allahü-ya Rəhman

Ya Allahü-ya.Rəhim, Ya Allahü-ya Məlik



***

Hüseyn mövlayi məzluman-2, Hüseyn ləb teşneyi Quran

Hüseynim vay Hüseynim vay

***

Əntə məbudi ilahi, Ya ğiyasəl müstəğisin

Hüseyn cəmalinə qurban, Hüseyn hər bir dərdə dərman

***

Ya Allahu ya Məlik, Ya Allahu ya Qüddus

Ya Allahu ya Səlam, Ya Allahu ya Mömin

Ya Allahu ya Əzim, Ya Allahu ya Mənnan



***

Ey dərd! Dərdə mübtəlayəm, Dər hüzurət ru siyahəm

Dərgəhət ümidgahəm, Şükrən ləkə ya Allah

Həmdən ləkə ya Allah



***

Hüseyn məhbubi aləmdi, Hüseyn sərdarin ə”zəmdi

Hüseynə hər gün Aşura, Hər il hər ay mühərrəmdi

Hüseyn mövlayi məzluman


HARA GEDİRSƏN AY BABA


Hara gedirsən ay baba (2), Dalınca ağlıyan gəlir (2)

Başında yarə var dayan, Yaravu bağlıyan gəlir

***

Dedi qızım niyə məni, Belə qaçıb qabaqladın

Müsafirəm gözəl balam, Məni yol üstə saxladın

***

Evim yıxıldı vay ana, Batıbdır əllərim qana

Gəlib dalınca gör necə, Bir əldə qarə məcərin

***

Vəfasız aşiqəm əgər, Sənin qəmindən yanmasam

Gəlincə qətligahidən, Yol üstə mən dayanmasam

***

Ata gedib bala qalıb, Gəlibdi öz xiyaminə

Nə parə məşgə baxmadı, Nə batmadı su qəminə


Qoyun qılım namazımı (2), Sora kəsin boğazımı (1)

Qonağızam vəfalıyam (2), Yaralıyam, yaralıyam (2)

***

Su yoxdu dəstəmaz alam, Üz üstə səcdədə qalam

Ölüb əzan deyən balam, Cigər yanır əzalıyam

***

Bəla çölün duman tutub, Bu gülşəni xəzan tutub

İki gözümü qan tutub, Görürsüz ibtilalıyam

***

Çü dadü-kinə əkmiyin, Cinayətə tələsmiyin

Başımı teşnə kəsmiyin, Ki başı macəralıyam

***

Məni qoşun nədən vurar, Ərazili zəman1 vurar

Gələn vurar gedən vurar, Solan gülün misalıyam

***

Çıxıb kamani kinədən, Dəyibdi ox bu sinədən

Əl üzmüşəm Mədinədən, Həmişə Kərbəlalıyam

***

Mən aşiqi şəhadətəm, Əmiri-mülkü-vəhdətəm

Fədayi-rahi-izzətəm, Bir aşiqin cəlalıyam

***

Köməklərim batıb qana, Düşüb hərəsi bir yana

Sızıldaram yana-yana, Ki ney kimi nəvalıyam

***

Gəlib qan ağlıyan bacım, O sinə dağlayan bacım

Gözümü bağlayan bacım, Deyir başı bəlalıyam

***

Kimim qalıb ki yar ola, Dönəmmirəm sağa-sola

Balalarım baxır yola, Ruqəyyədən aralıyam

***

Hüma kimi qəfəsdəyəm, Soraği dadi-rəsdəyəm1

Ki axərin nəfəsdəyəm, Fəna olub bəqalıyam

HÜSEYN VAY


Ey şiə bu gün söyləyin ətşan, Hüseyn vay

Ləb təşnə olan ümmətə qurban, Hüseyn vay

***

Meydanda qalan bikəsü-biyar, Hüseyn vay

Ətrafın alan ləşgəri əşrar, Hüseyn vay

Hər yanə baxıb görməyən ənsar, Hüseyn vay

Bir ahi çəkib eyləyən əfqan, Hüseyn vay

***

Bir yanda görüb Əkbəri öz qanına qəltan

Bir yanda ələmdari olan xak ilə yeksan

Qasim bədəni lalətək ağuşdə qızıl qan

Bir yanda olan xeyməsi talan, Hüseyn vay

***

Bu Kufəvü-Şam əhli, bu birəhmi sitəmkər

Əldə hərə bir tirü-kaman, nəzəvü-xəncər

Həmlə eləyüb ol şahə ol firqeyi kafər

Atdan yıxılıb mənbəyi iman, Hüseyn vay

***

Xəncər əlinə aldı o dəm Şümr cəfacu

Ta yetdi Hüseynin başının üstə o bədxu2

Su istədi, Şümr vermədi bir cür”ə ona su

Əmma ki, deyib, təşnə verən can Hüseyn vay

***

Üz qoydu o dəm, xeymələrə ləşgəri üdvan

Bu hali görüb Ali-Rəsul, oldu hərasan

Zeynəb dedi bimarə: əya, Abidi nalan

Yoxsa ki, olub qanına qəltan, Hüseyn vay?

***

Əl açdı o dəm, qarət üçün ali-şəyatin3

Hər nə var idi xeymədə əsbabi-səlatin2

Qarət eləyib, bərhəm eliyüb bəzmü-büsatin

Ey şiə deyin xeyməsi talan, Hüseyn vay

***

Bir od vurub afaqidə bu zadeyi Süfyan

Ta məhşər olunca yanacaq aləmi-imkan

Nazim, bu qəmi zikr elə ta var nə qədər can

Vur başa söylə qüslü olan qan, Hüseyn vay

DÜNYA MÖMİN ÜÇÜN ZİNDANDIR

İbni Babəveyh İmam Baqir (əleyhis-salam)-dan rəvayət etmişdir ki, İmam Zeynəl-Abidin (əleyhis-salam) buyurub: Aşura günü düşmən qoşunundakılar çox qorxurdu, halbuki sayları qat-qat çox idi. və İmam Hüseyn (əleyhis-salam)-ın əshabını mühasirədə saxlamışdılar. Amma qəlbləri çox qorxaq, rəngləri qaçmış, ayaqları lərzəyə düşmüşdü. Lakin İmam Hüseyn (əleyhis-salam) və onun səhabələrinin üzləri sevinclə dolu idi, rəngləri qparlamış, qəlblərində xatircəmlik sakitlik daha çoxalmışdı. Səhabələrdən bəziləri deyirdilər ki, İmam Hüseynə (əleyhis-salam) baxın, ölümdən qorxusu yoxdur və şəhadəti arzulayır. İmam Hüseyn (əleyhis-salam) onların sözlərini eşitdi, onlara xitabən buyurdu: –Səbr edin ey əziz övladlarım. Ölüm sizin üçün bir körpü köimidir, ondan keçib pis vəziyyətdən əbədi nemətlərə, əbədi behiştə yollanacaqsınız, Sizlərdən kimdir ki zindandan qəsrlərə köçmək istəməsin? Ölüm sizin düşmənləriniz üçün isə qəsrlərdən zindana, əzaba getmək kimidir. Atam mənə xəbər vermişdir ki, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: “Dünya möminin zindanı, kafirlərin cənnətidir. Ölüm isə möminlərin öz behiştlərinə, kafirlərin isə öz əzablarına doğru bir körpüsüdür. Ata-babalarımdan da yalan eşitməmişəm.
İMAM HÜSEYN (əleyhis-salam)-ın SƏHABƏLƏRİ BEHİŞTDƏ ÖZ YERLƏRİNİ GÖRMÜŞDÜLƏR

İbni Babəveyh yazır: “Bir nəfər İmam Sadiq (əleyhis-salam)-dan soruşdu: –Yəbnə Rəsullah, İmam Hüseyn (əleyhis-salam)-ın səhabələri öləcəklərini bildikləri halda ni üçün cihada iqdam etdilər və qorxusuz olaraq özlərini döyüş dəryasına vururdular?

İmam Sadiq (əleyhis-salam) buyurdu:–Çünki, onların gözlərindən pərdə götürülmüş, behiştdəki mənzillərini görmüşdülər, buna görə də döyüşə getməkdə bir-birindən qabağa keçirdilər ki, ölüb öz mənzillərənə çatsınlar, öz hurilərini bağrılarına bassınlar.

Qütb Ravəndi Əbu Həmzə Somalidan nəql etmişdir ki, İmam Səccad (əleyhis-salam) belə buyurub: “O gecə (ki, onun sabahı atam şəhid oldu) atamın yanında idim. İmam o gecədə səhabələrinə buyurdu: –Gecə düşmüş, qaçmaq yolu sizin üçün açılmışdır bu gecəni qənimət sayıb qaçın. Bu zalımlar məni tələb edirlər, başqa heç kimlə işləri yoxdur. Əgər məni öldürsələr, sizin dalınızca gəlməyəcəklər. Mən öz beyətimi sizin boynunuzdan götürdüm.

İmam Hüseynin (əleyhis-salam) səhabələri dedilər: –Allaha and olsun ki, bu heç vaxt olası bir iş deyildir.

İmam (əleyhis-salam) buyurdu: –Sabah hamınız öldürüləcəksiniz və heç biriniz canını qurtara bilməyəcəkdir.

Hamılıqla dedilər: –Allaha şükr edirik ki, bizə səninilə şəhid olmaq kimi kəramət etmişdir!

İmam (əleyhis-salam) onlara dua etdi, buyurdu: –Başınızı göyə qaldırıb yuxarı baxın. Elə ki, başlarını qaldırdılar, öz dərəcə və mənzillərini görüb tanıdılar, onlara məxsus olan huriləri, qəsrləri, nemətləri gördülər. Elə bu səbəbə görə də onlar Aşura günü nizə-şəmşirlərə doğru gedirdilər ki, öz mənzillərinə daha tez çatsınlar və əbədi nemətlərdən bəhrələnsinlər. Əbu Həmzə Somali deyir ki, İmam Səccad (əleyhis-salam) buyurdu: “İmam Hüseyn (əleyhis-salam)-ın o günü bir daha gəlməz: bu ümmətdən olduqlarını iddia edən otuz min namərd o məzlum İmamı araya aldılar, hər biri onun qanını axıtmaqla Allaha yaxınlaşmaq istəyirdilər (yəni qürbətən iləllah niyyəti ilə öldürmək istəyirdilər). İmam Hüseyn (əleyhis-salam) onlara movizə etdi və Allahı onların yadına saldı, lakin onlar nəsihətləri qəbul etmədilər, ondan əl çəkmədilər, nəhayət onu zülm ilə öldürdülər.


İMAM HÜSEYN (əleyhis-salam)-IN VİDALAŞMASI

İmam Hüseyn (əleyhis-salam) axırıncı vidalaşmada hərəmdəki xanımlara buyurdu: –Qəm paltarı geyib bəlalara hazırlaşın. Bilin ki Allah sizin hamınızın mühafizəçinizdir. O, sizə düşmənlərin şərrindən nicat verəcək, işlərinizin aqibətini xeyir, gözəl edəcək, düşmənlərinizi cürbəcür əzablara mübtəla edəcək. Bunların müqabilində sizə cürbəcür nemətlər, kəramətlər əta edəcəkdir. Belə isə şikayətlənməyib qədir-qiymətinizi azaldacaq sözləri dilinizə gətirməyin.1

Düşmənlərin yırtıcılıq xislətindən tam agah olan İmam Hüseyn (əleyhis-salam) mübarizənin son dəqiqələrində xeymələrə qayıtdı, buyurdu: –Mənə nimdaş və köhnə bir paltar verin, paltarlarımın altından geyinim. Mən öləndən sonra heç kim ona tamah gözü dikməsin.

İmam (əleyhis-salam) meydana yola düşdü, düşmənlə qəhrəmancasına döyüşdü, onlardan o qədər qırdı ki, hamısı qaçmağa məcbur oldular.


YARALANDIM BACI ZEYNƏB

Ələ dəsmal alıb ağla, Yaralandım bacı Zeynəb

Özün gəl yaramı bağla, Yaralandım bacı Zeynəb

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə