Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə4/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   2   3   4   5   6   7   8   9   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 



 

ءاعدلا طورش 

DUANIN ŞƏRTLƏRİ 

 

Bilmək  lazımdır  ki,  insanın  duasının  qəbul  olması  onun  Saleh  və  Təqvalı 



olmasına dəlalət edir.  

1) İxlas Və Saleh Niyyət  

 

 

 



Möminlərin  əmiri  Əbu  Həfsə  Ömər  İbn  əl-Xəttab    deyir  ki,  mən 

Peyğəmbərin  belə buyurduğunu eşitdim: «Əməllər ancaq niyyətlər ilədir və 

hər bir kimsə üçün ancaq niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti

11

 Allah 



və Rəsulu ücündürsə, onun hicrəti Allah və Rəsulu ücündür. Hər kimin hicrəti 

əldə  edəcəyi  bir  dünyalıq  (mal-dövlət)  və  ya  nigahlanacağı  bir  qadın 

üçündürsə, onun hicrəti nə ücün hicrət etmiş isə elə onun üçündür!»

12

.  



 

2) Allahdan Qeyrisinə Dua Etməmək  

 

"

"

 

 

 

“Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və 

sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu 

var? Siz necə də az düşünürsünüz?”. (ən-Nəml 62).  

 

3) Dua Edilən Zaman Yalnız Allahdan İstəmək  



 

 

 



Əbul-Abbas  Abdullah  İbn  Abbas    rəvayət  edir  ki,  bir  gün  (minikdə) 

Peyğəmbərin    arxasında  idim.  O,  buyurdu:  «Ey  oğul!  Mən  sənə  bir  neçə 

                                                

11

 Hicrət  –  tərk  etmək  deməkdir.  Küfr  ölkəsindən  İslam  yurduna  köçmək.  Həmçinin  Allahın  qadağalarını 



tərk etməkdə hicrət adlanır. 

12

 Buxari 1, Müslim 1907. 




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

10 



 

kəlimə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, onu 

öz  qarşında  tapasan.  Bir  şey  dilədikdə,  Allahdan  dilə.  Kömək  istədikdə 

Allahdan  kömək  istə.  Bil  ki,  əğər  bütün  insanlar  sənə  xeyir  vermək  üçün  bir 

yerə  toplansalar  da  Allahın  yazdığından  artıq  heç  bir  xeyir  verə  bilməzlər. 

Bunu  da  bil  ki,  əgər  sənə  zərər  vermək  üçün  bir  yerə  toplansalar  da  Allahın 

yazdığından  artıq  sənə  zərər  verə  bilməzlər.  (Çünkü)  qələmlər  qaldırılmış, 

səhifələrin (mürəkkəbi) qurumuşdur»

13

. (Başqa rəvayətdə: «Allahı qoru ki, onu 



öz önündə tapasan. Yaxşı günündə Allahı yada sal ki, Allah da səni çətin (pis) 

günündə  yada  salsın.  Bil  ki,  səndən  yan  keçən  bəla  sənə  toxunmamalı  idi. 

Başına  gələn  bəla  isə  səndən  yan  keçməməli  idi.  Bunu  da  bil  ki,  (Allahın) 

yardımı, zəfəri - səbrlə birlikdədir. Qurtuluş – kədər və sıxıntı ilə bərabərdir və 

şübhəsiz ki, hər bir çətinliklə birlikdə - asanlıq vardır)»

14

.  



 

4) Allahı Gözəl İsimləri İlə Çağırıb Dua Etmək  

 

"

 

"

 

 



“Ən  gözəl  adlar  Allahındır.  Ona  bu  adlar  vasitəsi  ilə  dua  edin”.  (əl-Əraf 

180).  

 

 



 

 



 

 

Abdullah İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Üzüntü və 



kədər  içində  olan  kimsə  dua  edib: 

“Allahummə  İnniy  Abdukə,  İbnu  Abdikə, 

İbnu  Əmətikə,  Nasiyətiy  Biyədikə,  Madin  Fiyyə  Hukmukə,  Adlun  Fiyyə 

Qadaukə,  Əs'əlukə  Bikulli  İsmin  Huvə  Ləkə,  Səmməytə  Bihi  Nəfsəkə,  Əu 

Ənzəltəhu Fi Kitəbikə, Əu Alləmtəhu Əhədən Min Xalqikə, Əu İstə'sərtə Bihi 

Fi İlmil Ğaybi Indəkə, Ən Təc'aləl Qur'anə Rəbiya Qalbiy, Və Nura Sadriy, Və 

Cələə  Huzniy,  Və  Zəhabə  Həmmiy  –

  Allahım!  Mən  Sənin  qulunam,  qulunun 

oğluyam,  kənizinin  oğluyam!  Kəkilim  (məni  idarə  etmək)  Sənin  əlindədir. 

Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, 

Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə 

                                                

13

 Tirmizi 2516, əl-Albani «Səhih Cəmi» 7834. 



14

 İmam Nəvəvi «Riyadus Salihin» 63, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

11 



 

öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan 

hər  bir  adla  yalvarıram  ki,  Quranı  qəlbimin  baharı  və  köksümün  nuru  et, 

üzüntümün  aradan  qalxması  və  kədərimin  getməsi  (üçün  səbəb)  et!”  -  desə, 

Allah onun üzüntüsünü aradan qaldırar və kədərini sevinclə əvəz edər». Mən: 

“Yə Rəsulullah!  Biz bunu öyrənək” dedim. O: “Bəli, yaraşmaz bir kimsəyə bu 

duanı eşitdikdən sonra əzbərləməsin (öyrənməsin)”

15



 

5) Duanın Qəbul Olunmasına Görə Tələsməmək  

 

 

 



Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizlərdən  kim 

tələsməsə,  duası  qəbul  olunar”.  (Tələsməyi  belədir  ki):  “Dua  etdim,  duam 

qəbul olmadı” deyər

16

 



 

 

 



Əbu  Hureyra   rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qul  tələsmədən, 

günah  və  qohumluq  əlaqələrinin  kəsilməsi  üçün  dua  etmədikcə  diləyi  qəbul 

olmaqda  davam  edər”.  Deyildi:  “Ey  Allahın  Rəsulu,  tələsmək  nədir?” 

Peyğəmbər:  “Deyər:  Çoxlu  dua  etdim  lakin  qəbulunu  görmədim.  O  zaman 

bezər və duanı tərk edər”

17

.  



 

6) Günah Və Asiliklərlə Dua Etməmək  

 

 

 



Əbu  Hureyra   rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qul  tələsmədən, 

günah  və  qohumluq  əlaqələrinin  kəsilməsi  üçün  dua  etmədikcə  diləyi  qəbul 

olmaqda davam edər”

18

.  



 

                                                

15

 Əhməd 3712, 4318, 4406, İbn Hibban 972, Həkim 1877,  əl-Albani “Silsilətul Əhədisis  Sahiha” 199, “Səhih 



Kəlimə” 102, “Təraciul Uləmə” 51.  

16

 Buxari 5981, 6340, Müslim 7110, 7111, 2735, Buxari “Ədəbul Mufrad” 654, Tirmizi 3387, Əbu Davud 1484, 



1486, Əhməd 9137, 10317.  

17

 Müslim 2735, 7112.  



18

 Müslim 2735, 7112.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə