Səhih Dua Və Zikirlər Kitabı
181
)
(
)
(
Əbu Musa əl-Əşari rəvayət edir ki, Peyğəmbər Xeybərə yürüş etdikdə
(yaxud o istiqamətə getdikdə) və insanlar (hər hansı bir) vadiyə yaxınlaşdıqda
uca səslə təkbir gətirib deyərdilər: “
Allahu Əkbər, Allahu Əkbər, Lə İləhə
İlləllah
(Başqa rəvayətdə: Biz yol gedərkən hər dəfə yüksək bir yerə qalxdıqda
və hər hansı bir vadiyə endikdə yüksək səslə (qışqıraraq, bağıraraq) təkbir
(
Allahu Əkbər
) edərdik)”. Peyğəmbər: “Özünüzə yazığınız gəlsin! Axı, siz kar
və uzaqda olan (bir İlahı) çağırmırsınız. Həqiqətən, O, Eşidəndir, Yaxındır və
O, (həmişə) sizinlədir (Başqa rəvayətdə: Hər şeyi Görəndir)”. Həmin vaxt mən
Peyğəmbərin dəvəsinin arxa tərəfində idim. O mənim: “
Lə Həulə Və Lə
Quvvətə İllə Billəh -
Qüdrət və güc yalnız Allaha məxsusdur!” - dediyimi
eşitdi və mənə belə buyurdu: “Ey Abdullah İbn Qeys!” Dedim:
“Hüzurundayam, ya Rəsulullah!” Dedi: “Cənnət xəzinələrindən sayılan bir
kəlməni
502
sənə öyrədimmi?” Dedim: “Bəli, ya Rəsulullah, atam-anam sənə
qurban!” Peyğəmbər: “
Lə Həulə Və Lə Quvvətə Illə Billəh -
Qüdrət və güc
yalnız Allaha məxsusdur!”
503
.
.
Saffan İbn Suleym rəvayət edir ki: “Yer üzünə enən elə bir mələk yoxdur
ki: “
Lə Həulə Və Lə Quvvətə İllə Billəh -
Qüdrət və güc yalnız Allaha
məxsusdur!” deməsin
504
.
502
Burada Peyğəmbərin cümləyə kəlmə deməsi qeyri-adi bir şey deyildir. Belə ki, ərəbcə bir və ya bundan
da artıq cümlələrə “kəlmə” və ya “söz” demək olar. Uca Allah buyurur: “Nəhayət, onlardan birinə ölüm
gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr!
Onun bu dedikləri ancaq boş bir sözdür” (əl-Muminun 99-100).
503
Buxari 4205, Muslim 2704, 6120, 7037, Əbu Davud 1526, 1528, 1529, 1530, Tirmizi 3374, 3461, 3581, Əhməd
14932.
504
Tirmizi 3582, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
182
.
.
Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi mənə buyurdu: “
Lə Həulə Və
Lə Quvvətə İllə Billəh -
Qüdrət və güc yalnız Allaha məxsusdur! – kəliməsini
çox söylə. Çünki o, Cənnət xəzinələrindəndir”. Məkhul deyir ki: “Hər kim:
Lə
Həulə Və Lə Quvvətə İllə Billəh Və Lə Məncə Minəllahi İllə İleyh -
Qüdrət və
güc yalnız Allaha məxsusdur! Allahın əzabından qurtuluş yalnız Ona
sığınmaqladır – deyərsə Allah o, kimsəyə 70 zərər qapısını bağlayar ki, bu
qapıların ən azı fəqirlikdir”
505
.
-
-
.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: «Sənə Cənnət
xəzinəsindən və Ərşin altından gələn bir kəlimə öyrədimmi?
Lə Quvvətə İllə
Billəh -
Qüdrət və güc yalnız Allahdadır!». (Qul bu kəliməni dedikdə) Allah
buyurur: «Qulum boyun əydi və tabe oldu»
506
.
İbn Ömər rəvayət edir ki, Allah Elçisi buyurdu: “Cənnətdə əkilən
(ağacları) bitkiləri çoxaldın! Həqiqətən də, onun suyu şirin, torpağı isə
xoşagəlimlidir”. Mən: “Orada əkilən ağaclar nədir?” dedim. O: “Elə isə “
Məşə-
Əllah -
Lə Həulə Və Lə Quvvətə Illə Billəh -
Qüdrət və güc yalnız Allahdadır”
(deməklə) onun bitkilərini çoxaldın!”
507
.
:
.
505
Tirmizi 3601, əl-Albani “Məkhulun Sözündən Başqa “Səhih”.
506
Əhməd 7953, 7966, 8166, əl-Albani «Səhih Tərğib» 1580.
507
Tabərani “Mucəmul Kəbir” 13354, əl-Albani “Sahihul Cəmius Sağir” 1213, “Səhih Tərğib” 1584.
Səhih Dua Və Zikirlər Kitabı
183
Həzim İbn Hərmələ rəvayət edir ki, Peyğəmbər (yanımdan) ötdüyü
zaman mənə buyurdu: “Yə Həzim!
Lə Həulə Və Lə Quvvətə İllə Billəh –
zikrini
çox söylə. Həqiqətən bu kılimə Cənnət xəzinələrindəndir”
508
.
.
Allah Elçisi buyurdu: “Sənə Cənnət qapılarından bir qapını xəbər
verimmi?
Lə Həulə Və Lə Quvvətə İllə Billəh
”
509
.
.
Əbu Əyyub əl-Ənsari rəvayət edir ki, Allah Elçisi buyurdu: «İsra gecəsi
İbrahimın yanından ötürdüm. Cəbrailə: “Yə Cəbrail! (Yanında olan
kimdir?). O: “Bu Muhəmməddir” dedi. İbrahim: “Ey Muhəmməd! Ümmətinə
əmr et ki, Cənnətdə əkilən ağacları çoxaltsınlar. Cənnətin torpağı xoş, ərazisi
isə düzdür”. Mən: “Cənnətdə əkilən ağaclar nədir?” dedim. O: “
Lə Həulə Və Lə
Quvvətə İllə Billəh
”
510
.
هلإ لا لضف يف ءاج ام
الله لاإ
LƏ İLƏHƏ İLLƏLLAHIN (ŞƏHADƏT) FƏZİLƏTİ
BARƏSİNDƏ NƏ GƏLİB
Muaz İbn Cəbəl rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kimin son sözü
Lə İləhə İlləllah –
olarsa Cənnətə daxil olar”
511
.
.
508
İbn Məcə 3826, əl-Albani “Səhih”, “İrva” 686.
509
əl-Albani “Səhih Silsilə” 1746, “Səhih Cəmi” 2610.
510
əl-Albani “Səhih Tərğib” 1583.
511
Əbu Davud 3116, 3118, əl-Albani “Səhih”.