Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə14/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   10   11   12   13   14   15   16   17   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

39 



 

 

 



 

 

Şeyx  əl-Albani    deyir  ki:  “Ən  səhih  olan  səhabələrin  də  ittifaq  etdiyi 



Cümə günün son saatıdır. Buna muxalif olmaq isə caiz deyildir”

88

.  



 

8. Ramazan Ayında Edilən Dua  

 

)

(



 ) 

.(

 



Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ramazan ayı daxil 

olduqda  Cənnətin  qapıları  açılar,  Cəhənnəmin  qapıları  bağlanar  və  Şeytanlar 

zəncirlənərlər. (Başqa rəvayətdə: Hər gecə bir carçı nida edərək deyər: Ey xeyri 

istəyən yaxın gəl! Ey şər istəyən uzaq ol!)”

89

.  


 

.

 



Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Uca və Böyük 

olan  Allah  Ramazan  ayının  hər  günü  və  gecəsi  (Cəhənnəmdən)  azad  etdiyi 

qulları vardır. Hər bir müsəlmanın Ramazan ayının günü və gecəsində qəbul 

olunan duası vardır”

90

.  


 

9. Qədr Gecəsi Edilən Dua  

 



 



)

(

 

 



Aişə    rəvayət  edir  ki:  «Ey  Allahın  Elçisi!  Qədr  gecəsinin  hansı  gecə 

olduğunu  bilsəm,  hansı  duanı  oxumağımı  tövsiyə  edirsən?»  -  dedim.  Allah 

Elçisi  belə buyurdu: “

Allahummə İnnəkə Afuvvun Kəriymun Tuhibbul Afva 

Fə'fu Anni - 

Allahım! Sən bağışlayansan, səxavətlisən və bağışlamağı sevənsən, 

məni bağışla!»

91

.  



                                                

88

 əl-Albani “Səhih Tərğib” 1/441, “Zəifdə” 13/846.  



89

 Buxari 1899, 3277, Müslim 1079, 2547, Nəsəi 2097, 2102, 2107, İbn Hibban 3434.  

90

 Bəzzar “Kəşful Əctər” 962, əl-Albani “Sahih Tərğib” 1/419.  



91

 İbn Məcə 3850, Tirmizi 3513, 3855, Əhməd 25384, 25423, əl-Albani “Səhihdə” 3337, “Sahihul Cəmi” 4423.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

40 



 

 

10. Oruclu Olarkən Edilən Dua  



 

.

 



 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Üç  dua  vardır  ki,  geri 

qaytarılmır: Atanın, oruclunun və müsafirin duası”

92

.  



 

11. Həcda Və Ümrədə Olarkən Edilən Dua  

 

 

Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah 



yolunda  düşmənə  hücuma  keçən,  həc  və  ümrə  üçün  yola  çıxan  Allahın 

qonağıdır.  Allah  onları  çağırmışdır  və  onlar  da  Allahın  çağırışına  cavab 

vermişlər. Onlar Allahdan istəyərlər (Allah da onların istəyini) verər”

93

.  



 

12-13. Səfa və Mərva Dağının Üzərində Olarkən Edilən Dua  

 





)

(



 

 

Cabir   rəvayət edir ki, sonra Peyğəmbər   Səfa təpəsinə çıxdı və təpənin 



üzərində olarkən onlar arasında dua etdi (Yəni: İki Təhlillər arasında dünya və 

axirəti üçün xeyirli olan duanı etdi). Peyğəmbər  Mərvada da eyni ilə Səfada 

etdiklərini etdi

94

.  



 

14. Arafat Günü Edilən Dua  

 





 

 

                                                



92

 Beyhəqi 3/345, Albani “Səhihdə” 1797.  

93

 İbn Macə 2893, əl-Albani “Səhihdə” 1820.  



94

 Müslim 1218, 3009, Əbu Davud 1905, 1907, Nəsəi 2972, 2974, 2984, 2961, əl-Albani “Həccətun Nəbiy” 59-60, 

“Mənəsiku Həcc” 24-25.  



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

41 



 

Əli  mərfu olaraq rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ən xeyirli dua, 

Ərafa günü edilən duadır...”

95

.  



 

15. Müzdəlifədə Olarkən  

 

"

"

 

 

“Rəbbinizdən  lütf  diləmək  (həcc  vaxtı  ticarət  etmək)  sizə  günah  deyildir. 



Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola 

yönəltdiyinə  görə  Onu  yad  edin.  Hərçənd  ki,  bundan  əvvəl  siz  azmışlardan 

idiniz”. (əl-Bəqərə 198).  

 



 

Cabir    rəvayət  edir  ki,  sonra  Peyğəmbər    Qəsvayə



96

 minib 


MəşərulHərama  gəldi,  üzünü  qibləyə  çevirdi,  Allaha  həmd  etdi,  Onun  ən 

Böyük olduğunu, Ondan başqa ibadətə layiq haqq məbud olmadığını və Onun 

Tək  haqq  İlah  olduğunu  söylədi  – 

Əlhəmdulilləh,  Allahu  Əkbər,  Lə  Iləhə 

Illəllah

  (O,  hava  işıqlanana  qədər  ayaq  üstə  dayanıb  bu  cür  dua  etməkdə 

davam etdi) və günəş çıxmazdan əvvəl yola düşdü!”

97

.  



 

16-17. Kiçik Və Orta Daşa Daş Atdıqdan Sonra  

 



)



(

)

 (



)

(

)



(

 

)



(

.



 

 

                                                



95

 Tirmizi 3585, əl-Albani “Səhihul Cəmi” 3274, “Səhihdə” 1313. 

96

 Dəvəsinin adıdır.  



97

 Müslim 3009, İbn Məcə 3074, Əbu Davud 1907, əl-Albani “Həccətun Nəbi” 76.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə