Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə3/56
tarix25.06.2018
ölçüsü17,81 Mb.
#51819
1   2   3   4   5   6   7   8   9   ...   56
عن أبي هريرة رضي الله عنه ، قال : قال رسول الله صلي الله عليه وسلم :( إن الله تعالى طيب لا بقيل إلا طيبا وإن الله أمر المؤمنين بما أمر به المرسلين فقال تعالي :( يا أيها الرسل كلوا من الطيبات واعملوا صالحا )، وقال تعالى :( با أبها الذين آمنوا كلوا من طيبات ما رزقناكم ). ثم ذكر الرجل يطيل السفر أشعث أغبر يمد يديه الي السماء : يا رب ! يا رب ! ومطعمه حرام ، ومشريه حرام، وملبسه حرام ، وغذي بالحرام ، فانى يستجاب له ؟.

Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Həqiqətən də Allah pakdır (və nöqsansızdır) və pak olandan başqasını da qəbul etməz. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdi. Allah buyurur: «Ey Peyğəmbərlər! Təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün» (əl-Muminun 51). Digər bir ayədə: «Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin» (əl-Bəqərə 172). Sonra Peyğəmbər  birisini xatırladarq: «Saçı-saqqalı bir birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən bu kişi əllərini səmaya qaldıraraq ya Rəbbim, ya Rəbbim deyə dua etsə, necə ola bilər ki, onun duası qəbul olunsun» deyə buyurdu21.


11) Dua Edərkən Səsi Yüksəldərək (Qışqıraraq) Dua Etməmək
"ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ"
Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir”. (əl-Əraf 55).
"وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ"
Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205).
اداب الدعاء

DUANIN ƏDƏBLƏRİ
1) Allaha Zikr Edilən Yerin Təmiz Olması
"فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ"
Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (ən-Nur 36).
2) Dua Edərkən Dəstnəmazlı Olmaq
عَنْ أَبِى مُوسَى قَالَ: لَمَّا فَرَغَ النَّبِىُّ  مِنْ حُنَيْنٍ بَعَثَ أَبَا عَامِرٍ عَلَى جَيْشٍ إِلَى أَوْطَاسٍ فَلَقِىَ دُرَيْدَ بْنَ الصِّمَّةِ،…فَرَجَعْتُ فَدَخَلْتُ عَلَى النَّبِىِّ  فِى بَيْتِهِ عَلَى سَرِيرٍ مُرْمَلٍ وَعَلَيْهِ فِرَاشٌ قَدْ أَثَّرَ رِمَالُ السَّرِيرِ بِظَهْرِهِ وَجَنْبَيْهِ، فَأَخْبَرْتُهُ بِخَبَرِنَا وَخَبَرِ أَبِى عَامِرٍ، وَقَالَ قُلْ لَهُ اسْتَغْفِرْ لِى، فَدَعَا بِمَاءٍ فَتَوَضَّأَ ثُمَّ رَفَعَ يَدَيْهِ فَقَالَ: «اللَّهُمَّ اغْفِرْ لِعُبَيْدٍ أَبِى عَامِرٍ». وَرَأَيْتُ بَيَاضَ إِبْطَيْهِ ثُمَّ قَالَ: «اللَّهُمَّ اجْعَلْهُ يَوْمَ الْقِيَامَةِ فَوْقَ كَثِيرٍ مِنْ خَلْقِكَ مِنَ النَّاسِ». فَقُلْتُ وَلِى فَاسْتَغْفِرْ. فَقَالَ: «اللَّهُمَّ اغْفِرْ لِعَبْدِ اللَّهِ بْنِ قَيْسٍ ذَنْبَهُ وَأَدْخِلْهُ يَوْمَ الْقِيَامَةِ مُدْخَلاً كَرِيمًا».
Uzun bir hədisin son hissəsi: Əbu Musa  demişdir: “Peyğəmbər  Huneyn döyüşünü başa çatdırdıqdan sonra Əbu Amirin başçılığı altında Əvtasa qoşun göndərdi... Mən geri qayıtdıqda gəlib Peyğəmbərin  evinə daxil oldum. Peyğəmbər  üstü xurma liflərindən toxunmuş və üstünə nazik örtük sərilmiş bir çarpayıda uzanmışdı. İplər onun kürəyində və böyründə iz buraxmışdı. Mən həm bizim, həm də Əbu Amirin başına gələnləri ona danışdım. (Dedim: “Ya Rəsulullah, Əbu Amir) dedi: “Peyğəmbərə  deyərsən, mənim üçün bağışlanma diləsin”. Onda Peyğəmbər  su gətizdirib dəstəmaz aldı, sonra əllərini (göyə) qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri bağışla!” (Peyğəmbər  əllərini elə qaldırdı ki, hətta) mən onun qoltuğunun ağlığını gördüm. O davam edib dedi: “Allahım, Qiyamət günü onu yaratdığın insanların bir çoxundan üstün et!”. Mən dedim: “(Ya Rəsulullah,) mənim üçün də bağışlanma dilə.” Peyğəmbər  (dua edib) dedi: “Allahım, Abdullah ibn Qeysin günahlarını bağışla və Qiyamət günü onu olduqca şərəfli bir məqama çatdır!”22.
3) Dişləri Sivakla Təmizləmək
Çünki dua dil ilə edilən ibadətdir və ağızın dua edərkən təmizlənməsi gözəl ədəblərdəndir. Necə ki, sünnədə namaz və Quran oxunan zaman ağızı misvak ilə təmizləmək varid olmuşdur. Məqsəd Allahı zikr edilən yerin təmiz olmasıdır.
حَدَّثَنِي نَافِعٌ عَنْ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِي غَزْوَةِ خَيْبَرَ مَنْ أَكَلَ مِنْ هَذِهِ الشَّجَرَةِ يَعْنِي الثُّومَ فَلَا يَقْرَبَنَّ مَسْجِدَنَا.
Peyğəmbər  Xeybər günü buyurdu: "Bu ağacdan – yəni, (soğan), sarımısaq yeyən bizim məscidimizə yaxınlaşmasın”23.
4) Qibləyə Yönəlmək
عُمَرُ بْنُ الْخَطَّابِ قَالَ لَمَّا كَانَ يَوْمُ بَدْرٍ نَظَرَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- إِلَى الْمُشْرِكِينَ وَهُمْ أَلْفٌ وَأَصْحَابُهُ ثَلاَثُمِائَةٍ وَتِسْعَةَ عَشَرَ رَجُلاً فَاسْتَقْبَلَ نَبِىُّ اللَّهِ -صلى الله عليه وسلم- الْقِبْلَةَ ثُمَّ مَدَّ يَدَيْهِ فَجَعَلَ يَهْتِفُ بِرَبِّهِ « اللَّهُمَّ أَنْجِزْ لِى مَا وَعَدْتَنِى اللَّهُمَّ آتِ مَا وَعَدْتَنِى اللَّهُمَّ إِنْ تَهْلِكْ هَذِهِ الْعِصَابَةُ مِنْ أَهْلِ الإِسْلاَمِ لاَ تُعْبَدْ فِى الأَرْضِ ».
Ömər  rəvayət edir ki: “Bədr günü Peyğəmbər  müşriklərə baxdı. Onlar min, əshabı isə üç yüz on doqquz nəfər. Peyğəmbər  qibləyə yönələrək əllərini göyə qaldırdı və Rəbbinə: “Allahım! Mənə vəd etdiyini yerinə yetir! Allahım! Mənə vəd etdiyini mənə ver! Allahım! Əgər sən İslam əhli olan bu camaatı həlak etsən, Yer üzündə sənə ibadət edən olmaz!” deyə nida etdi24.
عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ اسْتَقْبَلَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْكَعْبَةَ فَدَعَا عَلَى نَفَرٍ مِنْ قُرَيْشٍ عَلَى شَيْبَةَ بْنِ رَبِيعَةَ وَعُتْبَةَ بْنِ رَبِيعَةَ وَالْوَلِيدِ بْنِ عُتْبَةَ وَأَبِي جَهْلِ بْنِ هِشَامٍ فَأَشْهَدُ بِاللَّهِ لَقَدْ رَأَيْتُهُمْ صَرْعَى قَدْ غَيَّرَتْهُمْ الشَّمْسُ وَكَانَ يَوْمًا حَارًّا.
İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  Kəbəyə yönələrək Qureyşdən olan: Şeybə İbn Rabia, Utbə İbn Rabia, Valid İbn Utbə, Əbu Cəhl İbn Hişəm bir neçə nəfərə bəd dua etdi. Allah şahiddir ki, mən onların hamısını (Bədr döyüşündə) yerə sərildiyini (öldürüldüyünü) gördüm. Günəşin istisi onların (cəsədlərini) dəyişmişdir”25.
عن أبي هريرة  قال: قال رسول الله  : (( إنّ لكلِّ شيءٍ سيداً, وإنَّ سيِّد المجالسِ قِباَلَة القِبْلَة )) قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər bir şeyin Seyyidi (ağası) vardır, məclislərin (zikr, dua, elm) ağası isə qibləyə yönəlməkdir“26.
عن أبي هريرة  قال قدم الطفيل بن عمرو الدوسي على رسول الله  فقال يا رسول الله أن دوساً قد عصت وأبت فادع الله عليها! فاستقبل رسول الله  القبلة ورفع يديه, فظن الناس أنه يدعو عليهم فقال: ((اللَّهُمَّ اهْدِ دَوْسًا، وَائْتِ بِهِمْ)) قال الشيخ الألباني : صحيح
Əbu Hureyra  rəvayət edir ki, Tufeyl İbn Amr əd-Dövsi Peyğəmbərin  yanına gəlib dedi: “Ey Allahın elçisi! Dövs qəbiləsi asilik etmiş və (haqdan) üz çevirmişdir. Onların əleyhinə Allaha dua et!”. Peyğəmbər  üzünü qibləyə tutub əllərini (göyə) qaldırdı. Camaat elə zənn etdi ki, Peyğəmbər  onlara bəddua edəcək. (O isə əksinə): “Allahummə İhdi Dousən Vəti Bihim – Allahım! Dövs qəbiləsini doğru yola yönəlt və onları (haqqa) gətir”- deyə dua etdi27.
5) Əlləri Qaldırmaq
Duanın ən böyük ədəblərindən biri də, dua edərkən əlləri qaldırmaqdır. Çünki qul əllərini Rəbbinə tərəf qaldırmaqla özünün Ona olan acizliyini bildirir.
فَتَوَضَّأَ ثُمَّ رَفَعَ يَدَيْهِ فَقَالَ: «اللَّهُمَّ اغْفِرْ لِعُبَيْدٍ أَبِى عَامِرٍ». وَرَأَيْتُ بَيَاضَ إِبْطَيْهِ...
Əbu Musa  demişdir: “...Onda Peyğəmbər  su gətizdirib dəstəmaz aldı, sonra əllərini (göyə) qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri bağışla!” (Peyğəmbər  əllərini elə qaldırdı ki, hətta) mən onun qoltuğunun ağlığını gördüm28.
عن سلمان  قال: قال رسول الله : (( إنَّ الله حَيِيٌّ كريمٌ, يَسْتَحي إذا رَفع الرجلُ إليه يدَيه أن يردَّهما صِفْراً خائبتين )) قال الشيخ الألباني : صحيح
Salman (Farisi)  rəvayət edir ki, Rəsulullah  buyurdu: «Həya və Kərim sahibi olan Rəbbimiz əllərini ona tərəf qaldıran qulunun əllərini geri boş qaytarmaqdan Həya edir»29.
وعن أنس رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم إن الله رحيم كريم يستحيي من عبده أن يرفع إليه يديه ثم لا يضع فيهما خيرا. قال الشيخ الألباني : صحيح
Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Rahim və Kərim sahibi olan Allah əllərini Ona tərəf qaldırmış qulunun əllərinə xeyir qoymadan geri qaytarmaz”30.
Dua Edərkən Əlləri Qaldırmaq Üç Cür Olur:

1. Ümumi Duanın Məqamı - buna istəmək deyilir. Qaydası: Əlləri çiyinlərinə bərabər, yaxud yaxın tutub ovucunu açaraq bir-birinə birləşdirirsən və əllərinin içini göyə, üstünü isə yerə, yaxud, içini üzünə üstünü isə qibləyə tərəf tutursan. Bu məqamdan Vitir namazında qunut tutarkən, istisqa (yağış) duası edərkən, həcc vaxtı dua edərkən əllərin qaldırılması sünnədə olan altı yerdə dua edərkən, yaxud da, hər hansı bir vaxtda dua etmək istəyərkən edilir.


حَدَّثَنِى الْعَبَّاسُ بْنُ عَبْدِ اللَّهِ بْنِ مَعْبَدِ بْنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ الْمَسْأَلَةُ أَنْ تَرْفَعَ يَدَيْكَ حَذْوَ مَنْكِبَيْكَ أَوْ نَحْوَهُمَا وَالاِسْتِغْفَارُ أَنْ تُشِيرَ بِأُصْبُعٍ وَاحِدَةٍ وَالاِبْتِهَالُ أَنْ تَمُدَّ يَدَيْكَ جَمِيعًا. قال الألباني : صحيح .
İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İstəmək (dua) - odur ki, əllərini çiyinlərinə bərabər, yaxud yaxın tutaraq qaldırasan. İstiğfar (bağışlanma diləmək) - odur ki, bir barmağınla (şəhadət barmağınla) işarə edəsən. İbtihəl (yalvarmaq) - odur ki, əllərini (qollarınla) birlikdə qaldırasan”31.
2. Bu Məqama İstiğfar – bağışlanma diləmək deyilir. Qaydası: Sağ əlinin şəhadət barmağını qaldırırsan. Bu məqamdan əsasən zikr edərkən, xütbədə dua edərkən, namazda təşəhhüd oxuyarkən, namaz xaricində Təhlil (Lə Iləhə Illəllah), Təsbih (Subhənallah) deyərkən edilir.
عَنْ عُمَارَةَ بْنِ رُؤَيْبَةَ قَالَ رَأَى بِشْرَ بْنَ مَرْوَانَ عَلَى الْمِنْبَرِ رَافِعًا يَدَيْهِ فَقَالَ قَبَّحَ اللَّهُ هَاتَيْنِ الْيَدَيْنِ لَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- مَا يَزِيدُ عَلَى أَنْ يَقُولَ بِيَدِهِ هَكَذَا. وَأَشَارَ بِإِصْبَعِهِ الْمُسَبِّحَةِ.
Umarə İbn Rueybə  rəvayət edir ki, Bişr İbn Mərvan minbər üzərində əllərini qaldırdığını görür və Allah bu əllərin xeyirini kəssin. Peyğəmbərin  əli ilə bundan artıq etdiyini görmədim deyərək şəhadət barmağına işarə etdi32.
عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ مَا رَأَيْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- شَاهِرًا يَدَيْهِ قَطُّ يَدْعُو عَلَى مِنْبَرِهِ وَلاَ عَلَى غَيْرِهِ وَلَكِنْ رَأَيْتُهُ يَقُولُ هَكَذَا وَأَشَارَ بِالسَّبَّابَةِ وَعَقَدَ الْوُسْطَى بِالإِبْهَامِ. قال الألباني : ضعيف .
Səhl İbn Sad  rəvayət edir ki, Peyğəmbər  nə minbər üzərində, nə də başqa bir yerdə əllərini qaldıraraq dua etdiyini heç görmədim. Lakin işarət (şəhadət) barmağını qaldırdı, orta və baş barmağını isə birləşdirdiyini gördüm”33.
عَنْ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ قَالَ مَرَّ عَلَىَّ النَّبِىُّ -صلى الله عليه وسلم- وَأَنَا أَدْعُو بِأُصْبُعَىَّ فَقَالَ « أَحِّدْ أَحِّدْ ». وَأَشَارَ بِالسَّبَّابَةِ. قال الألباني : صحيح .
Sad İbn Əbi Vaqqas  rəvayət edir ki, iki barmağımla dua etdiyim zaman Peyğəmbər  mənim yanımdan ötürdü və o, şəhadət barmağını göstərərək: “Təklə, Təklə” deyə buyurdu34.
3. Bu Məqama Yalvarmaq Və Ya Qorxu Duası Da Deyilir - Qaydası: Əlləri qollarınla birlikdə tam olaraq qoltuğun altı görünənədək göyə qaldırırsan. Bu məqamdan, əsasən şiddətli qorxu anında, yəni: döyüşdə, şiddətli quraqlıq baş verərsə, yağışın yağması üçün və ya ən çətin anlarda istifadə olunur.
أَنَسًا عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَفَعَ يَدَيْهِ حَتَّى رَأَيْتُ بَيَاضَ إِبْطَيْهِ.
Ənəs  rəvayət edir ki, Peyğəmbər  dua edərkən əllərini qaldırdı və mən onun qoltuğunun altının ağlığını gördüm”35.
عن أنس بن مالك أن النبي صلى الله عليه و سلم استسقى فأشار بظهر كفيه إليه
Ənəs  rəvayət edir ki, Peyğəmbər  ovcunun üst hissəsini göyə tutaraq yağış duası etdi”36.
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- يَدْعُو هَكَذَا بِبَاطِنِ كَفَّيْهِ وَظَاهِرِهِمَا. قال الألباني : صحيح .
Ənəs  rəvayət edir ki, Peyğəmbər  ovcunun üstü və içi ilə dua edərkən gördüm”37.
حَدَّثَنَا سُفْيَانُ حَدَّثَنِى عَبَّاسُ بْنُ عَبْدِ اللَّهِ بْنِ مَعْبَدِ بْنِ عَبَّاسٍ بِهَذَا الْحَدِيثِ قَالَ فِيهِ وَالاِبْتِهَالُ هَكَذَا وَرَفَعَ يَدَيْهِ وَجَعَلَ ظُهُورَهُمَا مِمَّا يَلِى وَجْهَهُ. قال الألباني : صحيح .
Sufyan, Abbas İbn Abdullah İbn Mabəd İbn Abbas  öncəki hədisi rəvayət edərək zəlil olaraq dua (etməyin ədəbi) belədir dedi və: “Əllərinin üstünü üzü tərəfinə gələcək şəkildə qaldırdı”38.
Bu hədisə görə bəzi qardaşlarımız zənn edirlər ki, dua edərkən əllərin üstünü göyə, içini isə yerə tərəf tutmaq sünnədir. Lakin bütün hədisləri cəm etdikdən sonra, bu hədisin mənasını belə başa düşmək olar. Yəni Peyğəmbər  əllərini qolları ilə birlikdə o, qədər göyə qaldırdı ki, hətta, əlləri arxaya əyildi və sanki əllərinin üstü göyə baxırdı.
عَنْ مَالِكِ بْنِ يَسَارٍ السَّكُونِىِّ ثُمَّ الْعَوْفِىِّ أَنَّ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- قَالَ « إِذَا سَأَلْتُمُ اللَّهَ فَاسْأَلُوهُ بِبُطُونِ أَكُفِّكُمْ وَلاَ تَسْأَلُوهُ بِظُهُورِهَا ».قال الألباني :حسن صحيح .
Məlik İbn Yəsər əs-Səkuni  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allahdan istədiyiniz (dua etdiyiniz) zaman ovuclarınızın içi ilə istəyin, üstü ilə istəməyin"39.
6) Dua Zamanı Əlləri Qaldırarkən Yol Verilən Xətalar

1. Dua zamanı əlləri qaldırarkən üstünü göyə, içini isə yerə tutmaq.

2. Əlləri göbəklə bərabər və ya daha da aşağı tutmaq.

3. Əlləri dua üçün qaldırmamışdan öncə, yaxud, sonra bir-birinə sürtmək və ya öpmək.

4. Namazdan sonra sağ əli başın üzərinə qoyaraq dua etmək.

5. Fərz yox, nafilə namazlarından sonra camaat halında olmadan əlləri qaldıraraq dua etmək barəsində Peyğəmbərdən  bir neçə səhih hədislər varid olmuşdur, bu da nafilə namazlarından sonra əlləri qaldıraraq dua etməyin icazəli olduğuna dəlalət edir.



6. Namaz daxilində dua edərkən göyə baxmaq. Ümumiyyətlə istər namaz daxilində əlləri qaldıraraq qunut tutarkən, istərsə də namaz xaricində əlləri qaldıraraq dua edərkən ovucun içinə baxılır. Namaz daxilində dua edərkən göyə baxmağa gəldikdə isə, bütün alimlər namazın daxilində olarkən Peyğəmbərdən  varid olan səhih hədislərə istinadən göyə baxmağın qadağan olduğu barəsində ittifaq etmişdirlər.
عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « لَيَنْتَهِيَنَّ أَقْوَامٌ يَرْفَعُونَ أَبْصَارَهُمْ )عِنْدَ الدُّعَاءِ( إِلَى السَّمَاءِ فِى الصَّلاَةِ أَوْ لاَ تَرْجِعُ إِلَيْهِمْ )أَوْ لَيَخْطِفَنَّ اللَّهُ أَبْصَارَهُمْ(».
Cabir İbn Səmura  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Namaz əsnasında göyə (yuxarı) nəzər salanlar (etdikləri əməldən) çəkinsinlər! Əks halda Allah onların gözlərini geri qaytarmaz (onları kor edər)»40
Namazın xaricində dua edərkən göyə baxmaq barəsində isə bir neçə dəlillər vardır ki, bu da namaz xaricində dua edərkən göyə baxmağın şəriətdə icazəli olduğuna dəlalət edir. Məlum olduğu kimi müsəlmanların ilk qibləsi Qüds şəhərindəki Əqsa məscidi idi. Lakin Peyğəmbərin  qiblənin Məkkə şəhərindəki Kəbə məscidinin olmasını arzulayar və bunun üçün də göyə baxaraq dua edərdi.
"قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ وَإِنَّ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ"
Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.”. (əl-Bəqərə 144).
7) Duadan Əvvəl Allaha Həmd-Səna Etmək Və Peyğəmbərə  Salavat Gətirmək
عن فضالة بن عبيد  قال: بينما رسول الله  قاعدٌ إذ دخل رجلٌ فصلَّى فقال: اللهم اغفر لي وارحمني, فقال: رسول الله : (( عَجِلْتَ أيها المصلِّي! إذا صليت فقعدت فاحمد الله بما هو أهله, وصلِّ علىِّ, ثم ادعُهُ )) قال: ثم صلى رجل آخر بعد ذلك, فحمد الله وصلى على النبي  فقال له النبي  : (( أيها المصلِّي! ادْعُ تُجَبْ )) قال الشيخ الألباني : صحيح
Fudala İbn Ubeyd  rəvayət edir ki, Peyğəmbər  oturmuşdu. Bir kişi daxil olaraq namaz qılmağa başladı və dedi: “Allahumməğfirliy Vərhəmni - Allahım, məni bağışla və mənə rəhm et!”. Peyğəmbər: “Ey namaz qılan, tələsdin. Namaz qılıb oturduqdan sonra, Allaha layiqincə həmd et, mənə salavat de, sonra Allaha dua et”. Ondan sonra başqa bir kişi namaz qılır, Allaha həmd edərək, Peyğəmbərə  salavat gətirir və (Başqa heç bir şey etmədi). Peyğəmbər: “Ey namaz qılan, dua et, duan qəbul olar”41.
Dua əsnasında Peyğəmbərə  salavat gətirmək üç cür olur:

1. Dua etməzdən əvvəl, Allaha həmd-səna etdikdən sonra salavat demək.

2. Duanın əvvəlində, ortasında və sonunda salavat demək.

3. Duadan əvvəl və sonra salavat demək. Dua edərkən Peyğəmbərə  salavat demək açara bənzəyir. İbn Qeyyim  deyir ki: “Namazın açarı dəstəmaz olduğu kimi, duanın da açarı Peyğəmbərə  salavat gətirməkdir”42.


8) İnsanın Dua Edərkən Günahkar Olduğunu Etiraf Etməsi
"وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ"
Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!" Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!”. (əl-Ənbiya 87-88).
عن سداد بن أوس  عن النبي  قال: ((سَيِّدُ الِاسْتِغْفَارِ أَنْ تَقُولَ) أَلاَ أَدُلُّكَ عَلَى سَيِّدِ الاِسْتِغْفَارِ( اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ. ومَن قالَها مِنَ النَّهارِ مُوقِناً بِهَا, فَماتَ مِنْ يَوْمِه قَبْلَ أَنْ يُمْسي, فَهو مِنْ أَهْلِ الجنَّة, وَمَنْ قَالَها مِنْ اللّيِل وَهُو مُوقِنٌ بِها, فَماتَ قَبْلَ أَنْ يُصْبح, فَهو مِنْ أهْل الجنَّة. ) لاَ يَقُولُهَا أَحَدُكُمْ حِينَ يُمْسِى فَيَأْتِى عَلَيْهِ قَدَرٌ قَبْلَ أَنْ يُصْبِحَ إِلاَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ وَلاَ يَقُولُهَا حِينَ يُصْبِحُ فَيَأْتِى عَلَيْهِ قَدَرٌ قَبْلَ أَنْ يُمْسِىَ إِلاَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ (
Səddəd İbn Əus  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İstiğfarın (Allahdan bağışlanma diləməyin) ağasını öyrədimmi? “Allahummə, Əntə Rabbiy Lə Ilahə Illə Əntə, Xaləqtəniy Və Ənə Abdukə, Və Ənə Alə Ahdikə Və Və'dikə Məs Tətə'tu, Əuzu Bikə Min Şərri Mə Sanə'tu, Əbu'u Ləkə Bini'mətikə Aleyyi, Və Əbu'u Ləkə Bizənbiy, Fəğfir Liy Fəinnəhu Lə Yəğfiruz Zunubə Illə Əntə - Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan! - Kim bu kəlimələri yəqin olaraq sabahladığı zaman söyləyərsə və həmən günü axşamdan qabaq ölərsə o, kimsə Cənnət əhlindəndir. Həmçinin kim bu kəlimələri yəqin olaraq gecə vaxtı söyləyərsə və sabahlamamışdan qabaq ölərsə o, kimsə Cənnət əhlindəndir. (Başqa rəvayətdə: Sizdən biriniz bunu axşam deyərsə, sübhə qədər Allahın qədəri ilə ölüm ona gələrsə, Cənnət ona vacib olar. Səhər deyərsə, axşama qədər Allahın qədəri ilə ölüm ona gələrsə, Cənnət ona vacib olar)»43.
9) Allahı Zikr Edən Zikrində Davamlı Olmalı, Gündəlik Zikirlərdən Hər Hansınısa Buraxarsa Dərhal Onu Qaytarmalıdır
عُمَرَ بْنَ الْخَطَّابِ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « مَنْ نَامَ عَنْ حِزْبِهِ أَوْ عَنْ شَىْءٍ مِنْهُ فَقَرَأَهُ فِيمَا بَيْنَ صَلاَةِ الْفَجْرِ وَصَلاَةِ الظُّهْرِ كُتِبَ لَهُ كَأَنَّمَا قَرَأَهُ مِنَ اللَّيْلِ».
Peyğəmbər  buyurdu: “Hər kim gündəlik olaraq davam etdiyi zikrlərdən (Quran, dua, zikr) hamısını və ya bir qismini oxumayıb yatarsa, sübh namazı ilə Zöhr namazı arasında (oxumadıqlarını) oxuyarsa sanki gecə oxumuş kimi ona savab yazılar”44.
"الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ"
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!”. (Ali İmran 191).
عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ -صلى الله عليه وسلم- يَذْكُرُ اللَّهَ عَلَى كُلِّ أَحْيَانِهِ.
Aişə  rəvayət edir ki, Peyğəmbər  Allahı hər bir anında zikr edərdi”45.
10) Öyrəndiyin Zikirlərdən Bir Dəfə Də Olsa Belə Əməl Etməsi Və - Allahın İznilə - Allahı Zikr Edənlərdən Ola Bilmək Üçün Bacardığın Qədərini Yerinə Yetirmək


Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə