ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 325,81 Kb.
səhifə3/4
tarix16.11.2017
ölçüsü325,81 Kb.
#10509
1   2   3   4

BEŞİNCİ HİSSƏ
AXİRƏT GÜNÜNƏ İMAN
Biz,

İnsanların Allahın hüzurunda hesaba çəkilmək üçün dirildiləcəkləri, ya nemətlər yurdu olan cənnət, ya da dəhşətli əzab yurdu olan cəhənnəmdə qalacaqları, o gündən sonra başqa bir günün olmayacağına və Qiyamət günü kimi tanınan Axirət gününə iman edirik.


Biz,

İsrafilin əleyhissəlam ikinci dəfə sura üfürməsilə Allahın hesaba çəkmək üçün ölüləri dirildəcəyi, ölümdən sonrakı dirilişə və qəbirlərdən çıxarılacağımıza iman edirik. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar». (Zumər 68)69


İnsanlar qəbirlərindən qaldırılacaq; ayaqyalın, üzərlərində heç bir paltar olmadan, anadan gəlmə vəziyyətdə və xitan70 olunmamış bir şəkildə aləmlərin Rəbbinin hüzurunda hesab vermək üçün duracaqlar. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «(Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik». (Ənbiya 104)71
Biz,

Əməl dəftərlərinin insanların sağ tərəflərindən və ya sol tərəfin arxasından veriləcəyinə iman edirik. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğusuala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, o (özünə) ölüm diləyəcək və alovlu oda atılacaqdır!». (İnşiqaq 7-12)72 Başqa bir ayədə isə belə buyurur: «Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu! Bu gün sənə özünözünü hesaba çəkməyin yetər». (İsra 13-14)73

Biz,

Qiyamət günü heç kəsə (zərrə qədər) haqsızlıq edilməyərək əməllərin çəkiləcəyi mizanın/tərəzinin qoyulacağına iman edirik. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır». (Zəlzələ 7-8). Digər ayələrdə isə belə buyurur: «(O gün) məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar. Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar». (Muminun 102-104) «Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz». (Ənam 160)74


Biz,

Peyğəmbərin salləllahu aleyhi və alihi və səlləm ona xas olan böyük şəfaətinə iman edirik. İnsanlar qiyamət günü dözülməz, böyük bir sıxıntı və kədərlə qarşılaşdıqda, özlərinə şəfaətçi olması üçün növbə ilə Adəmin əleyhissəlam, sonra Nuhun əleyhissəlam, sonra İbrahimin əleyhissəlam, sonra İsanın əleyhissəlam, sonda isə Muhəmmədin salləllahu aleyhi və alihi və səlləm yanına gəlirlər. Peyğəmbər salləllahu aleyhi və alihi və səlləm - Allahın izni ilə insanlar arasında hökm vermək üçün Allahın hüzurunda onlara şəfaətçi olacaqdır75.


Biz,

Peyğəmbərimiz Muhəmməd salləllahu aleyhi və alihi və səlləm ilə digər peyğəmbərlərin, möminlərin və mələklərin cəhənnəmə girən möminlərə - Allahın izni ilə - şəfaət edib onları cəhənnəmdən çıxaracağına iman edirik.76


Biz,

Allah təalanın (heç kəsin) şəfaətinə ehtiyac olmadan, lütfü və rəhməti ilə iman edənlərdən bir çoxlarını cəhənnəmdən çıxaracağına iman edirik.77


Biz,

Qiyamət günü Peyğəmbərin salləllahu aleyhi və alihi və səlləm hovuzunun olacağına, suyunun süddən ağ, dadının baldan şirin, iyinin miskdən gözəl qoxulu, eni və uzunluğunun (gedilən) bir aylıq yol qədər geniş, ətrafında olan qədəhlərin ulduzlar kimi gözəl və çox olacağına, ümmətindən sadəcə mömin olanların ondan içəcəyinə və bu sudan bar dəfə içənin bir daha əbədiyyən susamayacağına iman edirik 78.


Biz,

Qiyamət günü cəhənnəmin üzərindən qoyulacaq «Sirat»79 körpüsünə iman edirik. İnsanların onun üzərindən keçməsi əməllərinə görə olacaqdır. «Sirat» üzərindən keçən birinci dəstə ildırım kimi, ikinci keçən dəstə külək kimi, üçüncü dəstə quşlar kimi, sonrakı dəstə isə adi addımlarla keçəcəkdir. Peyğəmbər salləllahu aleyhi və alihi və səlləm «Sirat» üzərində duraraq belə yalvaracaq: «Ya Rəbb! Bizi («Sirat» körpüsünün həyəcanından qurtarıb, onun qorxusundan) arxayın et!» Bəndələrin keçməsi qurtardıqdan sonra, ora sürünərək başqa bir dəstə gələcək. «Siratın» hər iki tərəfində əmr ediləni tutmaq üçün asılı vəziyyətdə olan dəmir qarmaqlar vardır. Qarmaqlardan qurtulanlar xilas olacaq, tutduqları isə cəhənnəmə atılacaqdır80.


Biz,

Qiyamət gününün dəhşəti haqqında Quran və sünnənin xəbər verdiyi hər bir şeyə iman edirik. Allah subhənəhu və təalə, o günün dəhşətində bizlərə yardım etsin. (Amin!)


Biz,

Peyğəmbərin salləllahu aleyhi və alihi və səlləm Cənnət əhlinin cənnətə girmələri üçün şəfaət edəcəyinə və bu şəfaətin yalnız ona xas olduğuna iman edirik.81


Biz,

Cənnət və cəhənnəmə iman edirik. Cənnət, Allahın müttəqi möminlər üçün hazırladığı nemətlər yurdudur. Orada heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç kəsin xəyalına belə gətirmədiyi nemətlər vardır. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir». (Səcdə 17)82


Cəhənnəm, Allahın zalım kafirlər üçün hazırladığı əzab yurdudur. Orada ağla gəlməyən əzab və işgəncələr vardır. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!». (Kəhf 29)83
Cənnət və Cəhənnəm bu an mövcuddur və əbədiyyən də yox olmayacaqdır. Allah subhənəhu və təalə Cənnət haqqında belə buyurur: «Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, (Allah) onu içində əbədi qalacağı (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edər. Allah ona gözəl ruzi nəsib etmişdir». (Talaq 11).
Cəhənnəm haqqında isə belə buyurur: «Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün (yaxıbyandıran) Od hazırlamışdır. Onlar orada əbədi qalacaq, (özlərinə) nə bir himayəçi, nə də bir yardımçı tapa bilməyəcəklər. Üzləri odda o yanbu yana döndəriləcəyi gün onlar deyəcəklər: «Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!». (Əhzab 64-66).
Biz,

Quran və Sünnənin adlarını və ya vəsflərini bildirərək cənnətlik olduqlarına şahidlik etdiklərinə şahidik.

Peyğəmbər salləllahu aleyhi və alihi və səlləm bilavasitə özü Əbu Bəkr, Ömər, Osman, Əli və bəzi səhabələrin - Allah onların hamısından razı olsun - Cənnətlik olduqlarına şahidlik etmişdir.84

Quran və Sünnənin, mömin və müttəqi olaraq vəsf etdiyi hər kəsin cənnətlik olduğuna biz də iman edirik.85

Həmçinin, Quran və Sünnənin adlarını və vəsflərini qeyd edərək cəhənnəmlik olduqlarını bildirdiyi kimsələrin cəhənnəmlik olduqlarına iman edirik.

Quran və Sünnə, Əbu Ləhəb86, Amr b. Luhay əl - Xuzai87 və onun kimilərinin cəhənnəmlik olduqlarına şahiddir.

Quran və Sünnə, kafir və ya böyük şirk edən müşrik və münafiq olaraq vəsf etdiyi hər kəsin cəhənnəmlik olduqlarına şahiddir.88
Biz,

Ölünün qəbirə qoyulduqdan sonra Rəbbi, Dini və Peyğəmbəri haqqında sorğu-sual olunacaq qəbir fitnəsinə iman edirik. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar». (İbrahim 27).


MÖMİN - Rəbbim Allah, dinim İslam, peyğəmbərim Muhəmməd salləllahu aleyhi və alihi və səlləm deyə cavab verəcəyi halda, KAFİR VƏ MÜNAFİQ - bilmirəm, insanların bəzi şeylər söylədiklərini eşitdim, mən də elə dedim - deyəcək.89
Biz,

Allahın qəbir həyatında möminlər üçün hazırladığı qəbir nemətlərinə iman edirik. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «O kəslər ki, tərtəmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: «Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!». (Nəhl 32)90


Biz,

Allahın qəbir həyatında zalım kafirlər üçün hazırladığı qəbir əzabına iman edirik. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: «Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaq-sınız!» - (dediklərini) bircə görəydin». (Ənam 93)91

Bu barədə rəvayət edilən hədislər çoxdur. Bu səbəblə möminin üzərinə düşən vəzifə Quran və Sünnənin qeyblə əlaqəli məsələlərdə xəbər verdiyi hər şeyə inanması, bu məsələləri dünyada rast gəlinən şeylərlə müqayisə edərək onlara etiraz etməməsi lazımdır. Çünki, axirətlə əlaqəli məsələlər, hər ikisi arasındakı nəzərə çarpan böyük fərqə görə dünyadakı şeylərlə müqayisə edilə bilməz.

ALTINCI HİSSƏ
QƏZA VƏ QƏDƏRƏ İMAN
Biz,

Allahın əzəli elmi və uca hikmətinə uyğun olaraq, bütün yaradılanlara təqdir etdiyi qədərin həm xeyrinə, həm də şərinə iman edirik.



QƏDƏRƏ İMANIN DÖRD MƏRTƏBƏSİ VAR:

Birinci mərtəbə: Elm

Biz,


Allahın hər şeyi bildiyinə iman edirik.92 O, keçmişdə olanla gələcəkdə olanı, onun necə olacağını, əzəli və əbədi elmi ilə bilir. Onun bir şeydən xəbərsiz olması və sonra bilməsi və ya bildiyi halda unutması mümkün deyildir (Çünki O hər şeyi əzəldən bəri bilir. Sonradan öyrənməz, bildiyini də əsla unutmaz).

İKİNCİ MƏRTƏBƏ: KİTABA YAZMASI

Biz,


Allahın qiyamət gününə qədər baş verəcək hər şeyi «Lövhi-Məhfuz» adlı kitabda yazdığına iman edirik. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Məgər bilmirsənmi ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu Yazıda (Lövhi-Məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu Allah üçün asandır!». (Həcc 70)93

ÜÇÜNCÜ MƏRTƏBƏ: MÜŞİƏ - DİLƏMƏSİ

Biz,


Allahın göylərdə və yerdə olan hər şeyin Onun istəyi ilə olduğuna, Onun iradəsi olmadan heç bir şeyin olmayacağına, istədiyinin olacağına, istəmədiyinin də olmayacağına iman edirik.94

DÖRDÜNCÜ MƏRTƏBƏ: YARATMA

Biz,


Allahın hər şeyi yaratdığına, göylərin və yerin xəzinələrinin Onun əlində olduğuna iman edirik. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır. Göylərin və yerin açarları Ondadır». (Zumər 62-63)95

Bu dörd mərtəbə Allahın yaratdıqlarını əhatə etdiyi kimi, qullarının etdiklərini də əhatə edir. Qullarının dedikləri sözlər, etdikləri əməllər və ya etməyib tərk etdikləri şeylərin hamısı Allah subhənəhu və təalə tərəfindən bilinmiş və Onun qatında yazılmışdır. O şeyləri, Allah subhənəhu və təalə istəmiş və yaratmışdır. Allah subhənəhu və təalə aşağıdakı ayələrdə bu haqda belə buyurur: «Sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!». (Təkvir 28-29). «Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir!». (Bəqərə 253). «Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et». (Ənam 137). «Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır». (Saffət 96).


Biz,

Bununla yanaşı Allahın bəndəsinə seçmə haqqı ilə qüdrət verdiyinə və hərəkətin/əməlin bilavasitə bu ikisilə həyata keçdiyinə iman edirik. Bəndənin etdiyi hərəkətin/əməlin onun öz seçim iradəsi və qüdrəti ilə edilməsinə dəlalət edən ayələr çoxdur.


BƏNDƏNİN HƏRƏKƏTİNİN ÖZ SEÇİMİ VƏ QÜDRƏTİ İLƏ OLDUĞUNA DAİR DƏLİLLƏR:

1. Allahın bu buyruqları: «Qadınlarınız sizin tarlanızdır. Qadınlarınıza nə təhər istəyirsinizsə yaxınlaşın». (Bəqərə 223). «Əgər onlar (döyüşə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər». (Tövbə 46).

Allah subhənəhu və təalə bu iki ayədə bəndəsinin öz həyat yoldaşı ilə yaxınlıq etməsini və döyüş üçün hazırlaşmasını qulun öz iradəsi ilə olduğunu bildirmişdir.

2. Əmr və qadağaların tətbiqi bəndənin ixtiyarına buraxılmışdır. Əgər bəndənin bu məsələdə seçmək hüququ və gücü olmasaydı, bu onun üçün yerinə yetirə bilməyəcəyi bir vəzifə olardı ki, bu da Allahın hikmətinə, rəhmətinə və aşağıdakı ayədə xəbər verdiyi doğru sözünə uyğun gəlməzdi: «Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər». (Bəqərə 286).

3. Yaxşılıq edənin etdiyi yaxşılığa görə mədh edilməsi, pislik edənin isə etdiyi pisliyə görə qınanması və hər kəsin layiq olduğunu alacağı. Əgər bəndənin əməli öz iradə və seçimi ilə olmasaydı, Allahın yaxşılıq edəni mədh etməsi əbəs yerə, pislik edənin isə cəzalandırılması zülm olardı ki, Allah subhənəhu və təalə əbəs yerə mədh etməkdən və ümumiyyətlə zülm etməkdən uzaqdır.

4. Allah subhənəhu və təalə, Qiyamət günü insanların peyğəmbərlərdən sonra Allaha qarşı bir üzür gətirməmələri üçün, müjdə verən və xəbərdar edici olaraq peyğəmbərlər göndərmişdir. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «(Biz) müjdə verən və qorxudan elçilər (göndərdik) ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın». (Nisa 165). Əgər bəndənin əməli, öz iradə və seçimi ilə olmasaydı, Allahın peyğəmbərlər göndərməsinin mahiyyəti boşa çıxardı.

5. Hər insan bir şeyi etdikdə və ya o şeyi etməyi tərk etdikdə heç bir məcburiyyət olmadan o işi etdiyini hiss edir: ayağa qalxır, oturur, gedir, gəlir, yola çıxır və ya çıxmır. Bunların hamısını öz iradəsi ilə edir və heç kəsin onu bu işi etməyə məcbur etdiyini hiss etmir. Əksinə bir şeyi öz iradə və seçimi ilə edən kimsəni məcbur edilən kimsədən çox rahatlıqla ayırd edə bilir. Eynilə dinimiz də bu ikisi arasında hikmətli bir fərq qoymuşdur. Necə ki, Allah subhənəhu və təalə Öz haqqının toxunulmasına baxmayaraq bir kimsəni başqasının məcburiyyəti ilə edilən hərəkətlərdə məsul saymır.96
Biz,

Allahın qədərini bəhanə gətirən günahkarın üsyanında heç bir həqiqətin olmadığına iman edirik. Çünki, günah edən kimsə Allahın onun haqqında nə təqdir etdiyini bilmədən öz istəyilə günah edir. Buna görə bir kimsə, Allahın onun haqqında nə təqdir etdiyini, ancaq hadisə baş verdikdən sonra bilir. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Heç kəs sabah nə qazanacağını biləbilməz; heç kəs harada öləcəyini də bilməz». (Loğman 34).

İnsanın bir işi etdikdən sonra bilmədiyi bir şeyi bəhanə gətirməsi doğru ola bilərmi? Allah subhənəhu və təalə bu bəhanəni batil edərək belə buyurur: «Müşriklər deyəcəklər: «Allah istəsəydi, nə biz, nə də atalarımız (Ona) şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik». Onlardan əvvəlkilər də (öz Peyğəmbərlərini) beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: «Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və anecaq yalan danışırsınız». (Ənam 148).

Qədəri bəhanə gətirib günah edənlərə deyirik ki; Allah subhənəhu və təalə sənin haqqında itaəti təqdir etdiyi halda nə üçün itaət etmədin? Çünki məlum olmadan əvvəl təqdir olunan şey bilinmədiyi üçün itaətlə günah arasında heç bir fərq yoxdur. Bu səbəblə Peyğəmbər salləllahu aleyhi və alihi və səlləm səhabələrə Allahın kimin cənnətə və kimin də cəhənnəmə düşəcəyini yazdığını xəbər verdikə, səhabələr ona: «Onda (Allaha) təvəkkül edib, əməl etməyi tərk edəkmi?» - dedilər. Peyğəmbər salləllahu aleyhi və alihi və səlləm isə onlara: «Xeyr! Əməl edin. Çünki hər kəs özü üçün təqdir olunanı etməyə asanlıq tapacaqdır»97 - buyurdu.

Qədəri bəhanə gətirib günah edənə deyirik ki; tutaq ki, Məkkəyə getmək istəyirsən. Ora getmək üçün iki yolun olduğunu, düz söz danışan bir şəxsin sənə bu iki yoldan birinin qorxunc və çətin olduğunu, digərinin isə təhlükəsiz və rahat olduğunu söyləsə, sən ikinci yolu seçərsən. Mənim üçün bu yol təqdir edildi deyərək birinci yolu seçməyin mümkün deyildir. Belə etsən insanlar sənin dəli olduğunu deyərlər.

Həmçinin, qədəri bəhanə gətirib günah edənə deyirik ki; sənə iki vəzifə təqdim edilsə və birinin məvacibi digərindən daha yüksək olsa, təbii ki sən məvacibi daha yüksək olan vəzifəni seçərsən. Onda necə olur ki, axirətlə bağlı əməldə özünə ən alçaq bir işi rəva bilib, sonra da qədəri bəhanə göstərərək taleyinə etiraz edirsən?!

Başqa bir misal; xəstələndikdə müalicə olunmaq üçün hər həkimin qapısını döyürsən. Bədənindəki ağrılara, cərrahiyyə əməliyyatına və acı dərmanlara dözürsən, amma qəlbinin xəstəliyi olan günahlara, iman zəifliyinə qarşı bir çarə axtarmırsan.
Biz,

Mərhəmət və hikmətinin kamilliyinə görə pisliyin Allaha aid edilməyəcəyinə iman edirik. Peyğəmbər salləllahu aleyhi və alihi və səlləm bu haqda belə buyurur: «(Allahım!) Şər (pislik) Sənə aid edilməz!»98

Hətta Allahın təqdir etdiyi hər hökmdə belə zərrə qədər şər yoxdur. Çünki bu hökm, Allahın mərhəmət və hikmətindən irəli gəlir. Şər, Allahın təqdir etdiyi şeylərin nəticəsində olur.

Necə ki, Peyğəmbər salləllahu aleyhi və alihi və səlləm (nəvəsi) Həsənə - Allah ondan razı olsun - qunut duasını öyrədərkən belə buyurmuşdur: «(Allahım! Haqqımda) verdiyin hökmünün şərindən məni qoru!»99

Hədisdə olduğu kimi, şər Allaha deyil, Allahın təqdir etdiyi şeyə bağlıdır. Bununla belə şər, hər zaman təqdir edilən şeylərlə birlikdə şər deyildir. Əgər bir tərəfdən şərdirsə, digər tərəfdən xeyir ola bilər. Misal olaraq; yer üzündə quraqlıq, xəstəlik, kasıblıq və qorxu kimi hadisələrin ortaya çıxması ilə sabitliyin pozulması bir tərəfdən şərdirsə, digər tərəfdən xeyirdir. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «İnsanların öz əlləri ilə etdikləri əməllərin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar». (Rum 41).

Həd cəzasının tətbiqi - oğrunun əlinin kəsilməsi100 və ya zina edən evli kişi və ya qadının rəcm edilməsi/daşa basılaraq öldürülməsi101 əli kəsilən və ya öldürülən kimsəyə görə şərdir. Ancaq digər tərəfdən o ikisi üçün xeyirdir. Çünki həd cəzasının tətbiqi, onların günahlarına kəffarədir/əvəzdir. Onlara eyni anda həm dünya, həm də axirət əzabı tətbiq oluna bilməz/yəni, onların bu cəzalara məruz qalması Qiyamət günü həmin günahlara görə cəza çəkməyin qarşısını alır. Digər tərəfdən həd cəzasının tətbiqi ilə mallar, namuslar və nəsillər qorunmuş olur ki, bu da fərd və cəmiyyət üçün xeyir sayılır.



YEDDİNCİ HİSSƏ
BUNLARA İMANIN FAYDALARI
Böyük əsasları özündə birləşdirən bu pak iman ona inananlar üçün əhəmiyyətli faydalar bəxş edir.

ALLAHA İMAN ETMƏYİN FAYDALARI:

Allaha, gözəl adlarına və uca sifətlərinə iman edirik; əmrlərini yerinə yetirmək və qadağalarından çəkinməyə görə bir bəndəyə Allah sevgisi və Allahı ucaltma duyğusu verir. Allahın əmrini yerinə yetirmək və qadağalarından da çəkinməklə fərd və cəmiyyəti dünya və axirət səadətinə çatdırır. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq». (Nəhl 97).



MƏLƏKLƏRƏ İMAN ETMƏYİN FAYDALARI:

1. Cinləri və insanları yaradanın əzəmətini, qüdrət və hökmranlığını anlamağa kömək edir.

2. Qullarına verdiyi dəyərə görə Allaha layiqincə şükür etməyə kömək edir. Belə ki, Allah subhənəhu və təalə bəndələrini qorumaq, əməllərini yazmaq və onların mənfəətləri üçün bir sıra mələklər təhkim etmişdir.

3. Allaha ən gözəl bir şəkildə ibadət etdiklərinə və Allahdan möminlər üçün bağışlanma dilədiklərinə görə mələkləri sevməyə yönəldir.



KİTABLARA İMAN ETMƏYİN FAYDALARI:

1. Allahın bəndələrinə olan mərhəməti və onlara verdiyi dəyəri bilməyi təmin edir. Belə ki, Allah subhənəhu və təalə hər qövmə doğru yolu tapmaları üçün bir kitab göndərib.

2. Allahın hikmətinin təzahürü olaraq, bu kitablarda hər ümmət üçün o ümmətə uyğun olanı din etmişdir. Bu kitabların sonuncusu Qurani-Kərim, hər zaman və məkana uyğun, Qiyamətə qədər bütün yaradılmışlar üçün ən uyğun olan kitabdır.

3. Allahın verdiyi bu nemətinə şükür etməyi təmin edir.



PEYĞƏMBƏRLƏRƏ İMAN ETMƏYİN FAYDALARI:

1. Allahın bəndələrinə olan mərhəməti və onlara verdiyi dəyəri başa düşməyə kömək edir. Belə ki, Allah subhənəhu və təalə insanlara doğru yolu göstərmək və onları o yola çağırmaq üçün hər qövmə bir peyğəmbər göndərmişdir.

2. Allahın bu böyük nemətinə şükür etməyi anlamağa kömək edir.

3. Peyğəmbərləri sevməyi, onları layiq olduqları şəkildə tərif etməyi təmin edir. Çünki peyğəmbərlər, Allahın elçiləri və seçilmiş bəndələridir. Peyğəmbərlər, Allaha ibadət edən, Onun elçilik vəzifəsini təbliğ edən, Allahın qullarına nəsihət edən və Onun uğrunda əziyyətlərə səbr edən şəxslərdir.



AXİRƏT GÜNÜNƏ İMAN ETMƏYİN FAYDALARI:

1. Axirət gününün savabını ümid edərək Allaha ibadət etməyə və o günün əzabından qorxaraq günah etməkdən çəkinməyə təşviq edir.

2. Dünya nemətlərini ümid edib, amma əldə etməyən möminləri, axirət nemətləri və savabını əldə edəcəyi ilə təsəlli edir.

QƏZA VƏ QƏDƏRƏ İMAN ETMƏYİN FAYDALARI:

1. Bir şeyi edərkən səbəbləri götürməkdə Allaha güvənməyə kömək edir. Çünki həm fel/hərəkət, əməl, həm də nəticəsi Allahın qəza və qədəri ilə olur.

2. Buna inanan bir nəfs həm rahat olur, həm də qəlbi sakit və əmin olur. Çünki baş verənlərin Allahın qəza və qədəri ilə olduğunu və istənilən arzuolunmaz vəziyyətin qaçılmaz olduğunu bilir. Belə nəfs rahatlıq tapır, qəlbi sakit olur və Rəbbinin qəzasına razı olur. Qədərə inanan kimsədən daha gözəl həyat sürən, nəfsi daha rahat, qəlbi daha əmin və sakit olan heç kəs yoxdur.

3. Qəza və qədərə iman, arzuolunan bir şey olduqda insanın özünü bəyənməkdən xilas olmasını təmin edir. Çünki Allahın təqdir etdiyi səbəblərdən olan xeyir və uğurun həyata keçməsi bir nemətdir. Ona görə bu nemətin əvəzində Allaha şükür edir və özünü bəyənməyi tərk edir.

4. Qəza və qədərə iman, arzuolunan bir şeyin əldə edilməməsi və ya arzuolunmayan bir şeyin baş verməsi halında həyəcan və sıxıntıdan xilas olmasını təmin edir. Çünki bu vəziyyət, göylərin və yerin hökmü əlində olan Allahın qəzası ilə olmuşdur. Bunun baş verməsi qaçılmazdır. Beləliklə də bu vəziyyətə səbr edir və savabını Allahdan umur.

Allah subhənəhu və təalə bu hala işarə edərək belə buyurur: «Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu Allah üçün çox asandır! (Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə (həddindən artıq) sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü öyəni sevmir». (Hədid 22 - 23).

Allahdan bizi bu əqidə üzrə sabit etməsini, onun faydalarından bəhrələnməyi, bizə lütf və ehsanından verməsini, bizi haqq yola yönəltdikdən sonra qəlblərimizi imandan üz döndərməməyi və bizə mərhəmətini bəxş etməsini diləyirik. Şübhəsiz ki, O, bəndələrinə əvəzsiz və bol verəndir. Həmd, aləmlərin Rəbbi Allahadır!

Allahın salavatı və salamı, Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, səhabələrinə və onlara ən gözəl şəkildə tabe olanların üzərinə olsun! (Amin!)



Muhəmməd bin Saleh əl - Useymin

30 Şəvval 1404 H

Yüklə 325,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə