Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR


عن أبي هريرة عبد الرحمن بن صخر رضي الله عنه ، قال : سمعت رسول الله صلي الله عليه وسلم يقول:( وما نهيتكم عنه فاجتنبوه ، وما أمرتكم يه فأتوا منه ما استطعتم ، فإنما أهلك الذين من قبلكم كثرة مسائلهم واختل



Yüklə 17,81 Mb.
səhifə4/56
tarix25.06.2018
ölçüsü17,81 Mb.
#51819
1   2   3   4   5   6   7   8   9   ...   56
عن أبي هريرة عبد الرحمن بن صخر رضي الله عنه ، قال : سمعت رسول الله صلي الله عليه وسلم يقول:( وما نهيتكم عنه فاجتنبوه ، وما أمرتكم يه فأتوا منه ما استطعتم ، فإنما أهلك الذين من قبلكم كثرة مسائلهم واختلافهم علي أنبيائهم ) .



Əbu Hureyrə, AbdurRahmən İbn Saxr rəvayət edir ki, Peyğəmbər buyurdu: «Sizə nəyi qadağan etsəm ondan çəkinin, nəyi əmr etmişəmsə ondan bacardığınız qədər yerinə yetirin. Həqiqətən sizdən əvvəlki ummətləri çox sual vermələri və Peyğəmbərlərinə müxalif olmaları həlak etdi»46.

11) Dua Edənin Məqsədinin Xeyirli Olması


Yəni insan dua edərkən, əgər Allah onun duasını qəbul edərsə həmin duadan doğan səmərəni xeyirli işdə sərf edəcəyini niyyət etməlidir. Məs: “Allahım, mənə mal-dövlət ver, İslam dininin güclənməsinə sərf edim” “Allahım! kasıblara kömək edim”, “Allahım, mənə ismətli olmaq üçün, günahlardan qorunmaq üçün əməlisaleh zövcə nəsib et” və s.
"قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي. وَيَسِّرْ لِي أَمْرِي. وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي. يَفْقَهُوا قَوْلِي. وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي. هَارُونَ أَخِي. اشْدُدْ بِهِ أَزْرِي. وَأَشْرِكْهُ فِي أَمْرِي. كَيْ نُسَبِّحَكَ كَثِيرًا. وَنَذْكُرَكَ كَثِيرًا. إِنَّكَ كُنْتَ بِنَا بَصِيرًا. قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَى"
Musa dedi: "Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar! Mənə öz ailəmdən bir köməkçi ver – Qardaşım Harunu! Onun sayəsində mənim gücümü artır! Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Sənə çoxlu təriflər eyək və Səni çox zikr edək. Şübhəsiz ki, Sən bizi görürsən!". Allah buyurdu: "Dilədiyin sənə verildi, ey Musa!”. (Ta ha 25-36).
عَنْ أَبِى عَبْدِ الرَّحْمَنِ الْحُبُلِىِّ عَنِ ابْنِ عَمْرٍو قَالَ قَالَ النَّبِىُّ -صلى الله عليه وسلم- « إِذَا جَاءَ الرَّجُلُ يَعُودُ مَرِيضًا فَلْيَقُلِ اللَّهُمَّ اشْفِ عَبْدَكَ يَنْكَأُ لَكَ عَدُوًّا أَوْ يَمْشِى لَكَ إِلَى جَنَازَةٍ ». قَالَ أَبُو دَاوُدَ وَقَالَ ابْنُ السَّرْحِ « إِلَى صَلاَةٍ ». قال الألباني : صحيح.
İbn Amr  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir nəfər xəstə (qardaşını) ziyarətə gəldiyi zaman:”Ey Allahım! Bu quluna şəfa ver. Sənin rızan üçün düşmənlərlə döyüşər və cənazə (namazına) gedər”47.
12) Dua Edərkən Ağlamaq
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ النَّبِىَّ -صلى الله عليه وسلم- تَلاَ قَوْلَ اللَّهِ عَزَّ وَجَلَّ فِى إِبْرَاهِيمَ ( رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِنَ النَّاسِ فَمَنْ تَبِعَنِى فَإِنَّهُ مِنِّى) الآيَةَ. وَقَالَ عِيسَى عَلَيْهِ السَّلاَمُ ( إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ) فَرَفَعَ يَدَيْهِ وَقَالَ « اللَّهُمَّ أُمَّتِى أُمَّتِى ». وَبَكَى فَقَالَ اللَّهُ عَزَّ وَجَلَّ يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ وَرَبُّكَ أَعْلَمُ فَسَلْهُ مَا يُبْكِيكَ فَأَتَاهُ جِبْرِيلُ - عَلَيْهِ الصَّلاَةُ وَالسَّلاَمُ - فَسَأَلَهُ فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- بِمَا قَالَ. وَهُوَ أَعْلَمُ. فَقَالَ اللَّهُ يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ فَقُلْ إِنَّا سَنُرْضِيكَ فِى أُمَّتِكَ وَلاَ نَسُوءُكَ.
Abdullah İbn Amr İbn əl-Ass  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allahın İbrahim  barəsində buyurduğu: Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhmlisən”. (İbrahim 36). Və İsa  bu kəlamını: Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!". (əl-Maidə 118). oxuyaraq, əllərini qaldırıb dedi: “Allahım, ümmətim, ümmətim!” və ağlamağa başladı. Allah hər şeyi daha yaxşı bildiyi halda buyurdu: “Ey Cəbrail, Muhəmmədin  yanına get və soruş ki, səni ağladan nədir?”. Cəbrail  onun yanına gələrək soruşur və Peyğəmbərin  dediklərini - Allaha bildiyi halda -xəbər verir. Allah: “Ey Cəbrail, Muhəmmədin  yanına gedərək de ki, Biz səni ümmətin üçün istədiyin şeydə razı salacağıq və səni pərişan etmərik”48.
13) Dua Edənin Çətinlikdə Və Ehtiyaclı Olmasını Allaha Bildirməsi
"وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ. فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ"
Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: "Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!". Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər”. (əl-Ənbiya 89-90).
14) Duanın Qısa, Lakin Çox Mənalı Və Gözəl Kəlmələrlə Olması
Edilən dua uzunçuluqdan, lazımsız və artıq kəlmələrdən uzaq olmalıdır.
عَنْ عَائِشَةَ رضى الله عنها قَالَتْ كَانَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- يَسْتَحِبُّ الْجَوَامِعَ مِنَ الدُّعَاءِ وَيَدَعُ مَا سِوَى ذَلِكَ. قال الألباني : صحيح .
Aişə  rəvayət edir ki, Allah Elçisi  Cəvəmiul (qısa və çox mənalı) duaları sevər və bundan qeyrilərini tərk edərdi”49.
15) Dua Edənin Ən Birinci Özündən Başlaması
عَنْ أُبَىِّ بْنِ كَعْبٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- إِذَا دَعَا بَدَأَ بِنَفْسِهِ وَقَالَ « رَحْمَةُ اللَّهِ عَلَيْنَا وَعَلَى مُوسَى لَوْ صَبَرَ لَرَأَى مِنْ صَاحِبِهِ الْعَجَبَ وَلَكِنَّهُ قَالَ (إِنْ سَأَلْتُكَ عَنْ شَىْءٍ بَعْدَهَا فَلاَ تُصَاحِبْنِى قَدْ بَلَغْتَ مِنْ لَدُنِى) ». طَوَّلَهَا حَمْزَةُ. قال الألباني : صحيح.
Ubeyy İbn Kəb  rəvayət edir ki, Peyğəmbər  dua etdiyi zaman ilk öncə özündən başlayardı. (Bir gün) buyurdu: “Allahın rəhməti bizim və (qardaşım) Musanın  üzərinə olsun. Əgər (o) yoldaşından gördüyü şeylərə səbr etsəydi (Xızırdan  bu gördükləri haqqında sual verməsəydi daha çox hadisələrin şahidi olardıq). Lakin o, (gördüklərinə səbr etməyərək) buyurdu: "Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın"50.
"وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ"
Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (əl-Həşr 10). Əgər başqası üçün dua etmək istəyirsə özünə dua etmədən ona etdiyi dua ilə kifayətlənə bilər.
16) Duanı Bir Neçə Dəfə Təkrar Etmək
عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ عَبْدِ اللَّهِ أَنَّ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- كَانَ يُعْجِبُهُ أَنْ يَدْعُوَ ثَلاَثًا وَيَسْتَغْفِرَ ثَلاَثًا. قال الألباني : ضعيف .
İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  üç dəfə dua və üç dəfə istiğfar etməyi xoşlayardı”51.
17) Davamlı Olaraq Hər Bir Zaman Dua Etmək
عَنْ أَبِي هُرَيْرَةَ  قَالَ : قَالَ رَسُوْلُ اللهِ : «مَنْ سَرَّهُ أَنْ يَسْتَجِيْبَ اللهُ لَهُ عِنْدَ الشَّدَائِدِ وَالْكُرَبِ فَلْيُكْثِرِ الدُّعَاءَ فِي الرَخَاءِ». قال الألباني : صحيح.
Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sıxıntılı və kədərli anlarda duasının qəbul olması kimi sevindirirsə, rahatlıq olan zamanda duasını çoxaltsın”52. O, kəslər kimi olmayın ki, onlar yalnız başlarına iş gəldiyi, çətin anlarında Allahı xatırlayarlar.
"وَإِذَا مَسَّ الْإِنْسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِنْ قَبْلُ وَجَعَلَ لِلَّهِ أَنْدَادًا لِيُضِلَّ عَنْ سَبِيلِهِ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِ"
İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: "Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!". (əz-Zumər 8).
"وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاءٍ عَرِيضٍ"
İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar”. (əl-Fussilət 51).
"فَإِذَا مَسَّ الْإِنْسَانَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَاهُ نِعْمَةً مِنَّا قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَى عِلْمٍ بَلْ هِيَ فِتْنَةٌ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ. قَدْ قَالَهَا الَّذِينَ مِنْ قَبْلِهِمْ فَمَا أَغْنَى عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ"
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir: "Bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir!" Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir. Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları şeylər onlara heç bir fayda vermədi”. (əz-Zumər 49-50).
عَنْ أَبِي هُرَيْرَةَ  قَالَ : قَالَ رَسُوْلُ اللهِ : تعرف إلى الله في الرخاء يعرفك في الشدة . قال الألباني : صحيح.
Peyğəmbər  buyurdu: “Allahı xoş anında (ibadət, dua və s. edərək) tanı ki, Allah da səni çətin anında tanısın”53. Əbu Dərda  rəvayət edir ki: “Şən günlərində Allaha dua et ki, O da sənin duanı çətin günlərində qəbul etsin”54.
18) Sevgi, Qorxu Və Ümid İlə Yalvararaq Dua Etmək
"فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ"
Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər”. (əl-Ənbiya 90).
"تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ"
Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər”.(əs-Səcdə 16).
19) Dua Edərkən Əzm Edərək Qətiyyətlə İstəmək
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَا يَقُولَنَّ أَحَدُكُمْ اللَّهُمَّ اغْفِرْ لِي إِنْ شِئْتَ اللَّهُمَّ ارْحَمْنِي إِنْ شِئْتَ لِيَعْزِمْ الْمَسْأَلَةَ فَإِنَّهُ لَا مُكْرِهَ لَهُ.
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Heç kəs “Allahım, istəyirsən məni bağışla”, “Allahım, istərsən mənə rəhm et” deməsin. İstədiyini əzm (qətiyyətlə) etsin. Çünki Allahı məcbur edən yoxdur”55.
20) Müsəlmanlar Üçün Dua Etmək
عن أم الدرداء قالت: حدثني سيدي (تعني: زوجها أبا الدرداء) أنه سمع رسول الله  يقول: (( إذا دعا الرجلُ لأخيه بِظهرِ الغيبِ قالتِ الملائكةُ: ولـكَ بمثلٍ))
Ummu Darda  rəvayət edir ki, ağam (Yəni, ərim Əbu Darda) mənə rəvayət etdi ki, Peyğəmbərin  belə buyurduğunu eşitdim: “Bir kimsə müsəlman qardaşı üçün onun qeybində (yəni, yanında olmadığı zaman) dua etdiyi zaman mələklər onun üçün: “(Amin), misli qədəri sənə də verilsin” deyərlər56.
حدثنا سفيان بن وكيع حدثنا أبي عن سفيان عن عاصم بن عبيد الله عن سالم عن ابن عمر عن عمر : أنه استأذن النبي صلى الله عليه و سلم وسلم في العمرة فقال أي أخي أشركنا في دعائك ولا تنسنا قال الشيخ الألباني : ضعيف
Ömər  rəvayət edir ki, Peyğəmbər  Ümrəyə getmək üçün izin istəmişdim. O: “Ey Qardaşım! Dualarına bizi də ortaq et, bizi unutma” deyə buyurdu57.
21) Müsəlman Kişi Və Qadınlar Üçün Bağışlanma Diləmək
"فَاعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ"
Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir”. (Muhəmməd 19).
"رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا"
Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. (Nuh 28).
"وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ"
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (əl-Həşr 10).
عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ  عَنِ النَّبِيِّ  قَالَ: مَنِ اسْتَغْفَرَ لِلْمُؤْمِنِينَ وَالمُؤْمِنَاتِ كَتَبَ الله لَهُ بِكُلِّ مُؤْمِنٍ وَمُؤْمِنَةٍ حَسَنَةً. قال الشيخ الألباني : حسن
Ubadə İbn Samit  rəvayət edir ki, Peyğəmbərin  belə buyurduğunu eşitdim: «Kim mömin kişilər və mömin qadınlar üçün istiğfar (Allahdan bağışlanmalarını) diləyərsə, Allah hər mömin kişi və hər mömin qadın (sayına) görə ona savab yazar»58.
22) Möminlərə Tənə Və Lənət Etməkdən Uzaq Olmaq
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِيَ اللَّهُ عَنْهُمَا عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ الْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ وَالْمُهَاجِرُ مَنْ هَجَرَ مَا نَهَى اللَّهُ عَنْهُ. )والمؤمن من أمنه الناس على دمائهم وأموالهم(
Abdullah İbn Amr  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Müsəlman o kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən salamat qalar”59.
حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي بُرْدَةَ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ عَلَى كُلِّ مُسْلِمٍ صَدَقَةٌ فَقَالُوا يَا نَبِيَّ اللَّهِ فَمَنْ لَمْ يَجِدْ قَالَ يَعْمَلُ بِيَدِهِ فَيَنْفَعُ نَفْسَهُ وَيَتَصَدَّقُ قَالُوا فَإِنْ لَمْ يَجِدْ قَالَ يُعِينُ ذَا الْحَاجَةِ الْمَلْهُوفَ قَالُوا فَإِنْ لَمْ يَجِدْ قَالَ فَلْيَعْمَلْ بِالْمَعْرُوفِ وَلْيُمْسِكْ عَنْ الشَّرِّ فَإِنَّهَا لَهُ صَدَقَةٌ .
Əbu Musa əl-Əşari  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər bir müsəlmana sədəqə vermək vacibdir. Dedilər: - Ey Allahın Peyğəmbəri, əgər tapmazsa? Dedi: - Əli ilə çalışsın, özünə mənfəət qazansın və sonra sədəqə versin. Dedilər: - Əgər bacarmazsa? Dedi: - Çətinlikdə olana kömək etsin. Dedilər: - Əgər bacarmazsa? Dedi: - Yaxşı işləri əmr etsin. Dedilər: - Əgər bacarmazsa? Dedi: - Şər verməkdən çəkinsin. Çünki bu onun üçün sədəqədir”60.
23) Ata - Ana Və Qohum Əqrəbaya Dua Etmək
"وَالَّذِينَ آمَنُوا مِنْ بَعْدُ وَهَاجَرُوا وَجَاهَدُوا مَعَكُمْ فَأُولَئِكَ مِنْكُمْ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ"
Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə varis olmağa daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir”. (əl-Ənfal 75).
Əgər valideynlər müsəlmandırlarsa onlara rəhmət və məğfirət diləmək olar. Lakin kafir və ya müşrikdirlərsə, onlar üçün rəhmət və məğfirət diləmək olmaz.
"مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَى مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ"
Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz”. (ət-Tövbə 113).
24) Allahdan Saleh Həyat Yoldaşı Və Saleh Övladlar İstəmək
وعن ثوبان رضي الله عنه قال لما نزلت والذين يكنزون الذهب والفضة قال كنا مع رسول الله صلى الله عليه وسلم في بعض أسفاره فقال بعض أصحابه أنزلت في الذهب والفضة لو علمنا أي المال خير فنتخذه فقال أفضله لسان ذاكر وقلب شاكر وزوجة مؤمنة تعينه على إيمانه .قال الشيخ الألباني : صحيح
Sovban  rəvayət edir ki, bu ayə nazil olduğu zaman: “Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ” (ət-Tövbə 34) mən Peyğəmbər  ilə bərabər səfərlərin birində idim. Bəzi səhabələr: “Bu ayə nazil oldu, bəs hansı mal daha xeyirlidir onu götürək?” dedilər. Peyğəmbər: “Ən xeyirli (mal) zikr edən dil, şükr edən qəlb və imanı artırmağa yardımçı olan möminə zövcədir”61.
25) Müsəlman Rəhbərlər Üçün Dua Etmək


Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə