Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

Ustad bütün bu amillərin təsirlərini danmamaqla yanaşı, bunların yalnız uyğun, əməli bir zəmin hazırladıqlarını və

təkbaşına qalmış olsaydılar fransızlıq, ingilislik, almanlıq, italyanlıq, rusluq anlayışlarını ifadə edən mənəvi varlığın 

təşəkkül tapmayacağını və bu mənəvi varlığı yoğurub ona bəlli bir anlam və biçim verən gerçək amilin təfəkkür və

ədəbiyyat olduğunu uğurla sübuta yetirdi. O, məhz bu məqsədlə köklü və tutumlu şəkildə araşdırdığı keçmiş və indiki 

Şərq aləmi ilə Qərb aləmi arasında heyrət doğuran bir müqayisə apardı.

Bu müqayisədən anlaşıldı ki, bütün qədimliyinə, mədəniyyətlərin beşiyi olmasına baxmayaraq, Şərq aləmi millət 

anlayışına yabançı qalıb. Bu aləmdə də ortaq tarix, ortaq çıxarlar, ortaq irq amilləri olub.

Ancaq millət deyilən anlayış yaranmayıb. Niyə? Yəni Şərqdə təfəkkür və ədəbiyyat olmayıb? Xeyr, o da olub.

Ancaq mahiyyətcə qərbinkindən tam fərqlənib. Şərq ədəbiyyatı içində olduğu mühitə, insan və təbiət mühitinə yabançı 

qalıb. Daim göylərdə, boşluqlarda dolaşıb. Şərq ədəbiyyatı tək bir şəxsin ifadəsi olduğundan, insanlıq və təbiətlə dil 

tapmağı aşılamayıb. Təbiəti insana, insanı insana sevdirməyib. Bunları bir-birinə yaxınlaşdırmayıb. Təbiətlə insan 

arasındakı və insanların öz arasındakı yadlaşmanı, biganəliyi aradan qaldırmağa, mənəvi baxımdan bütövləşdirməyə

çalışmayıb. Bax, bu üzdən təfəkkür və ədəbiyyatın bu yola yönəldiyi gündən Şərqdə də milliyyət cərəyanı başlayır!

Ancaq çıxışçı mərhum həmkarının bu nəzəriyyələrdən çıxardığı əməli nəticələrə birinci dərəcəli önəm verirdi. Onun 

iddiasına görə, ziyalı zümrə milləti təmsil etdiyi kimi, onun yüksəlişinə və ya geriləməsinə də cavabdehdir. Ç ünki 

ziyalı zümrə genişləndikcə mühit də yüksəlir. Bu zümrə daralıb geriləyəndə mühit də geriləyir. Bu fikri natiq tarixi 

faktlarla möhkəmləndirib dedi: 

"Dinin hakim olduğu dönəmlərdə, heç şübhəsiz, ruhanilər rəhbər zümrə olub.

Bu dönəmlərdə nə qədər ki, ruhanilər qeyrətli və ləyaqətli idilər, din də cəlbedici idi. Və dinin yönəltdiyi kütlələr də

yüksək həyat qabiliyyəti göstərirdilər. Ancaq həmin zümrə tamahkarlığa qapılıb dindən gəlir mənbəyi kimi 

faydalanmağa başlayınca, din öz cazibəsini itirməyə başladı və beləcə, dini təmsil edən zümrə də aşağıya doğru 

yuvarlandı.

Din dövründən sonra gələn dönəmlərdə dinin yerini düşüncə və sənət tutdu. Xalq artıq mütəfəkkirlərdən, yazıçılardan, 

sənətçilərdən ilham almağa başladı. İndən belə mütəfəkkirlər - ədiblər, şairlər, jurnalistlər və müəllimlər ruhanilərin 

yerinə keçdilər. Bax, bu zümrə ideallarını yüksək qaynaqlardan aldıqca, öz mühitinə qeyrət, fədakarlıq, həqiqətə, 

ləyaqətə və gözəlliyə sevgi toxumları səpdikcə, arxasınca apardığı xalq da sağlam, diri, ləyaqətli, fədakar olur. Və təbii 

şəkildə yüksəlir. Tərsinə, bu zümrə xəstə mənbələrdən ilham alaraq, öz mühitinə özünəvurğunluq, tamahkarlıq, adilik 

toxumları səpərsə, arxasınca apardığı xalq da yalnız dolanışıq qayğısına qapılaraq, gündən-günə alçalmağa başlayar."

Sələfin bu fikrini də dünyanın fikir və ədəbiyyat tarixindən götürdüyü canlı misallarla möhkəmləndirdi. Xırda bir 

nümunə gətirək. O, Roma və Yunan tarixinin yüksəliş və geriləmə dönəmlərinin təfəkkür və ədəbiyyatı arasında 

müqayisə aparandan sonra, görün, nə deyir: "Şekspir və Milton olmasaydı, Kromvelin ortaya çıxması mümkün idimi? 

Volter və Jan-Jak Russo yetişməsəydilər, "İnsan Haqqları Bəyannaməsi" işıq üzünə çıxardımı?". Böyük sələfimin bu 

fikri də tənqid və mübahisələrə yol açdı, xüsusən, "Sənət sənət üçündür" düsturunu qəbul edənlərin hiddət və

hücumuna yol açdı. Amma sələfimlə bunlar arasındakı təzad o qədər aşkar və böyükdür ki, onların barışması bir yana 

qalsın, bir-birini anlamaları da mümkün deyil.

Sələfimin əqidəsinə görə, "ədəbiyyat və təfəkkür mahiyyətcə də sosial hadisələrdir. Bu üzdən mövzusu və hədəfi 

cəmiyyət və təbiət olmayan bir ədəbiyyat və təfəkkür, mənşə və mahiyyətcə də boş və əlaqəsiz bir şeydir".

Natiq sələfi haqqında bir çox başqa sözlər də söylədi. Onun milli cərəyanlar üzərindəki təsirlərini incələyərək axırda 

"sərbəst insanlar ölkəsinin" bu böyük övladının xatirəsini daim minnətdarlıqla yad edəcəyini bildirib çıxışını bitirdi.

Toplaşanlar yavaş-yavaş dağılmağa başladılar. Mən də tanışımla bərabər çıxdım.

RUH VƏ QƏLB TƏMİZLİYİ

Akademiyadan çıxarkən tanışıma: - Necə xoşbəxt şəhərdir, deyilmi? - dedim.

- Elədir! Bu şəhər neçə-neçə böyük adam yetirib. Bəşəri fəaliyyətinin hər sahəsində dərin izlər buraxan, öz ağıl və

biliyinin meyvələrindən bütün bəşəriyyəti bəhrələndirən, öz ölkələrinə dünya millətləri arasında şərəfli bir mövqe 




qazandıran və ölkəsinin bütün ehtiyaclarını ödəyəcək keyfiyyətlərə malik bu adamlar bu ölkə üçün xeyir və bərəkət 

qaynağıdırlar. Belə övlad yetirən vətənlər necə xoşbəxtdir!

- Deməli, bu şəhərdə belə adamlar yetirən çoxlu qurum var?

- Özün görəcəksən! Elə şəhərin başlıca uğuru da budur.

Mən öz ölkəmi, bu baxımdan onun ehtiyaclarını düşündüm və keçmişə qarğışlar yağdırıb hələ bu gün də içində

sayıldığım ziyalı zümrəsinin nə qədər cansız, işinə biganə, bəşəri dərdlərə yabançı olduğunu ilk dəfə bütün ciddiliyi ilə

anladım. Öz-özümə söylənməyə başladım: "Biz kimik? Bu dünyadakı mövqeyimiz nədir? Bəşəriyyət bir yana qalsın, 

öz ölkəmizin faydalanacağı bircə ixtiramız, bircə kəşfimiz varmı? Heç olmasa bir dənə intellektual və elmi əsər 

yaratmışıqmı? Yazıqlar olsun ki, hər tərəfimizi saran görkəmli elm və texnika, sənət və ədəbiyyat əsərlərindən bircəciyi 

də bizim deyil. Bircə sənaye əsəri də yarada bilməmişik. Hamısı, hamısı başqalarınındır! Biz əslində bəşəriyyətin 

belinə minən, onun sayəsində yaşayan bir tüfeyliyik. Bu nə böyük bəla, bu nə böyük ayıb, bu nə böyük üzqaralığı!

- Yenə nə oldu sənə? Öz-özünlə danışırsan?

Dönüb baxdım. Tanışım gülməkdən boğulurdu.

- Hə! Bu ölkəni görəndən sonra, öz yurdunu xatırlayanda, az qalır dəli olasan.

Ertəsi gün pirləri özgə cür səbirsizliklə gözləyirdim. Ç ünki ölkə qanununda toxunulan söz, fikir və hərəkət təmizlikləri 

məndə dərin maraq oyatmışdı. Pirlər gələr-gəlməz onlardan birinə üz tutub dedim:

- Ustad! Bu gün qısaca üç təmizlikdən danışmağınızı xahiş edəcəyəm. Ustad! Risalənin bu hissəsini oxuyub 

heyrətləndim. Axı belə təmizliklərin olduğunu ömrümdə eşitməmişdim.

- Haqlısan! Elə yerlər var ki, bədəninin, paltarının təmizliyinə çox diqqətlə yanaşar, ümumi və özəl hamamlar, 

camaşırxanalar tikdirərlər. Hər gün yuyunar, paltar dəyişdirər, ətirlənərlər. Di gəl, ruhlarının və qəlblərinin təmizliyinə

heç vaxt diqqət etməzlər. Onları da yuyub təmizləməyi ağıllarına gətirməzlər. Belə yerlərdə olanda, öncə gözəl və xoş 

qoxular duyursan. Ancaq bir az dərinə gedəndə, onları yaxından dinləyəndə, düşüncə və sözlərindən, davranışlarından 

üfunət yağır, iyrənc iylər yayılır. Adamın belə mühitlərə yazığı gəlir. Sərbəst insanlar ölkəsində isə üç təmizlik norma 

sayılır. Burada bədənin təmizliyinə diqqət yetirilir.

- Bir az açıqlayarsınızmı?

- Fikir təmizliyi deyəndə, heç bir təmənnasız və hiyləsiz, yalnız haqq və həqiqəti düşünmək nəzərdə tutulur. Söz 

təmizliyi deyəndə, yenə də heç bir bicliksiz sırf haqq və həqiqəti ifadə üçün söz söyləmək nəzərdə tutulur. Davranış 

təmizliyi də, hərəkət edərkən haqq və həqiqətə üz tutub getmək deməkdir!

Bu üç təmizlik birləşərsə, vətəndaşlar arasında çəkişməyə səbəb qalmaz. Hər kəsin fikri, sözü və hərəkəti hüquqa və

həqiqətə üz tutduğundan və hər kəs buna inandığından, alınan nəticələr, nə olursa-olsun, adamların bir-birinə sayqısız 

davranmalarına əsas verməz. Axı ortada qərəz olmayanda ədavət və düşmənçilik də yaranmır. Bax, buna görə də, 

sərbəst insanlar ölkəsində müxtəlif peşə sahibləri bir-birinə qardaşca və sevgi dolu davranış göstərər və söz 

vuruşmalarında heç bir zaman bir-birinə sayqı yolundan çıxmazlar. Burada vətəndaşların bir-birinə inamsızlığı və bir-

birindən çəkinməsi mümkün deyil. Biri özünü nə qədər hörmətli sayarsa, qarşısındakını da o qədər sayqılı bilər. Burada 

heç kim şərəf və doğruçuluğu inhisara götürməyib, onun tək sahibinə çevrilməyib. Bax, o səbəbdən, danışılan sözlər də

tərbiyəli və sayqılı olduğu qədər də, tox, dürüst və səmimidir. Burada dolayı fikirlərə, budaqlı bənzətmələrə, ikimənalı 

deyimlərə, sətiraltı cümlələrə, şübhəli ifadələrə gərək qalmır. Hər kəs öz fikrini açıq söyləyir və başqaları da onun təbii 

səmimiyyətinə sayqı göstərir. Bu şəhərin əhalisi söz gəzdirmək, pıçhapıç, dedi-qodu kimi pis vərdişlərə dözümsüzdür. 

Açıq düşünər, açıq söyləyər, açıq davranar. Axı üç təməl təmizliyə bel bağlayıblar!

AZADLIQ VƏ FİKİR AYRILIĞI

- Ustad! Sizdə fikir ayrılığı yoxdur?

- Nə qədər desən var! Azadlıq olan yerdə fikir müxtəlifliyi çox təbiidir.

- Bəs bu, ölkənin idarə olunmasını çətinləşdirmir?



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə