Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə113/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   109   110   111   112   113   114   115   116   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

330 



 

Əkbər – 

deyən kimsə heç vaxt məyus (zərərdə) olmaz”

940

.  


 

.

 



Kəb İbn Ucra   rəvayət edir ki: “Namazı bitirdikdən sonra oxunan zikrlər 

vardır  ki,  100  dəfə  bunları  deyən  kimsə  ziyana  uğramaz: 



Subhənəllah  - 

Vəlhəmdulilləh  -  Və  Lə  İləhə  İlləllah  -  Vallahu  Əkbər  - 

Allah  pak  və 

müqəddəsdir!  Allaha  həmd  olsun!  Allahdan  başqa  ibadətə  layiq  haqq  İlah 

yoxdur! Allah ən böyükdür”

941

.  


 



 



 

İbn  Ömər    rəvayət  edir  ki,  bir  nəfərə  yuxuda  belə  deyildi: 

“Peyğəmbəriniz  sizə  nəyi  əmr  etdi?”  O  da  belə  cavab  verdi:  “33  dəfə 

Subhənallah

33  dəfə 



Əlhəmdulilləh

,  34  dəfə 



Allahu  Əkbər

  -  deməyimizi əmr 

etdi. Bunula təsbihlərimizin sayı 100 olur”. Adam dedi: “25 dəfə 

Subhənallah



25  dəfə 



Əlhəmdulilləh

,  25  dəfə 



Allahu  Əkbər  -

  deyin,  25  dəfə  də 



Lə  İləhə 

İlləllah  -

  deyin  ki,  100  olsun!”  –  dedi”.  Səhər  olduqda  adam  hadisəni 

Peyğəmbərə  danışdı, Allah Elçisi  buyurdu: “Ənsarın dediyi kimi edin!”

942


.  

 

 



Sad İbn Əbu Vaqqas   rəvayət edir ki, Peyğəmbər   hər namazdan sonra 

bu  şeylərdən  Allaha  sığınardı:  “



Allahummə  İnni  Əuzu  Bikə  Minəl  Cubni  Vəl 

Buxli,  Və  Əuzu  Bikə  Min  Ən  Uraddə  İlə  Ərzəlil  Umuri  Və  Əuzu  Bikə  Min 

Fitnətid  Dunyə  Və  Əuzu  Bikə  Min  Fitnətil  Qabri  –

  Allahım!  Qorxaqlıqdan, 

paxıllıqdan,  ömrün  rəzil  çağından,  dünyanın  fitnəsindən,  qəbrin  əzabından 

Sənə sığınıram”.  

 

                                                



940

 Müslim 144/596, 1377, Tirmizi 3412, Nəsəi 1349, əl-Albani “Səhihdə” 102.  

941

 Buxari “Ədəbul Mufrad” 622, əl-Albani “Səhih”.  



942

 Nəsəi 1350, 1351, 1359, Tirmizi 3413, əl-Albani “Təməmul Minnə” 228.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

331 



 

.

 



Musab İbn Sad, Amr İbn Meymun rəvayət edirlər ki, (məktəbdə) müəllimin 

kiçik  uşaqları  oxumağı  və  yazmağı  öyrətdiyi  kimi  Sad    uşaqlarına 

Peyğəmbərin    fərz  namazından  sonra  etdiyi  duanı  öyrədərdi:  “

Allahummə 

İnni  Əuzu  Bikə  Minəl  Cubni  Və  Əuzu  Bikə  Minəl  Buxli  Və  Əuzu  Bikə  Min 

Ərzəlil Umuri Və Əuzu Bikə Min Fitnətid Dunyə Və Əzəbil Qabri

 – Allahım! 

Qorxaqlıqdan,  paxıllıqdan,  ömrün  rəzil  çağından,  dünyanın  fitnəsindən, 

qəbrin əzabından Sənə sığınıram”

943


.  

 



 

 



Sübh Və Məğrib Namazlarından Sonra – 10 Dəfə: AbdurRahman İbn Ğanəm 

  rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim:  Namazı  bitirib  (ayaqlarını 

bükməmişdən) ayağa durmamışdan öncə, Sübh və Məğrib namazından sonra 

10  dəfə:  “

Lə  İlahə  İlləllahu  Vəhdahu  Lə  Şərikə  Ləhu,  Ləhul  Mulku  Və  Ləhul 

Həmdu, Yuhyi Və Yumiytu Və Huvə Alə Kulli Şeyin Qadir –

 “Allahdan başqa 

ibadətə  layiq  haqq  məbud  yoxdur,  O  təkdir,  Onun  şəriki  yoxdur.  Mülk 

Onundur və həmd Onadır! Dirildir və öldürür. O hər şeyə Qadirdir! – deyərsə, 

ona  10  həsənə  yazılar,  10  günahı  silinər,  10  dərəcə  qaldırılar,  pisliklərdən  və 

şeytandan qorunar, həmən günü şirk istisna olmaqla günahdan uzaq olar və o 

günü ondan əfzəl edəndən başqa insanların ən əfzəl əməl edəni olar“

944


.  

 



 

 



 

 

 



Məğrib  Namazından  Sonra  –  10  Dəfə:  Uməra  İbn  Şəbib    rəvayət  edir  ki, 

Allah  Elçisi    buyurdu:  “Kim  məğribdən  sonra  on  dəfə  “



Lə  İləhə  İlləllah, 

Vahdəkə Lə Şərikə Ləh, Ləhul Mulk Və Ləhul Həmd, Yuhyi Və Yumit, Və Huvə 

                                                

943

 Nəsəi 5479, Tirmizi 3567, əl-Albani “Səhih”.  



944

 əl-Albani “Səhih Tərğib” 477.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

332 



 

Alə Kulli Şeyin Qadir - 

deyərsə, Allah bu kimsə üçün səhərə qədər şeytandan 

qoruyan silahlı mühafizəçilər göndərir və ona (nicat tapmasını) vacib edən  10 

savab  yazılar,  və  onu  həlak  edən  10  günahı  silinər.  Bu  dua  10  mömin  köləni 

azadlığa qovuşdurma savabına bərabər savab qazandırmış olur”

945


.  

 



 

 

 



Sübh  Namazından  Sonra  –  100  Dəfə:  Əbi  Əməmə  məfu  olaraq    rəvayət 

edir  ki,  Allah  Elçisi    buyurdu:  “Kim  sübh  namazından  100  sonra:  “



Lə  İlahə 

İlləllahu  Vəhdahu  Lə  Şərikə  Ləhu,  Ləhul  Mulku  Və  Ləhul  Həmdu,  Yuhyi  Və 

Yumiytu,  Biyədihil  Xayru  Və  Huvə  Alə  Kulli  Şeyin  Qadir  - 

Allahdan  başqa 

məbud  yoxdur,  O  təkdir,  Onun  şəriki  yoxdur.  Mülk  Onundur  və  həmd 

Onadır!  Dirildir  və  öldürür,  Xeyir  Onun  əlindədir,  O  hər  şeyə  Qadirdir!  – 

deyərsə, yerindən durmamış (ayaqlarını bükməmiş) həmən günü yer üzünün 

ən əfzəl əməl edəni olar, əgər kimsə onun qədər və ya onda çox etməzsə“

946

.  


 

.



 

 

Ənsardan bir kişi rəvayət edir ki, Peyğəmbərin  namazdan sonra 100 dəfə 



belə  buyuruğunu  eşitdim:  “

Allahumməğfirliy  Və  Tub  Aleyyə  İInnəkə  Əntət 

Təvvabul  Ğafur  – 

Allahummə!  Məni  bağışla,  mənim  tövbəmi  qəbul  et! 

Şübhəsiz ki, Sən Tövbələri qəbul edənsən, Bağışlayansan!”

947


.  

 



 

 



Sübh Namazından Sonra: Ummu Sələmə  rəvayət edir ki, Peyğəmbər  

sübh  namazından  sonra  buyurdu:  “



Allahummə  İnniy  Əs'əlukə  İlmən  Nafiən 

Və Rizqan Tayyibən Və Amələn Mutəqabbələn –

 Allahım! Səndən faydalı elm, 

məqbul əməl və təmiz ruzi diləyirəm!”

948


.  

 

                                                



945

 Tirmizi 3534, 3877, əl-Albani “Həsən”.  

946

 əl-Albani “Səhih Tərğib” 476.  



947

 Nəsəi 9931, Əhməd 5564, 23150, 23198, əl-Albani “Səhihdə” 2603.  

948

 İbn Məcə 925, əl-Albani “Hədəyətu Ravat” 2432.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə