Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə2/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   2   3   4   5   6   7   8   9   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 



 

Əziz  və  çox  bağışlayan  olan,  gecə  ilə  gündüzü  ağıl  və  bəsirət  sahibi 

kimsələrə ibrət olsun deyə yaradan, Allahı çox zikr (xatırlayan) edən müttəqi 

və  bəşəriyyətin  ən  xeyirlisi  Muhəmmədi    doğru  yolu  göstərən  olaraq  seçib 

insanlığa  göndərən  Allaha  həmd  olsun.  Bizlərə  Allahı  çox  zikr  edərək 

Cənnətdə  uca  məqamlara  çatmaq  üçün  irəlidə  olmağı  xəbər  verən  Odur. 

Cənnəti  istəyən  və  Cəhənnəmdən  Allaha  sığınan  hər  kəs  Onun  çağırışına 

uyaraq  Allahı  gecə  və  gündüz  xatırlamağa  davam  etməlidir.  Allahın 

üzərimizdə olan haqqı Onu Tövhid etmək və Allahı çox zikr edən kimsəyə ən 

gözəl  mükafat  Cənnət  olduqda,  heç  kimsə  Allahı  çox  zikr  edən  qədər  əcirdə 

irəli keçməmişdir.  

Şükürlər  olsun  aləmlərin  Rəbbi  olan  Allaha!  Şükürlər  olsun  ki,  verdiyi 

nemətlər  sayəsində  “Səhih  Dua  Və  Zikrlər”  kitabını  tərcümə  edib  toplaya 

bildik. Allaha nə qədər şükr etsək də layiqincə onun verdiyi nemətlərin əvəzini 

verə  bilmərik. Çünki Allahın    bizi şükr  etməyə  müvəffəq  etməsi özü  də  bir 

nemətdir ki, bunun da şükrə ehtiyacı vardır. Necə ki, Davud  buyurur: "Ey 

Rəbbim! Sənə necə şükr edim ki, neməti verən, onunla ruziləndirən, sonra da 

nemət  üstünə  nemət  verərək  artıran  Sənsən.  Nemət  də  Səndən,  şükr  də 

Sənədən. (şükrüm belə Sənin bir nemətindir) Necə bunlara şükr edim". Allah: 

"İndi  Məni  tanıdın  və  Mənə  şükr  etdin,  ey  Davud!  Çünki,  şükr  etməyin  də 

Mənim  bir  nemətim  olduğunu  bildin".  (Başqa  rəvayətdə:  "Ey  Rəbbim! 

Vücudumdakı  tüklərdən  hər  birinin  iki  dili  olsa,  gecə  və  gündüz  bütün 

vaxtlarda  Səni  zikr  etsələr  də  belə,  yenə  də  mənə  verdiyin  nemətin  haqqını 

vermiş olmaram"

4

.  


Bu mövzuda olan Dua və Zikirləri araşdırmaq istədim. Sayılmayacaq qədər 

çoxdur. Ümmətin ittifaq etdiyi və mənbə olaraq qəbul etdiyi: Buxari, Müslim, 

Əbu Davud, Tirmizi, Nəsəi, İbn Məcə, İmam Əhməd “Musnəd” və İbn Hibban 

əsərlərindən istifadə edərək, əsrin Muhəddisi sayılan Muhəmməd Nəsirəddin 

əl-Albani  “Səhih” saydığı hədisləri qeyd etdim. Kitabda mövzu ilə bağlı bir 

çox  “Zəif”  hədislər  də  vardır.  Qeyd  etməkdə  məqsədim:  Bu  hədisləri  bilib 

onlarla  əməl  etməməkdir.  Çünki  Peyğəmbər    buyurdu:  «Mənim  adımdan 

yalan uydurmayın. Hər kim söyləmədiyimi mənə isnad edərsə heç şübhəsiz ki, 

atəşə girər»

5

. Peyğəmbər  buyurdu: «Hər kim qəsdli olaraq mənim ağzımdan 



yalan  söyləyərsə  atəşdən  yerini  hazırlasın»

6

.  Peyğəmbər    buyurdu:  «Heç 



şübhəsiz  ki,  mənim  ağzımdan  yalan  söyləmək  başqa  bir  kimsənin  ağzından 

                                                

4

 İmam Əhməd "Kitəbuz Zuhd" 361, 362.  



5

 Müslim «Müqədimə». 

6

 Müslim «Müqədimə». 




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 



 

yalan  söyləmək  kimi  deyildir.  Hər  kim  qəsdli  olaraq  mənim  ağzımdan  yalan 

söyləyərsə atəşdən yerini hazırlasın»

7

.  



Əsrimizin  dahi  İslam  alimlərindən  və  tədqiqatçılarından  biri  də  mühəddis 

Şeyx  Albanidir  .  Bu  ad  nə  inki  İslam  ölkələrində  hətta  İslam  ölkələrindən 

kənara  çıxaraq  Avropa,  Amerika  və  s.  kimi  dövlətlərdə  də  çox  tanınmışdır. 

Minlərlə,  miliyonlarla  müsəlmanların  qəlbində  bu  şəxsiyyətə  qarşı  sevgi, 

məhəbbət  vardır.  Çünki  Əbu  Hureyrənin    rəvayət  etdiyi  hədisdə  də 

Peyğəmbər  buyurur: «Əgər Allah bir qulunu sevərsə Cəbrail  əmr edərək: 

«Şübhəsiz  Allah  filan  qulu  sevir,  sən  də  onu  sev!»  nida  edər.  Cəbrail  də  onu 

sevər. Sonra Cəbrail  səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulunu 

sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da onun sözü yer 

üzündə  məqbul  (qəbul)  sayılar»

8

.  Çox  istərdim  ki,  Allahın  dininin  keşikçisi 



olan bu gözəl insanı Azərbaycan xalqı da tanısın və daima da onu yad etsinlər.  

Şeyx  Albani    Alban  dövlətinin  keçmiş  mərkəzi  olan  Aşkodra  şəhərində 

hicri  1332-ci  ildə  (Miladi  tarixi  ilə  1914-cü  ildə)  dünyaya  gəlmişdir.  Əsli 

Albaniyadan  olduğuna  görə  ləqəbi  də  əl-Albanidir.  Kunyəsi  isə  Abu  Abdur-

Rahməndir.  Çox  kasıb  bir  ailədən  idi.  Atası  Muhəmməd  Nəsrəddin  İbn  Nuh 

Nəcətiy İbn Adəmdir. Nuh Nəcəti Osmanlı dövlətinin mərkəzi olan (İstambul) 

Astana şəhərinin şəriət mədrəsəsində dini təhsil aldıqdan sonra Allahın dininə 

xidmət  etmək  üçün  öz  ölkəsinə  qayıdır.  Lakin  o,  vaxtlar  Albaniyada  ateizim 

(Allahsızlıq)  ideyası çox yayıldığına  görə  ailəsi ilə  birlikdə  Suriyanın Dəməşq 

şəhərinə  hicrət  edirlər.  Dəməşqə  köçdükdə  gənc  alimin  9  yaşı  vardır.  İlk 

təhsilini  də  elə  bu şəhərdə  alaraq  Qurani  Kərimi  öyrənməyə  başlayır.  Quranı 

oxumaq  qaydalarını  (təcvidi),  ərəb  dili  ilə  bağlı  bir  çox  məsələləri,  həmçinin 

Hənəfi  məzhəbinin  qanunları  ilə  yaxından  tanış  olur  (Məraqil  Fərəh

9

).  Bütün 



bunlara Dəməşqin şeyxlşəri olan Muhəmməd Səid əl-Burhani və Muhəmməd 

Bəhcə  əl-Beytərinin  dərslərində  iştirak  edərək  nail  olur.  Həmçinin  bu  işdə 

onun  atasının  da  böyük  rolu  olmuşdur.  Bundan  başqa  atasından  saatsazlıq 

sənətini  də  öyrənməyə  başlayır.  Bu  sənətdə  yüksələrək  sənətkar  səviyyəsinə 

çatır.  Onun  saat  köşkü  indi  də  Dəməşqin  yaxınlığında  yerləşən  Əməvi 

Məscidinin  yaxınlığındadır.  İyirmi  yaşından  başlayaraq  Şeyx  Albani  hədis 

elmi  ilə  dərindən  məşxul  olmağa  başlayır  və  ilk  olaraq  Hafiz  əl-İrakinin  «əl-

Muqni  ən-Həmlil  Əsfər  fil  Əsfər  fi  Təhrici  mə  Filhiyə  Minəl  Əkbər»  kitabını 

geniş  şəkildə  şərh  və  tədqiq  edir.  Hədis  elmi  ilə  məşğul  olmağına  səbəb 

Misirdə  çıxan  «əl-Mənər»  jurnalı  olmuşdur

10

.  Özüdə  həmişə  deyərdi  ki, 



                                                

7

 Müslim «Müqədimə». 



8

 Buxari, Müslim. 

9

 Hənəfi məzhəbinin məşhur kitablarındandır. 



10

 Bu jurnalda Peyğəmbərin 

 hədisləri haqqında geniş məlumat verilirdi.



 


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə