Səhih Dua Və Zikirlər Kitabı
412
(
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər kim bir
məclisdə oturub çoxlu boş söhbətlər edərsə (Başqa rəvayətdə: Batil məclisdən),
məclisdən qalxmazdan öncə: “
Subhanəkə Allahummə Və Bihəmdik, Əşhədu
Ən Lə İləhə İllə Ənt, Əstəğfirukə Və Ətubu İleyk –
Allahım! Sən pak və
müqəddəssən! Sənə həmd olsun! Mən şahidlik edirəm ki, Səndən başqa
ibadətə layiq haqq məbud yoxdur. Səndən bağışlanma diləyir və Sənə tövbə
edirəm! Deyərsə məclisdə olan (günahlarına) kəffarə olar (Başqa rəvayətdə:
Əgər məclis xeyir məclisi olarsa ona möhür vurular, əgər məclis qarışıq bir
məclis olarsa (dua) onun üçün kəffarə olar)”
1204
.
)
(
)
(
)
(
.
Nəfi İbn Cubeyr İbn Mutim atasından rəvayət edildiyinə görə Allah Elçisi
buyurdu: Kim:
Subhənəllahi Və Bihəmdihi, Subhanəkə Allahummə Və
Bihəmdik, Əşhədu Ən Lə İlahə İllə Ənt, Əstəğfirukə Və Ətubu İleyk –
Allah
pak və müqəddəsdir! Allaha həmd olsun! Allahım! Sən pak və muqəddəssən!
Sənə həmd osun! Mən şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq haqq
məbud yoxdur! Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm! – Allahın
yad edildiyi bir məclisdə söyləyərsə (Qiymət gününə qədər) üzərinə vurulmuş
möhür kimi olar. Kim də bunu boş şeylərin (şər) danışıldığı bir məclisdə
söyləyərsə, bu onun üçün kəffarə olar»
1205
.
Əbu Bərzə əl-Əsləmi rəvayət edir ki, Allah Elçisi bir məclisdən qalxmaq
istədiyi zaman belə deyərdi: “
Subhənəkə Allahummə Və Bihəmdikə, Əşhədu
Ən Lə İləhə İllə Əntə, Əstəğfirukə Və Ətubu İleykə -
Allahım! Sən pak və
muqəddəssən! Sənə həmd osun! Mən şahidlik edirəm ki, Səndən başqa ibadətə
layiq haqq məbud yoxdur! Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm!”
1204
Tirmizi 3433, Əhməd 15729, 15767, İbn Hibban 593, əl-Albani “Səhih Kəlimə” 177, 178.
1205
Hakim 1970, əl-Albani “Səhih Tərğib” 1518, 1519, «Sahihul Cəmius Sağir» 6430, “Səhihdə” 81.
Səhih Dua Və Zikirlər Kitabı
413
Bir adam dedi: “Ey Allahın Elçisi! Sən elə bir söz söylədin ki, əvvəllər bunu
demirdin?” Allah Elçisi dedi: “Bu məclisdə olan (xətalara) kəffarə olur!”
1206
.
.
Abdullah İbn Amr İbn əl-Ass rəvayət edir ki, bəzi kəlimələr vardır ki, bir
kimsə məclisdən qalxdığı zaman 3 dəfə onları söyləyərsə (məclisdə baş vermiş
xətaları) bu kəlimələr səbəbilə silinmiş olar. Bir kimsə bu kəlimələri xeyir və ya
zikr məclisində söyləyərsə bu məclis onun üçün xeyirlə bitmiş olar, səhifə
üzəndə möhür basılmış kimi: “
Subhanəkə Allahummə Və Bihəmdik, Lə İləhə
İllə Ənt, Əstəğfirukə Və Ətubu İleyk –
Allahım! Sən pak və müqəddəssən!
Sənə həmd olsun! Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Səndən
bağışlanma diləyir və Sənə tövbə edirəm!”
1207
.
Əbu Mədinə əd-Dərimi deyir ki, Peyğəmbərin səhabələrindən iki kişi
görüşdükləri zaman biri digərinə bu ayələri oxumadıqca ayrılmazdılar. “
Val
Asri İnnəl İnsənə Ləfiy Xusr –
And olsun əsrə, həqiqətən insan xüsran
içərisindədir...”. (əl-Əsr). Sonra onlardan biri digərinə salam verərdi“
1208
.
بضغلا باهذل ءاعدلا
QƏZƏBİN GETMƏSİ ÜÇÜN EDİLƏN DUA
Süleyman İb Surad rəvayət edir ki, iki nəfər Peyğəmbərin hüzurunda
bir-birlərini söydülər. Bunlardan birinin gözləri (qəzəbindən) qızarmağa və
şah damarları şişməyə başladı. Peyğəmbər: «Mən elə bir kəlimə bilirəm ki,
əgər o, kimsə bu kəliməni söyləsə qəzəb halı ondan gedər. O, kəlimə:
Əuzu
1206
Əbu Davud 4859, 4861, əl-Albani “Səhih”.
1207
Əbu Davud 4857, 4859, əl-Albani “3 Dəfə Sözündən Başqa “Səhih”.
1208
əl-Albani “Səhihdə” 2648.
Səhih Dua Və Zikirlər Kitabı
414
Billəhi Minəş Şeytanir Racim –
lənətlənmiş şeytandan Allaha sığınıram
sözüdür» deyə buyurdu. (Başqa rəvayətdə: Peyğəmbərdən bu kəlimələri
eşidənlərdən biri qəzəbli olan kimsəyə: «Peyğəmbərin bir az öncə nə
söylədiyini bilirsənmi? Mən elə bir kəlimə bilirəm ki, əgər bu kimsə onu
söyləsə qəzəbi gedər» dedi. Qəzəbli olan kimsə: «Sən məni məcnun (dəlimi)
sayırsan)» dedi
1209
.
.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Hamını) yıxmaq
güclü olmaq demək deyildir. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü ələ ala
bilsin”
1210
.
Abdullah İbn Məsud
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Aranızda
Raqub kimə deyirsiniz?” deyə soruşdu. Biz: “Uşağı olmayan” dedik. Raqub bu
deyildir. Lakin Raqub sağlığnda övladlarından heç biri ölməyəndir” deyə
buyurdu. Sonra: “Aranızda pəhləvan kimdir?” deyə soruşdu. Heç kəsin qalib
gəlmədiyi bir kimsədir” dedik. O: “Pəhləvan qəzəb anında qəzəbinə qalib
gələn kimsədir” deyə buyurdu
1211
.
Səhl İbn Muaz atasından rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər kim
gücü çatdığı halda qəzəbini boğarsa Qiyamət günü Allah bütün yaratdıqları
qarşısında onu çağıraraq: Hurilərdən istədiyini seç” deyər
1212
.
:
:
1209
Buxari 6048, Müslim 2610, Tirmizi 3452, əl-Albani “Səhih Kəlimə” 181.
1210
Buxari 5763, 6114, Müslim 2609, 2809.
1211
Müslim 2608, 6807, Əbu Davud 4779, 4781, İbn Hibban 2950.
1212
Əbu Davud 4777, 4779, İbn Məcə 4186, Tirmizi 2021, əl-Albani “Həsən”.
Dostları ilə paylaş: |