Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
  1   2   3   4   5   6   7   8   9   ...   21


Əhməd Ağaoğlu 

Sərbəst İnsanlar Ölkəsində

(İlk nəşr: İstanbul, 1930)

Azərbaycan türkcəsinə çevirənlər: 

Sevda İsmayılova, Zeynal Məmmədli

(c) TUTU Nəşriyyatı, Bakı, 2001-ci il

ÖN SÖZ

SƏRBƏST DÜŞÜNCƏLİ İNSAN



...Ola bilsin ki, Əhməd bəy Ağaoğlunu çoxunuz tanımırsınız. halbuki o, dövrümüzün ən parlaq simalarındandır. Sabir 

kimi,  Mirzə Cəlil,  Üzeyir Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Əlibəy Hüseynzadə, Əlimərdan bəy 

Topçubaşov kimi. Onlar millətinin nadanlığı ilə heç vaxt barışa bilməyiblər, axı nadanlar həyatda son dərəcə aciz olur, 

onları kölə halına salmaq rahat olur.

Əhməd bəy bu kitabı 1930-cu ildə Türkiyədə yazıb. Elə bil anlayıb ki, 50; 60; 70 il keçəndən sonra da bu kitab 

Azərbaycanda əhəmiyyətini itirməyəcək. Axı bir qismimiz, Əhməd bəy demişkən, hələ "iç zəncirləri"mizlə yaşayırıq, 

nə sərbəst olmaq haqqında düşünürük, nə də köləliyimizi lənətləyirik. O biri qismimiz azad olmağa can atsa da, ya 

qorxur, ya qətiyyətsizlik göstərir, ya da sadəcə olaraq, sərbəstlik haqqında, "sərbəst ölkə" haqqında məlumata ehtiyac 

duyur. Bax, əsasən bunlara, köləlikdən yaxa qurtarmaq istəyənlərə, heç kəsdən qorxmaq istəməyənlərə, beli dik 

yaşamaq istəyənlərə müraciət edir, sözünü deyir Əhməd bəy.

Bir neçə kəlmə Əhməd bəyin həyatı haqqında. Bu həyat yoluna diqqət yetir və qərarı özün ver.

Əhməd bəy Ağaoğlu 1868-ci ildə Şuşa şəhərində anadan olub və 1939-cu ildə İstanbulda dünyasını dəyişib.

Əvvəl Şuşada, liseydə oxuyub. Sonra Tiflisdə, gimnaziyada. Sonra Parisdə, hüquq məktəbində və məşhur Sorbon 

universitetində. Azərbaycan (o zaman "türk" deyilirdi), rus, fars, ərəb, fransız, ingilis dillərini mükəmməl bilib. Şuşada, 

Bakıda, Parisdə, İstanbulda, Peterburqda yaşayıb və işləyib. Maltaya sürgün olunub. Şuşada - fransız dilindən dərs 

deyib (ona hətta "Firəng Əhməd" deyərmişlər), İstanbulda - rus dilindən. Nijni-Novqorod və Peterburqda keçirilən 

Rusiya müsəlmanları qurultayının təşkilatçılarından biri olub. Azərbaycan Demokratik Respublikası dövründə

parlamentin üzvü və parlament sədrinin müavini seçilib. Türkiyə Mətbuat İdarəsinin baş müdiri olub. Parlamentin 

üzvü, millət vəkili seçilib. Ankara və İstanbul universitetlərinin professoru olub.

Parisdə, biliyinə görə, elmi və ədəbi salonlara dəvət alıb (salonlara seçilmiş adamlar dəvət alırdılar), intellektual çəkili 

söhbətlərə və mübahisələrə qatılıb. Dünya şöhrətli alimlər Ernst Renan və İppolit Tenlə yaxından tanış olub, onların 

rəğbətini qazanıb. Azərbaycanlı neft sahibkarlarının tapşırığı ilə Peterburqda iki dəfə rus çarı II Nikolayla görüşüb, 

danışıqlar aparıb və bu danışıqlar uğurla nəticələnib.  İstanbulda Mustafa Kamal Paşa Atatürklə tanış olub və uzun illər 

onun məsləkdaşına çevrilib. Türkiyə və türk dünyasının məşhur xadimləri Ziya Göyalp, Yusif Akçura, Həmdulla 

Sübhi, Mehmet Emin Yurdaqulla əməkdaşlıq edib. Bakıda öz dövrünün ən tanınmış, ən qüdrətli azərbaycanlıları ilə

dostlaşıb: Üzeyir Hacıbəyli, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə,Firudin bəy 

Köçərli və başqaları bu qəbildəndir. Şuşada kitabxana-qiraətxana açıb (o dövrü təsəvvür et:  mollaxanaları nəzərdə

tutmasaq, nə məktəb var, nə də oxuyanlar. Əksəriyyət nəinki savadsızdır, hətta savadlı olmaq istəmir). Bakıda "Difai" 

(Müdafiə) partiyasının yaradıcılarından biri olub. "Həyat", "İrşad" , "Tərəqqi" və "Proqress" (rus dilində) qəzetlərinin 

açılmasında iştirak edib (maraqlansan, bu qəzetlərin nüsxələrini kitabxanada tapa bilərsən. Gör o zamanla bizim 

zamanın, o dövrün qəzetləri ilə indiki qəzetlərin hansı oxşarlığı və hansı fərqi var). "Cəmiyyəti-xeyriyyə", "Nicat" ,

"Nəşri-maarif" , "Səadət" , "İttihad" cəmiyyətlərinin təşkilinə qoşulub. Türkiyədə Demokratik Cümhuriyyətin 

yaradılmasında fəaliyyət göstərib. Anadolu agentliyini yaradıb. "Hakimiyyəti-milliyə" qəzetinin yaradıcılarından biri 



olub. "Sərbəst firqə"nin (partiya) yaradılmasında iştirak edib. Parisdə, Bakıda, İstanbulda minlərlə (!) məqalə çap 

etdirib (bu miqdarı aydın təsəvvür etsən, heyrətə gələrsən). Onlarca kitab yazıb, bəzisi ölümündən sonra çap olunub. 

Yazıları siyasət, iqtisadiyyat, tarix, fəlsəfə, etika, etnoqrafiya və başqa sahələri əhatə edib.

Əhməd bəyin gözəl ailəsi varmış. Yeddi övlad atası olub. Bunlardan ikisi - Vəzir və Bəşir adlı oğulları kiçik yaşlarında 

dünyalarını dəyişiblər. Qalan beş nəfəri - Sürəyya, Tezer (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin mükəmməl 

təhsil alaraq Türkiyədə ad qazanıblar.

Bu stenoqrama bənzər siyahı azmı şey deyir? Bu qədər iş görmək üçün nə qədər zəhmətkeş olmalısan, necə iradən 

olmalıdır. Bu zəhmətkeşliyin, bu iradənin arxasında isə böyük amal, böyük məqsəd və bu məqsədə yetişmək üçün 

böyük ehtiras olmalı idi. Müdriklərdən biri demişkən, bu dünyada böyük ehtirassız böyük işlər görmək alınmır. Əhməd 

bəy tükənməz ehtiraslı insanlardan olub. Əhməd bəyin həyatı barədə fikir yürüdərkən o dövrü, o dövrün ab-havasını da 

təsəvvür etmək vacibdir. Onda anlayarıq ki, niyə öz məqsədləri uğrunda daim vuruşub döyüşməli olub, niyə bilavasitə

və ya məcazi mənada "yumruqlara, qapazlara, təpiklərə" dözməli olub. Başa düşməliyik ki, kimə qarşı vuruşub, kimlər 

onu hədələyib, hansı çətinliklərlə, hansı maneələrlə  üzləşib.

Əhməd bəyin sonralar yazdığı kimi, zərbələr ilk məktəb illərində başlayıb. Əhməd bəyi rus gimnaziyasına veriblər 

(Şuşada o zaman yalnız rus gimnaziyası vardı). Orada vur-tut, dörd azərbaycanlı balası oxuyurmuş. Balaca Əhməd 

beşinci olub. Bu beş nəfər nələr çəkirmiş: "tənəffüslərdə biz-- beş türk çocuğu, cəld tərpənib arxamızı divara dirəməyi 

qənimət bilərdik. Yüzlərlə çocuq qəflətən üstümüzə hücum edər və biri başımızdan papağı alıb atardı. Qalanları dörd-

beş altun qiyməti olan Buxara dərisindən tikilmiş papaqları təpiklə kos kimi ora-bura vurardı. Bəziləri  əksərən dəvə

yunundan toxunmuş bahalı pencəklərimizin ətəklərindən yapışar, o yan - bu yana çəkib parçalayar, dartıb tikişlərini 

sökərdi. Müqavimət göstərmək fikrinə düşəndə yumruq, qapaz, təpik altında bizi əzərdilər. Bəzən gizlində, sözü bir 

yerə qoyub, üzərimizə böhtan atar,  üzümüzə  durar, bizə haqsız yerə cəza verdirərdilər. Dostlarımızın çoxu dözə

bilməyib, məktəbi tərk etdilər.Türklərdən yalnız mən  son sinfə qədər tab gətirə bildim".

Həmin məktəb indi oxuduğunuz məktəbdən fərqlənir, deyilmi? O dörd nəfəri də qınamayaq, belə şəraitdə oxumaqmı 

olar? O biri tərəfdən gənc Əhmədin iradəsinə, dözümünə, hövsələsinə heyran qalmamaq mümkün deyil.

Ədalət naminə onu da deyək ki, Əhməd bəy o gimnaziyada işıqlı və nəcib müəllimlərin olduğunu da xatırlayır: "bu 

təvazökar, vəzifələrini diqqətlə yerinə yetirən, qəlbi məslək eşqi ilə dolu insanları xatırlarkən, indi də dərin 

minnətdarlıq və təşəkkür hissi keçirməkdən özümü saxlaya bilmirəm. Onlar məndə və mənim bütün yoldaşlarımda 

elmə, irfana, haqqa, həqiqətə dərin inam və məhəbbət doğuraraq bizim üçün həyat yolunu işıqlandıran nurlu məşələ

çevrildilər".

Məktəb illəri geridə qalandan sonra bu təqiblər sona çatdımı? Özgələrdən Əhməd bəyin yaxası qurtardımı? Əfsuslar 

olsun ki, özgələr əl çəkmədi. Heç özümüzünkülər də onlardan geri qalmadı.

Bu hadisə 1908-ci ildə Bakıda baş vermişdi. Artıq Əhməd bəy tanınmış ədib və ictimai xadim idi. Düşmənləri də

çoxalmışdı. Həm əqidəsinə görə, həm də xasiyyətinin tündlüyünə görə. Bunların nəticəsi kimi, 1908-ci ildə Bakının 

ictimai yığıncaqlar salonunda (indiki  filarmoniya binasında) "dərs vermək" üçün Əhməd bəyi muzdla tutulmuş 

qoçulara döydürmüşdülər. Özümüzünkü sayılan qoçular məktəb illərindəki özgələrdən də dəhşətli idilər. Axı onlar - o 

"özgələri" heç olmasa "çocuq" sayılırdılar.

Əhməd bəy o illəri xatırlarkən yazırdı: "Şiddətli təqib edilənlər arasında idim. İş belə bir dərəcəyə çatmışdı ki, artıq 

daha izzəti-nəfsimin deyil, ailəmin də sakitliyi və salamatlığı təhlükə altına düşmüşdü".

Sual verə bilərsən: "bəs necə olur ki, uşaq vaxtı balaca Əhmədi özgələr döyürdü, tanınandan sonra - özümüzünkülər? 

Təqiblər həm kənardan gəlirdi, həm içəridən? Bəyəm Əhməd bəy millət uğrunda vuruşmur, millət uğrunda maneələrlə

rastlaşmır, millət uğrunda əziyyətlərə qatlaşmırdı? Bəyəm millətimizin düşmənləri Əhməd bəyin düşmənləri 

olmayıb?".

Əvvəla, onu deyək ki, Əhməd bəy millət uğrunda mübarizə aparsa da, heç vaxt "özgələri" millətin düşmənlərinə və

millətin dostlarına bölmürdü. "Düşmənə" gəlincə, artıq dedik ki, başqa görkəmli Azərbaycan xadimləri kimi, Əhməd 

bəyin də bircə düşməni vardı - xalqın nadanlığı. Axı insan, yaxud xalq, nadan oldusa, deməli, aciz olacaq, aciz oldusa

deməli, kölə olacaq, kölə oldusa, deməli, istibdad (tiraniya) hökm sürəcək, deməli, insanlar dolğun, faydalı həyatdan 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə