Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə7/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   2   3   4   5   6   7   8   9   10   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

18 



 

3. Bu Məqama Yalvarmaq Və Ya Qorxu Duası Da Deyilir - Qaydası: Əlləri 

qollarınla birlikdə tam olaraq qoltuğun altı görünənədək göyə qaldırırsan. Bu 

məqamdan, əsasən şiddətli qorxu anında, yəni: döyüşdə, şiddətli quraqlıq baş 

verərsə, yağışın yağması üçün və ya ən çətin anlarda istifadə olunur.  

 

.



 

Ənəs  rəvayət edir ki, Peyğəmbər  dua edərkən əllərini qaldırdı və mən 

onun qoltuğunun altının ağlığını gördüm”

35

.  



 

 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    ovcunun  üst  hissəsini  göyə  tutaraq 



yağış duası etdi”

36

.  



 

 

 

Ənəs  rəvayət edir ki, Peyğəmbər  ovcunun üstü və içi ilə dua edərkən 

gördüm”


37

.  


 

 

Sufyan, Abbas İbn Abdullah İbn Mabəd İbn Abbas  öncəki hədisi rəvayət 



edərək zəlil olaraq dua (etməyin ədəbi) belədir dedi və: “Əllərinin üstünü üzü 

tərəfinə gələcək şəkildə qaldırdı”

38

.  


 

Bu  hədisə  görə  bəzi  qardaşlarımız  zənn  edirlər  ki,  dua  edərkən  əllərin 

üstünü  göyə,  içini  isə  yerə  tərəf  tutmaq  sünnədir.  Lakin  bütün  hədisləri  cəm 

etdikdən sonra, bu hədisin mənasını belə başa düşmək olar. Yəni Peyğəmbər  

əllərini qolları ilə birlikdə o, qədər göyə qaldırdı ki, hətta,  əlləri arxaya əyildi 

və sanki əllərinin üstü göyə baxırdı.  

 

                                                



35

 Buxari 6341.  

36

 Müslim 896.  



37

 Əbu Davud 1487, 1489, əl-Albani “Səhih”.  

38

 Əbu Davud 1490, 1492, 1493, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

19 



 

 

 



Məlik  İbn  Yəsər  əs-Səkuni    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 

“Allahdan  istədiyiniz  (dua  etdiyiniz)  zaman  ovuclarınızın  içi  ilə  istəyin,  üstü 

ilə istəməyin"

39

.  



 

6) Dua Zamanı Əlləri Qaldırarkən Yol Verilən Xətalar  

1. Dua zamanı əlləri qaldırarkən üstünü göyə, içini isə yerə tutmaq.  

2. Əlləri göbəklə bərabər və ya daha da aşağı tutmaq.  

3. Əlləri dua üçün qaldırmamışdan öncə, yaxud, sonra bir-birinə sürtmək və 

ya öpmək.  

4. Namazdan sonra sağ əli başın üzərinə qoyaraq dua etmək.  

5.  Fərz  yox,  nafilə  namazlarından  sonra  camaat  halında  olmadan  əlləri 

qaldıraraq dua etmək barəsində Peyğəmbərdən  bir neçə səhih hədislər varid 

olmuşdur,  bu  da  nafilə  namazlarından  sonra  əlləri  qaldıraraq  dua  etməyin 

icazəli olduğuna dəlalət edir.  

6.  Namaz  daxilində  dua  edərkən  göyə  baxmaq.  Ümumiyyətlə  istər  namaz 

daxilində  əlləri  qaldıraraq  qunut  tutarkən,  istərsə  də  namaz  xaricində  əlləri 

qaldıraraq  dua  edərkən  ovucun  içinə  baxılır.  Namaz  daxilində  dua  edərkən 

göyə  baxmağa  gəldikdə  isə,  bütün  alimlər  namazın  daxilində  olarkən 

Peyğəmbərdən  varid olan səhih hədislərə istinadən göyə baxmağın qadağan 

olduğu barəsində ittifaq etmişdirlər.  

 

)



(

)

(



 

Cabir  İbn  Səmura    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Namaz 

əsnasında  göyə  (yuxarı)  nəzər  salanlar  (etdikləri  əməldən)  çəkinsinlər!  Əks 

halda Allah onların gözlərini geri qaytarmaz (onları kor edər)»

40

  

 



Namazın xaricində dua edərkən göyə baxmaq barəsində isə bir neçə dəlillər 

vardır ki, bu da namaz xaricində dua edərkən göyə baxmağın şəriətdə icazəli 

olduğuna  dəlalət  edir.  Məlum  olduğu  kimi  müsəlmanların  ilk  qibləsi  Qüds 

şəhərindəki  Əqsa  məscidi  idi.  Lakin  Peyğəmbərin    qiblənin  Məkkə 

şəhərindəki  Kəbə  məscidinin  olmasını  arzulayar  və  bunun  üçün  də  göyə 

baxaraq dua edərdi.  

                                                

39

 Əbu Davud 1486, 1488, əl-Albani “Həsən Səhih”.  



40

 Müslim 118/468, 994, 995, Əhməd 8788, 8802, Nəsəi 1276, İbn Məcə 1044, əl-Albani “Səhih Tərğib” 1651.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

20 



 

 

"



"

 

 



“Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın 

qibləyə  tərəf  döndərəcəyik.  Sən  üzünü  Məscidulharama  tərəf  çevir!  Harada 

olursunuzsa  olun,  üzünüzü  ona  tərəf  çevirin!  Şübhəsiz  ki,  Kitab  verilənlər 

bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən 

xəbərsiz deyildir.”. (əl-Bəqərə 144).  

 

7)  Duadan  Əvvəl  Allaha  Həmd-Səna  Etmək  Və  Peyğəmbərə    Salavat 



Gətirmək  

 



 



 



Fudala İbn Ubeyd  rəvayət edir ki, Peyğəmbər  oturmuşdu. Bir kişi daxil 

olaraq namaz qılmağa başladı və dedi: “



Allahumməğfirliy Vərhəmni -

 Allahım, 

məni  bağışla  və  mənə  rəhm  et!”.  Peyğəmbər:  “Ey  namaz  qılan,  tələsdin. 

Namaz  qılıb  oturduqdan  sonra,  Allaha  layiqincə  həmd  et,  mənə  salavat  de, 

sonra  Allaha  dua  et”.  Ondan  sonra  başqa  bir  kişi  namaz  qılır,  Allaha  həmd 

edərək,  Peyğəmbərə    salavat  gətirir  və  (Başqa  heç  bir  şey  etmədi). 

Peyğəmbər: “Ey namaz qılan, dua et, duan qəbul olar”

41

.  



 

Dua əsnasında Peyğəmbərə  salavat gətirmək üç cür olur: 

1. Dua etməzdən əvvəl, Allaha həmd-səna etdikdən sonra salavat demək.  

2. Duanın əvvəlində, ortasında və sonunda salavat demək.  

3.  Duadan  əvvəl  və  sonra  salavat  demək.  Dua  edərkən  Peyğəmbərə   

salavat  demək  açara  bənzəyir.  İbn  Qeyyim    deyir  ki:  “Namazın  açarı 

dəstəmaz olduğu kimi, duanın da açarı Peyğəmbərə  salavat gətirməkdir”

42

.  



 

8) İnsanın Dua Edərkən Günahkar Olduğunu Etiraf Etməsi  

 

"

 



 

                                                

41

 Tirmizi 3476, əl-Albani “Sahihul Cəmi” 3988, “Səhih Tərğib” 1643.  



42

 “Cələul Əfhəm” səh: 260.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə